1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə33/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   29   30   31   32   33   34   35   36   ...   147

93 

 

Avropa  qiymətləndirmə  standartlarının  zəruriliyi  vahid  meyarların  yaradılması 

tələblərindən  irəli  gəlmişdir.  Əlbəttə,  etiraf  olunmalıdır  ki,  Avropada  standartların 

inzibati qaydada tətbiqinə nail olmaq nəinki çətindir, həm də mümkün deyil. 

Qiymətləndirmə fəaliyyətinin inkişafında mühüm hadisələrdən biri də Uruqvayda 

Tariflərin  unifikasiyası  üzrə  QATT  (bu  qurum  1995-ci  ildən  Beynəlxalq  Ticarət 

Təşkilatı  adlanır)  müqavilənin  imzalanması  oldu.  Müqavilə  qiymətləndirmə  fəaliyyəti 

ilə bağlı xidmətlərin vacibliyini bir daha təsdiq etdi.  

Dünya miqyasında standartların unifikasiya olunmasına münasibət birmənalı deyil. 

Bəzən ayrı-ayrı ölkələr beynəlxalq standartların tətbiqinin qüsurlu olduğunu qeyd edir. 

Dövlət  və  qeyri-hökumət  təşkilatlarının,  qiymətləndiricilərin  bu  sahədə  beynəlxalq 

ə

məkdaşlığı  (konfranslar,  konqreslər,  dəyirmi  masalar  və  s.)  problemlərin 



müzakirəsinə,  standartlaşdırma  prosesinin  daha  effektivliyinə  xidmət  edir,  hazırlanan 

beynəlxalq  standartların  ayrı-ayrı  dövlətlərin  əldə  etdikləri  təcrübələr  hesabına 

zənginləşməsinə gətirib çıxarır.  

Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinə üzvlük qiymətləndirmə üzrə 

qarşıda duran vəzifələri dərindən dərk edən və kifayət qədər peşəkar qiymətləndiriciləri 

birləşdirən milli qiymətləndiricilər cəmiyyətləri və təsisatları tərəfindən həyata keçirilir. 

Üzv dövlətlər komitənin hazırladığı tövsiyyə və standartları müdafiə etməli, onların öz 

ölkələrində  tətbiqinə  şərait  yaratmalı,  habelə  milli  standartlarla  beynəlxalq  standartlar 

arasındakı əhəmiyyətli fərqləri araşdıraraq Komitəyə bu barədə müntəzəm  məlumatlar 

təqdim etməlidirlər.  

Komitə  1985-ci  ildə  BMT-nin  qtisadi  və  Sosial  Şurasının  reyestrinə  daxil 

edilmişdir. Komitəyə inkişaf etmiş dövlətlərlə yanaşı Zambiya, Zimbabve, Qana və s. 

ölkələr də daxildirlər.  

Komitə  indiyə  qədər  çoxsaylı  qiymətləndirmə  standartları  işləyib  hazırlamış  və 

müvafiq səlahiyyətli qurumlar tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilmişdir. 

Həmin standartlara misal olaraq aşağıdakıları göstərmək olar: 

“Bazar dəyəri qiymətləndirmə bazası kimi”; 

“Bazar dəyərindən fərqli  qiymətləndirmə bazası”; 




94 

 

“Maliyyə hesabatları üzrə sənədləşmələri tətbiq etmək məqsədilə qiymətləndirmə 

sistemi”; 

“Ssuda 


təminatının, 

girovun 


və 

borc 


öhdəliklərinin 

təminatının 

qiymətləndirilməsi”. 

Digər  standartlarda isə biznesin  (müəssisənin), istehsal vasitələrinin, qeyri-maddi 

aktivlərin,  təbii  resursların  qiymətləndirilməsi  məsələləri  öz  əksini  tapmışdır.  Komitə 

tərəfindən hazırlanmış və hələlik layihə şəklində olan standartlar da vardır.  

Üzv  dövlətlər  standartların  dəyişdirilməsinə  və  ya  ona  dəyişikliklər  edilməsinə 

ehtiyac  gördükdə  bu  barədə  Komitəyə  müraciət  edə  və  müzakirələrin  keçirilməsini 

tələb edə bilərlər.   

 

5.2. Ayrı-ayrı ölkələrdə qiymətləndirmə fəaliyyəti 

 

Qiymətləndirmə elmi üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, bu sahədə 



standartlarının  hazırlanması,  təşəbbüs  göstərən  ölkələr  çox  olmuşdur.  Lakin,  bu  işin 

davamlı  aparılmasında  fərqlənən  ölkələri  nəzərdən  keçirmək  daha  məqsədəuyğundur. 

Onlardan  biri  də  Almaniyadır.  Almaniyada  müxtəlif  qiymətləndirmə  cəmiyyətləri, 

regional  assosiasiyalar  geniş  fəaliyyət  göstərir.  Bu  cəmiyyətlərə  üzvlük  bir  qayda 

olaraq  qiymətləndiricilərin  ekspertizası  və  peşələrinin  təkmilləşdirilməsi  yolu  ilə 

aparılır.  Assosiasiyaların  üzvləri  isə,  müxtəlif  sferaların  (daşınmaz  əmlakın, 

avtomobillərin,  suda  üzən  gəmilərin,  ekoloji  ziyanın,  antikvar  əşyaların,  televiziya 

sistemlərinin,  biznesin,  mebel  əşyalarının,  xalça  məmulatlarının  və  s.)  ekspert 

qiymətləndiriciləri  ola  bilərlər.  Almaniyada  həmçinin  qiymətləndirmə  üzrə  ctimai 

Ekspertlər Assosiasiyası da fəaliyyət göstərir. 

Almaniyada  əmlak  qiymətləndiricilərinin  hazırlanmasının  rəsmi  səviyyədə 

tanınmış məcburi sistemi və qaydası yoxdur. Lakin, buna baxmayaraq Almaniyada öz 

sənətini  və  beynəlxalq  standartları  dərindən  bilən  kifayət  qədər  peşəkar 

qiymətləndiricilər mövcuddur.  




95 

 

Alman qanunlarına görə, qiymətləndirmə sahəsində biliyə və təcrübəyə malik olan 

istənilən şəxs qiymətləndirici ola bilər. Peşəkar statusu almaq üçün isə, bunlarla yanaşı 

aşağıdakı mərhələləri keçmək zəruridir: 

  Müvafiq ali təhsil haqqında diploma malik olmalı; 



  Diplomla yanaşı  beş illik praktiki iş stajı; 

  Ali  təhsil haqqında diplomu  olmayanlar  daşınmaz  əmlak  bazarında  ən  azı on 



illik staja malik olmalıdır. 

Bu  tələblərə  cavab  verən  şəxslər  peşəkar  qiymətləndirici  olmaq  üçün  imtahan 

verməli və imtahandan müvəffəqiyyətlə keçməlidirlər.  

ABŞ-da  peşəkar  qiymətləndirmə  fəaliyyətinin  inkişafı  1930-cu  il  iqtisadi 

böhranından  sonra  başlanmışdır.  Əvvəllər  bu  iş  kredit  təşkilatları  tərəfindən  həyata 

keçirilirdi.  lk peşəkar qiymətləndirmə şirkətləri də iqtisadi böhranın nəticələri aradan 

qaldırıldığı  dövrlərdə  yaradıldı.  kinci  dünya  müharibəsindən  sonra  qiymətləndirmə 

fəaliyyətinin  inkişafı  ABŞ-da  daha  böyük  vüsət  almağa  başladı.  Son  illərin 

məlumatlarına  görə,  qiymətləndiriciləri  özündə  birləşdirən  təşkilatların  sayı  qırxa 

yaxındır. Bu təşkilatlar qiymətləndirmə fəaliyyətinin ən müxtəlif sahələrində fəaliyyət 

göstərir,  problemləri  araşdırırlar.  Hazırda  ABŞ-da  qiymətləndiricilərin  sayı  təqribən 

100  minə  yaxındır.  Onların  42  min  nəfəri  müxtəlif  qiymətləndirmə  təşkilatlarında 

çalışır. Digərləri isə müstəqil fəaliyyət göstərməyə üstünlük verirlər.  

ABŞ-da  lisenziya  almaq  heç  də,  hər  bir  qiymətləndirici  üçün  məcburi  deyildir. 

1991-ci  ildən  ancaq  daşınmaz  əmlak  sahəsində  çalışan  qiymətləndiricilər  lisenziya 

alırlar.  Federal  hökumətin  hazırladığı  qaydalara  görə,  hər  bir  ştat  qiymətləndirmə 

fəaliyyətinin  lisenziyalaşdırılması  mexanizminin  işlənib  hazırlanmasında  və  bu 

fəaliyyətlə  bağlı  digər  məsələlərin  həllində  müstəqildir.  ABŞ-da  qiymətləndirici 

kadrların  hazırlanması  və  lisenziyalaşdırma  üzrə  müvafiq  komitə  və  subkomitələr 

fəaliyyət  göstərir.  Onların  vasitəsi  ilə  dövlət  lisenziya  və  sertifikatların  verilməsinə 

nəzarəti həyata keçirir. 

Qiymətləndirmə  fəaliyyətinin  iqtisadiyyatda  rolunun  artması  bu  sahədə 

lisenziyalaşdırma  və  standartlardan  istifadəyə  xüsusi  diqqətin  yetirilməsini  tələb  edir. 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə