1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə41/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   37   38   39   40   41   42   43   44   ...   147

116 

 

  səriştəsizliyin və qeyri-səmimiliyin qarşısını almaqla, qiymətləndirmə sifarişçisi 



qismində çıxış edən dövlətə, hüquqi və fiziki şəxslərə xidmət göstərilməsinin müəyyən 

səviyyəsini  təmin  etmək,  əmlakın  qiymətləndirilməsi  xidmətlərindən  istifadə  edən 

istehlakçıların hüquqlarını müdafiə etmək. 

Fəaliyyətinin  səmərəliyini  təmin  etmək  üçün  Azərbaycan  Qiymətləndiricilər 

Cəmiyyəti üç əsas məsələni həll edir: 

  müxtəlif  vasitələrlə,  o  cümlədən  qiymətləndirmə  bazarının  bütün  iştirakçıları 



üçün  bərabər  şərait  yaratmaqla  qiymətləndirmə  xidmətləri  bazarının  inkişafına  və 

fəaliyyətinin sabitliyinə nail olmaq; 

  öz üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü 



şə

xslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək; 

  müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, 



qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək. 

Qiymətləndiricilərin  ictimai  birliklərinin  bu  sahədə  fəaliyyətin  tənzimlənməsi 

prosesindəki 

ə

sas 



funksiyalarından 

biri 


qiymətləndirmə 

standartlarını 

və 

qiymətləndiricilərin  etik  davranış  qaydalarını  işləyib  hazırlamaqdır.  Bu  standartlar 



qiymətləndiricilərin  fəaliyyətinin  səmərəsini  yüksəltməyə,  tərtib  edilən  hesabatların 

məzmununu,  strukturunu  standartlaşdırmağa,  sifarişçilərə  göstərilən  xidmətlərin 

keyfiyyətini  artırmağa,  onlarla  uzunmüddətli  işgüzar  münasibətlər  yaratmağa  xidmət 

edir.  Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyətinin  fəaliyyətinin  digər  istiqaməti  milli 

qiymətləndirmə standartlarının hazırlanmasıdır. Bu məqsədlə 2004-2006-ci illərdə 20-

yə  qədər  milli  qiymətləndirmə  standartlarının  (“Borc  öhdəlikləri  və  ssudalar  üzrə 

təminatın  qiymətləndirilməsi”,  “Əmlak  və  sair  hüquqların  qiymətləndirilməsi”, 

“ ntellektual  mülkiyyətin  qiymətləndirilməsi”,  “Bazar  dəyəri  qiymətləndirmə  bazası 

kimi”, 

“Qiymətləndiricilərin 



peşə 

etikası 


kodeksi”, 

“Qiymətli 

kağızların 

qiymətləndirilməsi”, 

“Daşınmaz 

ə

mlakın 



qiymətləndirilməsi”, 

“ nvestisiya 

proqramlarının  qiymətləndirilməsi  və  s.)  işlənməsini  nəzərdə  tutan  fəaliyyət  proqramı 

hazırlanaraq  müvafiq  dövlət  orqanlarına  təqdim  edilmişdir.  AQC  nəzdində  bu  məsələ 

ilə  məşğul  olan,  aparıcı  qiymətləndirici-mütəxəssislərdən  və  iqtisadçılardan  ibarət 



117 

 

təşəbbüs qrupu yaradılmışdır. Hazırda standartların işlənməsinin ilkin mərhələsi gedir, 

ə

mlakın  qiymətləndirilməsinin  standartlaşdırılması  sahəsində  beynəlxalq  təcrübə, 



habelə MDB ölkələrinin milli standartları dərindən öyrənilir və təhlil edilir. 

 

5.5. Qiymətləndirmənin aparılması mərhələləri, onun qayda və şərtləri 

 

Qiymətləndirmə  fəaliyyətinin  mahiyyətini  daha  dərindən  başa  düşmək  üçün 



“fəaliyyət”  anlayışını  izah  etmək  maraqlı  olardı.  Mövcud  ədəbiyyatda  “fəaliyyət” 

anlayışı  məntiqi  cəhətdən  bir-biri  ilə  bağlı  olan  hərəkətlərin  ardıcıllığı  sistemi  kimi 

səciyyələndirilir.  Həmin  anlayışı  qiymətləndirmə  fəaliyyətinə  tətbiq  etsək,  görərik  ki, 

qiymətləndirmə  fəaliyyəti  əmlakın  qiymətinin  müəyyən  edilməsinə  yönəlmiş 

məqsədyönlü fəaliyyət olub, müəyyən mərhələlərdən keçən mürəkkəb bir prosesdir. Bu 

mərəhələlər qiymətləndirmə fəaliyyətinin tərkib hissəsi olmaqla, bir-biri ilə sıx surətdə 

ə

laqədardır.  Onların  birini  digərindən  ayırmaq  yalnız  elmi  və  nəzəri  baxımdan 



ə

həmiyyət  kəsb  edir.  Qiymətləndirmə  fəaliyyətinin  aşağıdakı  mərhələlərini 

fərqləndirmək mümkündür: 

1)

  qiymətləndirilən əmlaka (obyektə) baxışın keçirilməsi (hazırlıq mərhələsi); 



2)

  qiymətləndirilən  əmlakın  (obyektin)  sənədləri  ilə  tanışlıq  (informasiyanın 

toplanması mərhələsi); 

3)

  əldə edilən məlumatlar əsasında qiymətləndirmənin həyata keçirilməsi; 



4)

  qiymətləndirmənin  nəticələrinin  qiymətləndiricinin  hesabatında  əks 

etdirilməsi. 

Göründüyü  kimi,  bu  mərhələlər  bir-biri  ilə  üzvi  surətdə  bağlıdır  və  onların 

sərhəddinin  müəyyənləşdirilməsi  bəzən  mümkün  olmur.  Qiymətləndirici  ardıcıllığı 

gözləməklə,  eyni  zamanda,  həm  qiymətləndirilən  əmlaka  baxış  keçirir,  həm  də, 

qiymətləndirilən  əmlakın  sənədləri  ilə  tanış  olur.  Qiymətləndirmə  fəaliyyətinin 

mərhələlərinin şərhinə keçməzdən öncə, bu  fəaliyyətin həyata keçirilməsi üçün əsasları 

müəyyən  etmək  lazımdır.  Başqa  sözlə,  qiymətləndirici  qiymətləndirmə  fəaliyyətinə  o 

halda  başlaya  bilər  ki,  bu  fəaliyyətin  həyata  keçirilməsi  üçün  əsaslar  mövcud  olsun. 




118 

 

Həmin əsaslar «Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunun 

6-cı  maddəsi  ilə  təsbit  olunmuşdur.  Müvafiq  maddədə  göstərilir  ki,“qiymətləndirici 

tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir». 

Mülki  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  obyektin  qiymətləndirilməsi 

məhkəmənin  ekspertiza  haqqında,  o  cümlədən  təkrar  ekspertiza  haqqında  qərarı 

ə

sasında  da  aparıla  bilər.  Belə  hallarda  məhkəmə  qiymətləndirici  seçməkdə  tam 



müstəqildir.  Göründüyü  kimi,  qiymətləndirmə  fəaliyyətinin  başlanması  üçün  iki  əsas 

mövcuddur.  

1. tərəflər arasında bağlanan müqavilə; 

2. məhkəmənin ekspertiza, o cümlədən təkrar ekspertiza haqqında qərarı. 

Deməli,  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericilik  sənədlərində  əks 

olunduğu  kimi,  qiymətləndirmə  fəaliyyətinin  həyata  keçirilməsinin  əsas  şərti  tərəflər 

arasında  bağlanan  müqavilədir.  Müqavilənin  bağlanması  və  ona  qədər  aparılan 

ə

məliyyatlar  hazırlıq  mərhələsini  təşkil  edir.  Qiymətləndirmənin  aparılması  üçün 



müqavilənin  imzalanmasından  əvvəl  qiymətləndirici  sifarişçi  ilə  qiymətləndirmənin 

məqsədini aydınlaşdırmalı, qiymətləndirmə obyektinə aid əsas sənədlərilə tanış olmalı, 

ə

mlakın  tərkibini  və  onun  xüsusiyyətlərini  müəyyən  etməlidir.  Sifarişçidə  olan 



sənədlərin  qiymətləndirmə  üçün  kifayət  etməsi  və  ya  əlavə  informasiyalara  ehtiyac 

olması məsələsi də aydınlaşdırılmalıdır. 

Beləliklə, mövcud əmlak üzrə qiymətləndirilmənin icrası müddəti, işin qiyməti və 

digər  əsas  şərtlər  şifahi  razılaşdırıldıqdan  sonra  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  müvafiq  olaraq,  qiymətləndirmənin  aparılması  barədə  rəsmi  sənəd 

(müqavilə) imzalanır. Həmin müqavilə üzrə tərəflər - qiymətləndirici (qiymətləndirmə 

fəaliyyətini  həyata  keçirən)  və  sifarişçi  (qiymətləndirmə  fəaliyyətinin  nəticələrindən 

istifadə  edən  hüquqi  və  fiziki  şəxslər,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olub-

olmamasından  asılı  olmayaraq,  hər  bir  mülkiyyətçilər)  adlanır.  Qüvvədə  olan 

qiymətləndirmə  fəaliyyəti  haqqında  qanunvericiliklə  qiymətləndiricinin  hüquq  və 

vəzifələri  müəyyən  edilmişdir  ki,  bu  da  eyni  zamanda  digər  tərəfin,  yəni  sifarişçinin 

hüquq  və  vəzifələrini  şərtləndirir.  Birinci  halda,  sifarişçi  qiymətləndiricini  seçməkdə 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə