1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə21/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   17   18   19   20   21   22   23   24   ...   147

61 

 

Eyni  xüsusiyyətli  və  ya  eyni  cinsli  mallarla  (işlərlə,  xidmətlərlə)  müvafiq  əmtəə 

(iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu 

malların  (işlərin,  xidmətlərin)  bazar  qiymətləri  haqqında  məlumat  toplamaq  mümkün 

olmadıqda isə aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:  

Təkrar satış qiymətinə əsasən.. 

Bu  halda  malların  (işlərin,  xidmətlərin)  bazar  qiyməti  həmin  malların  (işlərin, 

xidmətlərin)  təkrar  satış  qiymətinə  əsasən  müəyyən  olunmuş  əlavələr  çıxılmaqla 

hesablanır. 



Dəyərin müəyyənləşdirilməsi üsuluna əsasən

Bu  üsulla  bazar  qiymətləri  malları  (işləri,  xidmətləri)  təqdim  edənin 

ə

saslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 



Malların  (işlərin,  xidmətlərin)  bazar  qiymətlərini  bu  üsullardan  heç  biri  ilə 

müəyyənləşdirmək  mümkün  olmadıqda,  bazar  qiymətləri  müqavilə  əsasında  cəlb 

edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 

Yuxarıdakıları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, dövlət səviyyəsində 

ə

mlakla  aparılan  bütün  əməliyyatlar  üzrə  bazar  dəyərinin  tətbiqi  sahəsində  ciddi 



tədbirlər  görülməlidir.  Bu  sahədə  nəinki  çoxillik  bazar  təcrübəsi  olan  ölkələrdə,  hətta 

Rusiya,  Qazaxıstan,  Belarus,  Qırğızıstan  və  s.  kimi  bazar  iqtisadiyyatı  yoluna  yenicə 

qədəm  qoyan  dövlətlərdə  xeyli  işlər  görülmüşdür.  Bazar  dəyərinin  tətbiqinin 

genişləndirilməsi böyük iqtisadi fayda verməklə yanaşı, əsas vəsaitlərin amortizasiyası, 

icarəyə  verilməsi,  girov  qoyularaq  kredit  götürülməsi  və  digər  əməliyyatlar  zamanı 

onların investisiya cəlbetmə prosesində fəallığının güclənməsinə xidmət edir. 

 

3.5.  nventar dəyərin hesablanması 

 

Məlum olduğu kimi, normativ dəyər daşınmaz əmlak obyektinin müvafiq dövlət 

orqanları  tərəfindən  təsdiq  olunmuş  metodikalar  və  normativlər  əsasında  hesablanan 

dəyəridir.  Bu  zaman  normativlərin  vahid  şkalası  tətbiq  olunur.  Bir  qayda  olaraq 




62 

 

normativlər  əsasında  hesablanan  dəyər  bazar  dəyərinin  kəmiyyətindən  fərqlənir.  Yəni 

o, vahid dövlət uçot sistemində tətbiq olunur. 

Fiziki  şəxslərin  binalarının  inventar  dəyəri  «Fiziki  şəxslərin  mülkiyyətində  olan 

binaların  inventar  dəyərinin  hesablanması  qaydasının  təsdiq  edilməsi  haqqında» 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1999-cu  il  28  iyun  tarixli,  110  saylı 

qərarı 

ilə 


müəyyənləşdirilir. 

Binaların 

inventar 

dəyəri 


onların 

texniki 


inventarlaşdırılması  əsasında  qiymətləndirmə  anında  mövcud  olan  fiziki  köhnəlmə 

dəyəri  çıxılmaqla  həqiqi  dəyəri  üzrə  müəyyən  edilir.  Fiziki  şəxslərin  mülkiyyətində 

olan  binaların  inventar  dəyəri  əmsallar  və  qüvvədə  olan  indeks  (inflyasiya  dərəcəsi) 

nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 

1)  Fərdi  yaşayış  (təsdiq  olunmuş  layihə-smeta  sənədlərinə  əsasən  tikilmiş  və 

sonradan  özəlləşdirilmiş  kommunal  fərdi  evlərdən  başqa)  və  bağ  evlərinin  inventar 

dəyərinin müəyyən edilməsi. 

  Azərbaycan Respublikasının ayrı-ayrı zonalarında yerləşən fərdi yaşayış və bağ 



evlərinin  inventar  dəyərləri  binanın  1  kub  metrinin  baza  qiyməti  normalarına 

müvafiq artım əmsalları tətbiq edilməklə hesablanır. 

  Üç  və  artıq  mərtəbəli  binaların inventar  dəyəri  hesablanarkən  həmin  binanın  1 



kub  metrinin  dəyəri  ikinci  mərtəbədən  başlayaraq,  hər  mərtəbə  üçün  özündən 

ə

vvəlki mərtəbənin 1 kub metrinin dəyərindən 5 faiz az qəbul olunur. 



  Binaların  fasadına  üzlük  çəkilmişsə  və  ya  suvanmışsa,  onda  həmin  binaların 

qiymət toplusunda göstərilən hər 1 kub metrinin dəyəri 4,5 faiz artırılır.  

  Mərtəbəarası və çardaq örtüyü dəmir beton olduğu halda 1,1 keçid əmsalı tətbiq 



olunur.  

  Zirzəmi  və  yarımzirzəmiləri  qiymətləndirərkən  müvafiq  olaraq,  0,60  və  0,85 



keçid əmsalları tətbiq edilir.  

2)  Fərdi  yaşayış  fonduna  daxil  olan  özəlləşdirilmiş  mənzillərin  inventar  dəyəri 

texniki pasport tərtib edildikdən sonra aşağıdakı qaydada hesablanır: 

  Binanın  ilkin  balans  dəyəri  əsas  götürülərək  aşınma  ayırmaları  çıxılır,  həcm 



vahidinin dəyəri təyin edilərək, mənzilin həcminə vurulur.  


63 

 

  «Tikildiyi  vaxtdan  asılı  olaraq  əsas  vəsaitlərin  (fondların)  yenidən 



qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-

cü il 29 yanvar tarixli 57 saylı, 1994-cü il 16 iyun tarixli 238 saylı və 1996-cı il 2 

avqust tarixli 99 saylı qərarlarında bina və qurğular üçün nəzərdə tutulmuş əmsallar 

analoji olaraq, yaşayış binalarına da aid edilməklə tətbiq edilir. 

3)  Qeyri-yaşayış  binaları  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin 

qərarları  ilə  təsdiq  edilmiş  texniki  pasport  formaları  üzrə  inventarlaşdırılır, 

qiymətləndirilməsi  isə  xidmət  illərinə  müvafiq  aşınma  ayırmaları  çıxılmaqla  və 

inflyasiya dərəcəsi nəzərə alınmaqla hesablanır. 

Qeyri-yaşayış  binalarının  da  fiziki  aşınmasının  qiymətləndirilməsi  analoji  olaraq 

yaşayış binalarının fiziki aşınmasının qiymətləndirilməsi qaydalarına müvafiq aparılır. 

Fiziki  şəxslərin  mülkiyyətində  olan,  normativ  xidmət  müddətini  başa  çatdırmış, 

ilkin  balans  dəyəri  olmayan,  eləcə  də balans dəyəri  binanın  həqiqi vəziyyətinə uyğun 

gəlməyən binaların (fərdi yaşayış fondundan başqa) həqiqi dəyərini müəyyənləşdirmək 

üçün həmin binalar xüsusi komissiyanın iştirakı ilə texniki cəhətdən inventarlaşdırılır, 

onların  faktiki  vəziyyəti  müəyyənləşdirilir,  hər  bir  konstruktiv  elementin  real 

vəziyyətinə görə köhnəlmə nəzərə alınmaqla hesablamalar aparılır. 

Ə

mlakın  dəyəri  fiziki  şəxsin  təşəbbüsü  ilə  və  onun  təklifi  ilə  dəvət  olunan 



müstəqil  peşəkar  qiymətləndiricilər  tərəfindən  hesablana  bilər.  Bu  zaman  müstəqil 

peşəkar qiymətləndiriciyə ödəniş həmin fiziki şəxsin vəsaiti hesabına aparılır. 

Binaların  inventar  dəyərinin  hesablanmasının  mövcud  qaydası  bir  sıra  nöqsanlı 

cəhətlərə  malikdir.  Bu  məqsədlə  yeni  normativ  sənədlər,  metodiki  göstərişlər  qəbul 

edilməlidir.  

 

Mövzu üzrə tövsiyə olunan ədəbiyyat və informasiya resursları 



1.Г.И.МикечинВ.ГгребниковЕ.И.Нейман-Методологические основы оценки 

стоимости



 имуществаМосква «Интерреклама» 2003 г

2.А.В.ВерхозинаПравовое регулирование оценочной деятельности,  Москва 

2003. 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə