1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə39/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   35   36   37   38   39   40   41   42   ...   147

110 

 

Həmin  məsələlərin  geniş  şərhini  verməzdən  əvvəl  qiymətləndirmə  fəaliyyətinin 

tənzimlənməsinə  dair  dövlət  tərəfindən  həyata  keçirilən  tədbirlər  sistemini  yığcam 

şə

kildə əks etdirən sxemi nəzərdən keçirək. 



 

Sxem 8.1. 

 

 



 

Ölkədə  demokratikləşmə  proseslərinin  gücləndiyi,  xüsusilə  də  azad  sahibkarlıq 

fəaliyyəti  üçün  geniş  imkanlar  açıldığı  bir  şəraitdə  qeyri-hökumət  təşkilatlarının, 

Q

iy



m

ət



nd

ir

m



ə 

al



iy

ti



ni



vl

ət

 t



ən

zi

m



nm

əs



 

Normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi (o 



cümlədən metodiki göstərişlər, qiymətləndirmə standartları və onların 

qiymətləndirmə subyektləri tərəfindən tətbiqinin mütləqliyi) 

 

Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə nəzarət 



 

Qiymətləndirmə  fəaliyyətinin  dövlət  tənzimlənməsi  (o  cümlədən 

qiymətləndirmə fəaliyyətinin lisenziyalaşdırılması ) 

 

 

Qiymətləndirmə fəaliyyəti və onun həyata keçirilməsinin koordinasiya 



olunması üzrə dövlət orqanları arasında qarşılıqlı əlaqə 

 

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq peşəkar 



qiymətləndiriciləri hazırlanması üzrə tələblər siyahısının bu işə cavabdehlik 

daşıyan qurumlarla (hökumət və qeyri hökumət təşkilatları) razılaşdırılması 




111 

 

onların  ictimai  birliklərinin  rolu  son  dərəcə  artır.  Bu  təşkilatlar  öz  sıralarında  iqtisadi 

münasibətlərin iştirakçılarının müxtəlif qruplarını birləşdirərək, onların iradəsinin ifadə 

olunmasında,  maraqlarının  müdafiəsində,  peşəkarlıq  normalarının  hazırlanmasında  və 

onlara 

riayət 


olunmasına 

nəzarətdə, 

mütəxəssislərin 

ixtisas 


səviyyəsinin 

yüksəldilməsində əhəmiyyətli fəaliyyət göstərirlər. 

nkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində müstəqil qiymətləndirmə fəaliyyəti ilə 

məşğul  olan  hüquqi  və  fiziki  şəxslər  müxtəlif  qeyri-hökumət  təşkilatlarında 

(assosiasiyalarda, 

cəmiyyətlərdə, 

ittifaqlarda, 

federasiyalarda) 

birləşirlər. 

Qiymətləndiricilərin  peşəkar  birlikləri  kimi  fəaliyyət  göstərən  bu  təşkilatlar 

qiymətləndirmə    fəaliyyətinin  tənzimlənməsində  və  onun  normativ  hüquqi  bazasının 

təkmilləşdirilməsində,  qiymətləndiricilərin  göstərdikləri  xidmətlərin  keyfiyyətinin 

yüksəldilməsində,  onların  mənafelərinin  qorunmasında,  peşəkarlıq  səviyyələrinin 

artırılmasında  və  iqtisadiyyatın  müxtəlif  sahələri  üçün  peşəkar  kadrların 

hazırlanmasında dövlət qulluqçuları ilə yanaşı böyük rol oynayırlar. Onlar cəmiyyətin 

maarifləndirilməsi, qiymətləndirməyə dair müxtəlif elmi ədəbiyyatların hazırlanması və 

nəşri ilə məşğul olur, müxtəlif tədbirlər keçirir, habelə, qiymətləndirmə fəaliyyətinin ən 

müxtəlif  problemlərini  öyrənirlər.  Bu  birliklərin  yaradılması  və  fəaliyyətinin  hüquqi 

ə

sasları  “Qiymətləndirmə  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 



16-cı maddəsi ilə təsbit olunmuşdur. 

Belə təşkilatlar bir sıra MDB ölkələrində (Rusiya, Ukrayna, Belarus, Moldova və 

s.) 1992-ci ildən etibarən yaranmağa başlamışdır. Hazırda Rusiya Federasiyasının 80-

dən  çox  regionunda  Rusiya  Qiymətləndiricilər  Cəmiyyətinin  üç  mindən  çox  peşəkar 

qiymətləndirici  mütəxəssisi  özündə  birləşdirən  şöbə  və  bölmələri  fəaliyyət  göstərir. 

Belə  qurumların  Almaniyada  on  min,  ABŞ-da  yüz  minə  qədər,  Böyük  Britaniyada 

yetmiş  min,  Polşada  on  min  üzvü  vardır.  Bu  təşkilatlar  kadr  hazırlığı  məsələlərinə 

xüsusi  diqqət  yetirdiklərindən  öz  nəzdlərində  tədris  akademiyaları  yaradırlar. 

Akademiyalarda  tədrisin  əsas  məqsədi  iqtisadi  islahatları  vaxtında  və  ahəngdar  apara 

bilən  kadrlar  hazırlamaqdır.  Akademiyalarda  iqtisadiyyatı  müvafiq  kadrlarla  təmin 

etmək məqsədi ilə daşınmaz əmlakın, torpağın, biznesin və s. qiymətləndirilməsi üzrə 



112 

 

qısamüddətli  kurslar  da  təşkil  edilir.  Xarici  ölkələrdə  geniş  yayılmış  bu  təcrübənin 

öyrənilməsi və analoji qurumların respublikamızda da yaradılması məqsədəuyğundur.  

Dünya  təcrübəsində  qiymətləndirmə  üzrə  mükəmməl  xidmət  bazasının 

yaradılmasının normativ hüquqi tənzimləmə  məsələlərində dövlət orqanları ilə ictimai 

birliklərin fəaliyyətinin koordinasiya edilməsinə böyük əhəmiyyət verilir. Bu məqsədlə 

də,  ölkəmizdə  qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  üzrə  əlaqələndirmə 

ş

urasının yaradılmasına və fəaliyyət göstərməsinə ehtiyac vardır.  



1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki 

şə

xslərin,  iqtisadçı  alimlərin  təşəbbüsü  ilə  Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyəti 



(AQC)  yaradılmış  və  1999-cu ilin  fevralında  Ədliyyə  Nazirliyində  ictimai  birlik  kimi 

qeydiyyata  alınmışdır.  Hazırda  respublikanın  bir  çox  əmlak  qiymətləndiriciləri  və 

qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi şəxslər, qiymətin əmələ 

gəlməsi  və  əmlak  bazarı  sahəsində  ölkəmizdə,  eləcə  də  onun  sərhədlərindən  kənarda 

tanınan  iqtisadçı  alimlər,  maliyyə  məsələləri  ilə  məşğul  olan  mütəxəssislər  və  elmi 

işçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq 

qiymətləndirmə  sahəsində  əhaliyə  keyfiyyətli  xidmət  göstərilməsini  təmin  etmək 

məqsədi ilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli 

istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir.  

Nizamnaməsində  göstərildiyi  kimi,  «cəmiyyətin  yaradılmasının  məqsədi 

Azərbaycan  Respublikası  ərazisində  qiymətləndirmənin  sivil  bazarını  yaratmaq, 

müxtəlif  əmlak  növlərinin  qiymətləndirilməsi  ilə  məşğul  olan  mütəxəssislərin 

fəaliyyətinə  kömək  etmək,  onların  peşə  hüquqlarının  qorunmasına,  peşə  maraqlarının 

müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır». Bu məqsədin 

reallaşdırılması  üçün  AQC  dövlət  orqanları,  digər  ictimai  birliklər,  beynəlxalq 

təşkilatlarla  birgə  layihə  və  proqramların,  beynəlxalq  və  Avropa  standartlarına  uyğun 

milli  qiymətləndirmə  standartlarının  hazırlanmasında  iştirak  edir,  qiymətləndiricilərin 

ixtisasının  artırılması  üzrə  kurslar,  konfranslar,  seminarlar,  brifinqlər  keçirir, 

qiymətləndirmə  fəaliyyətinin  çoxsaylı  problemlərini  araşdırır  və  müxtəlif  bülletenlər, 

kitablar  nəşr  edir,  üzvlərini  zəruri  informasiya  ilə  təmin  edir,  ölkənin  ayrı-ayrı 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə