1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə34/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   30   31   32   33   34   35   36   37   ...   147

96 

 

Hazırda  ABŞ-da  peşəkarlığı  daha  çox  önə  çəkmək  üçün  lisenziyalaşdırmaya  nisbətən 

qiymətləndirmə  fəaliyyətində  sertifikatlaşdırılma  sisteminin  tətbiqinə  daha  çox 

üstünlük  verilir.  Onu  da  qeyd  etmək  olar  ki,  ABŞ-da  qiymətləndiricinin  müvafiq 

sertifikat və lisenziya almasına tələb olunan rəsmi sənədlər üzrə ödənişlərin  məbləği ən 

azı 1000 dollar səviyyəsində olur.  

Qiymətləndirmə  fəaliyyətinin  inkişaf  etdiyi  ölkələrdən  biri  də  Polşadır

Araşdırmalar  göstərir  ki,  Polşada  uzun  müddət  sosializm  cəbhəsində  “yaşaması” 

qiymətləndirmənin  formalaşması  və  inkişafına  da  öz  təsirini  göstərmişdir.  Polşada 

qiymətləndirmə fəaliyyəti parlamentdə dövlət ehtiyacları üçün əmlakın bazar dəyərinin 

məcburi  qiymətləndirilməsi  barədə  qərar  qəbul  edildikdən  sonra  geniş  vüsət  almağa 

başladı.  Həmin  qərardan  sonra  qiymətləndirici  kadrların  daha  da  təkmilləşdirilməsi, 

qabaqcıl  bazar  ölkələrinin  qiymətləndirmə  təcrübəsinin  öyrənilməsi  aktuallaşdı, 

qiymətləndirmə  fəaliyyətinə  çoxsaylı  hüquqşünaslar,  geoloqlar,  mühəndislər, 

inşaatçılar və s. cəlb edildi.  

Təcrübə  göstərir  ki,  bu  və  ya  digər  ölkədə  qiymətləndirmə  fəaliyyətinin  inkişafı 

iqtisadiyyatın  inkişafı  göstəriciləri  ilə  birbaşa  əlaqədardır.  Çünki  qiymətləndirmənin 

zəruriliyi  əmlak  bazarının  inkişafı  və  əmlak  bazarının  inkişafı  isə,  iqtisadiyyatın 

hərtərəfli canlanması ilə bilavasitə bağlıdır.  

Bu mənada da Polşada qiymətləndirici peşəsinə maraq güclü inkişaf edə

sənaye  potensialının  tərəqqisi  ilə  izah  oluna  bilər.  1992-ci  ildə  hökumə

tərəfindən qiymətləndirmə sahəsində lisenziyalaşdırmanın tətbiqi bu sahə üzrə 

bilgilər  verən  kurslara  axını  stimullaşdırdı.  Çünki,  mövcud  sistemə  uyğun 

olaraq, qiymətləndirici olmaq istəyən hər bir şəxs, özünün bilik və təcrübəsi ilə 

əyyən  tələblərə  cavab  verməlidir.  Həmin  şəxslər  xüsusi  kurslar  keçməli, 

sonra  yazılı  və  şifahi  imtahan  verməlidir.  Hazırda  Polşada  qiymətləndiricinin 

hazırlanması 

məqsədilə 

müxtəlif  universitetlərdə,  qiymətləndiricilərin 

cəmiyyətlərinin  nəzdində  fəaliyyət  göstərən  akademiyalarda  kurslar  təşkil 

olunur.  Bu  kurslar  qiymətləndirmə  üzrə  imtahana  hazırlıq  məqsədi  daşıyır. 

Kurslar müvafiq proqram üzrə əsasən 4 sahə (mülki hüquq, iqtisadiyyat, şəhə



97 

 

daşınmaz  əmlakı  və  kənd  daşınmaz  əmlakı)  üzrə  həyata  keçirilir.  mtahan 

prosesi  45  qiymətləndirmə  nəzəriyyəçisi  və  peşəkarının  daxil  olduğu  dövlə

lisenziyalaşdırma komitəsinin ciddi nəzarəti altında aparılır.  

Son  zamanlar  Polşada  20  yerli  (lokal)  qiymətləndiricilər  assosiasiyası 

yaradılmışdır.  Onların  16-sı  Polşa  Qiymətləndiricilər  Assosiasiyası  Federasiyasında 

birləşmişdir.  Federasiyanın  məqsədi  Polşada  qiymətləndirici  peşəsini  daha  da 

genişləndirmək  və  nüfuzunu  artırmaq,  habelə  milli  qiymətləndirmə  standartlarını 

işləyib  hazırlamaqdır.  Federasiya  faktiki  olaraq,  Polşa  qiymətləndiricilərinin  milli  və 

beynəlxalq səviyyələrdə maraqlarının müdafiəçisidir. 

 Tədqiqatlar  göstərir  ki,  qiymətləndirmə  fəaliyyətinin  inkişafı  dünyanın  hər  bir 

ölkəsində  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Bolqarıstanda  qiymətləndirmə 

fəaliyyəti  hökumətin  bütün  müəssisə  və  təşkilatlarda  aktivlərin  bazar  dəyəri  ilə 

qiymətləndirməsi  barədə  qərarının  qəbulundan  (1991-ci  il)  və  ölkədə  özəlləşdirmə 

prosesinin  başlanmasından  sonra  geniş  vüsət  aldı.  Bu  da  ayrı-ayrı  sahələr  üzrə 

qiymətləndirici mütəxəssislərin hazırlanması işini sürətləndirmişdir.  

Hazırda  Bolqarıstanda  qiymətləndirmə  fəaliyyətinin  müxtəlif  problemlərini 

araşdıran,  qiymətləndiricilərin  hazırlığını  həyata  keçirən  və  qiymətləndirmə  üzrə 

kurslar  təşkil  edən  müxtəlif  qeyri-hökumət  təşkilatları  (Biznesin  Qiymətləndirilməsi 

Assosiasiyası,  Bolqarıstan  Qiymətləndiriciləri  Assosiasiyası  və  s.)  fəaliyyət  göstərir. 

Mühazirə  oxumaq  üçün  inkişaf  etmiş  dövlətlərdən  qiymətləndirici  ekspertlər  dəvət 

edilir,  elmi  materiallar  alınır.  Bu  dövlətlərin  yardımından nəinki  elmi  işlərdə,  həm  də 

təcrübədə istifadə edilir.  

Bolqarıstanda qiymətləndirici olmaq üçün bir sıra tələblər irəli sürülür: 1) müvafiq 

ali təhsil – mühəndis-inşaatçı, iqtisadçı, arxitektor ixtisasları üzrə; 2) minimum 5 illik iş 

təcrübəsi. Kursları bitirən namizədlər imtahan verir və müvəffəqiyyət qazandığı halda 

onlara  dövlət  təşkilatı  olan  Bolqarıstan  Özəlləşdirmə  Agentliyi  tərəfindən  lisenziya 

verilir.  Lisenziya  5  istiqamət  üzrə  -  daşınmaz  əmlakın  qiymətləndirilməsi,    maşın  və 

avadanlığın qiymətləndirilməsi, biznesin qiymətləndirilməsi, qeyri-material aktivlərinin 

qiymətləndirilməsi, incəsənət əsərlərinin qiymətləndirilməsi üzrə verilir. 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə