1 QİYMƏTLƏNDİRM



Yüklə 3,31 Mb.

səhifə40/147
tarix14.09.2018
ölçüsü3,31 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   147

113 

 

bölgələrində  qiymətləndirmə  fəaliyyətinə  olan  tələbatın  ödənilməsi  üçün  müxtəlif 

tədbirlər həyata keçirir, beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir və yayır. 

Fəaliyyət  göstərdiyi  müddətdə  AQC  tərəfindən  «Qiymətləndiricilərin  bülleteni», 

qiymətləndirmə  məsələləri ilə  bağlı  məcmuələr  («Qiymətləndirmə»,  «Qiymətləndirmə 

və  mühasibat  uçotu»,  «Qiymətləndirmə  və  normativ-hüquqi  sənədlər»),  «Əmlakın 

qiymətləndirilməsi»  qanunvericilik  aktları  toplusu  nəşr  olunmuş,  qiymətləndiricilərin 

peşə-ixtisas  səviyyələrinin  yüksəldilməsi  məqsədilə  Sumqayıt,  Gəncə,  Quba  və 

Lənkəran şəhərlərində baza ixtisasartırma kursları təşkil edilmiş, 2001-ci ilin mayında 

«Müasir  əmlak  bazarı  və  qiymətləndirmə  fəaliyyətinin  qanunvericilik  təminatı» 

mövzusunda,  2002-ci  ilin  dekabrında  “ qtisadi  fəaliyyət  sahələrində  intellektual 

sahibkarlığın  inkişaf  istiqamətləri”  mövzusunda  elmi-praktiki  konfranslar  və  2003-cü 

ilin  aprelində  «Sahibkarlığın  inkişafının  əsas  prioritetləri  və  qiymətləndirmə 

fəaliyyətinin  təkmilləşdirilməsinin  aktual  məsələləri»  mövzusunda  II  Beynəlxalq 

Konqres 

keçirilmiş, 

«2001-2010-cu 

illərdə 


Azərbaycan 

Respublikasında 

qiymətləndirmə  fəaliyyətinin  inkişaf  konsepsiyası»,  «Azərbaycan  Respublikasında 

peşəkar qiymətləndiricilərin hazırlanması və ixtisasının artırılması Proqramı» müvafiq 

dövlət qurumlarına təqdim edilmiş, xarici ölkələrin qiymətləndiricilərinin  birlikləri ilə 

ə

laqələr yaradılmışdır.  



Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyətinin  təşəbbüsü  ilə  23-24  may  2001-ci 

ildə  keçirilən  «Müasir  əmlak  bazarı  və  qiymətləndirmə  fəaliyyətinin  qanunvericilik 

təminatı» mövzusunda II beynəlxalq elmi-praktiki konfransda MDB Qiymətləndiricilər 

Birlikləri Şurasının sədri və üzvləri, Belarus, Rusiya, Moldova, Qazaxstan, Qırğızıstan 

və  s.  dövlətlərin  qiymətləndiricilər  birliklərinin  nümayəndələri  iştirak  edirdilər. 

Konfrans  Azərbaycanda  qiymətləndirmə  fəaliyyətinin  inkişaf  konsepsiyasının 

hazırlanması,  aparılan  qiymətləndirmə  işlərinin  keyfiyyətinin  yüksəldilməsi, 

qiymətləndiricilərin  attestasiya  sisteminin  hazırlanması,  milli  qiymətləndirmə 

standartlarının və qiymətləndirmə fəaliyyətinin normativ-metodiki bazasının inkişafına 

dair təkliflərin hazırlanması kimi vacib məsələləri qarşıya qoydu.  

26  dekabr  2002-ci  ildə  “ qtisadi  fəaliyyət  sahələrində  intellektual  sahibkarlığın 



114 

 

inkişaf  istiqamətləri”  mövzusunda  keçirilən  elmi-praktiki  konfransda  müstəqil 

intellektual  sahibkarlıq  fəaliyyəti  olan  qiymətləndirmənin  perspektiv  inkişafını  təmin 

edə  biləcək  irimiqyaslı  sosial-iqtisadi  proqramların  ayrı-ayrı  mərhələlərindən  bəhs 

olunmuşdur.  

2003-cü  ilin  aprelində  «Sahibkarlığın  inkişafının  əsas  prioritetləri  və 

qiymətləndirmə  fəaliyyətinin  təkmilləşdirilməsinin  aktual  məsələləri»  mövzusunda  II 

Beynəlxalq  Konqresdə  (konqres  Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyəti,  MDB 

Qiymətləndiricilər  Birlikləri  Şurası  və  Azərbaycan  Respublikası  qtisadi  nkişaf 

Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunmuşdur) milli sahibkarlığın inkişafı və ölkə 

iqtisadiyyatının  dünya  iqtisadiyyatına  inteqrasiyası,  qiymətləndirmə  fəaliyyətinin  bir 

sıra aktual məsələləri və s. müzakirə olunmuşdur.  

Ölkədə peşəkar qiymətləndiricilərin və milli standartların elmi və praktiki biliklər 

ə

sasında  tez  bir  zamanda  hazırlanması  sahəsində  işlərin  keyfiyyətinin  artırılması 



zərurətini nəzərə alaraq 11 noyabr 2003-cü il tarixdə MDB Qiymətləndiricilər Birlikləri 

Ş

urasının  rəhbərlərinin  iştirakı  ilə  Azərbaycan  Dövlət  qtisad  Universitetinin  Tələbə 



Elmi Cəmiyyətinin “Əmlak bazarı  və milli qiymətləndirmə standartları” mövzusunda 

professor-müəllim  heyəti,  magistr  və  tələbələrin  elmi  konfransı  keçirildi.  Konfrans 

gənc iqtisadçıların böyük marağına səbəb olmuşdur. 

Qiymətləndiricilərin  hazırlanması,  onların  fəaliyyətinin  sertifikatlaşdırılması 

qaydasına  keçilməsi  və  tarif-ixtisas  xüsusiyyətlərinin  real  müəyyənləşdirilməsi 

qiymətləndirmə fəaliyyətinin indiki mərhələsində vacib məsələlərdəndir. Bu baxımdan, 

Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyətinin  təşəbbüsü ilə”  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi  Nazirliyi  tərəfindən  “Azərbaycan  Respublikasında  qiymətləndirici 

fəaliyyətinə  aid  olan  qulluqçu  vəzifələrinin  Vahid  Tarif  Sorğu  kitabçasına  əlavə 

edilməsi  barədə  verilən  qərar  qiymətləndirmə  fəaliyyətinin  perspektiv  inkişafı  və 

tənzimlənməsi üçün böyük əhəmiyyət kəsb edir.  

Hazırda  AQC  Rusiya  Federasiyasının,  Litvanın,  Moldovanın,  Belarusun, 

Qazaxıstanın,  Qırğızıstanın,  Polşanın,  Böyük  Britaniyanın,  ABŞ-ın  qiymətləndiricilər 

birlikləri  və  cəmiyyətləri  ilə,  habelə  Beynəlxalq  Qiymətləndiricilər  və  Rieltorlar 




115 

 

qurumları ilə sıx əməkdaşlıq edir. 

2002-ci  ildə  AQC  «MDB  qiymətləndiricilər  birlikləri  Şurası»nın  təsisçilərindən 

biri olmuşdur. Bu, regional beynəlxalq assosiasiyanın yaradılması, onun iştirakçısı olan 

dövlətlərdə  vahid  qiymətləndirmə  məkanının  yaradılmasının  əsasını  müəyyən  etmiş, 

qarşılıqlı investisiya qoyuluşları prosesinin sadələşdirilməsi və mübahisələrin həlli üçün 

zəmin yaratmışdır. Qeyd etməliyik ki, bu cür regional beynəlxalq qurumlar Avropada 

uzun  müddətdir  ki,  fəaliyyət  göstərir  (məsələn,  Qiymətləndiricilər  Assosiasiyalarının 

Avropa  Qrupu).  Bu qəbildən olan  beynəlxalq  ictimai  təşkilatların  yaradılmasının  əsas 

məqsədləri  iştirakçı  dövlətlərdə  qiymətləndirmə  fəaliyyəti  sisteminin  inkişafına, 

müvafiq  normativ-hüquqi  bazasının  yaradılmasına,  qiymətləndiricilərin  ixtisasının 

yüksəlməsinə,  milli  qiymətləndirmə  standartlarının  ölkənin  statistika  və  maliyyə 

hesabatı  sistemi  ilə  uzlaşdırılmasına  yardımçı  olmaq,  beynəlxalq  təşkilatlarda,  dövlət 

hakimiyyəti orqanlarında və idarəetmə strukturlarında öz üzvlərinin hüquqi, iqtisadi və 

sosial mənafelərini qorumaq, onları lazımi informasiya ilə təmin etməkdir. 

Eyni  zamanda,  ictimai  birliklərə  üzvlük  qiymətləndiricilərin  peşəkarlıq 

səviyyəsini, lazımi informasiyanı əldə etmək imkanının olduğunu təsdiq edir, onlar bu 

birliklərin adından çıxış etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar. 

AQC  öz  üzvləri  üçün  buraxdığı  bülletenləri,  sorğu  vəsaitlərini  və  digər  metodiki 

vəsaitləri  respublikanın  bütün  ərazisində  yayır,  normativ  aktları  işləyib  hazırlayır  və 

təsdiq  edir,  seminarlar,  treninqlər  keçirir,  kitablar  nəşr  edir.  Cəmiyyətin  məqsədi 

ə

mlakın  müxtəlif  növlərinin  qiymətləndirilməsi  ilə  məşğul  olan  mütəxəssislərin 



fəaliyyətini dəstəkləməkdir. 

Hazırkı  dövrdə  AQC  nin  idarə  heyəti  tərəfindən  qiymətləndirmə  fəaliyyəti  üçün 

konkret olaraq aşağıdakı müddəaları əsas kimi qəbul olunur: 

  elmi sahə olmaq etibarilə, qiymətləndirmə fəaliyyəti qiymətləndiricidən xüsusi 



biliklər,  peşəkar  qiymətləndirmənin  mürəkkəb  məsələlərinin  həllini  tapmaq  bacarığı, 

qiymətləndirmə fəaliyyətinin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsini tələb 

edir;  





Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə