1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə45/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   41   42   43   44   45   46   47   48   ...   147

127 

 

göstərilməsindən  ibarətdir.  Komitənin  fəaliyyət  dairəsinə  həmçinin  ayrı-ayrı 

dövlətlərdən  və  təşkilatlardan  daxil  olmuş  rəy  və  təkliflər  əsasında  standartlara 

düzəlişlər  edilməsi,  standartların  şərhi,  qruplaşdırılması  və  tətbiqi  sahəsində  meydana 

çıxan ziddiyyətli məqamların aşkar edilməsi ilə bağlı məsələlərin həlli də daxildir. 

Qeyd  olunmalıdır  ki,  təşkilatın  hazırladığı  qiymətləndirmə  standartları  və 

normaları  tövsiyyə  xarakteri  daşıyır  və  məhz  buna  görə  də,  onun  qarşısında  duran 

başlıca vəzifə müxtəlif ölkələrin milli qiymətləndirmə standartlarını əlaqələndirmək və 

mümkün  qədər  yaxınlaşdırmaqdır.  Bu  standartlar  siyasi  sərhədlərdən  asılı  olmayan, 

bazar iqtisadiyyatı prinsiplərini əks etdirən vahid möhkəm özülə əsaslanır. 

Səciyyəvidir  ki,  beynəlxalq  qiymətləndirmə  standartları  zamanın  tələblərinə 

uyğun  olaraq  daim  təkmilləşdirilir.  Belə  ki,  1  iyul  2000-ci  ildə  VSC  Beynəlxalq 

Qiymətləndirmə Standartlarının həcmcə əvvəlki standartlardan 2 dəfə böyük olan yeni 

redaksiyasını  (BQS-2000),  26  iyun  2001-ci  ildə  isə  həmin  standartların  müddəalarını 

daha  da  inkişaf  etdirən  və  aydınlaşdıran,  qiymətləndirmə  xidmətləri  sahəsində  baş 

verən  dəyişiklikləri  nəzərə  alan  yeni  redaksiyanı  -  BQS-2001  qəbul  etmişdir.  BQS-

2001-ə  əmlakın  maliyyə  hesabatlarının  tərtibi  məqsədilə  qiymətləndirilməsi  üzrə 

tövsiyələr də əlavə olmuşdur. 

Beynəlxalq Qiymətləndirmə Standartları qiymətləndirmənin ümumi anlayışlarını 

və  prinsiplərini  ifadə  edən  giriş  hissəsindən,  bazar  dəyərinin  müəyyənləşdirilməsinə 

həsr olunmuş I bölmədən və bazar dəyərindən fərqli, qiymətləndirmə bazası kimi qəbul 

olunan, digər dəyər növlərini əks etdirən II bölmədən ibarətdir. 

BQS-2001-ə  standartların  tətbiq  olunmasına  dair  2  tövsiyyə  daxil  edilmişdir. 

Birinci tövsiyyədə qiymətləndirmə standartlarından maliyyə hesabatlarının tərtibi üçün 

istifadə  olunmasının  xüsusiyyətləri,  ikincidə  isə,  onlardan  girov  əsasında  kredit 

verilməsi məqsədi üçün istifadənin xüsusiyyətləri nəzərdən keçirilir. 

BQS-2001-ə daşınmaz əmlakın icarə hüquqlarının, maşın və avadanlığın, qeyri-

maddi  aktivlərin,  biznesin  qiymətləndirilməsi,  habelə  qiymətləndirmə  zamanı  ətraf 

mühitin  zərərli  maddələrlə  çirkləndirilməsinin  nəzərə  alınması  məsələlərinə  dair  7 

metodiki göstəriş də daxil edilmişdir. 




128 

 

Beynəlxalq Qiymətləndirmə Standartlarının şərhində inkişaf etməkdə olan əmlak 

bazarında  qiymətləndirmənin  aparılması  xüsusiyyətləri,  ictimai  (dövlət)  bölməsinin 

aktivlərinin qiymətləndirilməsinin fərqli cəhətləri, habelə aktivlərin Bank Nəzarəti üzrə 

Bazel  Komitəsinin  (Basel  Committee  of  Banking  Supervision)  tələblərinə  uyğun 

qiymətləndirilməsi  məsələlərinə  baxılır.  Standart  istifadə  olunan  anlayışların 

açıqlanması verilən lüğətlə təchiz edilmişdir. 

IVSC-nin  qiymətləndirmə  standartlarının  hazırlanması  sahəsində  uzunmüddətli 

fəaliyyəti  beynəlxalq  səviyyədə  standartlaşmanın  milli  standartların  yaradılması 

prosesindən xeyli fərqlənməsi  barədə nəticə çıxarmağa əsas verir. 

 

6.2.  nkişaf  etmiş ölkələrin milli qiymətləndirmə standartları 

 

Milli  qiymətləndirmə  standartlarında  ölkənin  daxili  siyasəti  və  praktiki 



fəaliyyətin təşəkkül tapmış prinsipləri, ölkənin sosial-iqtisadi məqsədləri, milli adət və 

ə

nənələr, dil xüsusiyyətləri öz əksini tapır. 



Milli qiymətləndirmə standartlarını onların işlənilməsi və tətbiqi sahəsində geniş 

təcrübəyə  malik  olan  bir  neçə  xarici  ölkənin  timsalında nəzərdən  keçirmək  olar.  Belə 

ölkələrə əsasən ABŞ, Avropa ölkələri və Rusiya Federasiyası aid edilir. 

 

ABŞ-da  qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  ilə  məşgul  olan  ictimai 



təşkilat  qiymətləndiricilərin  aparıcı  qurumları  (Qiymətləndirmə  nstitutu,  Amerika 

Qiymətləndiricilər  Cəmiyyəti,  Qiymətləndirmə  Magistrlərinin  Milli  Assosiasiyası) 

tərəfindən  1987-ci  ildə  yaradılmış  və  indiyə  qədər  fəaliyyət  göstərən  Qiymətləndirmə 

Fondudur.  Hazırda  50-dən  çox  təşkilat  həmin  Fondun  sponsoru,  yaxud  Məşvərət 

Ş

urasının üzvüdür.  



 

Fond  peşəkar  qiymətləndiricilər  birliklərinin  (təşkilatlarının)  təmsil  olunduğu 

Mürəbbilər Şurası tərəfindən idarə olunur. Bu qurum Qiymətləndirmə Standartları üzrə 

Ş

uranın  və  Qiymətləndiricilərin  xtisas  Səviyyəsi  üzrə  Şuranın  üzvlərini  təyin  edir, 



fondun fəaliyyətinin maliyyə təminatı məsələləri ilə məşgul olur. 

 

ABŞ  qiymətləndiricilərinin  mütləq  qaydada  riayət  etdikləri  Peşəkar 




129 

 

Qiymətləndirmə  Fəaliyyətinin  Vahid  Standartları  (PQFVS)  Qiymətləndirmə 

Standartları  üzrə  Şura  tərəfindən  hazırlanmış  və  təsdiq  olunmuşdur.  Şuranın  tərkibi  5 

nəfər  yüksək  ixtisaslı  qiymətləndiricidən  ibarətdir.  Qiymətləndirmə  Standartlarında 

təklif olunan əlavələr və dəyişikliklər bu qurumun ayda bir dəfə keçirilən iclaslarında 

açıq müzakirəyə çıxarılır və təsdiq olunur.  

 

Ş

uranın 



fəaliyyətinə 

Qiymətləndirmə 

fondunun 

nəzdində 

yaradılan, 

qiymətləndirmə  xidmətlərindən  istifadə  edən  32  təşkilatın  və  hökumət  agentliklərinin 

təmsil olunduğu Məşvərət Şurası tərəfindən nəzarət olunur. 

 

PQFVS-də  qiymətləndirmə  apararkən,  qiymətləndirmə  haqqında  hesabatları 



yoxlayarkən,  məsləhət  xidmətlərini  göstərən  zaman  qiymətləndiricilərin  riayət  etməli 

olduğu  şərtlər,  qiymətləndirmənin  aparılması,  yoxlamaların  keçirilməsi  və  məsləhət 

xidmətlərinin göstərilməsi üsulları öz əksini tapmışdır. 

 

Standart  1  və  2  qiymətləndirmə  prosesini  və  daşınmaz  əmlakın 



qiymətləndirilməsi barədə hesabatın tərtibi proseslərini tənzimləyir;  

Standart  3  qiymətləndirmənin  aparılması  barədə  hesabatların  yoxlanılması 

normalarını və onların əsasında hesabatların tərtibi qaydalarını müəyyənləşdirir;  

Standart  4  və  5  qiymətləndiricinin  daşınmaz  əmlakın  qiymətləndirilməsi  üzrə 

məsləhət fəaliyyətinin inkişafına və ümumiləşdirilməsinə yönəldilmişdir; 

Standart  6  daşınmaz    və  daşınar  əmlakın  vergitutma  məqsədləri  üçün  kütləvi 

qiymətləndirilməsi  üzrə  işlərin  aparılması  və  nəticələrinin  elan  olunması  meyarlarını 

açıqlayır.  

Standart 7 və 8 şəxsi  əmlakın;  Standart 9 və 10  biznesin qiymətləndirilməsinin 

inkişafı və ümumiləşdirilməsi normalarını müəyyənləşdirir. 

 

Göstərilən  standartlara  izahedici  şərhlər  və  əlavələr  edilmişdir.  Bu  şərhlərdə 



qiymətləndirmə  standartları  ilə  bağlı  olan  qaydaların,  əsasnamələrin,  qərarların 

Qiymətləndirmə Standartları üzrə Komissiya (ASB) tərəfindən təfsiri əks olunmuşdur. 

 

Qiymətləndirmə  fəaliyyətinin  ən  mühüm  tələblərindən  biri  qiymətləndiricinin 



etik  öhdəliklər  qəbul  etməsidir.  Buna  görə  də,  Standartlara  4  bölmədən  (davranış, 

menecment,  konfidensiallıq,  hesabatın  aparılması)  ibarət  olan,  qiymətləndiricidən 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə