1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə37/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   33   34   35   36   37   38   39   40   ...   147

104 

 

Qiymətləndirmə  fəaliyyəti  üzərində  vahid  hüquqi  və  metodoloji  nəzarət 

Azərbaycan Respublikası  qtisadi  nkişaf Nazirliyi tərəfindən təmin edilir. 

Qanunun qəbulu respublikada özəlləşdirmə proseslərini sürətləndirmiş və səmərəliyini 

artırmış,  dünya  standartlarının  tələblərinə  cavab  verən  sivil  əmlak  bazarının 

yaranmasına kömək etmişdir. 

“Qiymətləndirmə  fəaliyyəti  haqqında”  Qanunun  ən  başlıca  əhəmiyyəti, 

qiymətləndirmə fəaliyyətinə müstəqil və peşəkar bir fəaliyyət olaraq kompleks baxışın 

təmin  edilməsidir.  Yəni,  bu  qanunla  əmlakın  qiymətinin  “müəyyən  edilməsi”,  onun 

mexaniki  müəyyən  edilməsi  yolundan  bazar  münasibətləri  şəraitində  əmlakın  düzgün 

və obyektiv şəkildə qiymətləndirilməsi yoluna keçidin əsası qoyuldu, əmlak bazarının 

qiymətləndirmə  fəaliyyətinə  olan  ehtiyacının  ödənilməsi  üçün  hüquqi  şərait  yarandı. 

Bununla  da,  qiymətləndirmə  fəaliyyətinin  müstəqil,  intellektual  fəaliyyət  növü  olaraq 

normativ hüquqi bazasının formalaşması, digər fəaliyyət növləri ilə qarşılıqlı əlaqəsinin 

və fərqli cəhətlərinin müəyyən edilməsi istiqamətində əsas addım atılmış oldu.  

Azərbaycanda 

qiymətləndirmə 

fəaliyyətini 

tənzimləyən 

qanunvericilik 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa istinad edir. 

Ötən  illər  ərzində  icra  hakimiyyəti  orqanları  tərəfindən  normativ  bazanın 

möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılmış və bir sıra qanun qüvvəli aktlar 

qəbul  edilmişdir.  “Qiymətləndirmə  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il 

28 sentyabr tarixli 774 saylı fərmanı, Nazirlər Kabinetinin  2000-ci il 20 aprel tarixli 90 

s saylı sərəncamı, Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 saylı qərarı və s. 

sənədlər bu qəbildəndir. Qanunun icrası ilə bağlı bu hüquqi sənədlərin qiymətləndirmə 

fəaliyyətinin inkişafına təsiri olduqca böyükdür. Belə ki, 2000-ci il 20 aprel tarixli 90s 

saylı  sərəncamda  qiymətləndirmə  standartlarının  və  normalarının  hazırlanmasının 

təşkili  və  əlaqələndirilməsi,  layihələrin  ekspertiza  edilməsi  və  digər  əlaqədar  işlərin 

aparılması  üçün  təşkilati  məsələlərin  görülməsi  nəzərdə  tutulurdu.  Sərəncamda  qeyd 

olunan  müddəaları  həyata  keçirən  işçi qrup təklif və  tövsiyələri,  beynəlxalq  təcrübəni 

qısa  zamanda  ümumiləşdirdi  və  görülən  işlərin  nəticəsi  olaraq  Nazirlər  Kabineti 




105 

 

tərəfindən    “Qiymətləndirmə  standartları  və  normaları,  peşəkar  qiymətləndiricilərin 

hazırlanması  Qaydaları”nın  təsdiq  edilməsi  barədə  qərar  qəbul  edildi.  Qərara  görə 

qiymətləndirmə  standartları  və  normalarının  hazırlanması  ilə  bağlı  xərclərin  dövlət 

büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir. Bu da əsasən 50-

yə  qədər  qiymətləndirmə  standartları  və  normalarının  işlənməsi  və  təsdiq  edilməsi 

zərurətindən  irəli  gəlmişdir.  Qərarda  peşəkar  qiymətləndiricilərin  hazırlanması  barədə 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müvafiq tapşırıqlar verilmişdir. 

Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qiymətləndirmə 

fəaliyyətinin ayrı-ayrı tərəflərini tənzimləyən bir sıra normativ hüquqi aktlar da qəbul 

edilmişdir. Bu sənədlərə aşağıdakıları misal göstərmək olar: 

1)  Fiziki  şəxslərin  mülkiyyətində  olan  binaların  inventar  dəyərinin  hesablanması 

Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 

saylı qərarı ilə təsdiq edilmişdir); 

2)  Binalar  üzrə  əmlak  vergisinin  hesablanması  Qaydaları 

(Azərbaycan  Respublikası  Nazirlər    Kabinetinin  2001-ci  il  23 

fevral tarixli  46 saylı qərarı ilə təsdiq edilmişdir);  

3)   Özəlləşdirilən  dövlət    müəssisələrinin    (obyektlərinin)  ilkin  qiymətinə  tətbiq  

edilən  əmsallar  (Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2001-ci  il  24  yanvar 

tarixli 23 saylı qərarı ilə təsdiq edilmişdir); 

4)  Azərbaycan  Respublikasında  torpaqların  normativ  qiymətinin  müəyyən  edilməsi 

barədə  Əsasnamə  (Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1998-ci  il  23  iyul 

tarixli 158 saylı qərarı ilə təsdiq edilmişdir);  

5)  Özəlləşdirilən  müəssisə  və  obyektlərin  yerləşdiyi  torpaq  sahələrinin  normativ 

qiyməti haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1998-ci il 

27 aprel tarixli 93 saylı qərarı ilə təsdiq edilmişdir);  

6) «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan 

malların  gömrük  qiymətləndirilməsi  sisteminin  tətbiqi  Qaydaları»  haqqında 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (12 yanvar 1998-ci il, N 7);  



106 

 

7)  “Müsadirə  edilmiş,  sahibsiz  qalmış,  vərəsəlik  hüququ  əsasında  dövlət 

mülkiyyətinə keçən  əmlakın  və  dəfinələrin  uçotu,  qiymətləndirilməsi  və saxlanılması, 

istifadəsi  və  satışı  barədə  Əsasnamə  (Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2002-ci  il  18  aprel  tarixli  69  saylı  qərarı  ilə  təsdiq  edilmişdir).  Azərbaycan 

Respublikasının  prezidenti  və  Nazirlər  Kabineti  tərəfindən  qəbul  edilən  müvafiq 

fərmanlar, sərəncamlar və qərarlara uyğun olaraq müvafiq əmlak növlərini (o cümlədən 

torpağı) idarə edilməsi səlahiyyəti almış icra hakimiyyəti və yerli özünüidarə orqanları 

Azərbaycan  Respublikasının  qiymətləndirmə  haqqında  qanunvericiliyinin  tələblərini 

rəhbər  tutaraq  əmlak  bazarının  daha  ahəngdar  inkişafına  nail  olunmasını  təmin  edən 

müvafiq  təlimatlar  və  tövsiyyələr  hazırladılar.  Beləliklə,  müstəqil  qiymətləndiricilərin 

tərtib  etdikləri  hesabatlara  əsaslanaraq  qiymətə  və  ya  icarə  haqqının  miqdarına  dair 

təkliflərin  verilməsi  formasına  görə  açıq  fəaliyyət  göstərən  auksionlar  şəklində 

hərracların  keçirilməsi  zamanı  daşınmaz  əmlakın  (eləcə  də  torpaq  sahəsinin)  ilkin 

dəyərini  və  ya  icarə  haqqının  başlanğıc  məbləğini,  onların  yüksəldilmə  kəmiyyətini 

(buna  bəzən  auksion  addımı  da  deyirlər),  verilməli  olan  miqdarını  və  hərracın 

keçirilməsinə dair bildirişlərin dərc ediləcəyi kütləvi informasiya vasitələrinin müəyyən 

edilməsi yönümündə təcrübələrə nail olundu.  

Ölkədə sahibkarlıq mühitinin daha da əlverişli olması, dövlət orqanları tərəfindən 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxslərin  fəaliyyətinə  müdaxilənin  qarşısının 

alınması və bu fəaliyyətin günün tələbləri çərçivəsində yenidən tənzimlənməsi məqsədi 

ilə  2002-ci  ildə  ölkə  prezidenti  tərəfindən  “Bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq 

(lisenziya)  verilməsi  qaydalarının  təkmilləşdirilməsi  haqqında”  2  sentyabr  2002-ci  il 

tarixli  782  saylı  və  “Azərbaycan  Respublikasında  sahibkarlıq  fəaliyyətinin 

tənzimlənməsinin  bəzi  məsələləri  haqqında”  2  may  2003-cü  il  tarixli  fərmanlar 

verilmişdir.  

Bazar iqtisadiyyatının tərəqqisində əldə edilən nailiyyətlər, bu sahədə cəmiyyətdə 

baş verən psixoloji hazırlıq son dövrlərdə qiymətləndirmə fəaliyyətini həyata keçirmək 

üçün dövlət tərəfindən xüsusi razılığın (lisenziyanın) tətbiq edilməsi zərurətini azaltdı.  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə