1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   2   3   4   5   6   7   8   9   ...   51

4
B I R I N C I   H İ S S Ə
K ü r d l ə r  v ə
K ü r d ü s t a n
h a q q ı n d a
ü m u m i   m ə l u m a t


5
I.I. KÜRDLƏRIN MƏNŞƏYINƏ VƏ FORMALAŞMASI TARIXI
Kürdlər haqqında yazılmış əsərlərin demək olar ki hamısı təxminən belə bir cümlə
ilə başlanır: kürdlər Yaxın  Şərqin (Ön  Asiyanın) ən  qədim  xalqlarından biridir.
Kürdlərin mənşəyinə gəldikdə isə, bu barədə indiyədək yekdil fikir yoxdur. Kürdlərin bir
etnos  kimi  meydana  gəlməsi  haqqında əfsanələr  və elmi  mülahizələr  müxtəlif  olsada
onların  hamısının    orta  “məxrəci”  eynidir:  bu  xalq ən  azı səkkiz  min  il əvvəl
Mesopotomiya-nın  Şimalı və Zaqros dağlarının ətəklərində, Van və Urmiya gölləri hövzə-
sində meydana  gəlmiş  və bu  günə qədər  öz  tarixi  vətənini  qoruyub  saxlamış  aborigen
xalqlardan  biridir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Zaqros  kürd  sözü  olub  mənası  “gün
(günəş)  doğan”  deməkdir. (Başqa  fikrə görə bu  dağ  silsiləsi  qədim  kürd  tayfası  olan
Zakurtilərin (Zakruti) adını daşıyır).
Kürdlərin yaranması haqqında ən geniş yayılmış əfsanə öz başlanğıcını Firdovsinin
“Şahnamə” əsərindən  təsvir  olunan əsatirdən  almışdır. Əfsanədən  deyilir  ki,  Cəmşiddən
sonra  İran  və Turan  taxtına əyləşən  və pişdadilərin  beşinci  şahı  olan  Zöhhak  taun
xəstəliyinə tutulur. Onun dərdinə əlac edə bilməyən həkimlər yeganə müalicə vasitəsi kimi
hər gün ona iki gəncin beynindən hazırlanan yeməyi təklif edirlər.
Bu  işin    icrası  şahın Ərmail  və Kərmail  adlı  iki  vəzirinə tapşırılır.  Vəzirlər
insanpərvərlik  göstərib  bir  gəncin  beyninə bir  quzunun  beynini əlavə edib  şaha  yemək
hazırlayır və beləliklə, hər gün bir gənci vətəni tərk etmək ilə ölümdən xilas edirlər. Azada
olunan  gənclər  dağlarda  məskən  salıb  yaşayır,  ailə qurur  və öz  nəsillərini  artırmağa
başlayırlar.    Həmin  azda  olunan  gənclərin  törəmələri  sonralar kürd adlandırılırFirdovsi
özü “Şahnamə”də belə yazır:
Bu minval ilə o iki xeyirxah
Otuz gəncə hər ay olardı pənah.
Yığıldı bu yolla iki yüz nəfər,
Pənahgah tapıb, orda gizləndilər.
Verib hər birinə neçə baş qoyun,
Dedilər: - Alın çöllərə üz qoyun
Gedib tutdular dağda onlar qərar,
Şəhərdən uzaqda məkan saldılar.
Bu kürdlərki var, onların nəslidir,
Bütün ömrü dağda keçir, bəllidir. (10,41)


6
Kürd  xalqının  böyük  tarixçisi  Ş.X.Bidlisi  özünün  tarixi  “Şərəfnamə” əsərində
kürdlərin mənşəyi haqqında bu əfsanəni daha çox ağlabatan hesab etmişdir.(11)
Kürdlərin  mənşəyi  haqqında  digər əfsanə Süleyman  peyğəmbərin  adı  ilə bağlıdır.
Həmin əfsanəyə görə Süleyman peyğəmbər birgün 500 gənc  cini çağırıb onlara tapşırır ki,
günbatan  yerə qədər  uçub  uzaq  Avropadan  500  gözəl  qız  tapıb  gətirsinlər.  Cinlər  xeyli
axtarıb  500  ay  üzlü  gözəl  qızları  tapana  qədər  Süleyman  peyğəmbər  vəfat  edir.  Bunu
eşidən  cinlər  həmin  qızlarla  evlənir,  onların  çoxlu  uşaqları  olur.    Beləliklə,  yaranan  yeni
nəslə kürd adı verilir. (12,6).
Kürdlərin  mənşəyi  barədə elmi  mülahizələrə gəldikdə,  burada  da  yekdil  fikir
mövcud  deyildir.  Bu  barədə irəli  sürülən  müxtəlif  fikirlərə görə tətqiqatçıları  bir  neçə
qrupa bölmək olar. Birinci qrup alimlərin fikrinə görə kürdlər yunan tarixçisi Ksenofonun
e.ə.  441-cildə “Anabazis” əsərin-də təsvir  etdiyi kardu (kardux) xalqı  ilə eyni  mənşəyə
malikdir. (13,93)
Ksenofon  qeyd  olunan əsərində karduxların  indiki  Şimali  Kürdüstan ərazisindəki
dağlıq  bölgədə yaşadıqlarını,  çox  döyüşkən  olduqlarını,  on  minlik  yunan  qoşununa  ciddi
müqavimət  göstərdiklərini, ətraf  dillərdən  fərqlənən  yerli  dildə danışdıqlarını  yazır.
Şərqşünas  alim  P.Şehtman “Karduxlar-kürdlərin  qədim əcdadlarıdır” adlı əsərində
göstərir  ki,  indiki  Şimali  kürdüstan ərazisində yaşayan  karduxlar    iran  dillərinə aid
olmayan  öz  dillərində danışmış,  lakin  sonrakı  dövrlərdə irandilli  tayfalarla  qanaynayıb-
qarışmış və kürd  xalqlarının etnogenezində mühüm rol oynamışlar. (12,9) .
Kürdlərin 
etnogenezində
Karduxların 
mühüm 
rol 
oynadığını 
görkəmli
şərqşünaslardan  akademik  N.Y.  Movir,  akademik  O.  Vilçeviskiy,  kürd  alimi  M.İ.  Şəmsi,
İhsan  Nuri  Paşa  və başqaları  da  öz əsərlərində qeyd  edirlər.  (14;15,81).  O.  Vilçeviski
kürdlərin  bir  xalq  kimi  formalaşması  məsələlərinə həsr  etdiyi  sanballı  monoqrafiyasında
(14) arxeoloji, tarixi etnoqrafik coğrafi, iqtisadi? Leksik (dil) materialların təhlili əsasında
belə qənaətə gəlmişdir  ki,  kürdlərin  bir  etnos  kimi  meydana  gəldiyi  tarixi  Kürdüstan
ərazisində, yəni Kiçik Asiya yaylası ilə İran yaylasının Şimal-qərb hissələrinin qovuşduğu
ərazilərdə (Şimali  Mesopotomiya  və Zaqros  dağlarının ətəklərində,  Urmiya  gölü
hövzəsində) hələ e.ə.  VI  minillikdə məskunlaşmış  qədim  qədim  tayfa  birləşmələrindən
hürrilər,kutilər, lullubeylər kassitlər, həmçinin karduxlar bu xalqın etnogenezində bu və
ya  digər  dərəcədə iştirak  etmişlər.  Müəllif  burada  onu  da  qeyd  edir  ki,  həmin  tayfa
birlikləri təkcə kürdlərin deyil, qonşu xalqların da etnogenezində müəyyən rol oynamışlar.
Həmin  tayfalar  aborigen  olub  öz  dillərində danışmırlar.Minnillər ərzində şərqdən  Iran
imperiyası ərazisindən  gələn  irandilli  tayfalarla  yerli  etnosun  qaynayıb-qarışması
nəticəsində kür  xalqı  formalaşmışdır.  Müəllifin  fikrinə görə midiyalılara  məxsus  “Kara”
termini iə sasanilərə aid “kürd” sözü arasında sıx əlaqə mövcuddur və mənası “döyüşçü
xalq ” deməkdir. (14,113).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə