1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur


V.F,Minorski  yazır: “Kürdlərin  gerçək  ataları.......  Medlərdir”  (84,41).  İnglis  alimi B. Son da kürdlərin kökünün Med//



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   2   3   4   5   6   7   8   9   ...   51

9
V.F,Minorski  yazır: “Kürdlərin  gerçək  ataları.......  Medlərdir”  (84,41).  İnglis  alimi
B. Son da kürdlərin kökünün Med// Madlarla bağlı olduğuna inanır (110,2-3).
Kürdlərin  mənşəyi və bir  xalq  kimi  formalaşması tarixi  haqqında  görkəmli  alim
Salavat  Qallyamovun  tətqiqatları  arxeoloji,  antropoloji,  etnoqrafik,  leksik  və tarixi
faktların 
zənginliyi, 
dərin 
elmi 
məntiqə
əsaslanan 
təhlilləri 

ümumiləşdirmələri,ağlabatan əqli  nəticələri  ilə diqqəti  cəlb  edir.Müəllifin  elmi  qənaətinə
görə kürdlər Şimali Mesopotomiyanın və Zaqros dağlarının ənqədim sakinlərindəndir.
S.Qalyamov “Qədim  arilər  və əbədi  Kürdüstan” adllı əsərində arxeoloji
materialların təhlili əsasında  bu nəticəyə gəlir ki,  Kərkük  şəhəri  yaxınlığında  yerləşən və
qədim  zamanlardan  kürdlərin  məskunlaşdığı Cermo məntəqəsində tapılan  arxeoloji
qazıntılar  sübut  edir  ki, Kürdüstanın mərkəzi  hissəsini təşkil  edən  bu  yerlərdə e.ə.  VII
minillikdə əkinçilik  mövcud  olmuşdur (23,33). Müəllif daha  sonra göstərir  ki,  Zaqros
dağlarının  qədim  sakinləri  olan  kutilər-kürdlər ən  azı  iki  min  il (e.ə.VIII-II  min  illiklər)
oturaq həyat tərzi sürən əkinçilər olmuşlar.
E.ə.  V  minillikdə Zaqros  sakinləri  olan  kutilər  (kürdlər)  Mesopotomiya  ovalığının
məhsuldar  torpaqlarını  mənimsəməyə və öz  məskunlaşma  arealını  cənuba  doğru
genişləndirməyə başlamışlar.  E.ə.IV  minillikdə Kuti  çarlığı
yaranmış  və öz ərazisini
şimal –qərbdə Suriya, cənubda İran (Fars) körfəzinədək genişləndirmişdir.
E.ə.  III  minillikdə kutilərin  məhsuldarlıq  allahı  olan  Inananın  məbədi  yaxınlığında
şumerlərin qədim şəhəri olan Yrk meydana gəlmişdir. Eləhəmin dövrdə şumerlərin yazısı
yaranmışdır.  Beləliklə, kutilər (kürdlər) mesopotomiyanın ilk yazısının  müəllifləri
hesab    olunmalıdır. Tətqiqatlar  göstərir  ki,  Şumer  yazılarındakı  kənd  təsərrüfatı
məhsullarının  və allahların əksəriyyətinin  adı  kürd  dilinə aiddir.  Müəllifin  bu  fikrini
şumerlərin “Bilqamış” eposu da  təsdiq edir. (83).
S.Qallyamovun fikrincə, Şumerlərin kürdlərlə bağlılığını sübut edən dəlillərdən biri
onların dinində qadın ilahələrinin mühüm rol oynamasıdır ki, bu da müasir kürd cəmiyyəti
üçün  səciyyəvi  cəhətlərdən  biridir. Belə ki, ərəblərdən  və digər  qonşu  xalqlardan fərqli
olaraq  kürd  cəmiyyətində qadın  yüksək  mövqeyə,  kişilərə bərabər  hüquqa  malikdir.
(23,52). Şumerlərlə kürdlərin sıx əlaqəsinə dəlalət edən digər fakt-onların geyimlərindəki
oxşarlıqdır  ki,  bu  cəhəti  bir  çox  şərqşünaslar  təsdiqləmişdir.
Və,  nəhayət,  başqa  bir
oxşarlıq:  kutilərdə (şumerlərdə) çar  olmamışdır.  S.Qolyamov  yazır:  “kutilər-kürdlər
Akkad  ilə müharibələr  zamanı  hərbi  demokratiya  qanunları  ilə yaşamışlar,  bu  vaxt  hərbi
əməliyyatlar  zamanı tayfa  şurası  tərəfindən  vahid  hərbi  rəhbər seçilir ki, bütün tayfaların
başçıları ona tabe olur. Bu prinsip kutilərin törəmələri olan kürdlərdə bu günə qədər davam
edir” (23,85).


10
Müəllifin qənaətinə görə Şumer sözü özü qədim kürdlərin ilan-allahı Şamarın adı
ilə bağlıdır.  Ezidi kürdlərin inancında  bu gün də Şahmar  mühüm  yer  tutur. (“Mar” kürd
dilində “ilan”  deməkdir). Şumer  ölkəsinin  adına  qədim  hind  yazılı  abidələrində Meru
ətrafındakı “Şı” müqəddəs  yerinin  adı  kimi  rast  gəlinir.  S.Qallyamov  belə hesab  edir  ki,
buradakı  Meru  dağı  ilə “Avesta”  dakı  Xara  Berezanti,  yəni  Zaqros  dağlarındakı Barzan
(İraq Kürdüstanında yerləşir) rayonu eyniyyət təşkil edir. Məhz burada qədim Kürdlərin-
Kutilərin Mehri adlı dövləti yerləşirdi. Prof. E.A. Spayzer də yazır ki, Şumer şəxs adları
kutilərin burada çox qədim zamanlardan yaşadığını sübut edir. (81,19).
S.Qalyamov  tarixi-etnoqrafik, coğrafi  materiallarla  yanaş,  başqırd  (başkürd),  kürd
və qədim  hind-sanskrit  dillərinin  müqayisəli  təhlili əsasında  belə nəticəyə gəlmişdir  ki,
kürdlər  və başqırdlar  (başkürdlər-şimal  kürdləri)  eyni  mənşəli  olub  qədim  hind ədəbi
abidələri  olan  vedalarda (“Rikveda”,  “Axtarveda”  və s.) adı  çəkilən Kuru tayfalarının
törəmələridir. (24,5-11). Müəllifin fikrinə görə bu tayfaların ilk vətəni Orta Asiya, Qərbi
Sibir  və Cənubi Ural  (indiki  Başkordıstan-Başqırdıstan)  olmuşdur.  Və onlar  e.ə.  III
minilliyin  sonunda  Ön  Asiya  və Mesopotomyaya (tarixi  kürdüstan ərazilərinə),
Hindistanın  şimalına  qədər  yayılmışlar.  Bu  fikri  şərqşünaslardan  M.Mayrxofer,
İ.M.Dyakonov,  İ.  Qreşeviç,  T.  Barrou,  İ.İ.Steblin-Kamenskiy  və
başqaları  da
təsdiqləmişlər.
Bununla  belə,  T.V.Qamkrelidze  və V.V.İvanov  yeni  hipoteza  irəli  sürərək  qeyd
edirlər ki, hind-ari tayfaları olan KuruBaharatların ilkin vətəni Şərqi Anadolu (Türkiyə
Kürdüstanı), Şimali Mesopotomiya (İraq Kürdüstanı) və Cənubi Qaqaz olmuş və onlar bu
regiondan şərqə doğru e.ə.II minilliyin əvvəllərində hərəkət etmişlər (24,6).
Kürd və başqırd  (başkürd-başkord) dillərinin  eyni  mənşəli olduğunu sübut  edən  S-
Qollyamov  göstərir  ki,  bu  iki  xalqın  eyniləşməli  olduğunu  onlara  məxsus  çoxsaylı  tayfa
adlarının oxşar olması da sübut edir. Məsələn, elə hər iki xalqın adı kürd (kord) və başkord
(başkürd) eyni  sözdən Kuru (“d”cəm  şəkilçisidir) etnonimindən  yaranmışdır.  Yaxud,
qədim midyalılarıntayfalarından biri aryazantu (kürd dilində “ari tayfası”) adlanırdı. “Ari”
sözünün mənası (kürd dilində “ar”-“aqır”) “odla”, “oddan yaranmış” deməkdir.
Başqa  misal.  Tarixdən  yaxşı  məlumdur  ki,  Şimali  mesopotomiyada  yaşayan
midyalılar (yəni  qədim  kürdlər) Cənubi  Uralda yaşayan  və başqırdların (başkürdlərin)
əcdadları  hesab  olunan  saklar-massaqetlərlə (skif-sarmatlar) sıx  qohumluq əlaqələrində
olmuşlar. “Masaqet”-kürd  dilində “balıq  ovlayanlar”,  “sarmat”-“baş  matlar” (mateinlər-
madlar-midyalılar) deməkdir.  “Tarixin  atası”  Heradotun  “Tarix” əsərində qeyd  etdiyi
“Savromatların adı kürd dilində olub mənası “atlı-cəngavər” mənasındadır” (24,7).
S.Qallyamov  buradaca  qeyd  edir  ki,  tarixi  mənbələrdən  məlum  olduğu  kimi,
başqırdların (başkürdlərin) qədim şəhərlərindən biri Suvar olmuşdur. İrandilli orta əsrlərin


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə