1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə23/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   19   20   21   22   23   24   25   26   ...   147

67 

 

Sxemdən  göründüyü  kimi,  qiymətləndirmə  fəaliyyətinin  prinsipləri  üç 

mühüm  qrupa  ayıraraq  öyrənilir.  Bunlardan  birincisinə  sahibkarların 

təqdimatına 

ə

saslanan 



prinsiplər, 

ikincisinə 

mülkiyyə

elementlərinin 

xüsusiyyətləri  və  onların  arasında  qarşılıqlı  münasibətləri  müəyyən  edə

prinsiplər,  üçüncüsünə  isə  ətraf  mühitlə  bağlı  prinsiplər  daxildir.  Bunların  hə

birinin ayrılıqda açıqlanması və şərhinin verilməsi məqəsədəuyğun olardı. 

 

4.2. Sahibkarın təqdimatına əsaslanan prinsiplər 

 

Bu qrupa yararlılıq (faydalılıq), əvəzləmə, gözlənilmə (gözlənilən faydalılıq) 



prinsipləri  daxil  edilir.  Obyektin  (əmlakın)  faydalılığı  onun  potensial  alıcılar 

tərəfindən qarşılanması ilə müəyyən edilir. Yararlılıq prinsipini əmlakın hər hansı 

konkret  məkanda  və  müəyyən  vaxt  müddətində  istifadəçinin  (istehlakçının) 

tələbatını  ödəyə  bilməsinə  əsaslanır.  Bu  prinsip  göstərir  ki,  hər  hansı  bazarda 

konkret  obyektin  yararlılığı  müxtəlif  alıcılar  üçün  eyni  olmur.  Yəni,  əmlak  bir 

ştəri  üçün  daha  çox  gəlir  gətirmə  qabiliyyəti  ilə  cəlbediciliyə  malik  olarsa, 

digəri üçün isə şan-şöhrət mənbəyidir. Bu da zövqlərin müxtəlifliyi ilə səciyyələnir. 

Ə

mlak  istifadəçilərinin  tələbatının  ödənilməsi  nəticəsində  əldə  edilən  faydalılıq 



adətən  son  nəticədə  pul  gəlirlərinin  axını  kimi  özünü  göstərir.  Bu  axının 

mütəmadiliyi də bazarın vəziyyətindən və əmlakın rəqabətə davamlılığından asılı 

olur.  

Ə

vəzləmə  prinsipi-oxşar  əmlakların  istifadəsindən  gözlənilən  gəlirlərin 



müqayisəsinə əsaslanır. Məlumdur ki, heç bir səriştəli müştəri (alıcı) eyni təyinatlı, 

lakin ozünün tam oxşarına nisbətən faydalılıq dərəcəsi aşağı olan əmlaka artıq pul 

xərcləməz.  Çünki,  özünün  bənzərinə  nisbətən  faydalılıq  ehtimalı  aşağı  olan 

ə

mlaka vəsaitin xərclənməsi biznes fəaliyyətinin ənənələrinə tamamilə yaddır. Bu 



prinsipin  əsas  mahiyyəti  eyni  faydalılıq  səviyyəsinə  malik  əmlakın  daha  yüksə

qiymətə  satıla  bilməsi  ehtimalının  qeyri-mümkünlüyündən  irəli  gəlir.  Əks 


68 

 

təqdirdə, belə hallara təsadüf olunarsa, bu yalnız bazarın qeyri-mükəmməlliyi və 

ya alıcının səriştəsizliyi kimi qəbul edilməlidir. 

Gözlənilmə  (gözlənilən  faydalılıq)  prinsipi  əmlakın  faydalılığına  onun  gəlir 

gətirmə  müddəti  yönümündən  yanaşılması  deməkdir.  Bu  baxımdan  sahibkarlar 

təbəqəsini (alıcıları) iki qrupa bölmək olar. Birinci qrup əmlakı əldə etməklə daha 

qısa  müddətə  gəlir  götürməyə,  digərləri  isə  xeyli  uzun  müddətə  lakin,  daha  çox 

gəlir  götürməyə  üstünlük  verirlər.  Bu  da  həmin  sahibkarların  qüsurları  kimi 

deyil,  mövcud  maliyyə  imkanları,  pulun  dəyərinin  dəyişilməsi,  elmi-texniki 

tərəqqi, rəqabət bazarında mövqelərin qeyri-sabitliyi və sair amillərlə izah oluna 

bilər.  Belə  hallarda  müxtəlif  proqnozlardan,  xüsusilə  diskontlaşdırma  (məsələn, 

gələcək  manatın  bu  günkü  alıcılıq  dəyərinin  müəyyən  edilməsi)  qaydalarından 

istifadə edilir. Bu cür proqnozlaşdırmadan əsasən qiymətləndirmə işinin gəlirlərin 

kapitallaşdırılması  yanaşması  ilə  aparıldıqda  istifadə  edilir.  Hər  hansı  əmlakın 

gözlənilən  faydalılığı  barədə  təsəvvürləri  obyektin  bazar  dəyəri  daha  dolğun  əks 

etdirə bilər. Deməli, əmlakın dəyəri onun gətirə biləcəyi gəlirin kəmiyyəti qədərdir 

desək, səhv etmərik.  

 

 



4.3. Mülkiyyət elementləri arasındakı münasibətləri müəyyən edə

prinsiplər 

 

Bu  qrupda  əsasən,  qiymətləndirmə  obyektinin  xüsusiyyətləri  və  onun 



istismarı ilə əlaqədar olan prinsipləəhatə olunur. Onlara kapital qoyuluşu, əlavə 

(qalıq)  məhsuldarlıq,  balanslaşdırma  (proporsional  və  son  məhsuldarlıq  həddi), 

optimal (iqtisadi) həcm, həmçinin mülkiyyətə əmlak hüququnun iqtisadi bölgüsü 

və birləşdirilməsi prinsipləri aiddir. Həmin prinsiplərin hər birinin  mahiyyətinin 

şə

rhinə ciddi ehtiyac duyulur. 



Kapital  qoyuluşu  prinsipi.  Məlum  olduğu  kimi,  obyektin  bazar  dəyəri 

məqsədli sürətdə həyata keçirilən və obyektin dəyərini formalaşdıran yeni vəsait 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə