1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

18
qərbdə Mesopotomiyaya  ,    şimalda  Cənub  Qafqaza (indiki Gürcüstan,  Ermənistan  və
Azərbaycan əraziləri,) şərqdə Əfqanıstan  və Orta  Asiyaya,  cənub  isə Yəmənədək
genişləndirən Sasanilər 400 ildən çox regionda hökmranlıq etdilər
Bəzi  tətqiqatçılar (xüsusilə,  görkəmli  şərşünas  alim  S.Qalyamov) bir  çox  faktlar
əsasında iddia edirlər ki, Sasanilərin sülaləsinin banisi I Ərdəşir milliyətcə kürd olmuşdur.
I Ərdəşirin babası Sasan Kürdüstandakı Avroman (Həmroman) əyalətinin, onun (Sasanın)
atası Bəhman    Kürdi isə Avroman  və Pəhlə vilayətlərinin  hakimi  olmuşdur. Ərdəşir
sözünün mənası kürdcə “Yer üzünün aslanı” deməkdir.
Sasani  imperiyasının  dövlət  dili  məlum  olduğu  kimi, (fəhlə vilayətinin  adından
götürülmüşdür)
dili  olmuşdur.  Sasanilərin  kürd  mənşəli  olduğunu  iddia  edən  alimlər
pəhləvi  dilinin  müasir  kürd  dilinin  dialektlərindən  biri  etdiyini  söyləyirlər.  İ.  Nuri  paşa
özəsərində Sasanilərin  kürd  mənşəli  olduqlarını əsaslandırmaq  üçün  Kürdüstanın  Kəlhur
vilayətinin  hakiminin  arvadı  olan  Şəhrabanu  Xatunun  öz  atasına-sasanilərin  axırıncı  şahı
Yezdi  Kürdə qoran dialektində (pəhləvi dilində) yazdığı məktubu misal göstərir. Onu da
qeyd  edir  ki,  bu  faktı  ört-basdır  etmək  istəyənlər  Yezdi  Kürd  sözünü  Yezdəgird  kimi
yazmışlar (81,122-123).
Milliyətlə başqırd olan S. Qallyamov bir sıra faktlar əsasında Sasani sülaləsinin kürd
mənşəli olduğuna təsdiqləyərək, yazır: “Sasani çarlarının etnik cəhətdən kürdlərə məxsus
olduğunu  sülələnin (sasanilərin) İranda  bütün  hakimiyyəti  dövründə ali  kahinlər
vəzifəsinin kürdlərin konfessional-troktatik nəsli olan Barzanlarda (Barzanilər bu gün də
Iraq   Kürdüstanına başçılıq edir saxlanılması faktı izah edir)” (24,314).
Barzanların (Barzanilərin) Sasani  sülaləsində mühüm  rol  oynadığını  Firdovsinin
tarixi “Şahnamə” əsərindən də görmək olur. Həmin əsərdə Firdovsi dəfəlrlə kahin (möbid)
(Xərrad  Bərzinin)  (Bərzanın) adını  çəkir  onun  Virantiya  imperatoruna  zərdüştlük  dininin
əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur ki, Sasani dövlətində hakim
din məhz Zərdüştlük dininin əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur
ki, Sasani dövlətində hakim din məhz zərdüştlük idi. Zərdüşt peyğəmbərlər isə “yuxarıda
qeyd  etdiyimi  kimi,  kürdlərin  ulu əcdadlarının (melərin,  madların,  midyalıların) əsas
peyğəmbəri olmuşdur”. Sasanilər V-VI əsrlərdə şimaldan gələn hunların və xəzərlərin (hər
ikisi  türk  tayfa  birləşmələridir) qarşısını  almaq  məqsədi  ilə Xəzərin  sahilində Dərbənd
şəhərini və qalasını tikmişlər. Dərbənd-Kürd dilində “Bağlı qapı” deməkdir.
Əlbəttə,  sasanilərin  kürd  mənşəli  olduğunu  sübut  etmək  üçün  çoxlu  sayda  digər
faktlar (şahların adları, coğrafi adlar, etnik-dini xüsusiyyətlər və s.)İda tapmaq olar. Lakin
faktsız-sübutsuz bir acı həqiqət gün kimi aydındır ki, Sasani dövləti də kürdlərin yaratdığı
və ya  qurulmasına  kömək  etdiyi  digər  dövlətlər  kimi  tarixə bir  kürd  dövləti  kimi  deyil,
fars-İran  dövləti  kimi  düşmüşdür.  Daha  acınacaqlısı  odur  ki,  bu  sülalənin  hökmranlıq


19
etdiyi  400  ildən  artıq  bir  dövrdə Kürdlər  xeyirdən  çox  zərər  görmüşlər.  Təkcə onu  qeyd
etmək  kifayətdir  ki,  sasanilərin  Vizatiya,  Roma  və Bizans  imperiyalarına  qarşı  apardığı
müharibələr zamanı Kürdüstan ərazisi başlıca döyüş meydanı olduğu üçün burada saysız-
hesabsız miqdarda kürd məhv olmuş,onların yüzlərlə şəhəri, tarixi və mədəniyyət abidələri
dağıdılmış və yandırılmışdır.
VII əsrdən-Sasanilər  imperiyasının süquta  uğradığı  dövrdən  başlayaraq  300  ildən
yuxarı  kürdlər ərəb  işğalçılarına  qarşı  mübarizə aparmış,  onlara  ciddi  müqavimət
göstərmiş,  hətta  bəzi  kürd əyalətləri ərəblərə boyun əyməmiş,  müstəqil  hakimiyyətlərini
davam etdirmişlər.
633-cü  ilin  aprel  ayında  Xəlifə Əbu  Bəkrin əmri  ilə ərəb  sərkərdəsi  Xalid  ibn əl-
Valid  öz  qoşunlarını  İraq  üzərinə yeritdi.  Hirə şəhərini  və Cənubi  Kürdüstanın  bir  neçə
yaşayış  məntəqəsini  işğal  edən ərəblər  637-ci  ildə kürdlərin ən  qədim  yaşayış
məntəqələrindən  biri  olan  Kadisi (indiki  Cəzirə,  kürdcə “Cızira  Botan”), elə həmin  ildə
Hulvan (İran  Kürdüstanında  yerləşən indiki  Zohab) şəhərini ələ keçirtdilər. Ərəb
alimlərindən əl-əl-Bəla-Zuri    Hulvanın  sülh müqaviləsi əsasında,  Xəlifə ibn  Həyat  isə
zorla ələ keçirildiyini  yazmışlar  (32,17).  Bundan  bir  az  sonra ərəblər  Karmasin (İran
Kürdüstanındakı  Kirmanşah)
şəhərini  işğal  edib,  kürdləri
ən  qədim  yaşayış
məntəqələrindən biri olan Mosal üzərinə qoşun yeritdi. 640-cı ildə Mosul şəhərini və bu
vilayətdəki  bütün  kürd  kəndlərini  zəbt  etdikdən  sonra  bu  yerlərə bir sıra ərəb  tayfalarını
köçürüb  məskunlaşdırmağa  və
yerli
əhalini
ərəbləşdirməyə
başladılar  (32,18).
Tətqiqatçılaeın yazdığına görə Xəlifə Ömərin göstərişinə əsasən kürd dilində danışan hər
bir kəsin dili dərhal kəsilirdi.
642-ci ildə kürdlərin qədim şəhərlərindən olan  Şəhruzur üzərinə sərkərdə Utba ibn
Fərkadın  rəhbərliyi  ilə hücuma  keçən ərəblər  burda  çox  ciddi  müqavimətlə rastlaşdı  və
hətta, bir neçə dəfə geriyə çəkilməyə məcbur oldular. Nəhayət şəhəri ələ keçirdikdən sonra
Utba  ibn  Farkad  Xəlifə Ömərə yazırdı  ki,
kürdlərə
qarşı  döyüşüb  torpaqlarını ələ
keçirtdik, indi Azərbaycana doğru hərəkət edirik (33,20).
644-cü  ildə Ərdəbil  şəhərinə hücum  edən ərəblər  burada  da  ciddi  müqavimətə rast
gəldiklərini  görüb,  sülh  müqaviləsi  bağlamağa  məcbur  oldular.  Həmin  müqavilənin
şərtlərinə görə əhali  adından  müqaviləni  imralagen Azərbaycan  mərzbanı  hər  il  xilafətə
800  min  dirhəm  verməli, ərəblər  isə bu  ölkənin əhalisini  öldürməməli, əsir  almamalı,
həmçinin burada yaşayan kürd tayfalarının (balasacan, sabalan,satruzan) üzərinə hücuma
keçməməli idilər (33,21).
650-653-cü  illərdə Bəsrə vilayətində,  Xulvan  və Dinavər  rayonlarında  kürdlərin
ərəblərə qarşı  üsyanları  güclü qoşun  sayəsində yatırılır. 685-ci  ildə Saad ibn  Huzayfə əl-
Yaman Xulvan hakimi təyin olunur. Xilafət ona buradakı kürdləri itaətdə saxlamaq üçün


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə