1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur


M.İ.Şəmsi  və bir  çox  kürdşünaslar  isə belə hesab  edir  ki,  kürd  sözü  “kardu” sözündən yaranıb, mənası “pəhlivan”



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   2   3   4   5   6   7   8   9   ...   51

7
M.İ.Şəmsi  və bir  çox  kürdşünaslar  isə belə hesab  edir  ki,  kürd  sözü  “kardu”
sözündən yaranıb, mənası “pəhlivan” deməkdir. (15,48). Göründüyü kimi, kürd sözünün
mənası haqqındakı bu iki fikirdə bir oxşarlıq mövcuddur.
Məlum  olduğu  kimi,  Azərbaycan  alimlərinin  də böyük  bir  qismi  azərbaycanlıların
etnogenezində O.Vilçeviskinin  qeyd  etdiyi  qədim  tayfaların  iştirak  etdiyini  sübut  etməyə
çalışırlar.  Məsələn,  A.S.Sumbatzadə Azərbaycan  xalqının  etnogenezinə və bir  xalq  kimi
formalaşması  tarixinə həsr  etdiyi  monoqrafiyasında  qeyd  edir  ki,  “Azərbaycan  xalqı  öz
mənbəyini kuti-lulubey, manna,  atropatena və alban  tayfalarından olan  ölkənin  avtoxton
əhalisi  ilə miqrantların, əsasən  türkdilli  tayfaların  qaynayıb-qarışması  prosesində
yaranmışdır”. (16,10). Bu isə o deməkdir k, azərbaycanlılarla kürdlərin ulu əcdadları eyni
olmuş,  sonralar  birincilərin xalq  kimi  formalaşmasında  türkdilli,  ikincilərinkində isə
irandilli  tayfalar  üstünlük  təşkil  etdiyi  üçün  onların  onların  dillərində fərq  yaranmışdır.
Belə ki,  indiki  Azərbaycan  dili  Altay  dillər  ailəsinin  türk  qrupuna,  kürddilli  isə Hind-
Avropa dillər ailəsinin İran qrupuna daxildir.
Akademik O.Velevski sözügedən monoqrafiyasının sonunda belə bir nəticəyə gəlir
ki,  kürdlərin  ayrıca  bir  xalq  kimi  formalaşması  prosesi ən  geci  II əsrdə başlamıs  və VI-
VIII əsrlərdə başa çatmışdır. (14,115,116).
Ikinci  qrup alimlər  kürdlərin  karduxlarla əlaqəsini  inkar  edirlər.  Həmin  alimlərdən
T.H.eldeke, M. Hartman, Veysbax və başqaları karduxların və kürdlərin dil müxtəlifliyini
əsas gətirərək belə hesab edirlər ki, kürdlərin qədim əcdadları karduxlar deyil, Strabonun
və digər antik müəlliflərin qeyd etdikləri kurtilərdir. Azərbaycan alimlərindən akademik
İ.Əliyev,  Mənsur Əlisoy,  R.Ş.Məlikov  və başqaları  da  kürdlərin  ulu əcdadlarının  kurtilər
(qutilər, kirtilər) olduğunu təsdiqləyirlər (17; 18; 19). Məsələn, akademik Əliyev  “Midya
Tarixi”  adlı əsərində qeyd  edir  ki,  “karduxları  kürdlərin əcdadları  olan  kirtilərlə
qarışdırmaq olmaz” (17,105)
R.Məlikov “Kirtilər” adlı  məqaləsində bu  qədim  xalq  haqqında  geniş  məlumat
verərək  özündən əvvəlki  tətqiqatçıların  fikirlərini  təhlil edir  və belə qənaətə gəlir  ki,
kürdlərin  ulu əcdadlarının  kirtilər  olduğuna  şübhə ola  bilməz  (19,1).  Mənsur Əlisoy
“Kürdlər  haqqında  nə bilirik” adlı  məqaləsində kürdlərin  mənşəyində qədim  kutilərin
(qutilərin) mühüm  rol  oynadığını təsdiqləməklə yanaşı,  qeyd  edir ki,  onlar  e.ə.  2500 –cü
ildə mesopotomiyada  hökmranlıq  etmişlər(18,6).  Qeyd  etmək  lazımdır  ki,  kutilərin
Mesopotomiyada hökmranlığı e.ə. 2500-cü ildə deyil, O. Vilçevskinin yuxarıda göstərilən
əsərində yazdığı kimi, e.ə. 2200-cü ildə başlamış və 60 ildən çox davam etmişdir (14,19).
Digər mənbələrə görə Qutilər (kirtilər) burada 120 il hökmranlıq etmişdir (81,21).
Kürdüstanın  şimalında (Türkiyə ərazisində) “Qutu  dərəsi”  nin  indiyədək  öz  adını
saxlaması və bu yerlər hal-hazırda da (4200 il əvvəl olduğu kimi) kürdlərin yaşaması adı


8
çəkilən  alimlərin  elim  qənaətinin  doğruluğuna  dəlalət  edən  faktlardan  biridir.  Kürdlərin
mənşəyinin  kirtilər (Qutilər) ilə bağlılığını  E.A.spayzr,  B.  Nikitin  və başqaları  da
təsdiqləyir. (82,31).
“Ön Asiyanın İran tayfalarının erkən tarixi” adlı monoqrafiyasında E.A.Qrantovskiy
göstərir  ki,  kürdlərin  etnogenezində kirtilərlə yanaşı  irandilli mard tayfaları  da  iştirak
etmişdir.(20,373).
Akademik  V.F.Minorskinin  və bir  çox  kürd  aliminin  fikrinə görə kürdlərin  ucu
əcdadları  irandilli  midiyalılar (medlər,  mitanlar,  madlar,  marlar,  mannalılar) olmuşdur
(21).  V.F.  Minovski  “Kürdlər”  adlı əsərində qeyd  edir  ki,  Dəclə çayının  sol  sahilində
kürdlərin yaşadığı Cudi dağı yüksəlir və Şərq əsatirlərinə Nuh peyğəmbərin gəmisi məhz
bu  dağı  zirvəsində dayanmışdır.  Buradaca  qeyd  etmək  lazımdır  ki,  Nuh  sözü  kürdcə
“yeni”, Cudi isə “görünən yer” mənasındadır.
Milliyəti  kürd  olmayan  Fəhmi  Şirvani  “Kürdlər  adlı  kitabçasında  Yaxın  şərqin ən
qədim  xalqlarından  olduğunu  qeyd  edərək  yazır  ki, Kürdlər  bəşəriyyətin ən  eski
kavmidirlər.
Kurani – Kərimin  də zikr  etdiği  gibi  Hz.  Nuhun  tufandan  sonra  ilk
konakladığı yer Cudidir. Cudi dağı isə Kürdlərin dağıdır”. (22,19). Həmin müəllif daha
sonra  yazır:  “Nuhun  gəmisi  Kürdüstandakı  cudi  dağına  oturduktan sonra  və Cudi  dağına
Nuh lierliğindən beşeriyyetin kahraman öncüləri indiğindən bu yana bu kahraman evlatlar
Cudiyi terk etmemişlərdir”. (22,72).
Göründüyü kimi akad V.F.minovskiy ilə dr. F.Şirnavinin kürdlərin qədim mənşəyə
mailk olmaları barədəki fikirləri üst-üstə düşür. Birinci müəllif qeyd  olunan əsərində daha
sonra  göstərir  ki,  Fəratın  yuxarı  lövhəsi  və Van  gölünün ətrafları  həm  də kürdlərin (yəni
digər  xalqlarla  yanaşı) ən  qədsim  zamanlardan  məskunlaşdığı ərazi  olduğu  halda,  Tavr
dağlarının bütün cənub yamacları və Dəclənin sol sahilindəki dağlıq ölkə (Bohtan, Habur,
böyük  Zab  çaylarının  hövzəsi) kürdlərin  başlıca  tarixi ocağı olmuşdur.  V.F.Minorskiy
qeyd  olunan əsərində kürdlərin  mənşəyinə bir  daha  toxunaraq  yazır:  “Əgər mardlar
mannalıların nəslindəndirsə,  bu  hipoteza  yəqin  ki,  Məsudinin  X əsrdə qeyd  etdiyi kürd
eponiminin  genelogiyasında  öz  təsdiqini  tapar:  Kürd-bin-Mard-bin-Sasad-bin-Qarb-bin-
Havazin.  Tarixi  və coğrafi  göstəricilər  nəzərə alınsa, küdr  millətinin  Midiyalıların çox
yaxın  dialektlərində danışan  iki  qohum  tayfaların- mardların  və kirtilərin qaynayıb
qarışması nəticəsində formalaşdığı çox qanunauyğun görünər” (21,98).
Kürdlərin  dili  ilə midiyalıların  dili  arasında  yaxın əlaqənin  olduğunu  dr.  F.Şinnavi
də təsdiqləyir  və qeyd  edir  ki, “....  tarihi  kaynaklar”  zerdeştin  aslının  kürt  olduğunu,
sonralardan  İrana  intikal  etdiğini  və
Sasasin  devletini  iranlılarla  kurduğunu
söyləməkdədir” (22,8).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə