1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə32/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   28   29   30   31   32   33   34   35   ...   147

90 

 

6.  Григорьев  В.В.,  Островкин  И.М.  Оценка  предприятий  имущественный 

подход


.- М.: Дело 

7. Соловьёв М.АОценочная деятельность.- М.: 2003. 

8. Тарасевич Е.ИОценка недвижимости.- С.: 1997 

 

Özünüyoxlama sualları 

 

1.Qiymətləndirmə fəaliyyətinin prinsipləri dedikdə nə başa düşülür? 

2.Sahibkarların təqdimatına əsaslanan prinsiplər hansılardır? 

3.Ətraf mühitlə bağlı prinsiplər hansılardır? 

4.Mülkiyyət  komponentləri  arasında  qarşılıqlı  münasibətləri  müəyyən  edən   

prinsiplər hansılardır?   

 

 

 


91 

 

Mövzu 5. Qiymətləndirmə fəaliyyətinin inkişafının dünya təcrübəsi 

və hüquqi əsasları 

 

 

PLAN: 

 

5.1. Qiymətləndirmə fəaliyyəti üzrə dünya təcrübəsinin qısa səciyyəsi 

5.2. Ayrı-ayrı ölkələrdə qiymətləndirmə fəaliyyəti 

5.3


5.3

5.3


5.3. Qiym

. Qiym


. Qiym

. Qiym tl

tl

tl

tl ndirm



ndirm

ndirm


ndirm     ffff aliyy

aliyy


aliyy

aliyy tinin hüquqi bazas  

tinin hüquqi bazas  

tinin hüquqi bazas  

tinin hüquqi bazas  

 

5.4. Qiymətləndirmə fəaliyyətində tənzimləmə və özünütənzimləmə 

5.5. Qiymətləndirmənin aparılması mərhələləri, onun qayda və şərtləri 

 

5.1. Qiymətləndirmə fəaliyyəti üzrə dünya təcrübəsinin qısa səciyyəsi 

 

Qiymətləndirmə  fəaliyyətinin  inkişafı  əmlak  bazarının  formalaşması  və  inkişaf 



səviyyəsindən  birbaşa  asılı  olduğundan,  klassik  bazar  iqtisadiyyatı  ölkələrinin 

təcrübəsinin  öyrənilməsi  Azərbaycan  üçün  olduqca  əhəmiyyətlidir.  Dünya  təcrübəsi 

sübut edir ki, düzgün qiymətləndirmə halallıq, şəffaflıq və zənginlik əlamətidir. Belə ki, 

hər hansı ölkədə baş verən iqtisadi ədalətsizliyin və yaxud da, böhranın səbəblərindən 

biri qiymətləndirmə işindəki nöqsan və qeyri-obyektiv yanaşmalar da ola bilər. Çünki, 

ə

mlak bazarı bütün iqtisadi sistemlə birbaşa bağlıdır. Digər tərəfdən isə, hər cür iqtisadi 



böhranın aradan qaldırılmasının və ədalətli bölgü prinsipinin təmin edilməsinin başlıca 

şə

rtlərindən biri də, varidatın düzgün qiymətləndirilərək hərəkətə gətirilməsidir.   



Beləliklə, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin qiymətləndirmə sahəsindəki 

geniş  təşkilati,  kadr  hazırlığı  təcrübəsinin  bazar  iqtisadiyyatı  yoluna  yenicə  qədəm 

qoymuş ölkəmizdə istifadə edilməsinə böyük ehtiyac vardır.  

Qeyd  etmək  lazımdır  ki,  qiymətləndirmə  fəaliyyətinə  müstəqil  fəaliyyət  növü  və 

peşə  kimi  yanaşma  yalnız  XX  əsrin  50-ci  illərindən  başlayaraq  o  zaman  “kapitalizm 

bloku” adlanan ölkələr çərçivəsində formalaşmağa başladı. Artıq 60-70-ci illərdə ABŞ, 

Kanada, Fransa və s. ölkələrdə qiymətləndiricilərin bəzi milli təşkilatları öz üzvlərinin 

peşəkar  fəaliyyətinə  yardım  məqsədi  ilə  bazarın  praktiki  tələblərinə  uyğun  gələn 

Peşəkar  Praktiki  Fəaliyyət  Standartları  işləyib  hazırladılar.  Bir  sıra  ölkələrdə  bu 



92 

 

standartlar tam və qismən milli qanunların və digər normativ sənədlərin tərkibinə daxil 

edildi.  Bəzi  peşəkar  təşkilatlar  standartlar  və  onunla  bağlı  olan  etik  normalara  əməl 

etməyən üzvləri məzəmmət etməyə və onların fəaliyyətinə xitam verməyə imkan verən 

nəzarət  və  icra  üsulları  hazırladılar.  Bu  proses  həmin  dövlətlərin  çoxunda  80-ci  illərə 

qədər  beynəlxalq  səviyyəyə  çıxmadan  inkişaf  edirdi.  80-ci  illərdən  həmin  proseslərin 

gedişindən aydın oldu ki, beynəlxalq maliyyə institutlarının fəaliyyətinin genişlənməsi 

və inteqrasiya prosesləri keyfiyyətcə yeni bir mərhələyə çatdı. Artıq vahid beynəlxalq 

qiymətləndirmə  standartlarının  hazırlanmasına  ehtiyac  yarandı.  Ayrı-ayrı  ölkələrdə 

fərqli  qiymətləndirmə  standartlarının  tətbiqi  bir  sıra  qüsurlara  malik  idi.  Beynəlxalq 

qiymətləndirmə  standartlarının  hazırlanması  və  qəbul  edilməsi,  əsasən  beynəlxalq 

ə

məkdaşlıqda  anlaşılmazlıqların  aradan  qaldırılmasına,  qiymətləndirmə  işlərinin 



tanınmasına və yanaşmalardakı səhvlərin minimuma endirilməsinə yönəlmişdir. Hər bir 

ölkənin  sosial  və  iqtisadi  xüsusiyyətlərini  özündə  əks  etdirən  milli  standartların 

zəruriliyinin inkaredilməzliyi də, tədricən özünü təsdiqləməyə başlayırdı.   

Avropada  qiymətləndirmə  fəaliyyətinin  inkişafında  1977-ci  ildə  yaradılmış  Əsas 

Fondların Qiymətləndirilməsi üzrə Avropa Qrupu böyük işlər görmüşdür. Qrupun əsas 

məqsədlərindən biri qiymətləndirmənin aparılmasında peşəkarlığa üstünlük vermək və 

müştərilərin  mənafeyini  təmin  edən  qiymətləndirmə  standartlarını  işləyib 

hazırlamaqdan  ibarətdir.  Təşkilat  müvafiq  qurumların  təqdimatı  ilə  əsas  fondların 

qiymətləndirilməsinə  aid  təkliflər  hazırlayır,  daşınmaz  əmlakın  qiymətləndirilməsi  və 

standartların tətbiqi üzrə məsləhətlər verir, habelə digər beynəlxalq təşkilatlarda Avropa 

qiymətləndiricilərinin  mənafelərini  ifadə  edir.  Avropa  qrupu  beynəlxalq  standartların 

Avropaya gətirilməsinə və geniş miqyasda mənimsənilməsinə kömək edir, standartların 

universallığını,  sadəliyini  və  tətbiqini  müdafiə  edir.  Təşkilata  üzv  olmaq  hər  bir 

arzusunda  olan  və  istəyən  dövlətlər  üçün  məhdudiyyətsizdir.  Təşkilatın  üzvlərinin  və 

müşahidəçilərin  sayı  ildən  ilə  artır.  Xüsusilə,  bazar  iqtisadiyyatına  qədəm  qoymuş 

dövlətlər, o cümlədən Azərbaycan da qrupun fəaliyyətində yaxından iştirak edir. Artıq 

Avropa  qrupunun  hazırladığı  standartlar  Avropa  Birliyi  məkanında  qəbul  olunmaqla 

tətbiq edilir.  




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə