1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   43   44   45   46   47   48   49   50   ...   147

133 

 

  anlayışların,  qiymətləndirmə  xidmətlərinin  təsnifatının,  qiymətləndirmə 



metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması; 

  standartlaşdırma vasitələri və metodlarının köməyi ilə Rusiya Federasiyasının 



qanunvericiliyinə əməl olunmasına təsir göstərilməsi. 

«Qiymətləndirmə  fəaliyyəti  subyektləri  tərəfindən  məcburi  qaydada  tətbiq 

olunan qiymətləndirmə standartları» Rusiya Federasiyası Hökumətinin 6 iyul 2001-ci il 

tarixli  519  saylı  Qərarı  ilə  təsdiq  edilmişdir.  Göstərilən  standartlarda  qiymətləndirmə 

obyektinin  dəyərinin  əsas  növlərinin  açıqlanması,  qiymətləndirməyə  yanaşmalar  və 

qiymətləndirmə  metodları  müəyyənləşdirilir.    Burada  həmçinin  qiymətləndirilən 

obyektin  bazar  dəyərindən  fərqlənən  dəyər  növlərinin  də  izahı  verilir.  Bu  növlərə 

aşağıdakılar aid olunmuşdur: 

  satış bazarları məhdud olan qiymətləndirmə obyektinin dəyəri; 



  qiymətləndirilən obyektin əvəzolunma dəyəri; 

  qiymətləndirilən obyektin bərpa dəyəri; 



  mövcud istifadə davam etdirildikdə obyektin dəyəri;  

  qiymətləndirilən obyektin investisiya dəyəri; 



  obyektin vergitutma məqsədləri üçün dəyəri; 

  qiymətləndirilən obyektin utilləşdirilmə dəyəri; 



  qiymətləndirilən obyektin likvid dəyəri. 

Standartlarda  qiymətləndirməyə  xərc,  müqayisə  və  gəlirlilik  mövqelərindən 

yanaşmanın  izahı  verilməklə  bərabər,  qiymətləndiricinin  bu  yanaşmalar  çərçivəsində 

qiymətləndirmə metodlarını sərbəst seçmək hüququ təsbit olunmuşdur. 

Standartların üçüncü bölməsində qiymətləndirmənin keçirilməsinə əsas tələblər, 

onun  mərhələləri,  məlumatların  toplanması  və  işlənməsi  Qaydaları  müəyyənləşdirilir. 

Bu  Qaydalara  əsasən  qiymətləndirici  «Qiymətləndirmə  fəaliyyəti  haqqında»  Rusiya 

Federasiyasının  Qanununun,  habelə  qiymətləndirmə  standartlarının  tələbləri  barədə 

sifarişçiyə məlumat verməli və bunlar qiymətləndirmə aparılması haqqında bağlanılan 

müqavilədə əks olunmalıdır. 

Standartların  20-ci  maddəsində  qiymətləndirmə  obyektinin  dəyərinin  yekun 




134 

 

kəmiyyətinin alqı-satqı əməliyyatlarının aparılması üçün 6 ay ərzində qüvvədə olması 

müəyyənləşdirilmişdir.  

Qiymətləndirmə  Standartları  üzrə  Beynəlxalq  Komitədə  ( VSC)  Rusiya 

Federasiyasını Rusiya Qiymətləndiricilər Cəmiyyəti (RQC) təmsil edir.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  Qiymətləndiricilər  Cəmiyyəti  də   

MDB Qiymətləndircilər Birliyi Şurasının ən fəal üzvlərindən biri kimi bu istiqamətdə 

baş verən proseslərdən kənarda qalmır, mütəmadi olaraq əməkdaşlığını davam etdirir. 

Ə

mlakın  qiymətləndirilməsi  və  xidmətlərin  sertifikatlaşdırılması  prosesi  üçün 



RQC  tərəfindən  30-dan  artıq  standart  və  normativ  sənəd  hazırlanmışdır.  RQC-nin 

standartlarına aşağıdakılar daxildir: 

  Rusiya Qiymətləndiricilər Cəmiyyətinin normativ sənədləri sistemi ; 



  Əmlakın qiymətləndirilməsi üzrə xidmətlərin təsnifatı; 

  Rusiya Qiymətləndiricilər Cəmiyyətinin Bəyannaməsi; 



  Peşə Etikası Məcəlləsi; 

  Qiymətləndirmənin ümumi anlayışları və prinsipləri; 



  Bazar dəyəri qiymətləndirmə bazası kimi; 

  Bazar dəyərindən fərqli qiymətləndirmə bazaları; 



  Maliyyə  hesabatlarının  və  əlaqədar  sənədlərin  tərtib  olunması  üçün 

qiymətləndirmə; 

  Ssuda 



təminatının, 

girov 


və 

borc 


öhdəlikləri 

təminatlarının 

qiymətləndirilməsi; 

  Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə peşəkar fəaliyyət standartları; 



  stehsal vasitələri, maşın və avadanlıqların qiymətləndirlməsi; 

  Fəaliyyət göstərən müəssisənin dəyəri qiymətləndirmə bazası kimi; 



  Qeyri-maddi aktivlərin qiymətləndirilməsi; 

  Əqli mülkiyyət obyektlərinin qiymətləndirilməsi; 



  Mineral xammalın qiymətləndirilməsi; 

  Meşə ehtiyatlarının və meşə torpaqlarının qiymətləndirilməsi; 



  Qiymətləndirmə prosesində ətraf mühit amillərinin nəzərə alınması. 




135 

 

 

6.4. Azərbaycanın milli qiymətləndirmə standartları  

 

 

Ə



mlak  bazarını  sivil  dünya  ənənələrinə  uyğun  olaraq  inkişaf  etdirmək  məqsədi 

ilə  bir  sıra  vəzifələrin  həyata  keçirilməsinə  ehtiyac  vardır.  Bunlardan  biri  də  milli 

qiymətləndirmə standartları və normalarının hazırlanmasından ibarətdir.    

Milli  standartların  beynəlxalq  standartlara  uyğunlaşdırılması  qaçılmaz  bir 

prosesdir. Ölkəmizdə milli qiymətləndirmə standartlarının hazırlandığı bir zamanda, bu 

faktın  unudulması  iqtisadiyyatımız  üçün  olduqca  böyük  itkilərə  gətirib  çıxara  bilər. 

Belə ki, ölkədə aparılmış qiymətləndirmə işlərinin xaricdə qəbul edilməsi məhz onların 

beynəlxalq təcrübəyə  uyğun  aparılmasından  çox  asılıdır.  Bu bir həqiqətdir ki,  hazırda 

beynəlxalq miqyas çərçivəsində inteqrasiya prosesləri gedir və bu proses həyatın bütün 

sferalarını  əhatə  etməkdədir.  Ölkədə  aparılan  qiymətləndirmə  işlərinin  beynəlxalq 

standartların tələblərinə  cavab  verməsi  ölkə iqtisadiyyatına  xarici  investisiyaların cəlb 

edilməsinə və bütövlükdə iqtisadiyyatın inkişafına şərait yaradan amillərdən biridir.  

Azərbaycanda  qiymətləndirmə  standartlarının  hazırlanması  çox  mürəkkəb 

prosesdir. Bunun üçün həm beynəlxalq və Avropa qiymətləndirmə standartları, həm də, 

inkişaf  etmiş  bazar  ölkələrinin  (o  cümlədən  MDB  dövlətlərinin)  bu  sahədəki 

fəaliyyətləri  dərindən  öyrənilməli,  standartları  hazırlayanların  maariflənmələri  təmin 

edilməlidir. 

 

Azərbaycan  Respublikasının  qiymətləndirmə  standartlarının  və  normalarının 



hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 

90s  saylı  sərəncamı  ilə  əlaqədar  nazirlik  və  təşkilatların,  ictimai  birliklərin  təmsil 

olunduğu  işçi  qrupa  həvalə  edilmişdir.  Bu  qrupun  hazırladıgı  «Qiymətləndirmə 

standartları  və  normaları,  peşəkar  qiymətləndiricilərin  hazırlanması  Qaydaları» 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2000-ci il tarixli 107 saylı Qərarı 

ilə təsdiq edilmişdir. 

«Qiymətləndirmə  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası  Qanununa 

üyğun  olaraq  hazırlanmış  «Qaydalar»  üç  hissədən  ibarətdir:  «Qiymətləndirmə 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə