1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

93
Xarici  ölkə kürdşünaslarının,  eləcə də kürdlər  arasında  başqa  adla  yaşayan
missionerlərin  demək  olar  ki,  hamısı  kürd  cəmiyyətində qadının digər  müsəlman
qadınları  ilə müqayisədə geniş  azadlığa  malik  olmasını,  öz  namus  və şərəfini,  qanı
bahasına  olsa  belə,  axıradək  qorumasını  ,  kürd  qadınının  döyüşdə kişilərlə bərabər
vuruşmasını  heyrət  hissi  ilə qələmə almışlar.    Bu  fikirləri əsaslnadırmaq  üçün  bir  neçə
fakta müraciət edək.
K. Riç kürd qadınının ailədəki mövqeyinə diqqəti cəlb edərək yazır ki: “demək
olar  ki,  onlara əri  bərabərhüquqlular  kimi  yanaşır.  Kürd  qadını  türk  qadınlarının  kölə
vəziyyətinə istehza və nifrətlə yanaşır” (119,131).
P.  Lerx  özündən əvvəlki  missioner  və tətqiqatçıların  fikirlərinə istinad  edərək
kürd qadını haqqında deyilənləri və yazılanları təsdiqləyir: “Qadın cinsi kürdlərdə qonşu
xalqlarla  müqayisədə böyük  azadlığa  malikdir. Southgate.....  hətta,  inandırır  ki,  kürd
kişisinin  öz həyat  yoldaşına  münasibəti ona qərbin ailə həyatını xatırladır.  İş  zamanı və
kişilər arasında qadınlar həmişə örtüksüz gəzirlər. Ər öz arvadına tam etibar edir. O, ev
və çöl  işlərini  görür,  uşaqlara  baxır,  paltar  və xalça  hazırlayır......  Kürd  qadınları  çox
əməksevərdirlər... Nigah kürdlərdə qırılmaz (pozulmaz) ittifaq hesab  olunur” (25,31).
Akademik V.F.minorskiy kürdlərə həsr etdiyi kitabında (21) kürd cəmiyyətində
qadının  mövqeyi  və kürd  qadınının  fərqləndirici  xüsusiyyətlərinə ayrıca  yer  vermişdir.
O,  burada  göstərir  ki,  hər  bir  xalqın  xarakteristikası  üçün  qadına  münasibət  məsələsi
mühümdür. Bu baxımdan müəllif kürdləri “Müsəlman xalqları içərisində ən liberar” xalq
hesab edir (21,36).
V.F.  Minorskiy  bu  fikrin  banisini əsaslandırmaq  üçün  qeyd  edir  ki, kürd
qadınları  da  ailədə müəyyən  işləri  yerinə yetirir,  lakin  onlar  üzlərini  örtmürlər,  kişilərlə
bir  məclisdə sərbəst əyləşib  söhbət  edirlər.  Daha  sonra  müəllif  kürd  qadınları  haqqında
Soanın  aşağıdakı sözlərinə istinad  edir:  “Kəndlərdə bir neçə dəfə evin sahibəsi əri evdə
olmadığı  halda  məni  qonaq  qəbul  edərək,  mənimlə əyləşib  söhbət  etmiş,  türk  və fars
qadınları  kimi  yalançı  utancaqlıq  və ciddilik  rolunu  oynamamış,  evdəki  yeməkləri
mənimlə sevinc hissi ilə paylaşmışdır ” (21,36).
Kürd  qadının  təkcə ailədə deyil  cəmiyyətdə də böyük  nüfuza  malik  olmasına
diqqəti cəlb edən V.F.Minorski həmin fikrini əsaslandırmaq üçün bir sıra adlı-sanlı kürd
qadınlarının  övladlarının  (oğlanların)  atanın  adı  ilə deyil  ananın  adı  ilə çağırılmasını;
ərinin əvəzinə bütün  tayfaya  və yaşadıqları  şəhərə,  vilayətə başçılıq  edən  bəzi  kürd
xanımlarının  (Həkkəri əmirliyinin  kürdlər  təeəfindən  işğalı  illərində burada  hakimlik
edən  xanım;  Süleymaniyə vilayətinin əri  Osman  Paşa  Cavtan  sonra  idarə edən  Adilə
xanım)  rəhbərlik və idarə etmək qabiliyyətlərini misal göstərir (yenə orda səh37).


94
Akademik  O.V.Vinçeviski  də kürdlərin  Ön  Asiyanın  digər  xalqlarından
fərqləndirici  xüsusiyyətləri  sırasına  onların  qadına  münasibətini  və kürd  qadınının
kişilərlə birgə döyüşməsini  daxil  edərək  yazır:  “....  hələ 1950-ci  ildə Iran  qoşunlarının
Cavanrud  tayfasının  üsyanını  yatırtmaq  üçün  apardığı  cəza əməliyyatları  zamanı  həmin
tayfanın könüllülər dəstəsinin tərkibində demək olar ki, əli silah tutan bütün qadınları da
vuruşurdu.
Ona görə də hərçənd ki, əsrlər keçdikcə patriarxal    münasibətlər Kürdüstanda
da  yayılmışdır,  ....  matriarxatın  möhkəm  və güclü  izləri  (xatirələri)  kürd  mühitində bu
günədək  özünü  göstərməkdədir.  Qadının əhəmiyyətli  dərəcədə müstəqil  mövqeyi  ona
hamı  tərəfindən  hörmət,  bəzi  hallarda  onun  hədsiz  nüfuza  malik  olması-kürdləri  Kiçik
Asiya və İranın qonşu xalqlarından fərqləndirən başlıca əlamətlərdəndir”  (14,40).
Görkəmli  kürdşünasın  bu  fikrinə onu  da əlavə edək  ki,  kürd  qadınının
qəhrəmanlığına  dair çoxsaylı tarixi faktlar  təkcə XX əsrə deyil,  bütün  dövrlərə aid olub
bu  gün  də davam  etməkdədir.Bu  baxımdan  təkcə son  30  ildə Şimali  Kürdüstanda  öz
xalqının milli azadlığı uğrunda şəhid olmuş onlarla kürd qızını və ya Qarabağ müharibəsi
illərində (1992-1994)  Ermənilərin əlinə keçməmək  üçün özünü  qayadan  atan  neçə-neçə
kürd qadınını xatırlamaq kifayətdir.
Kürd  qadının  qəhrəmanlığına  dair  faktlar  dünya  qadınlarının  həyatına  həsr
olunmuş  və alman  alimləri  tərəfindən  yazılmış,  1885-ci  ildə rus  dilinə tərcümə edilmiş
“Qadın.  Onun  həyatı,  mənəviyyatı  və ictimai  mövqeyi” adlı  beynəlxalq əhəmiyyətli
kitaba  da  düşmüşdür.  Həmin  kitabda  kürd  qadınının  cəmiyyətdəki  azadlığı,
əməksevərliyi,  ev  işlarində çevikliyi,  zirəkliyi,  şən  və ismətli  olması  ilə yanaşı,
qəhrəmanlığı  da  xüsusi  qeyd  edilmişdir.  Bu  fikrin  isbatı  üçün  Kırım  müharibəsi
(yuxarıda qeyd etdiyimiz Rus-Türk müharibəsi) illərində ətrafına silahlı dəstə toplayaraq
kişi paltarında, ağ atın belində İstanbula gedib ruslara qarşı vuruşmaq istədiyini bildirən
Qara Fatma nümunə göstərilir.
Kitabın “Kürdlərin köçəri həyatı” adlı üçüncü fəslində yazılmışdır:  “Bu qədim
dağlıların  döyüşkənlik  ruhu  həm  də onunla  sübut  olunur  ki,  qadınların  özləridə
müharibədə iştirak  edirlər  və bu  baxımdan kürdlərin  amazonkası  Qara  Fatma,  hətta,
tarixə düşmüşdür. O, əslən şərt dağlıq dairə olan Rəvvandizdir...” (120,67).
Kürd  qadınının  hüquq  bərabərliyini,  ailə təsərrüfatında  zəhmətkeşliyini  və
döyüşdə kişilərdən geri qalmamasını  XIX əsrin erməni  tətqiqatçısı  K.  Xaçaturov xüsusi
qeyd etmişdir: “Kürdlərdə qadın tatarlar (azərbaycanlılar), ermənilər və digər xalqlarla
müqayisədə çox böyük hüquqlara malikdir. Kürdün arvadı  həm ev şəraitində (məişətdə),
hə də müharibədə yoldaşlıq  edir. Əgər ər  müharibəyə
yollanırsa,  qadınlar  isə eəv


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə