1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə12/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   8   9   10   11   12   13   14   15   ...   147

34 

 

Üçüncü  göstərici  layihənin  gəlirlilik  dərəcəsinin  dəqiq  əks  etdirilməsi  ilə 

səciyyələnir.  Bu  da,  iqtisadi  ədəbiyyatda  bir  qayda  olaraq,  rentabellik  əmsalı  ilə  şərh 

olunur. Buradan aydın olur ki, sözü gedən göstəricinin əsas mahiyyəti əldə olunan xalis 

mənfəətin  kəmiyyətinin  layihə  üzrə  movcud  məsrəf  vahidinə  nisbəti  kimi 

hesablanmasından  ibarətdir.  Bu  göstərici  də,  tətbiq  olunan  diskontlaşdırma 

dərəcəsindən birbaşa asılı olduğuna görə o, həm də subyektiv təsirlərə qarşı dəyanətlilik 

nümayiş etdirmək imkanına malikdir.  

Layihənin  daxili  gəlirlilik  dərəcəsi  onun  etibarlılığı  səviyyəsini  göstərir.  Bu  da, 

iqtisadi  mahiyyətinə gorə    mövcud  layihə  üzrə  əldə  olunan gəlirlərin  xərclərlə əlaqəli 

şə

kildə  idarə  edilməsi  mexanizminə  daha  uyğun  olan  diskontlaşdırma  dərəcəsi  kimi 



qəbul oluna bilər. Bu göstəricnin də müəyyən qüsurları vardır. Bunlardan biri layihənin 

daxili  gəlirlilik  dərəcəsi  üzrə  təkrar  investisiya  qoyuluşu  barədə  fərziyyəyə  əsaslanan 

təsəvvürlərin  irəli  sürülməsidir.  Belə  ənənə  təcrübədə  heç  bir  nəticə  vermir. 

Göstəricidəki  belə  özünəməxsus  xüsusiyyətlər  qiymətləndiricilər  tərəfindən  nəzərə 

alınır.  Beşinci  göstərici  (modifikasiya  edilmiş  gəlirlilik  göstəricisi)  layihəyə  aid  olan 

bütün  xərclərin  illər  üzrə  bölgüsünün  dəqiqliyini  xarakterizə  edir.  Deməli, 

hesablamaların dəqiq aparıldığı bir şəraitdə lahiyənin icrası üçün əvvəlinci illərdən artıq 

qalan  vəsaitin  başqa  layihələrə  yönəldilməsi  mümkünlüyü  yaranır.  Lakin,  bu  zaman 

artıq  vəsaitlərin  müvəqqəti  olaraq  istiqamətləndirildiyi  obyektlərin  (layihələrin) 

likvidliyi 

və 

hər 


cür 

təhlükəsizliyi 

mütləq 

nəzərə 


alınmalı, 

dəqiq 


müəyyənləşdirilməlidir. Əks halda, nəzərdə tutulan əsas və əlavə layihələrin heç birinin 

iqtisadi səmərəliliyindən söhbət gedə bilməz. 

Nəhayət,  layihələrin  iqtisadi  səmərəliliyinin  müəyyən  edilməsinə  xidmət  edən 

altıncı  göstərici  maliyyə  menecmentinin  gəlirlilik  dərəcəsinin  hesablanması 

göstəricisidir. Bu göstəricinin əsas mahiyyəti, mövcud layihədən əldə edilən gəlirlərin 

müxtəlif faydalılığın əldə edilməsi mümkün olan digər layihələr arasında düşünülmüş 

qaydada  və  daha  səmərəli  bölgüsünün  təmin  edilməsindən  ibarətdir.  Bu  zaman  ilk 

növbədə,  dəqiq  araşdırmalar  nəticəsində  həm  dövrü  və  həm  də  orta gəlirlilik dərəcəsi 

müəyyən olunur. Daha sonra, bunun əsasında gəlirlər üzrə ümumi yığımın məbləginin 



35 

 

kəmiyyəti  müxtəlif  dərəcələrdən  istifadə  etməklə  müəyyən  edilir.  Məsələnin  bu  cür 

həlli  gəlirlər  və  xərclər  axını  üzrə  düzəlişlərin  aparılmasını  zəruri  edir.  Bu,  əsas  və 

zəruri reallıqlara lazım olan qaydada nail olunmasına kömək edə bilər. 

 Əlavə olaraq qeyd etmək lazımdır ki, həmin göstrəcililərdən istifadə edilməsinin 

vacibliyi  başlıca  olaraq  mövcud  layihənin  investisiya  cəlbediciliyi  ilə  əlaqədardır.  Bu 

da öz növbəsində, müəyyən dövrlər üzrə pul vahidinin dəyərini nəzərə alaraq layihənin 

uğurla  icra  edilməsinə  imkan  verən  ümumi  xərclərin  və  gəlirlərin  müqayisə  edilməsi 

zərurətini yaradır. 

 

2.5. Qiymətləndirmə fəaliyyətində istifadə olunan yanaşmalar və metodlar 

 

Qiymətləndirmə  obyektinin  müəyyən  edilən  dəyərinin  reallığı,  əmlak  bazarının 



mövcud  səviyyəsini  əks  etdirə  bilməsi  imkanları  bir  tərəfdən  qiymətləndiricinin 

peşəkarlığı  ilə  bağlıdırsa,  digər  tərəfdən  isə  tətbiq  edilən  yanaşmalardan,  onlara 

münasibətlərin düzgün seçilməsindən, metodların dəqiq müəyyən edilməsindən asılıdır.  

Qiymətləndirmə  fəaliyyətində  yanaşma  dedikdə,  əmlak  barədə  informasiyaların 

ə

ldə edilməsini və onun əsasında əmlakın maksimum dəqiq qiymətləndirilməsini təmin 



edən üsul və vasitələrin məcmusu başa düşülür. Həmin metod və üsullar aidiyyatı üzrə 

dörd  mühüm  qrupda  birləşdirildiyinə  görə,  qiymətləndirmə  elmində  də  dörd  yanaşma 

kimi qəbul edilməkdədir. 

Qiymətləndirmə  standartlarına  müvafiq  olaraq,  əmlakın  dəyərinin  müəyyən 

edilməsində  üç  yanaşma,  yəni  məsrəf,  gəlir  və  müqayisə  yanaşmaları  mövcuddur.  

Bunlara  analitik  yanaşmalar  deyilir.  Lakin,  iqtisadi  ədəbiyyatda  ayrıca  olaraq  ekspert 

yanaşmasının  da  özünəməxsus  zəruriliyi  və  gərəkliliyi  şərh  olunur.  Həmin 

yanaşmaların  praktiki olaraq quruluşu və qarşılıqlı əlaqələri aşağıdakı kimidir:  



 

 

 

                                                                                                                     

 

 


36 

 

 Sxem 1.2 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Ekspert  yanaşmasının  əsl  mahiyyəti  standartlarda  göstərilən  yanaşmalara 

qiymətləndiricinin münasibətindən, konkret qiymətləndirmə obyekti üzrə onlardan hər 

hansı  birinin  seçilməsi  və  tətbiqi  reallıqlarından  ibarətdir.  Çünki,  qiymətləndiricinin 

gəldiyi  son  qənaət  qiymətləndirmə  obyektinin  xassəsindən,  bazarın  mövcud 

vəziyyətindən  və  xüsusilə  qiymətləndirmənin  məqsədindən,  eləcə  də,  yanaşmanın 

(yanaşmaların)  düzgün  seçilməsindən  daha  çox  asılı  olur.  Qiymətləndirmə  üzrə 

göstərilən  xidmətlər  və  dünya  təcrübəsi  göstərir  ki,  sağlam  düşüncəli  qiymətləndirici 

hər  hansı  yanaşmanı,  onun  tərkibinə  daxil  olan  metodları  seçir  və  tətbiq  edir. 

Gözlənilən  nəticə  alınmadıqda  qiymətləndirici  onu  etiraf  etməklə  digər  yanaşmalara 

(metodlara)  müraciət  etməli,  bazarı  dəqiq  əks  etdirən,  tərəfləri  tam  təmin  edən  real 

nəticəni axtarıb tapmalıdır. 

Çünki, bu yanaşmalar obyektin taleyini müxtəlif nöqteyi-nəzərdən xarakterizə edə 

bilirlər. Yəni, məsrəf yanaşması qiymətləndirmə obyektinin dəyərini yalnız keçmişə və 

 

Qiymətləndirmə  yanaşmaları 



 

Ekspert yanaşması 



 

     

Analitik yanaşmalar 

M

əs



ya

na



şm

as

ı 



M

üq

ay



is

ə 

ya



na

şm

as



ı 

 

G



əl

ir

 y



an

m



as

ı 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə