1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə130/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   126   127   128   129   130   131   132   133   ...   147

363 

 

məlumatın  müəyyənliyini  əsas  şərt  hesab  etmirlər.  nformasiyanın  iqtisadi 

sistemin  fəaliyyəti,  iqtisadi  hadisələrin  baş  verməsi  üçün  əsas  amil  olmasına 

baxmayaraq,  hər  hansı  firmanın  fəaliyyətinin  davamlılığı  digər  amillərdən  - 

onun  ödəməqabiliyətliliyi,  təşkilatı  quruluşu,  idarəetmə  sistemi  və  digə

amillərdən asılı olduğunu iddia edirlər. 

Qeyri-müəyyənlik  şəraitində  təhlil  metodlarının  tərkibi  xeyli  dərəcədə 

məhdudlaşır və idarəetmə qərarlarının qəbulunun əsas üsulları kimi oyunlar 

nəzəriyyəsində təmsil olunan metodlar çıxış edir. Qeyri-müəyyənlik şəraitində 

qərar qəbul edilməsi metodlarının istifadəsi zamanı hadisələrə faktiki olaraq 

əyyən  ehtimallar  səviyyəsi    olunur,  məsələn,  nəticələrin  bərabə

mümkünlüyü  nəzərdə  tutulur.  Hadisənin  ehtimalını  (yəni  risklər  haqqında) 

ə

ks  etdirən  informasiyanı  statistik  müşahidələr  vasitəsilə  almaq  olar  (bu, 



kifayət  qədər  dəqiq,  lakin  əməktutumludur  və  heç  də  həmişə  tətbiq  olunan 

metod deyil). Bunu həm də analoqlar metodunu tətbiq etmək yolu ilə həyata 

keçirmək  mümkündür.  Bu  daha  sadə  olsa  da,  dəqiq  metod  deyil.  Eyni 

zamanda,  subyektiv  qiymətləndirmələrin  müəyyən  edilməsi  (ekspert  metod, 

onun  dəqiqliyi  və  əsaslandırılması  ekspertlərin  ixtisaslaşması  səviyyəsində

asılıdır),  eləcə  də  göstərilən  metodların  kombinə  olunmasından  istifadə 

mühüm əhəmiyyət kəsb edir. Fond bazarının informasiya infrastrukturunun 

mövcudluğu maliyyə qoyuluşlarının təhlilində risklərin qiymətləndirilməsinin 

statistik  metodlarından  (məsələn,  Monte-Karlo  metodu)  kifayət  qədər  geniş 

istifadə etməyə imkan verir. 

Qeyri-müəyyənlik  –  müxtəlif  səbəblərdən  yaranan  və  qərarların 

reallaşdırlması  şərtləri,  o  cümlədən  onlarla  bağlı  xərclər  və  nəticələr  haqda 

natamam  və  dəqiq  olmayan  informasiyadan  yaranan  yarımçıq,  qeyri-dəqiq 

gələcəkdə parametrlər haqqında təsəvvürlərdir. 

Xoşagəlməz  hallar  və  nəticələr  haqqında  qərarların  reallaşması 

gedişində yaranan qeyri-müəyyənliklər risk anlayışı ilə xarakterizə olunur. 


364 

 

Qeyri-müəyyənliyi  izah  edərkən  onun  aşağıdakı  xüsusiyyətləri 

göstərilməlidir:  

-

  qeyri-müəyyənlik ancaq qeyri-xalis rəqabət mühitində mövcud olur; 



-

  qeyri-müəyyənlik zamanla əlaqədardır; 

-

  qeyri-müəyyənlik məlumatsızlıqla əlaqədardır. 



qtisadiyyat elmi çox zaman dəqiq elmələrə yaxın sosial elm kimi qəbul 

edilir. Çünki bu elmin öyrənilməsi zamanı həm riyazi hesablamalardan, hə

də  sosial  metodlardan istifadə  olunur. Xüsusən  də  indiki  zamanda – iqtisadi 

proseslərin  sürətlə  baş  verdiyi,  yeni  texnika  və  texnologiyalardan  geniş 

istifadə  edildiyi,  innovasiyanın  iqtisadiyyata  güclü  təsir  etdiyi  bir  zamanda 

iqtisadiyyatın  öyrənilməsi  zamanı  yeni  metodların  aşkarlanması  zəruri  hala 

çevrilmişdir.  

Qeyri-müəyyənlik  anlayışının  mahiyyətcə  gələcəyə  aid  olduğunu, 

gələcəyin  isə  dəqiq  bilinməməsi,  tam  proqnozlaşdırılması  qeyri-mümkün 

olduğundan  idarəetmə  qərarı  qəbulu  çox  zaman  subyektiv  ehtimallara 

ə

saslanır.  Bu  səbəbdən  qeyri-müəyyənlik  mühitində  insanların  davranışının 



araşdırılması  üçün  daha  çox  sosial-psixloloji  üsullardan  istifadə  edilir  və 

mikro  səviyyədə  sosial-iqtisadi  təşlkilatın,  yəni  hər  hansı  bir  müəssisənin, 

sahibkarın fəaliyyəti nəzərdən keçirilir. 

Yaranma amilinə görə qeyri-müəyyənliklər iki hissəyə bölünür: iqtisadi 

və  siyasi.  qtisadi  qeyri-müəyyənliyə  müəssisələrin  və  ölkə  iqtisadiyyatında 

yaranan  məqsədyönlü  olmayan  dəyişikliklər  (bazar  yığımının  qeyri-

əyyənliyi,  rəqiblər  haqqında  kifayət  qədər  məlumatın  olmaması  və  s.) 

daxildir. Siyasi qeyri-müəyyənlik isə sahibkarlıq fəaliyyətinə təsir edən siyasi 

vəziyyətlərin  dəyişməsinə  təsir  edir.  Bu  qeyri-müəyyənliklər  bir-biri  ilə 

ə

laqədardır  və  çox  zaman  onları  fərqləndirmək  çətindir.Təbii  qeyri-



əyyənliklər  məcmu  amillərlə  təsvir  olunur:  iqlim,  hava  şəraiti,  müxtəlif 

növ  tərəddüdlər  və  s.Daxili  mühitin  qeyri-müəyyənliyinə  sahibkarlıq 

fəaliyyətində  mövcud  olan  sahibkarın  öz  fəaliyyəti  və  onun  əlaqələri 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə