1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Duyğular, növləri və onların təsnifatı



Yüklə 134 Kb.
səhifə19/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   15   16   17   18   19   20   21   22   ...   48
Şüur

18. Duyğular, növləri və onların təsnifatı.
Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar. Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir. İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır. Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir. Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy- ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ
gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir. Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək. Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir. Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir. İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir. Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları. Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı turşuya, kökü acıya daha həssasdır. Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları. 258 Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar. Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır. Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq. Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır. Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hə- rəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır. Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk. Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.

2)Duyğuların növləri.


Duyğuların 2 cür təsnifatı var:
• Anatomik təsnifat (Şerinqton)
• Genetik təsnifat (ingilis nevroloqu Xed).

Anatomik təsnifata görə duyğuların 3 növünü müəyyən edirlər:


• Ekstroreseptiv duyğular.
• İntroreseptiv duyğular
• Proprioreseptiv duyğular.
Ekstroreseptiv duyğular. Onların reseptorları bədənin səthində yerləşir, xarici aləmdə olan cisim və hadisələrin xassələrini əks etdirirlər. Görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğulan da bu qrupa daxildir. Ekstroreseptorlan 2 qrupa bölmək olar: kontakt və distant reseptorlar. Toxunma, dadbilmə kontakt, eşitmə,görmə, iybilmə distant duyğulardır.
Görmə duyğusu sayəsində biz cisimlərin forma və rəngini, ölçüsünü, həcmini, məsafəsini dərk edirik. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar isə rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir. Görmə duyğularının qıcıqlandırıcısı müəyyən uzunluğa malik elektromaqnit dalğalarıdır. Bu dalğaların uzunluğu 380-dan 790 mmk-a bərabərdir.
Esitmə duyğularının qıcıqlandırıcısı müxtəlif uzunluğa malik səs dalğalandır. İnsanın eşitmə analizatoru saniyədə 16-dan 20 000 hers (hers səs əmələ gətirən dalğaların tezliyinin fiziki ölçü vahididir) tezliyə malik olan səs dalğalarını əhatə edir. Eşitmə duyğulan səsin hündürlüyünü, gurluğunu və tembrini əks etdirir. İnsanların səsləri tembrinə görə bir-birindən fərqlənir. Bütün eşitmə duyğulan nitqi, musiqi səslərini və səs küylərini əks etdirir. ünların da hüdudu var. Belə ki, çox səs-küy sinir sistemini pozur, insanda əsəbilik və yorğunluq yaradır.
Dadbilmə duyğusunun qıcıqlandırıcıları orqanizm tərəfindən qəbul edilən qida maddələrinin kimyəvi xassəsidir. Bu mənada dad nəinki iylə əlaqədardır, həmçinin çox vaxt onunla ümumi inikas predmetinə malik olur. Əgər inikas predmetinə görə yəni qida maddələrinin kimyəvi tərkibinə görə daha çox iybilmə ilə əlaqədardırsa, inikasm xüsusiyyətlərinə görə dəri duyğulan ilə, digər tərəfdən isə daxili duyğularla əlaqədardır. Bizim dadbilmə duyğumuz 4 əsas duyğudan: şirin, turş, duzlu və acıdan ibarətdir.
İybilmə havada həll olmuş kimyəvi maddələri inikas etdirir. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarısında yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur.
Dəri duyğuları xarici aləm cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
İntroreseptiv duyğular orqanizmin daxili proseslərinin vəziyyəti haqqında siqnal verir və mədə-bağırsaq divarlarından, ürək və qan-damar sistemindən və s. orqanlardan gələn informasiyalan beyinə ötürür. Bu qrup duyğular ən qədim və elementar duyğunu təşkil edir. Bu duyğuların reseptor aparatı göstərilən orqanların divarlarına səpələnmiş formadadır. İntroreseptiv duyğuların təsnifatmı onların yerləşdiyi daxili orqanlara və onların təsnifatına görə aparırlar. İntroreseptiv duyğulara əsasən aclıq, susuzluq, tələbatların ödənilməsi və ya ödənilməməsi ilə bağlı duyğular daxildir.
Proprioreseptiv duyğuların reseptorları oynaq və əzələlərdə yerləşir, bədənimizin hərəkəti və vəziyyəti haqqında bizə məlumat verir. Hərəki və müvazinət duyğuları bu qrupa aiddir.
Duyğuların genetik təsnifatına əsasən duyğular primitiv — protopatik və mürəkkəb — epikritik duyğulara bölünür. Protopatik yunanca «protos» — ilkin, «patos» — yaşantı deməkdir. Protopatik duyğular dedikdə, duyğuların qədim formalan nəzərdə tutulur. Epikritik duyğular dedikdə, duyğuların daha ali növləri başa düşülür. Məs, görmə.

Bundan əlavə duyğuların intermodal və qeyri-spesifik növünü də ayırd edirlər. İntermodal duyğular müəyyən duyğular arasında olub buraya ehtizaz, kəskin iy, kəskin dad, ağrı misal ola bilər. Ehtizaz duyğulan kar və korlarda inkişaf edib. Adi hallarda eşitmə duyğulan 1 saniyədə 20-30 rəqsdən 20-30 min rəqsə qədər olan aralıqdakı dalğalan tuta bilir. Lakin bundan aşağı tezlikli rəqsləri də məs, 10-15 rəqs də qəbul edilə bilər. Belə rəqslər eşitmə üzvü ilə yox sümüklə qəbul edilir. Həmin səslərin qəbulu ilə bağlı duyğular ehtizaz duyğulan adlanır.


Duyğuların qeyri-spesifik növü. Bura fotohəssaslıq aiddir. Yəni əlin dərisi və barmaqların ucu ilə rənglərin fərqləndirilməsi deməkdir. Bu təzahür ətraflı surətdə rus psixoloqu Leontyev tərəfindən təsvir edilmişdir. Duyğuların qeyri-spesifik növünə həmçinin məsafə hissini də aid edirlər. Bu cür məsafə hissi korlarda qarşılarında olan maneəni duymağa kömək edir.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə