1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə36/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   32   33   34   35   36   37   38   39   ...   147

101 

 

Deməli,  qiymətləndirmə  fəaliyyəti  ya  peşəkar  qiymətləndiriciləri  ictimai 

birliklərinin  (özünütənzimləmə),  yaxud  da  dövlət  orqanlarının  (dövlət  tənzimlənməsi)  

və  ya  onların  hər  ikisinin  birlikdə  təyin  edilən,  həm  də  müəyyən  maraqlara 

uyğunlaşdırılmasına yönələn tədbirlər və prosedurlar sistemidir. 

Qiymətləndirmə  fəaliyyətinin  formalaşması  ölkədə  intellektual  sahibkarlıq 

fəaliyyətinin  inkişafı  ilə  bilavasitə  bağlı  olduğundan  sahibkarlıq  fəaliyyətinin 

mahiyyətinin izah edilməsinə, onun qısaca da olsa, şərhinin verilməsinə ehtiyac vardır. 

Sahibkarlıq  fəaliyyəti  dövlətin  iqtisadi  və  sosial  qüdrətinin,  əhalinin  yüksək  həyat 

səviyyəsinin  mühüm  vasitəsidir.  Bu  fəaliyyət  ən  müxtəlif  forma  və  növlərə  malik 

olmaqla bazar iqtisadiyyatı şəraitində insanların həyat tərzinin ayrılmaz tərkib hissəsinə 

çevrilir. Eyni zamanda dövlət öz iqtisadi (investisiya, gömrük, vergi və s.) siyasəti ilə 

sahibkarlıq növlərinin inkişafına şərait yaradır.  

Konstitusiyanın  59-cu  maddəsinə  (Azad  sahibkarlıq  hüququ)  görə  “hər  kəs 

qanunla  nəzərdə  tutulmuş  qaydada  öz  imkanlarından,  qabiliyyətindən  və  əmlakından 

sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti 

və qanunla qadağan edilməmiş digər ictimai fəaliyyət növü ilə məşğul ola bilər”. 

Sahibkarlıq  fəaliyyəti  dedikdə,  şəxsin  müstəqil  surətdə  həyata  keçirdiyi,  əsas 

məqsədi əmlakın istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər 

göstərilməsindən  mənfəət  götürülməsi  ilə  şərtlənən  fəaliyyət  növü  başa  düşülür. 

Ölkəmizdə  sivil  dünya  ənənələrinə  uyğun  bazar  iqtisadiyyatının  formalaşdığı    bir 

şə

raitdə belə iqtisadiyyata xas olan bir sıra fəaliyyət növlərinin meydana gəlib inkişaf 



etməsi getdikcə, günün ən vacib tələbinə çevrilir. Başqa sözlə, bazar özü belə fəaliyyət 

növlərinə  ehtiyac  duyur.  Qiymətləndirmə  fəaliyyəti  də  bazar  iqtisadiyyatının  ehtiyac 

duyduğu  və  meydana  çıxardığı  fəaliyyət  növlərindən  biridir.  Qeyd  edildiyi  kimi, 

müxtəlif  əmlak  növlərinin  qiymətləndirilməsi  fəaliyyəti  də  sahibkarlıq  fəaliyyətidir. 

Eyni  zamanda  bu  fəaliyyət  növü  xidmət  sferasını  əhatə  edir,  əhaliyə  və  sifarişçilərə 

qiymətləndirmə  xidmətinin  göstərilməsinə  yönəlmişdir.  Lakin,  qiymətləndirmə 

fəaliyyəti  xarakterinə,  xüsusi  qabiliyyət  və  bilik  tələb  etmə  xüsusiyyətinə  görə  digər 

sahibkarlıq növlərindən fərqlənir.  




102 

 

Qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  qiymətləndiricilərin  göstərdikləri 

xidmətlərin  keyfiyyətinin  yüksəldilməsinə,  beynəlxalq  və  milli  qiymətləndirmə 

standartlarının  tələblərinə  riayət  edilməsinin  təmin  olunmasına  yönəldilmiş  tədbirlər 

sistemidir.  Bu  tənzimləmə  dövlət  və  qiymətləndiricilərin  peşə  birlikləri  tərəfindən 

həyata keçirilir.  

Qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  formalarını  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

  qiymətləndirmə fəaliyyətinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi; 



  qiymətləndirmə  fəaliyyətinin  yerinə  yetirilməsinə  metodiki  tələblərin 

müəyyənləşdirilməsi; 

  qiymətləndiricinin 



peşə 

davranışı 

keyfiyyətlərinə 

tələblərin 

müəyyənləşdirilməsi. 

Qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsinin  bu  formalarına  uyğun  olaraq 

dövlət  orqanları  müvafiq  normativ  aktlar  qəbul  edir,  qiymətləndirmə  standartları  və 

normalarını,  daşınmaz  əmlakın  qiymətləndirilməsi  və  peşəkar  qiymətləndiricilərin 

hazırlanması qaydalarını təsdiq edir, qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə 

nəzarət  edirlər.  Qeyd  olunmalıdır  ki,  Azərbaycanda  qiymətləndirmə  fəaliyyətini 

tənzimləyən  ilk  normativ  hüquqi  aktlar  1997-1998-ci  illərdə    hazırlanmış  və  qəbul 

edilmişdir. 

Azərbaycan  Respublikasında  (o  cümlədən  Naxçıvan  Muxtar  Respublikasında) 

dövlətə  və  bələdiyyə  orqanlarına  məxsus  qiymətləndirmə  obyektlərindən  girov 

predimeti  olaraq  istifadə  edilməsi  prosesi  də  müvafiq  qanunların  müddəaları  ilə  üzvü 

şə

kildə əlaqələndirilmişdir. 



Beləliklə dövlət və bələdiyyə qurumlarına məxsus olan əmlak üzərində təsərrüfat 

idarəçiliyi  hüququ  olan  şəxs  (hüquqi  və  ya  fiziki  şəxs)  yalnız  həmin  əmlak 

mülkiyyətçisinin  rəsmi  razılıq  verdiyi  halda  girov  qoya  bilər.  Özgənin  əmlakını 

(əşyasını) icarəyə vermək hüququnun və onun üzərində digər hüququn mülkiyyətçinin 

və  ya  təsərrüfat  idarəçiliyi  hüququ  olan  şəxsin  razılığı  olmadan  özgəninkiləşdirilməsi 

qanunla  və  ya  müqavilə  ilə  qadağan  edilmişdirsə,  bu  cür  razılıq  verilmədən  həmin 




103 

 

hüquqların  girov  qoyulmasına  yol  verilmir.  Şübhəsiz  ki,  bu  kimi  halların  mülkiyyət 

sahiblərinin  nəzərinə  çatdırılması  işində  digər  təbliğat  üsulları  ilə  yanaşı, 

qiymətləndiricilər də biganə olmamalıdırlar. Bu şərtlərin təmin edilməsi məqsədilə də 

girov müqaviləsində girovun predimeti və onun qiyməti, girovla təmin edilən öhdəliyin 

maliyyəti,  həcmi  və  icra  müddəti  göstərilməlidir.  Bu  sahibkarlığın  inkişafı 

istiqamətində  gələcəkdə  gözlənilə  bilən  mübahisə  və  münaqişələrin  qarşısının 

alınmasına mühüm zəmanət verən amillərdən biridir.  

Qiymətləndirmə fəaliyyətinin əhəmiyyəti nəzərə alınaraq, onun hüquqi statusunun 

müəyyən  edilməsi,  bu  sahədə  yaranan  təşkilati,  iqtisadi  və  hüquqi  münasibətlərin 

tənzimlənməsi  məqsədi  ilə  25  iyun  1998-ci  il  tarixdə  “Qiymətləndirmə  fəaliyyəti 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi.  Bu  Qanun  MDB 

məkanında qiymətləndirmə fəaliyyətinin qaydalarını və onunla məşğul olan hüquqi və 

fiziki  şəxslərin  hərəkətlərini  müəyyənləşdirən  ilk  qanunlardan  biri  olmuşdur.  Qanun 

ə

mlakın qiymətləndirilməsi sahəsində fəaliyyətin ümumi prinsiplərini, qiymətləndirmə 



sahəsində  əsas  anlayışların  (qiymətləndirmə  fəaliyyətinin  subyektləri,  qiymətləndirmə 

obyektləri)  mahiyyət  və  məzmununu  müəyyənləşdirir,  habelə  onunla  bağlı  yaranan 

təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.  

Qanunda məcburi qiymətləndirmə aparılan əməliyyatların dairəsi, qiymətləndirmə 

fəaliyyətinə məhdudiyyətlər, qiymətləndirilmə üçün əsaslar (qiymətləndirmə aparılması 

barədə  qiymətləndirici  ilə  sifarişçi  arasında  bağlanılan  müqavilə  və  ya  əmlakın 

qiymətləndirilməsi haqqında məhkəmənin qərarı), qiymətləndirilmə haqqında hesabata 

dair tələblər, qiymətləndiricinin hüquq və vəzifələri, onun müstəqilliyinə dair tələblər, 

qiymətləndiricilər  birliklərinin  vəzifələri,  qiymətləndirmə  standartlarına  ümumi 

tələblər, habelə qiymətləndiricilərin məsuliyyəti dəqiq müəyyənləşdirilmişdir. 

Qanunun  ən  mühüm  tərəflərindən  biri  də,  onun  qiymətləndirmə  fəaliyyətinin 

nəticələrinə  dair  qiymətləndirici  hesabatlarına  yüksək  status  verməsidir.  Qanunun 

müddəaları  mülkiyyət  formasından  asılı  olmayaraq,  lakin  bəzi  xüsusiyyətləri  nəzərə 

alaraq, əmlakın bütün növlərinə şamil edilir. 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə