1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
  1   2   3   4   5   6   7   8   9   ...   51


1
ÖN SÖZ
Kitab Azərbaycan və Kürd
xalqlarının tarixi dostluğuna ithaf olunur
Kürdlər  Yaxın  və Orta  Şərq  regionunun ən  qədim  aborigen  (yerli)  xalqlardan  biri
olduğu  kimi,  Azərbaycan  kürdləri  də bu  ölkənin ən  qədim  xalqlardandır.  Azərbaycanda
kürdlərhərhalda az saylı xalqlardan olsa da Yaxın və Orta Şərqdə ərəblərdən və türklərdən
sonra sayına (50 milyona yaxın) görə üçüncü yeri tutur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa edən gündən (180 oktyabr 1991-ci il),
xüsusilə, Azərbaycan xalqının dahi öndəri, ümumilli lideri H.Əliyev hakimiyyətə yenidən
qayıdan dövrdən (15 iyun 1993-cü ildən) bu ölkənin digər xaqları kürdlər də milli-mədəni
muxtariyyət əldə etdi.  Halbuki  Azərbaycanın  “iri  addımlarla”  “kommunizmə”  doğru
irəlilədiyi  1979-cu  ilin  rəsmi əhali  siyahıya  alınmasının  məlumatlarına  görə,  guya,  bu
respublikada bir nəfər də olsun kürd yaşamırdı (?!).
Bəli, 70 ildən artıq bir dövrdə “vahid sovet xalqının (?!) yaradılması pərdəsi altında
“qırmızı  imperiya” (SSRİ) ərazisində yaşayan  xalqların,  o  cümlədən, azərbaycanlıların
ruslaşdırılması, kürdlərin isə azərbaycanlaşdırılması prosesinin nəticəsidir ki, 1926 –cı ildə
Azərbaycanda yaşayan kürdlərin rəsmi sayı 40,9 min nəfər olduğu halda, 1979-cu ildə bu
göstərici 0 (sıfır)-a enmişdir (1,55).
1991-ci  ildə Azərbaycan  Respublikası  Prezident  Aparatının  göstərişi  və köməyi
nəticəsində Azərbaycan kürdlərinin ilk rəsmi mədəni-muxtaroyyət qurumu olan “Ronayi”
(“Ziya”)  Kürd  mədəniyyət  mərkəzi  yaradıldı.   1992-ci ildən  həmin  mərkəzin  orqanı  olan
“Dənge  kurd”  (“Kürdün  səsi”)  qəzetinin  nəşrinə başlanıldı.  1992-ci  ilin  16 sentyabrında
“Azərbaycan Respublikasında yaşayan  milli azlıq, az saylı xalq və etnik qrupların hüquq

azadlıqlarının  qorunması,  dil  və mədəniyyətlərinin  inkişafı  üçün  dövlət  yardımı
haqqında” prezidentin fərmanı dərc olundu (Bax: “Xalq” qəzeti, 20 sentyabr 1992-ci il).
Qeyd  olunan  fərmandan    dərhal  sonra  Azərbaycan  Respublikası  Təhsil    nazirliyi
ümumtəhsil  məkəblərinin  ibtidai  sinifləri  üçün    tədris  planlarına  az  saylı  xalqların,  o
cümlədən,  kürdlərin  ana  dillərinin  öyrədilməsi  üçün  həftədə 2  saat    dərs  daxil  edildi,
müvafiq tədris proqramları, dərslik və dərsvəsaitlərinin hazırlanmasına başlanıldı. 1993-cü
ildən başlayaraq Azərbaycan radiosunun “Araz” proqramında həftədə iki dəfə kürd dilində
verilişlər təşkil  olundu.  Qısa  vaxt ərzində kürdcə “Əlifba”  dərsliyi,  danışıq  kitabçası  və
lüğətlər,,  xeyli  sayda  bədii əsərlər  işıq  üzü  gördü.  Halbuki,  “Sovet  Azərbaycanı”nın  70
illik tarixində kürd dilində bircə dənə də olsun kitab çap olunmamışdı.


2
Bütün  qeyd  olunanları  gözü    götürməyən  bədnam  müxalifətçilər  H.Əliyevin
uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqil, demokratik və hüquqi dövlət quruculuğu
yolunda  inamla  irəliləyən  Azərbaycanda  az  saylı  xalqların  milli-mədəni  inkişafının
qarşısını almaq, ölkədə hərcmərclik yaratmaq məqsədi ilə xalqlara, xüsusilə kürdlərə, qara
yaxmağa başladılar. Erməni dəyirmanına su tökən, xaricdəki ağalarının ayırdığı “qrantlar”
hesabına  yaşayan  üzdəniraq  “jurnalistlər”  müxalifət  mətbuatının  səhifələrində
Azərbaycanda yaşayan kürdlərə qara ləkə yaxır, onların görkəmli şəxsiyyətlərinə “PKK” –
çı damğası vurmağa çalışır, hətta həyasızlıq və gədəlik edib 50 milyonluq bir xalqı təhqir
etməkdən çəkinmirdilər.
Bu savadsız quyruqbulayanlar bilmirlər (və ya bilmək istəmirlər) ki, Azərbaycan və
kürd xalqları qafqazın eləcə də Yaxın və Orta Şərqin yeganə iki qonşu  xalqıdır  ki, min
illiklər boyu yadelli işğalçılara qarşı çiyin –çiyinə vuruşmuş, aralarında heç bir zaman
ciddi ixtilaf, münaqişə və ya müharibə olmamışdır. Bu tarixi həqiqəti Qarabağ uğrunda
gedən  döyüşlərdə kürd  xalqının  mərd  və igid  oğlulları  bir  daha  sübut  etdi.  1988-ci  ildən
bəri  başlayan  bu  müharibədə işğalçı  ermənilərə qarşı  döyüşlərdə kürd  xalqının  yüzlərlə
igid oğlu qəhramancasına şəhid olmuş, onlarla döyüşçüsü “Azərbaycanın Milli Qəhramanı
adına laiq görülmüş, “Azərbaycan bayrağı” ordeni və digər medallarla təltif olunmuşdur.
Azərbaycan  kürdlərinin  ağsaqqalı,  görkəmli  kürdşünas,  etnoqraf,  şair  və ictimai
xadim  mərhum  Şamil Əskərov  qədim  kürd  xalqının  adına  kölgə salmaq istəyən
qaragüruhçulara kəskin etirazını poyeziya dilinə çevirərək yazırdı.
Azərbaycan  Kürdlərinin  tarixi  və etnoqrafiyası  haqqında  XX əsrin  20-30  cu  və
Ç.X.Bakayevin həmin kürdəlin dilinə həsr olunmuş əsərindən başqa (2;3;4;5;6) indiyədək
Bilsin hamı, bilsin aləm,
Qəlb deyəni yazır qələm,
Od oğluyla çəkicimi,
Bir zindana vuran Kürdəm!
***
Vicdan satan, ara qatan,
Danışanda həlləm, qəlləm,
Gecə gündüz Od yurdunun
Keşiyində duran kürdəm!
Od oğluyla çəkicimi
Bir zindana vuran kürdəm
!


3
heç bir  kitab  və kitabça  işıq  üzü  görməmişdir.  Doğrudur,  Zaqafqaziya    Kürdlərinə həsr
olunmuş bəzi kitablarda (7;8;9) Azərbaycan kürdlərinə də müəyyən yer verilmişdir, lakin
bu əsərlərdə də sözü  gedən  kürdlər  haqqında  geniş  və hərtərəfli  məlumatlar  təbii  ki, əks
olunmamışdır.  Azərbaycanın  qaragüruhçu  müxalifətinə cavab  olaraq  yazılmış  və iki
xalqın  tarixi  dostluğuna  itfah  olunmuş bu  kitab  Azərbaycan  kürdləri  haqqında  tarixi
faktlara əsaslanan, hərtərəfli və geniş məlumatları özündə əks etdirən ilk monoqrafiyadır.
Monoqrafiyanın  yazılmasında  Azərbaycan,  kürd,  rus,  türk,  erməni,  inglis  və fransız
dillərində olan  mənbələrdən  istifadə olunmuşdur.  Bu  zaman  tərcümə ədəbiyyatına  deyil,
ilkin mənbələrə daha çox üstünlük verilmişdir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə