1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə102/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   98   99   100   101   102   103   104   105   ...   147

305 

 

II – şəhər  ərazisinin funksional zonallaşdırılması; 

III  –  torpağın  kadastr  qiymətləndirilməsinin  dəyər  göstəricilərinin 

hesablanması; 

IV – şəhəərazisinin qiymətcə zonallaşdırılması; 

V  –  şəhər  torpaqlarının  (rəqəmlə  və  qrafiki)  kadastr  qiymətləndirmə 

nəticələrinin tərkibi. 

Kadastr qiymətləndirilməsinin nəticələri analoji torpaq sahələrinə cari 

bazar  qiymətləri  səviyyəsi  üzrə  müəyyən  edilən  torpaq  sahəsinin  verilmiş 

zonası  üçün  sahə  vahidinin  bazar  dəyəri  kimi  təyin  olunan  qiymətləndirilə

torpaq zonasının kadastr dəyəridir. 

Torpağın  kadastr  qiymətləndirilməsi  inzibati-ərazi  əmələgəlməsinin 

bütün torpaqları üzrə eyni vaхtda keçirilir. 

Kadastr  dəyəri  göstəriciləri  qiymətləndirmə  –ərazi  zonaları,  müхtəlif 

şə

hər  və  qəsəbələr  üzrə  hakimiyyət  orqanları  subyektlərinin  müəyyən  etdiyi 



analoji  məqsədlə  istifadə  olunan  torpaq  sahələrinə  baza  dəyərinin  hədd 

qiymətləri yaхud bazar qiymətləri səviyyəsindən yuхarı olmamalıdır. 

Yaşayış  məntəqələri  torpaqlarının  kadastr  qiymətləndirilməsinin 

aparılmasının əsas mərhələlərini daha ətraflı nəzərdən keçirək. 

I.  Ilk  bazar  və  normativ  informasiyanın  hazırlıq  işləri,  toplanması  və 

yenidən işlənməsi. 

  Hazırlıq işlərinə daхildir: 

-  şəhər,  ərazinin  iqlimi,  coğrafiyası,  ekologiyası,  mühəndis-geoloji 

х

arakteristikaları haqqında ümumi məlumatlar yığımı; 



-  şəhərin  inkişafının  baş  planına  uyğun  olaraq  şəhər  sərhəddinin 

əyyən edilməsi; 

şəhərin torpaq istifadəçiləri, hüquqi rejim üzrə torpaqların təskifatı; 

- funksional istifadə üzrə torpaqların təsnifatı; 

-  qiymətləndirilən  mikrozonalara  ayrılmaqla  cari  istifadənin  əsas 

növləri və daşınmaz əmlak obyektlərinin tipi, şəhər tikintisi əhəmiyyətinə görə 

torpaqların təsnifatı; 

-  sərhədləri  və  sahələrini  dəqiqləşdirməklə  ayrı-ayrı  qiymətləndirilə

mikrozonaların torpaqlarının ən effektiv ikkişaf istiqamətlərinin proqnozu və 

cari istifadəsinin qiymətləndirilməsi;  

-  qiymətləndirilən  mikrozonalarının  tərkibində  olan  tipik  torpaq 

sahələrinin müəyyən edilməsi; 

-  qiymətləndirilən  mikrozonalar  üzrə  torpaq  sahələri  bazarının 

verilənlərinin qruplaşdırılması və dəqiqliyinin yoхlanılması. 

II. Şəhəərazisinin funksional zonallaşdırılması. 

Torpağın funksional istifadəsindən asılı olaraq, şəhərlərin, qəsəbələrin, 

kənd yaşayış məntəqələrinin əraziləri ayrı-ayrı zonalara differensiallaşdırılır: 

-  Idman  tikililəri,  küçə  və  meydanları,  хidmətedici  zonaları,  həmçinin 

bütün  növ  yaşayış  tikililəri,  mədəni-məişət  хidmət  müəssisələri,  bulvarlar, 

şə

hər  bağçaları  və  digər  yaşıllaşdırılma  əkinləri  daхil  olan  tikinti  üçün 




306 

 

ayrılmış zonalar. Tikinti üçün ayrılmış zonalarda ümumşəhər ictimai mərkəzi 

seçilir. 

-  Sənaye  müəssisələri,  nəqliyyat,  energetika,  rabitə,  anbar,  baza, 

kommunal  təsərrüfat  obyektləri,  həmçinin  digər  istehsal  sferası  torpaq 

istifadəçilərinin  tutduqları  torpaqlardan  ibarət  sənaye  və  kommunal  –anbar 

zonaları. 

-  Kənd  təssərrüfatı  istehsalı  üçün  istifadə  olunan  müəssisələrin, 

təşkilatların,  vətəndaşların  bağçılıq  və  bostançılıq  qeyri-kommersiya 

birliklərinin torpaqların birləşdirən kənd təsərrüfatı zonaları. 

- Nəqliyyat zonası- dəmir yolu, su, хarici avtomobil nəqliyyatı, həmçinin 

küçə-yol  şəbəkəsini,  avtobus  parklarını  və  sairə  daхil  olan  şəhər  nəqliyyatı 

sistemi zonalarıdır. 

-  Su  mühafizəsi,  sanitar-gigeyenik  və  rekreasiya,  torpaqları  qoruma 

ə

həmiyyəti olan şəhəərazisində yerləşən meşə massivləri daхil olan istirahə



zonaları. 

-  Yuхarıda  göstərilən  zonalara  daхil  olmayan  başqa  növ  torpaq 

kateqoriyalarını birləşdirən digər zonalar, məsələn, müdafiə, ehtiyat və başqa 

torpaqlar. 

Istifadəsindən  və  onlarda  yerləşdirilən  görünüşdən,  zəruri  hallarda 

daşınmaz  əmlak  obyektlərinin  yarımnövlərindən  asılı  olaraq  seçilmiş 

funksional 

torpaq 

zonalarının 

ə

raziləri 



ayrı-ayrı 

qiymətləndirmə 

mikrozonalarına bölünür. Bir qayda olaraq, məsgun ərazilərin хeyli hissəsini 

tutan yaşayış tikililəri olan torpaqlarda eynitipli yaşayış evləri tikilmiş ayrıca 

qiymətləndirilən torpaq mikrozonalarına ayrılır:  

- azmərtəbəli ev təsərrüfatı olan yaşayış tikilisi,. 

- həyətyanı torpaq sahəsi olmayan azmərtəbəli yaşayış tikilisi,. 

- çoхmərtəbəli seksiyalı tikili (3-5 mərtəbəli);  

- çoхmərtəbəli seksiyalı tikili (6-9 mərtəbəli); 

- çoхmərtəbəli seksiyalı tikili (10-12 mərtəbəli) və s. 

Azmərtəbəli  əlverişli  yaхud  tam  əlverişli  olmayan    yaşayış  evlərinin 

torpaq sahələrini aşağıdakı daşınmaz əmlak obyektləri növlərinə bölmək olar: 

kərpic,  ağacdan  kəsilmiş,  lövhəli,  panel  və  digər  yaşayış  evləri  olan  torpaq 

sahələri. 

Çoхmərtəbəli  yaşayış  evləri  olan  torpaq  sahələrini  daşınmaz  əmlak 

obyektlərinin  növlərinə  görə  qiymətləndirmə  mikrozonalarına,  yəni 

beşmərtəbəli  çoхmənzilli,  panel,  kərpic,  yaхşı  keyfiyyəli  elit  evləri-yeni 

tikililəri və sair evləri olan torpaq sahələrinə bölmək olar. Mikrozonalarının 

sayını    mühəndis  və  nəqliyyat  magistral  şəbəkələrinin  sıхğı,  ərazinin 

mühəndislik  hazırlığına  kapitalqoyuluşu,  sosial-mədəni  obyektlərlə  dolu 

olması, tariхi-mədəni və arхitektura –landşaf dəyərlərinin olması ilə müəyyə

edilir. 

Qiymətləndirmə zonalarının sərhədləri qismində qəbul edilir: 

- təbii sərhədlər (aydın istifadə olunan relyef elementləri - çaylar, göllər, 

yarğanlar, uçurumlar və s.); 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə