1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə2/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   2   3   4   5   6   7   8   9   ...   147



 

dəyərinin  bir  neçə  dəfə  dəyişməsi  reallıqları  da  inkar  edilmir.  Məsələn,  mişli 

rayonunda  inşa  edilmiş  şəkər  zavodu  istifadəyə  veriləndən  3  ay  sonra  rayon 

mərkəzindəki  ofis  binaları  və  yaşayış  evlərinin  dəyərinin  eləcə  də,  icarə  haqqının  2 

dəfəyə  qədər  artması  müşahidə  edilmişdir.  Bu  kimi  hallar  Bakı,  Sumqayıt,  Gəncə, 

Lənkəran şəhərlərində və ölkəmizin digər bölgələrində daha çoxdur. Investisiya axını, 

sosial-iqtisadi inkişaf və digər tərəqqi ilə əlaqədar olaraq əmlak bazarının canlanmasına 

və  bu  sahədə  qiymətlərin  dəyişməsinə  (yüksəlməsinə)  dünyanın  hər  yerində  təsadüf 

etmək olar.   

 

1.2. Qiymətləndirmə fəaliyyətinin məqsədi və qiymətləndirmə növlə

 

Hər  bir  insanın  fəaliyyəti  müəyyən  məqsədə  xidmət  edir.  Bu  baxımdan,  əmlakın 

qiymətləndirilməsi  fəaliyyəti  də  istisna  olunmur.  Ona  görə  də,  qiymətləndirmə 

fəaliyyətinin  hansı  niyyət  və  məram  üçün  yerinə  yetirildiyinin  müəyyən  edilməsi 

mühüm  əhəmiyyətə  malikdir.  Sifarişçi  qiymətləndirmə  fəaliyyətinin  nəticələrindən 

müxtəlif  məqsədlər  üçün  istifadə  edir.  Daha  doğrusu,  perspektivdə  nəzərdə  tutduğu 

işlər ona məxsus əmlakın qiymətləndirilməsi zərurətini yaradır.   

Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma 

bazasının  müəyyənləşdirilməsi,  dövlət  əmlakının  özəlləşdirilməsi,  əmlakın  girov 

qoyulması,  əmlakın  sığorta  olunması,  investisiya  qoyuluşları,  hüquqi  şəxslərin 

yaradılması  və  yenidən  təşkili  (ləğvi,  ayrılması,  birləşməsi),  habelə,  məhkəmələrdə 

ə

mlak  mübahisələri  zamanı  aparılır.  Əmlak  bazarının  inkişafı  qiymətləndirmə 



məqsədlərinin  əhatə  dairəsinin  genişlənməsinə  səbəb  olur  və  yeni  qiymətləndirmə 

növlərini meydana çıxarır.  

Ə

mlakın hansı məqsəd üçün qiymətləndirilməsi tərəflər (qiymətlədirici və sifarişçi) 



arasında  əmlakın  qiymətləndirilməsi  üzrə  bağlanacaq  müqavilə  ilə  müəyyənləşdirilir. 

Çünki,  qiymətləndirmə  fəaliyyətinin  məqsədi  qiymətləndirmənin  yanaşma  və 

metodlarının,  habelə  dəyər  növlərinin  seçilməsi  üçün  əsas  olur.  Bu  da,  sifarişçi  ilə 

qiymətləndirici  arasındakı  razılaşma  müqviləsi  ilə  müəyyən  edilir.  Digər  tərəfdən  isə, 






 

ayrı-ayrı məqsədlər üçün qiymətləndirmə aparılarkən müxtəlif qanunvericilik aktlarına 

istinad  olunur.  Özəlləşdirilən  əmlakın  qiymətləndirilməsinin  hüquqi  əsasları  vergi 

məqsədləri  üçün  əmlakın  qiymətləndirilməsinin  hüquqi  əsaslarından  fərqlidir.  Bu 

baxımdan,  qiymətləndirmənin  məqsədindən  və  növündən  asılı  olmayaraq  əmlakın 

qiymətləndirilməsinin ümumi qaydaları olmalı və o, bu əmlakın bazar dəyərinin aşkara 

çıxarılmasına xidmət etməlidir.  

Qiymətləndirmənin  məqsədindən  asılı  olaraq  qiymətləndirmənin  kütləvi  və  fərdi 

qiymətləndirmə növləri mövcuddur. 

Kütləvi  qiymətləndirmə  statistik  təhlil  və  standart  prosedurlardan  istifadə 

etməklə  çoxlu  sayda  obyektlərin  (əmlak  qrupunun)  müəyyən  tarixə  olan  dəyərinin 

sistematik  qiymətləndirilməsidir.  Kütləvi  qiymətləndirmə  adi  qaydada  öz  aralarında 

fərqləndirilən  çoxsaylı  obyektlərin  qiymətləndirilməsi  ilə  əlaqədardır.  Standart 

prosedurların  hazırlanması,  statistik  təhlillərin  əldə  olunması  və  tətbiqi  kütləvi 

qiymətləndirmənin predmetini təşkil edir.  

Fərdi  qiymətləndirmədən  fərqli  olaraq  kütləvi  qiymətləndirmənin  miqyası  bu 

proseslə  məşğul  olan  böyük  işçi  heyəti  tələb  edir.  Təhlilin  aparılması  və  qərarların 

qəbulu həmin işçi heyətinin birgə rəyi ilə təsdiqlənir.  

Kütləvi  qiymətləndirmənin  məqsədləri  üzrə  işlənilən  modellər  konkret  obyektlər 

üçün  deyil,  əmlak  qrupu  üçün  xarakterik  olan  tələb  və  təklifin  strukturunu  əks 

etdirməlidir.  

Eyni qrupa aid olan və çoxsaylı cəhətləri üst-üstə düşən qiymətləndirmə obyektləri 

bir-birini  təkrarlamır.  Zəruri  hallarda  bu  fərqləri  əsaslandırmaq  və  qiymətlərinin  də 

fərqli olduğunu izah etmək olar.  

qtisadi  ədəbiyyatda  vergitutma,  sığorta  məqsədi  ilə  qiymətləndirmə  və  əsas 

fondların  yenidən  qiymətləndirilməsi  kütləvi  qiymətləndirməyə  aid  edilir.  Kütləvi 

qiymətləndirmənin vergitutma məqsədləri üçün üstünlüyü şübhəsizdir. Bu da, dövlətin 

vergi  siyasətinin  qarşısında  duran  vəzifələrlə  şərtlənir.  Məlum  olduğu  kimi,  vergi 

siyasətində ədalətliliyin ilkin şərti hamıya bərabər yanaşmanın təmin edilməsidir. Əgər 

bir  vergi  ödəyicisi  ona  digərindən  fərqli  yanaşmalar  tətbiq  edildiyini  düşünürsə,  bu 





 

verginin  vicdanla  ödənilməsinin  motivləşdirilməsinə  imkan  verməz.  Ona  görə  də 

vergiqoyma zamanı dəyərin standart qaydada müəyyən edilməsinə üstünlük verilir. 

Fərdi  qiymətləndirmə  obyektin  müəyyən  tarixə  qiymətləndirilməsidir.  Fərdi 

qiymətləndirmə də əmlakın qiymətləndirilməsi məqsədindən irəli gəlir. Belə ki, əmlak 

sahibinin (məsələn, əmlakın girov qoyulması, alqı-satqı və s. hallarında) əmlakı özünün 

fərdi mülahizələrinə arzu və istəklərinə görə qiymətləndirməsi fərdi qiymətləndirmədir. 

Fərdi qiymətləndirmədə hesablamaların keyfiyyəti adətən, analoji obyektlərin real 

satışlarının müqayisəsi əsasında müəyyən edilir.  

Qiymətləndirmənin  məqsədindən  asılı  olaraq  istənilən  əmlak  obyektini 

fərdiləşdirmək  (özünəməxsusluğunu qeyd  etməklə)  və  ya  ümumiləşdirmək  (hansı tipə 

məxsus  olduğunu  müəyyən  etməklə)  olar.  Birinci  halda  qiymətləndirici  obyektin 

xüsusiyyətlərini  nəzərə  çatdırmaqla  fərdi  yanaşmadan  istifadə  edir  və  onun  standart 

metodlarla  qiymətləndirməsinin  səhv  olması  səbəblərini  göstərir.  kinci  halda  isə, 

kütləvi qiymətləndirmənin qəbulu müxtəlif əmlak obyektlərinin qiymətləndirilməsinin 

vahid metodikasını işləyib hazırlamağa imkan yaradır.   

Həm fərdi, həm də kütləvi qiymətləndirmənin tətbiqi iqtisadi təhlil məsələləridir. 

Onların  əsasında  müəyyən  nəticələrin  əldə  edilməsi  üçün  zəruri  olan  informasiyaların 

toplanması, təhlili və işlənməsi durur.  

Qiymətləndirmənin  zəruriliyi  və  ya  könüllülüyü  hüquqi  məsələlərə  daha  çox 

aiddir. Lakin, onun bir sıra iqtisadi məqamlarının aydınlaşdırılmasına da ehtiyac vardır. 

Məqsəd  və  təyinatından  asılı  olaraq,  əmlakın  qiymətləndirilməsinin  iki  növü 

mövcuddur: 



a) mütləq qiymətləndirmə

b)  könüllü qiymətləndirmə. 

Ə

mlakın  mütləq  və  ya  könüllü  olaraq  qiymətləndirilməsinə  (dair  hüquqi  əsaslar) 



Azərbaycan    respublikasnın  1998-ci  ildə  qəbul  edilmiş  “Qiymətləndirmə  fəaliyyəti 

haqqında” qanununda müfəssəl şəkildə göstərilir. Eyni zamanda digər qanunuvericilik 

aktlarında da (Azərbaycan respublikasının Mülki, Vergi, Torpaq məcəllələrində; bank, 

maliyyə,  sığorta  və  s.  haqqında  bir  sıra  qanunlarda),  əmlakın  qiymətləndirilməsinin 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə