1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə134/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   130   131   132   133   134   135   136   137   ...   147

370 

 

sözlə, bu risk gəlirlərin öhdəliklərin yerinə yetirilməsi üçün kifayət etmədiyi 

halda firmanın sahiblərinin gəlir əldə edə bilməməsi ehtimalı ilə əlaqədardır. 

Maliyyə  riski  firmanın  maliyyələşdirilməsi  üçün  istifadə  edilən  xüsusi  və 

borc  vəsaitlərinin  kombinasiyası  ilə  əlaqədar  qeyri-müəyyənlik  dərəcəsini 

ə

ks etdirir. Firmanın maliyyələşdirilməsində borc vəsaitlərinin payı nə qədə



böyükdürsə,  maliyyə  riski  də  bir  o  qədər  yüksək  olur.  Riskin  artması  borc 

vəsaitləri  hesabına  maliyyələşdirmə  zamanı  faizlərin  və  borcun  əsas 

hissəsinin  ödənilməsi  üzrə  öhdəliklərin  yerinə  yetirilməsi  zəruriliyi  ilə 

ə

laqədardır.  Alıcılıq  qabiliyyəti  ilə  əlaqədar  risk  əsasən  inflyasiya 



səviyyəsinin dəyişməsi ilə bağlı olur. Yüksək inflyasiya alıcılıq qabiliyyətinin 

aşağı  düşməsinə,  deflyasiya  isə  alıcılıq  qabiliyyətinin  yüksəlməsinə  səbə

olur.  Faiz  riski  faiz  dərəcəsinin  dəyişməsi  ilə  bağlı  olaraq  investisiya 

alətlərinin dəyərinin dəyişməsi ilə əlaqədardır. Faiz dərəcələrinin yüksəlməsi 

bütün  investisiyaların  səmərəliliyinə  müxtəlif  dərəcədə  mənfi  təsir  göstərir. 

Xüsusilə,  dövri  olaraq  sabit  gəlir  əldə  etməyi  təmin  edən  investisiya 

alətlərinin dəyəri faiz dərəcəsinin dəyişməsi ilə adətən dəyişirlər.  nvestisiya 

qərarlarına  təsir  edən  mühüm  risklərdən  biri  likvidlik  riskidir.  Likvidlik 

riski  müəyyən  anda  və  məqbul  qiymətə  investisiya  obyektinin  nağd  pula 

satılmasının  qeyri-mümkün  olması  ehtimalı  ilə  əlaqədardır.  Bazar  riski 

investisiya  obyektindən  asılı  olmayan  amillər  hesabına  investisiyadan 

gözlənilən  gəlirlərin  dəyişməsi  ilə  bağlıdır.  Belə  amillərə  siyasi,  iqtisadi  və 

ictimai  hadisələr  və  ya  investorların  zövq  və  təqdirlərinin  dəyişməsini  aid 

etmək olar. Məsələn, iqtisadiyyatda geriləmələrin baş verməsi zamanı bütün 

firmalar  bunun  təsirini  hiss  edir.  Təsadüfü  risk  investisiya  obyektinin 

dəyərinə  əhəmiyyətli  dərəcədə  və  təcili şəkildə  təsir  göstərən  və  əsasən və ya 

bütövlükdə  gözlənilmədən  baş  verən  hadisələrlə  əlaqəli  riskdir.  Məsələn, 

gözlənilmədən  firma  digər  firmanı  almaq  haqqında  qərar  verirsə  və  bu  iri 

həcmli borc vəsaitləri hesabına həyata keçirilirsə, bu zaman firmanın risklik 

səviyyəsi yüksəlir. 


371 

 

nvestisiya  risklərinin  aşkara  çıxarılmasına  və  aşağı  salınmasına 

yönəldilmiş tədbirlərin aşağıdakı ardıcıllıqla aparılır:  

1)  nvestisiya risklərinin aşağı salınması məqsədinin müəyyən edilməsi;  

2)  nvestisiya risklərinin keyfiyyət və kəmiyyət təhlili;  

3) Risklərin aşağı salınması metodlarının seçilməsi;  

4) Alınmış nəticələrin təhlili. 

Məqsədin  qoyuluşu  mərhələsi  iqtisadi  konyukturanın  təhlili  və 

proqnozlaşdırılması  metodlarının  istifadəsi  ilə,  subyektlərin  imkan  və 

ehtiyaclarının aşkara çıxarılması ilə xarakterizə olunur.  

Riskin  təhlili  mərhələsində  keyfiyyət  və  kəmiyyət  təhlilinin  müxtəlif 

metodlarından  istifadə  edilir:  etibarlı  informasiyaların,  işləmələrin, 

toplanmış  informasiyaların  yığılması  metodları,  statistik  və  ehtimal 

metodları, investisiya riskinin funksional asılılıqlarının modelləşdirilməsi və 

s. 

Növbəti  mərhələdə  investisiya  risklərinin  aşağı  salınmasının  müxtəlif 

metodlarının  səmərəliliyinin  müqayisəsini  aparmaq  məqsədəuyğundur: 

layihənin  iştirakçıları  arasında  riskin  bölüşdürülməsi  (riskin  bir  hissəsinin 

həmicraçılara  verilməsi),  layihə  parametrlərinin  və  iqtisadi  normativlərin 

təshihi,  qabaqcadan  görünməyən  məsrəflərin  örtülməsinə  vəsaitlərin 

ehtiyatda saxlanması və sığorta. 

Yekunda      nəticə,  qəbul  edilən  qərarları  təhlil  etməyə  və  zərurə

daxilində  əvvəllər  istifadə  olunmuş  təhlil  metodlarına  yenidən  baxılmasına 

imkan verən risk haqqında yeni bilik olmalıdır. 

Təklif  edilən    sxemdə  baza  elementi  riskin  nəzəri-metodoloji  təhlil 

mərhələsi  sayılır.  Belə  ki,  investisiya  riskinin  keyfiyyət  təhlilinin  həyata 

keçirilməsi  zamanı  riskin  səviyyəsinin  dəyişməsinə  əhəmiyyətli  təsir 

göstərməyə qabil amilləri müəyyən etmək zəruridir: 

-

  iqtisadi    qanunvericiliyin    və    cari    iqtisadi    vəziyyətin,      investisiya 



qoyuluşu  və mənfəətdən istifadə şərtlərinin dəyişməsi; 

 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə