1 QİYMƏTLƏNDİRM



Yüklə 3,31 Mb.

səhifə129/147
tarix14.09.2018
ölçüsü3,31 Mb.
1   ...   125   126   127   128   129   130   131   132   ...   147

361 

 

F.Nayt  davamlı  sosial-iqtisadi  təşkilatın,  yəni  hər  hansı  müəssisənin 

ümumi prinsiplərini tədqiq edərkən rəqabətə təbii qiymət nəzəriyyəsi ilə birgə 

baxmış və həmin müəssisənin fəaliyyətini xalis və qeyri-xalis rəqbətli mühitdə 

izah  edərək  onlar  arasındakı  fərqi  göstərmişdir.  O  göstərmişdir  ki,  ideal 

olaraq  ancaq  nəzəriyyədə  mövcud  olan  xalis  rəqabətli  mühitdə  alıcı  və 

satıcıların bazar haqqında informasiyası olur.  stehsalçılar qiymətlərin idarə 

edilməsi  zamanı  heç  bir  çətinliklə  rastlaşmırlar.  Əsərin  sonrakı  fəsillərində 

F.Nayt real həyatda xalis rəqabətli bazarın mövcud olmadığını və qiymətlərin 

ə

mələ gəlməsi və onların idarə edilməsi zamanı firmaların qeyri-müəyyənliklə 



üzləşdiyini bildirir.  

F.Naytın  fikrincə,  risk  ölçülə  bilən  qeyri-müəyyənlikdir.  Müəssisənin 

fəaliyyəti nəticəsində gələcəkdə baş verə biləcək itki və ya mənfəətin kəmiyyə

və ya  keyfiyyətcə hesablanması mümkündürsə, həmin qeyri-müəyyənlik risk 

kimi  izah  edilə  bilər  və  bu  səbəbdən  riskin  sığortalana  bilməsi  kimi 

mümkünlyü vardır 

qtisadi  kateqoriya kimi  riskin  qeyri-formal,  keyfiyyət anlayışı  ümumi 

halda  ondan  ibarətdir  ki,  risk  müəyyən  hadisələrin  baş  verməsi  nəticəsində 

subyektin  itkiyə  məruz  qaldığı  təhdiddir[93].  Bəzən  “risk”  sözü  “ehtimal” 

sözünün sinonimi kimi istifadə edilir. 

“Risk”  anlayışı  üzrə  göstərilən  fikirləri  yekunlaşdırmaq  üçün  iqtisadi 

riskin  izahı məqsədilə  aşağıdakı elementləri göstərmək mümkündür: 

-

  gözlənilməz itkilərin baş verməsi təhlükəsi, əlverişsiz şəraitin yaranması 



ilə gözlənilən gəlirin əldə edilməməsi ehtimalıdır; 

-

  itkilər dedikdə maddi, əmək, maliyyə, material itkiləri nəzərdə tutulur; 



-

  qeyri-müəyyənlik riskin yaranmasının xarakterik səbəbidir.  



Risk  şəraitində  hər  hansı  bir  hadisə  həm  baş  verə,  həm  də  baş  verməyə 

bilər. Həmin hadisə baş verdikdə isə üç mümkün iqtisadi nəticə yarana bilər: 

–  «-»  mənfi  təsir  (itki  olur),  sıfır  hədd  (heç  nə  dəyişmir),  «+»  müsbət  təsir 

(mənfəət qazanıla bilər). 


362 

 

Risk anlayışını geniş öyrənmək məqsədilə , “risk vəziyyəti” anlayışından 

istifadə olunur. Risk şəraiti statistik proseslərlə əlaqədardır və onun aşağıdakı 

təkib hissələri vardır: 

-

  riskin mövcud olduğu yerdə qeyri-müəyyənlik də mövcuddur; 



-

  riskin  mövcudluğu  idarəetmə  qərarlarının  qəbulunda  alternativlərin 



olmasını  şərtləndirir  (müəyyən  variantın  seçilməməsi  də  alternativ 

variantdır); 

-

  seçilmiş  alternativin  həyata  keçirilməsinin  qiymətləndirilməsi 



mümkündür. 

Riskin  əsas  elementi  seçilmiş  məqsədə  tam  çatmamaq  ehtimalıdır. 

Burada  məqsədə  həm  çatmamaq,  həm  də  gözlənildiyindən  daha  çox  çatmaq 

mümkündür. 

Bunlardan başqa,riskin ziddiyyətlilik xüsusiyyətləri də vardır.Riskin bu 

xüsusiyyəti  özünü  müxtəlif  aspektlərdə  göstərir.  Çünki  risk  bir  tərəfdə

məqsədə  nail  olmaq  üçün  müxtəlif  yeni  yolların  seçilməsi,  digər  tərəfdən  isə 

qaçılmaz  seçim  şəraitinin  olması  vəziyyətidir.  Bu  xüsusiyyət  bir  tərəfdə

iqtsiadiyyatda inkişafa şərait yarada, daim yenilik axtarışına sövq edə, digə

tərəfdən isə sahibkarları müflisləşməyə doğru apara bilər.  

Riskin  alternativlik  xüsusiyyəti  iki  və  ya  daha  çox  variantdan  birini 

seçmək  məcburiyyətidir.  Riskin  olması  orada  alternativ  seçimin  olmasını 

zəruri edir.  

Risk  qeyri-müəyyənliyin  yumşaldılmış,  ölçülə  bilən  formasıdır.  Risk 

məzmununa  və  mövcudluğuna  görə  həmcins  оlmayan  qeyri-müəyyənliklə 

bağlıdır. 

Qeyri-müəyyənlik  iqtisadi  kateqoriya  kimi  müxtəlif  tədqiqatçılar 

tərəfindən  tədqiq  olunmağına  baxmayaraq,  onun  izahı  zamanı  fikir  ayrılığı 

hələ də mövcuddur. Bəzi müəlliflər “qeyri-müəyyənlik” anlayışını məlumatın 

azlığı  və  ya  etibarsızlığı  olduğu  şərait  kimi  göstərirlər.  Digərləri  isə  qeyri-

əyyənliyin  belə  bir  tərifi  ilə  razılaşmayıb,  idarəetmənin  səmərəsi  üçün 




Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə