1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə139/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   135   136   137   138   139   140   141   142   ...   147

380 

 

dəyişənin qiymətində baş verən dəyişiklik layihənin ümumi nəticəsinə mənfi təsir 

göstərirsə, onda bu təsiri zəiflədən tədbirlər nəzərə alına və həyata keçirilə bilər. 

Ssenarilərin təhlili. Həssaslıq təhlili risk təhlili metodları içərisində ən çox is-

tifadə edilməsinə baxmayaraq, onun bir sıra məhdudiyyətləri vardır. Belə ki, investi-

siya layihəsinin fərdi riski 1) əsas dəyişənlərin dəyişməsinə XCD göstəricisinin həs-

saslığından və 2) bu dəyişənlərin ehtimal paylanmasında əks olunan ehtimal edilən 

qiymətlərinin  diapazonundan  asılıdır.  Həssaslıq  təhlili  yalnız  birinci  amili  nəzərə 

alır.  Belə  ki,  layihənin  əsas  dəyişənləri  çox  vaxt  bir-biri  ilə  əlaqəli  olur.  Məsələn, 

istehsalın  həcminin  azalması,  həm  də  istehsal  edilən  məhsulun  qiymətinin  aşağı 

düşməsi  ilə  əlaqəli  ola  bilər.  Həmçinin,  əgər  inflyasiya  nəticəsində  istehsal  edilən 

məhsulun  qiyməti  artırsa,  onda  xərclər  də  (məsələn,  istifadə  edilən  xammal  və 

materialların  qiyməti)  inflyasiyanın  təsirinə  məruz  qalacaqdır.  Bu  baxımdan, 

layihənin  səmərəliliyini  qiymətləndirərkən  onun  ayrı-ayrı  dəyişənlərinin  (məsələn, 

satışın həcmi, satılacaq məhsulun qiyməti və s.) dəyişmə diapozonunu və ayrı-ayrı 

vəziyyətlərdə  bu  dəyişənlərin  qiymətlərinin  mümkün  kombinasiyalarını  müəyyən 

etmək olar. Məsələn, yüksək iqtisadi artım şəraitində layihənin bütün dəyişənlərinin 

qiyməti bu vəziyyətin şərtləri altında dəyişir.  Belə şəraitdə layihələrin fərdi riskinin 

qiymətləndirilməsinin ssenari metodundan istifadə edilir. 



Həm  XCD  göstəricisinin  əsas  dəyişənlərdən  həssaslığının,  həm  də 

dəyişənlərin  ehtimal  edilən  diapazonun  müəyyən  edilməsinə  əsaslanaraq 

riskin  təhlili  metodu  senarilərin  təhlili  adlanır.  Ssenarilərin  təhlili  mümkün 

variantlarda  XCD  göstəricisini  hesablamağı  nəzərdə  tutur.  Məsələn,  üç 

mümkün  variantda:  pis,  yaxşı  və  ehtimal  edilən  variantlarda  XCD 

göstəricisini  hesablamaq  olar.  Daha  sonra  bu  variantlardakı  XCD  ehtimal 

edilənlə müqayisə edilir.  

Monte  Karlo  metodu  ilə  imitasiya  modelləşdirilməsi.  Bu  metod  həssaslıq 

təhlilini və dəyişənlərin paylanma ehtimallarının təhlilini birləşdirir. Bununla 

belə,  ssenari  təhlili  elektron  cədvəllərin  köməyi  ilə  aparmaq  olursa,  bu 

metodla modelləşdirmə nisbətən güclü proqramlı təchizat sistemi tələb edir.  


381 

 

Kompyuter  modelləşdirməsinin  birinci  mərhələsi  pul  axınının  hər  bir 

ilkin dəyişənlərinin paylanma ehtimalının müəyyən olunmasıdır. Bu məqsədlə 

adətən  ilkin  dəyişənlərin  orta  kvadratik  kənarlaşması  və  ya  aşağı  həddi,  ə

çox  ehtimal  edilən  qiyməti  və  yuxarı  həddi  və  s.  kimi  əlamətlərindən  ibarə

çox  da  böyük  olmayan  sayda  parametrlərlə  verilən  kəsilməz  paylanmadan 

istifadə edilir. Modelləşdirmə prosesi aşağıdakı üsulla yerinə yetirilir.  

1.  Modelləşdirmə  proqramı  hər  bir  ilkin  dəyişən  üçün  onun  verilmiş 

ehtimallarının  paylanmasına  əsaslanaraq  təsadüfü  yolla  qiyməti  seçir. 

Məsələn, natural ifadədə  reallaşdırmanın həcmi seçilir; 

2.  Vergi  dərəcəsi  və  amortizasiya  ayırmaları  kimi  amillərin  verilmiş 

qiymətləri  ilə  birlikdə  variyasiyalaşan  hər  bir  dəyişən  üçün  seçilmiş 

qiymətlərə  əsasən  modeldə  hər  il  üzrə  xalis  pul  axınları  müəyyən  edilir. 

Bununla da, layihənin XCD-i hesablanır. 

3.  Birinci  və  ikinci  mərhələlər  dəfələrlə  təkrarlanır.  Məsələn,  1000  dəfə 

təkrarlanma ehtimalların paylanmasını təşkil edən  XCD göstəricisinin 1000 

sayda qiyməti hesablanır. Bunun əsasında isə XCD gözlənilən qiyməti və orta 

kvadratik kənarlaşması müəyyən edilir və sonda variasiya əmsalı hesablanır.  

Qeyd  etmə

lazımdır 

ki, 

Monte-Karlo 

metodu 

ilə 

riskin 

qiymətləndirilməsi  ssenarilərin  təhlilinə  nisbətən  daha  dəqiq  olur.  Bununla 

belə, imitasiya təhlilinin cəlbediciliyinə baxmayaraq  bu metoddan praktikada 

geniş şəkildə  istifadə  edilmir.  Bu  metodun  tətbiqində  əsas  çətinliklərdən  biri 

dəyişənlərin  ehtimallarının  paylanmasının  və  onlar  arasındakı  korrelyasiya 

asılılığının müəyyən edilməsidir. Digər mühüm problem, imitasiya modelinin 

yalnız fərdi riski müəyyən etməsi ilə əlaqədardır. Bu firmadaxili risk və bazar 

riski haqqında tam təsəvvür vermir.  

Qərarların şaxələrinin təhlili. Fərdi riskin qiymətləndirilməsi investisiya 

qoyuluşunun  büdcənin  formalaşması  prosesinin  ayrılmaz  hissəsidir.  Lakin 

menecerlər  riskin  ölçülməsindən  çox,  onun  azaldılmasında  maraqlı  olurlar. 

Adətən  layihənin  reallaşdırılmasına  çəkilən  xərclər  bir  anda  deyil,  müəyyə


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə