1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə38/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   34   35   36   37   38   39   40   41   ...   147

107 

 

Beləliklə, Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi 

razılıq  (lisenziya)  verilməsi  qaydalarının  təkmilləşdirilməsi  haqqında”  2002-ci  il  2 

sentyabr  tarixli  728  saylı  fərmanı  ilə  xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyət 

növlərinin sayı azaldıldı, o cümlədən qiymətləndirmə fəaliyyəti də xüsusi razılıq tələb 

olunan fəaliyyət növlərinin siyahısından çıxarıldı. Bu da öz növbəsində qiymətləndirmə 

fəaliyyətinin  həyata  keçirilməsində  mövcud  olan  inzibatçılığı  aradan  götürdü.  Etiraf 

etməliyik  ki,  lisenziyalaşdırma  işindəki  başlıca  qüsurlardan  biri  də  bütün  əmlak 

növlərinin qiymətləndirilməsi üzrə (daşınmaz əmlak, daşınar əmlak, qeyri maddi aktiv 

və intellektual mülkiyyət və s.) vahid lisenziyanın  verilməsi idi. Belə münasibət sözün 

ə

sl  mənasında  peşəkarlığı  inkar  etmiş  olurdu.  Yəni,  həmin  fərmanla  bu  fəaliyyətin 



ə

sasən peşəkar və səriştəli mütəxəssislər tərəfindən müstəqil olaraq aparılması prinsipi 

ön plana çəkildi. Bununla da, müstəqil qiymətləndirmə işinə əlverişli şəraitlə yanaşı, bu 

sahədə  ictimai  münasibətlərin  genişlənməsinə,  qiymətləndirmə  fəaliyyəti  üzrə 

tənzimləmə  və  özünütənzimləmə  prosesinə,  onun  daha  da  təkmilləşməsinə  əlverişli 

mühit yarandı.  

Qeyd  etmək  lazımdır  ki,  respublikamızda  qiymətləndirmə  fəaliyyətinin  hüquqi 

bazasının formalaşdığı ilk illərdə lisenziyalaşdırma zəruri olsa da, o bir sıra nöqsanlara 

da  malik  idi.  Qiymətləndirmə  fəaliyyəti  elə  bir peşədir ki,  bunu  müvafiq biliyə  malik 

olan  şəxslər  həyata  keçirməlidirlər.  Qüvvədə  olan  lisenziyalaşdırma  sistemi  ilə  bunu 

təmin etmək mümkün deyildi. Çünki, istənilən hüquqi və fiziki şəxs heç bir zəruri peşə 

təhsili  olmadan  müəyyən  olunmuş  qaydada  lisenziya  almaqla  bu  fəaliyyəti  həyata 

keçirə bilərdi.  

Eyni zamanda onu da qeyd etmək lazımdır ki,  lisenziyalaşdırma sisteminin ləğvi 

qiymətləndirmə  haqqında  qanunvericilikdə  müəyyən  çatışmamazlıqları  üzə  çıxarmış, 

hazırda  qiymətləndirmə  fəaliyyətinin  həyata  keçirilməsi  və  qiymətləndirici  olmaq 

sahəsində  yeni  tənzimləmə  vasitələrinin  müəyyən  edilməsi  zərurətini  yaratmışdır. 

Qanunvericilikdə  qiymətləndirmə  fəaliyyətinin  nəticələrinə  dair  hesabatlara  çox  ciddi 

ə

həmiyyət  verilməsi,  həmin  nəticələrin  mühasibat  və  statistika  uçotu  sənədlərində  və 



hesabatlarında  düzəlişlər  etmək  üçün  əsas  kimi  təsbit  edilməsi  və  yalnız  məhkəmə 


108 

 

qaydasında ləğv edilə bilməsi bu fəaliyyət növü sahəsində peşəkarlığın təmin edilməsi 

baxımından tənzimləmənin zəruriliyini sübut edir.  

Təbiidir  ki,  bazar  münasibətləri  inkişaf  etdikcə,  ölkəmizin  dünya  iqtisadiyyatına 

inteqrasiyası  gücləndikcə,  bu  sahədə  qanunvericilik  bazası  da  genişlənir,  mövcud 

qanunlara dəyişikliklər və əlavələr edilməsi yolu ilə təkmilləşdirilir. Bu baxımdan da, 

"Qiymətləndirmə  fəaliyyəti    haqqında”  Qanuna  dünyəvi  ənənələrə  uyğun  olaraq 

ə

lavələr  və  dəyişikliklər  edilməsi  labüddür.  Bu  sahədə  fəaliyyət  göstərən  şəxslərin 



müvafiq  biliyə  malik  olmasının  təmin  edilməsi  sifarişçilərin,  mülkiyyətçilərin,  bazar 

iqtisadiyyatı  şəraitində  əmlak  mənafeyi  olan  hər  bir  şəxsin  və  ən  nəhayət  dövlətin 

maraqlarına  uyğundur.  Bunun  üçün  qiymətləndiricinin  peşəkarlığı,  məsuliyyəti  və 

qiymətləndirmənin  aparılmasının  şərtləri  ilə  bağlı  məsələlər  qanunvericilikdə  daha 

həssaslıqla tənzimlənməlidir.  

Hazırda  qiymətləndirmə  fəaliyyətinin  zəruri  normativ  sənədlərlə  təminatlılığı  və 

onun qənaətləndiriciliyinə heç bir şübhə ola bilməz. Bununla yanaşı, mövcud normativ 

aktların bəzən tam gücü ilə işləməməsi halları da özünü göstərir. Qarşıda duran vacib 

məsələlərdən  biri  də,  belə  halları  doğuran  səbəblərin  araşdırılmasından  və  məneələrin 

aradan  qaldırılmasından,  çəkilmiş  zəhmətin,  görülmüş  böyük  işlərin  nəticəsi  olan 

hüquqi bazanın işləmə mexanizminin bir qədər də təkmilləşdirilməsinə nail olmaqdan 

ibarətdir.  

Qeyd  etmək  lazımdır  ki,  “Qiymətləndirmə  fəaliyyəti  haqqında”  qanun  qəbul 

edilənə  qədər  ayrı-ayrı  istiqamətdə  qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  çox 

ziddiyətli  olmaqla,  həm  də  ictimaiyyətdə  bu  yönümdə  psixoloji  hazırlıq  olduqca 

məhdud  idi.  Qiymətləndirmənin  hüquqi  və  iqtisadi  tənzimləmədə  rolu  və  yeri, 

qiymətləndiricinin hüquqi statusu, əmlakın “bazar” və ya qeyri bazar dəyəri anlayışları 

barədə vahid təsəvvür mövcud deyildi. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 

müddəalarından görünür ki, ölkənin qanunverici orqanı həmin qanunu qəbul edərəkən 

qiymətləndirmə  obyektlərinin  qəbul  dəyərinin  müəyyənləşdirilməsi  sahəsində 

fəaliyyətin bütün elementlərinin tənzimlənməsi üçün müvafiq hüquqi istinad bazasının 

yaradılması  işini  əsas  bir  vəzifə  olaraq  qarşıya  qoymuşdur.  Lakin  qiymətləndirmə 




109 

 

fəaliyyətinin  həyata  keçirilməsinə  nəzarətin  təşkili  istiqamətində  müvafiq  səlahiyyətli 

orqanın  yaradılması bu qanunun  bütün  müddəalarının  tam  gücü  ilə  işləməsinə  kömək 

edərdi. Çünki, belə orqanlar dünyanın əksər aparıcı ölkələrində mövcuddur. 

Məsələn,  Rusiyada  29  iyul  1998-ci  ildə  qəbul  olunan  (№135-F3)  “Rusiya 

federasiyasında  qiymətləndirmə  fəaliyyəti  haqqında”  Federal  Qanun  həmin  ölkədə 

qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  prosesinin  başlanğıcını  qoydu.  Lakin 

yuxarıda  göstərilən  Qanunun  inkişafı  istiqamətində  Rusiya  Federasiyasnın  Hökuməti 

tərəfindən  1999-cu  il  avqustun  20-də  yəni  təxminən  bir  il  sonra  “Rusiya 

federasiyasında  qiymətləndirmə  fəaliyyətinin  həyata  keçirilməsinə  nəzarət  üzrə 

səlahiyyətli  orqan  haqqında”  932  saylı  qərar  qəbul  edildi.Təcrübə  göstərir  ki,  bu 

istiqamətdə  Azərbaycan  Respublikasında  da  müvafiq  tədbirlərin  görülməsinə  böyük 

ehtiyac vardır. 

Bütün  bu  problemlərin  aradan  qaldırılması  əmlak  bazarının  daha  vüsətlə 

inkişafına,  əhalinin  qiymətləndiriciyə  və  onun  xidmətlərinə  etimadının  və  inamının 

artmasına səbəb ola bilər.  

 

5.4. Qiymətləndirmə fəaliyyətində tənzimləmə və özünütənzimləmə 

 

Qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  əsasən  iki  istiqamətdə  aparılır. 



Bunlardan biri, onun dövlət tənzimlənməsi, ikincisi isə özünütənzimləmə istiqamətində 

mövcud  olur.  Dünya  təcrübəsinə  uyğun  olaraq  qiymətləndirmə  fəaliyyəti  sistem 

şə

klində  qəbul  edilərək  bir  neçə  variantlarla  tənzimlənir.  Respublikamız  da  bazar 



iqtisadiyyatına  keçməyə  başladığı  ilk  günlərdən  həmin  yolu  keçməli  olmuşdur.  Yəni, 

müvafiq sənədlər qəbul  edilərək, qiymətləndiricilərin  lisenziyalaşdırılması  peşəkarlığa 

tələbatın  yüksəldilməsi  və  qiymətləndirmə  fəaliyyətinin  metodoloji  bazasının 

formalaşaraq  təkmilləşdirilməsi  istiqamətində  bir  sıra  zəruri  vəzifələr  yerinə 

yetirilmişdir. 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə