1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə132/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   128   129   130   131   132   133   134   135   ...   147

367 

 

düzgün  müəyyən  edilməsindən  və  daha  sonra  həmin  göstəricilərə  müvafiq 

olaraq  hesablamaların  aparılmasından  ibarətdir.  Bu  məqsədlə  də,  riskdə

azad  gəlirin  müəyyənləşdirilməsi  daha  böyük  maraq  doğurur.  Qeyd  edildiyi 

kimi,  bu  hesablamalarda  risksiz  əməliyyatlar  üzrə  göstəricilərdən  istifadə 

olunur.  Beynəlxalq  təcrübədə  bu  göstəricilər  adətən,  dövlət  istiqrazlarının 

məzənnəsinə,  yaxud  yüksək  etibarlılıq  kateqoriyasına  aid  edilən  bankların 

depozitlər  üzrə  dərəcələrinə  əsasən  müəyyənləşdirilir.  Azərbaycanın  müasir 

dinamik inkişafı şəraitində hər iki amilin etibarlılıq dərəcəsi qənaətləndiricisi 

hesab olunur. 

Hazırda ölkəmizdə risksiz   əməliyyatlar  üzrə  gəlirlilik  göstəricisi  kimi, 

etibarlılığı  yüksək  olan  yerli  bankların  depozitlər  üzrə  dərəcələrindən  geniş 

istifadə olunur.  

Tədqiqatlar zamanı Azərbaycanda fəaliyyət göstərən aparıcı bankların 

dərəcələri  barədə  məlumatlar  təhlil  edilmiş  və  valyuta  əmanətləri  üzrə 

dərəcənin  ildə  10-12  faiz  olduğu  müəyyənləşdirilmişdir.  Qeyd  etmək  olar  ki, 

bank dərəcələri ilə əmanətlərin məbləği arasında müəyyən asılılıq da vardır. 

Beləlikləəmanətin məbləği nəzərə alınmaqla, bank dərəcəsi fərdi qaydada 1-

2%  artırıla  bilər.  Deməli,  2  ildən  artıq müddətə  cəlb  olunan  depozitlər  üzrə 

diskontlaşdırma  dərəcəsinin  risksiz    tərkib  hissəsinin  10%  -ə  bərabər  qəbul 

edilməsi  mümkündür.  Lakin  müəyyən  amillərin  təsiri  nəzərə  alınmaqla,  bır 

sıra  düzəlişlər  (təshihlər)  aparıla  bilər.  Təcrübədə  təsadüf  olunan  bu  kimi 

amillərdən  biri  də  qeyri-likvidlikdir.  Ona  görə  də  bu  amil  üzrə  düzəlişlərin 

aparılmasına zərurət yaranır. 

Qeyri-likvidlik üzrə düzəliş müflisləşmə və mövcud icarəçinin icarədə

imtina  etdiyi  hallarda,  daşınmaz  əmlakın  bazarda  nümayiş  etdirilməsinə 

yaxud  yeni  icarəçinin  axtarılmasına  sərf  edilən  vaxta  görə  aparılır.  Hər  bir 

daşınmaz  əmlak  obyekti  üçün  marketinq  müddəti  müəyyənləşdirilir  və  bu 

müddət bitdikdən sonra obyekt bazar şərtləri ilə satılmalı, yaxud yeni icarəçi 

tapılmalı  olur.  Bu  göstəricilər  daşınmaz  əmlak  bazarının  tədqiqi,  habelə 

rieltor şirkətlərinin məlumatları əsasında müəyyənləşdirilir. Bu bir reallıqdır 

ki,  obyektin  bazarda  nümayiş  etdirilmə  müddəti  azaldıqca,  yaşayış  üçün 

istifadə  olunan  daşınmaz  əmlakın  dəyərində  qeyri-likvidlik  üzrə  düzəlişlərin 

kəmiyyəti də paralel olaraq yüksəlir.  

Ə

mlakın  qiymətləndirilməsində  mühüm  addımlardan  biri  də  onun 



dəyərinə istər mütəmadi, istərsə də qeyri-mütəmadi risklərə görə düzəlişlərin 

edilməsidir.  Bu  zaman  iqtisadi  amillərlə  yanaşı  fövqalədə  təbii  hadisələr  və 

kriminogen  amillər  də  nəzərdən  qaçırılmamalıdır.  Düzəlişlər  zamanı  qeydə 

alınan  risk  amillərinin  dinamik,  yaxud  statik  xarakterli  olmasına  da  diqqə

yetirilməlidir.  Dünya  təcrübəsində  daşınmaz  əmlak  obyektinə  vəsait 

qoyuluşunda  riskə  görə  düzəliş  orta  hesabla  3-4  faizə  bərabər  qəbul  edilir. 

Beləliklə, kapitallaşdırma dərəcəsi diskontlaşdırma dərəcəsinin risksiz tərkib 

hissəsindən  və  obyektin  likvidliyinə  və  müxtəlif  risklərə  görə  ona  edilə

ə

lavələrdən ibarətdir. 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə