malik buzovlara aiddir. Bu dövrdə buzovlar əllə – yəni onlara süd içirtməklə və
yaxud dayə inəklər altında bəslənmə həyata keçirilir. Ətlik qaramalda isə buzovlar
südü ilə bəslənməyən körpə buzovlar panosla xəstələnirlər və onların 70-80%-i tələf
olur. Ağız südünün tərkibində olan maqnezium duzu bağırsaqların peristaltikasını
zəiflədir və ilk kalın kənar olmasına kömək edir. Buzovlara birinci dəfə ağız südü
buzov doğulandan 1,0-1,5 saat sonra 1-1,5 kq miqdarında isti-isti sağılıb verilir.
Birinci sutkada onun çəkisindən asılı olaraq buzovun içməsi üçün 4-5 litr ağız südü
içirdilir. İlk günlərdə ağız südü buzova sutkada 4-5 dəfə 1,0-1,5 kq miqdarında
isə üzlü süd üzsüz südlə əvəz olunaraq buzova 4-5 ay içirdilir. Adətən bəslənmə
dövründə bir baş buzova 200 kq üzlü sü və 400-500 kq üzsüz süd içirdilir. Buzovlara
süd təzə, təmiz 35-38
0
C-də isti süd içirdilir.
Buzova 12-15 günlük yaşdan başlayaraq qaba yemə, yay vaxtı isə yaşıl yemə
öyrədilir. buzovun 20 günlük yaşından başlayaraq buzovun rasyonuna sutkada 50-
100 qram miqdarında asan həzm olunan qüvvəli yemlər, yarmalar, kəpəklər və s.
verilir. İlk əvvəl bu yemlər nəmləndirilmiş şəkildə, sonralar isə quru halda verilir.
Sulu şirəli yemlər buzovun rasyonuna 25-35 günlük yaşda daxil edilir. Bu isə
buzovun iştahasını artırmaqla, rasyonu tam dəyərli edir. Bununla yanaşı, bu növ
yemlər orqanizm üçün asan və ucuz başa gələn sulu karbon mənbəyidir. Buzovların
yemləndirilməsi üçün kökümeyvəlilər və xüsusi hazırlanmış silosdan istifadə
edilməlidir. Buzovlara silos onlar 3-4 aylıq yaşda olarkən verilir. Buzovlara şirəli
yemlərin sutkalıq verilmə miqdarı 4-6 kq, 6 aylıq yaşdan isə 6-10 kq-a
çatdırılmalıdır.
Buzovlar 10-12 günlük yaşda olarkən onların hər birinə xörək duzu, sümük
unu və təbaşir formasında 10-15 q mineral maddə verilib, bu miqdar süd dövrünün
sonuna sutkada 30 q-a çatdırılır. Bu dövrdə yemin verilmə rejiminə ciddi əməl
olunmalıdır, əks təqdirdə onlar boy və inkişafdan qala bilirlər. Bəzi təsərrüfatlarda
buzovlar 15 günlük yaşa qədər fərdi profilaktik qəfəslərdə saxlanılır, sonra isə
ümumi buzovluğa keçirilir və burada hər qəfəsdə qrupda 5-8 buzov olmaqla 3 aylıq
yaşa qədər, 3 - aydan 6 – aylığa qədər isə 10-20 baş olmaqla saxlanılır. Bu qəfəslərdə
və buzovxanalarda təmizliyə riayət olunmalı, yeri təmiz, quru, iki tərəfli havaya yol
verilməməlidir.
Dostları ilə paylaş: