1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

20
ildə 100  dirhəm  vəd  edir.  703-cü  ildə Fars əyalətində özlərini  müstəqil  aparan  kürdlərin
müqavimətini  qırmaq üzün  bura  yeridilən ərəb  qoşununa  xilafətin  şərq  vilayətlərinin
hakimi əl-Xəccac şəxsən özü rəhbərlik edir.
744-cü  ildə anası  kürd olan  Məhəmməd  ibn  Mərvan (II  Mərvan) xəlifə təyin
olunur.  O,  750-ci  ilə qədər  xilafətə başçılıq  edir  (33,31).  Xəlifə təyin  olunanadək  II
Mərvan  on  iki  il (732-744)
Qafqazda  hərbi  döyüşlərdə təcrübə qazanmış, ərəb
qoşunlarının  Kiçik  Asiyada  Vizantiya  imperiyasına  qarşı  hərbi əməliyyatlarına  başçılıq
etmişdir.
750-ci  ildə Xəlifə Mərvan  öldürüldü  və xilafətin  başına  abbasilərsülaləsi  keçdi.
Abbasilər 1258-ci  ilədək  xilafətə başçılıq  etdilər.  Abbasilərin birinci  xəlifəsi  Abal-Abbas
(749-754) hakimiyyətə keçən  kimi  Kürdüstan  şəhərlərində yeni  başçılar  təyin  etməklə
burada  öz  iqtidarını  güclənirdi.  Xəlifə əl-Mənsur (754-775) abbasilərə qarşı  Xürrəmilər
hərəkatı geniş vüsət almağa başlayır. Ərəb mənbələrinin verdiyi məlumata görə kürdlərin
üstünlük təşkil etdiyi Cibal vilayətində Əhalinin əksəriyyəti “xürrəmi dinini” qəbul etmişdi
(32,37).  Həmədan  rayonunda  xürrəmi  hərəkatına  qarşı döyüşdə ərəblər  60  mindən  çox
əhalini (əsasən  kürdləri) məhv  etmişdi. Ərəb  alimi əl-Məsudinin  verdiyi  məlumata  görə
kürdlərin  böyük əksəriyyət  təşkil  etdiyi  Cibalda  xürrəmilərin  sayı  200  min  nəfərdən  çox
idi (33,38).
IX əsrin  30-cu  illərində Mosal  vilayətindən ərəblərə qarşı  kürdlərin  daha  güclü
üsyanı baş qaldırır. Ərəb mənbələrinin verdiyi məlumata görə geniş ərazini əhatə edən və
838-ci  ildə başlayan  bu  üsyana  kürdlərin  rəhbəri  Cəfər  ibn  Fəhərcas  başçılıq  edirdi.  Bu
üsyan haqqında ərəb müəlliflərindən İbn əl-Fəkih, əl-Məsudi, ad-Dinavəri, İbn əl-Əsir, İbn
Xaldun  və başqaları  öz əsərlərində müəyyən  məlumatlar  vermişlər. Məsələn, Əl-Məsudi
yazır ki, Cəfər ibn Fəharcasın rəhbərlik etdiyi bu üsyan Mosal, Azərbaycan və Ermənistan
arasındakı geniş ərazini (başqa sözlə Kürdüstanın böyük bir hissəsini) əhatə edirdi (33,41).
Həmin  üsyandan  ciddi  narahat  olan  Xəlifə
əl-Mötəssim  840-cı  ildə görkəmli
sərkərdə İtahın  başçılığı  altında  böyük  miqdarda  qoşunu  kürdlərin  üzərinə yeritdi.  Ciddi
müqavimətə baxmayaraq, üsyan məğlubiyyətə uğradı. Ərəb mənbələri bu qələbəni Xəlifə
əl-Mötəsinin  hakimiyyəti  dövründə altı ən  mühüm  qələbədən  biri  kimi  göstərir,  üsyana
rəhbərlik  edən  Cəfəri  Xürrəmilərin  rəhbəri  Babək,  Təbəristan  Knyazı  Məzyar  və digər
görkəmli  sərkərdələrlə
müqayisə
edirlər.  Dasin  dağlarında
həbs  edilən  Cəfər
öldürüldükdən  sonra  cəsədi  Babək  (837)  və Məzyarın  (839)  edam  edildiyi  Sammara
şəhərinə göndərilir və burada parça-parça edilir.
900-cü ildə Suriyada kərmatilər hərəkatı küclənməyə başlayır. Zikrəvayhın rəhbərlik
etdiyi  bu  hərəkat  tezliklə bütün  Suriya  və İraq ərazisinə yayılmağa  başlayır. ərəb
mənbələrində suriyanın  qərb  rayonlarından  birinə hakimlik  edən  Cəfər  ibn  Həmid əl-


21
Kürdiyə İbn  Zikrəvayhın  yazdığı  məktuba  rats  gəlirik  ki,  bu  da  onu  göstərir  ki,  kürdlər
suriyanın  qərbində hələ IX əsrdə məskunlaşmışlar  və onlar  kərmatilər hərəkatında  fəal
iştirak  etmişlər. Belə ki,  həmin  məktubda  İbn  Zikrəvayh  Cəfər  ibn  Həmid əl-Kürdidən
xahiş  edir  ki,  ora  göndərilən  qoşuna  köməklik  göstərsin  və baş  verən  hadisələr  haqqında
düzgün məlumat göndərsin (33,47).
IX əsrin  ikinci  yarısında ərəblərə qarşı  mübarizədə Şimali  Mesopotomiyada,
xüsusilə Mosal  vilayətində yaşayan  kürdlər  mühüm  rol  oynamışlar.  868-ci  ildə xaricilər
hərəkatı  Müsavir  ibn əl-Həmid  ibn  Müsavir əş-Şarinin  başçılığı  ilə Mosal  vilayətində
geniş  vüsət  almağa  başladı.  Bu  hərəkatda əsasən  kürdlər  və ərəblər  iştirak  edirdi.
Məlumolduğu kimi xaricilik IIV əsirdə meydana çıxmış ictimai-siyasi və dini cərəyandır.
Dördüncü xəlifə Həzrət Əli Suriyada Əmavilərlə müharibədə (657) qələbə əzminə olarkən
aldanaraq  döyüşü  dayandırıb,  danışıqlar  aparmağa  razı  olduğu  üçün  bir  qrup  onun
ordusundan ayrılmış və buna görə də xaricilər adlanmışlar. Xaricilərin təliminə görə imam
və ya  hər  hansı  müsəlman  başçı  bütün  şəxslərdən,  müxtəlif  sinfin  nümayəndələrindən
seçilə bilər; rəhbər üçün başlıca şərt-onun ədalətli olmasıdır (34,57).
Xaricilərin  üsyanı  qısa  vaxt ərzində genişlənərək  bütün  Mosul  vilayətini  bürüdü.
Xaricilərin  Mosuldan  Xulvana  doğru  irəlilədiyini  görən  Xəlifə onların  üzərinə qoşun
yeritdi,  lakin ərəb  qoşunları  məğlub  olub  geri  çəkilmək  məcburiyyətində qaldı.  Xaricilər
az vaxt ərzində Mosalda, Xadissdə, Tikritdə, Sincarda, Nisaybində, Haburda hakimiyyəti
ələ keçirtdilər. 876-cı  ildə hərəkatın  başçısı  Müasavir əş  Şari  vəfat  etdi. Xaricilər
Şəhrizurda  yerləşən kürd  Məhəmməd  ibn  Hurrada müraciət  edərək  hərəkata  başçılıq
etməsini ondaç xahiş  etdilər.  O, əvvəlcə bu  təklifi qəbul etmədi,  sonradan  fikrini dəyişsə
də müəyyən  münaqişələr  nəticəsində Harun əl-Bacəli əş  Şari  hərəkatın  başçısı  təyin
olundu.
892-ci  ildə yeni  Xəlifə əl-Mütədid  (892-902)  kürdləri  öz  tərəfinə çəkmək  və
beləliklə Mosal  vilayətində qayda-qanun  yaratmaq  məqsədi  ilə həmin  vilayətə Əli  bin
Davud  ibn  Ruhzadə əl-Kürdini hakim  təyin  edir.  894-cü  ildə Xəlifə əl-Mütədid  Mosal
üzərinə qoşun yeritdi. Bunu eşitən kürdlər və onlarla birgə hərəkət edin köçəri ərəblər son
damla qanlarınadək vuruşmaq qərarına gəldilər. Onlar yan-yana üç süvari dəstəsi yaradıb
bununla  öz  ailələrini  qorumağa  başladılar.  Ciddi  müqavimətə baxmayaraq üsyançılar
saysız-hesabsız  xilafət  qoşununun  böyük  təzyiqinə tab  gətirə bilmədi  və məğlub  oldular.
Onların  bir  qismi  öldürüldü,  xeyli  hissəsi  Zab  çayında  boğuldu,  müəyyən  hissəsi  isə əsir
alındı.  Buradan  Bağdada  doğru  irəliləyən  Xəlifə yol  üstü  kürdlərin  yaşadığı əl-Həsəniyə
məntəqəsinə daxil  oldu.  İbn əl-Əsirin  məlumatına  görə burada ərəblər  on  min  qoşuna
başçılıq  edən  və özünün  müdafiə qalası  olan kürd  şəddadla qarşı-qarşıya  gəldi.  Xilafıt
çox çətinliklə də olsa  Şəddadın qoşunlarını məğlub edib, qalasını dağıtdı.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə