1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə1/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
  1   2   3   4   5   6   7   8   9   ...   35
Pedogika imtahan suallarının cavabları copy


Pedogika imtahan suallarının cavabları:

1)Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri.
Hər bir elm başqalarından öz predmetinin xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, Yer kürəsini və ya təbiəti öyrənən elmlər çoxdur. Lakin bu elmlərin hər biri həmin obyektləri müxtəlif aspektdən tədqiq edir.Insanı da bir çox elm sahələri öyrənir. Məsələn, psixologiya insan psixikası ilə bağlı prosesləri, anatomiya insan orqanizminin quruluşunu, etika insanlar arasında qarşılıqlı əxlaqi münasibətlərin tənzim edilməsini, estetika insanın gözəlliyə münasibətini öyrənir.Pedaqogika da insanı öyrənən elmlər sırasına daxildir. Lakin onun predmeti ilə bağlı fərqli yanaşmalar mövcuddur.Ənənəvi olaraq, pedaqogika tərbiyə haqqında elm hesab olunmuşdur. Müasir dövrdə isə təhsil pedaqogikanın predmeti kimi qəbul edilir. Yəni pedaqoq-alimlərin fikrincə, təhsil həm öyrədici, həm tərbiyəedici, həm də inkişafetdirici xarakter kəsb etdiyindən məhz onun pedaqogikanın predmeti kimi qəbul edilməsi daha məqsədəuyğundur.Təhsil-tərbiyə ictimai hadisələr olduğundan pedaqogika sosial elmlər sırasına daxildir.Pedaqogikanın bir elm kimi formalaşması böyük çex pedaqoqu Yan Amos Komenskinin adı ilə bağlıdır. Hələ XVII əsrə qədər pedaqogika fəlsəfənin tərkib hissəsi olaraq qalmaqda idi. Yalnız XVII əsrdə Y.A.Komenski özünəqədərki pedaqoji nəzəriyyələri sistemləşdirərək pedaqogikanı müstəqil elm kimi formalaşdırmışdır.Pedaqogika fənni müəllim hazırlığı sistemində xüsusi əhəmiyyət kəsb edir.Gələcək müəllimlər təlim-tərbiyə texnologiyalarına,şagird nailiyyətlərinin qiymətləndirilməsi və məktəbin idarə edilməsi üsullarına pedaqogika fənninin tədrisi prosesində,həmçinin nəzəri biliklərin pedaqoji təcrübəyə tətbiqi zamanı yiyələnirlər.Pedaqogika fənninin məqsədi gələcək müəllimlərdə müasir təhsil konsepsiyaları,yeni təlim-tərbiyə texnologiyaları ilə bağlı bilik və bacarıqlar formalaşdırmaqdır.
Pedaqogika fənn kurikulumunda 5 məzmun xətti nəzərdə tutulur:
1)Pedaqogikanın ümumi əsasları;
2)Təlim və təhsil nəzəriyyəsi (Didaktika);
3)Tərbiyənin nəzəri və praktik əsasları;
4)Məktəbin idarə edilməsi və ona rəhbərlik
; 5)Təhsil tarixi və müasirlik.
Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının reallaşmasınında başlıca ağırlıq müəllimlərin üzərinə düşür. Bu baxımdan pedaqoji kadr hazırlığında baza fənni kimi “Pedaqogika”nın da qarşısında bir sıra vəzifələr durur:
-müasir tələblərə cavab verən çevik təfəkkürlü, demokratik ünsiyyət üslubuna malik,sağlam əqidəli,nəzəri və praktik cəhətdən hazırlıqlı ,səriştəli pedaqoji kadrların hazırlanmasınl təmin etmək.Gələcək müəllimləri yeni qiymətləndirmə mexanizmi,müasir təlim texnologiyaları ilə bağlı biliklərlə formalaşdırmaq.Ali pedaqoji təhsil müəssisələrininin məzunlarında ünsiyyət,əməkdaşlıq,dialoq mədəniyyəti formalaşdırmaq.
2)Pedaqoji anlayışlar və onlara yeni yanaşmalar.
Təhsil,təlim və tərbiyə pedaqogikanın əsas anlayışlarıdır. Cəmiyyətin inkişafı ilk növbədə təhsildən keçir. Belə olduqda təhsil cəmiyyətin gələcəyini qurmağa yardım edən əsas amilə çevrilir. Təhsilə həm dəyər, həm sistem, həm proses, həm də nəticə kimi baxılır.İlk növbədə təhsilə dili, mentaliteti, milli adət-ənənələri özündə birləşdirən dəyər kimi baxılır.Bu dəyərlərin formalaşmasında şəxsiyyətyönümlülük,mədəniyyətyönümlülük,kollektivçilik,tamlıq aparıcı prinsiplərdir.Təhsil həmdə sistemdir.Bu sistemin ilkin mərhələsi məktəbəqədər təhsildir.Daha sonra ümumi təhsil,ilk peşə ixtisas təhsili,orta ixtisas təhsili və ali təhsil pilləsi gəlir.Təhsil həmçinin bütövlükdə müəllim şagird fəaliyyətlərinin yekunu olduğundan ona nəticə kimi baxılır.Tərbiyə prosesində isə müəyyən bilik ,bacarıq,vərdişlərə yiyələnmə,mədəniyyətin formalaşması mənimsənilir.Əsas pedaqoji anlayışlardan biri olan təlim müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı fəaliyyətidir. Təlim prosesində şagirdlər bilim və bacarıqlara yiyələnir, onları inkişaf etdirirlər.Müasir təlimdə şagird və müəllim bərabərhüquqlu şəkildə iştirak edirlər. Pedaqogikada son illərdə formalaşma, inkişaf və pedaqoji texnologiyalar da pedoqoji anlayışlar kimi təqdim olunur.Formalaşma- ekoloji, sosial, iqtisadi, ideoloji psixoloji və s. Amillərin təsiri ilə insanın sosial varlıq kimi formalaşması prosesidir. .İnkişaf- insan orqanizmdə kəmiyyət və keyfiyyət dəyişmələrinin nəticəsidir. İnkişaf dedikdə həm fiziki, həm psixoloji, intellektual və sosial inkişaf nəzərdə tutulur.Pedoqoji texnologiya isə qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq üçün həyata keçirilən prosesdir.


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə