1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə48/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   44   45   46   47   48   49   50   51   ...   147

136 

 

Standartları»,  «Qiymətləndirmə  Normaları»  və  «Peşəkar  Qiymətləndiricilərin 

hazırlanması». 

Birinci hissə - «Qiymətləndirmə Standartları»nda əmlakın qiymətləndirilməsinin 

məqsədi,  vəzifələri  və  qiymətləndirmə  işlərinin  yerinə  yetirilməsi  zamanı 

qiymətləndiricilər  qarşısında  qoyulan  tələblər  və  vəzifələr,  bəzi  anlayışların  təyinatı, 

qiymətləndirmənin  aparılması  üçün  istifadə  olunan  məlumatların  keyfiyyətinə  və 

qiymətləndirmə  haqqında  hesabatın  məzmununa  tələblər,  müvafiq  standartlara  riayət 

olunmasına nəzarət və məsuliyyət formaları öz əksini tapmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə işlənib hazırlanmış Milli 

qiymətləndirmə standartlarının tərkibi aşağıdakı kimidir: 

1.1. Daşınmaz əmlakın qiymətləndirilməsi. 

1.1.1.  müxtəlif təyinatlı torpaqların qiymətləndirilməsi; 

1.1.2.  çoxillik əkmələrin qiymətləndirilməsi; 

1.1.3.  qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi; 

1.1.4.  sair daşınmaz əmlakın qiymətləndirilməsi; 

 

1.2 Daşınar əmlakın qiymətləndirilməsi. 



1.2.1. nəqliyyat vasitələrinin qiymətləndirilməsi; 

1.2.2. maşın və avadanlığın qiymətləndirilməsi; 

1.2.3. gəmilərin və üzən qurğuların qiymətləndirilməsi; 

1.2.4. heyvan, bitki və mikroorqanizmlərin qiymətləndirilməsi; 

1.2.5. sair daşınar əmlakın qiymətləndirilməsi; 

1.3 Fəaliyyət göstərən müəssisələrin qiymətləndirilməsi 

1.3.1 istehsal sferası müəssisələrinin qiymətləndirilməsi; 

1.3.2 qeyri-istehsal sferası müəssisələrinin qiymətləndirilməsi; 

1.4 Qeyri-maddi obyektlərin qiymətləndirilməsi. 

1.4.1. əmlak və sair hüquqların qiymətləndirilməsi; 

1.4.2. əqli mülkiyyətin qiymətləndirilməsi; 

1.4.3. qiymətli kağızların qiymətləndirilməsi. 




137 

 

Sözü  gedən  «Qaydalar»da  müvafiq  istiqamətlər  üzrə  aşağıdakı  standartların 

hazırlanması nəzərdə tutulur: 

  normativ sənədlər sistemi; 



  qiymətləndiricilərin Peşə Etikası Məcəlləsi; 

  qiymətləndirmənin ümumi anlayışları və prinsipləri; 



  bazar dəyərinin qiymətləndirmə bazası; 

  maliyyə hesabatları və əlaqəli sənədlərin qiymətləndirilməsi; 



  ssuda təminatı, girov və borc öhdəlikləri təminatlarının qiymətləndirilməsi; 

  əmlakın qiymətləndirilməsi üzrə xidmətlərin təsnifləşdirilməsi; 



  daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət standartları; 

  istehsal vasitələri, maşın və avadanlığın qiymətləndirilməsi; 



  fəaliyyət göstərən müəssisənin dəyərinin qiymətləndirilməsi bazası; 

  meşə resursları və meşə torpaqlarının qiymətləndirilməsi; 



  gəmilərin və üzən qurğuların qiymətləndirilməsi. 

Nəzərdə  tutulur  ki,  bu  standartlar  beynəlxalq  standartlara  və  normalara  uyğun 

olaraq hazırlanmalıdır. 

Artıq  Standartların  hazırlanması  üzrə  müvafiq  addımlar  atılmış,  bu  istiqamətdə 

dövlət  orqanları  ilə  qiymətləndirici  birliklərinin  sıx  əməkdaşlığı  təmin  edilmişdir. 

Yaxın  zamanlarda  milli  qiymətləndirmə  standartlarının  bəzilərinin  hazırlanaraq 

istifadəyə  verilməsi  nəzərdə  tutulur.  Standartların  düzgün  tətbiqi  də,  qarşıda  duran 

vacib  məsələlərdəndir.  Qiymətləndirmə  fəaliyyətinin  subyektləri,  istər  mülkiyyətçilər 

(əmlak sahibləri), istərsə də qiymətləndiricilər standartların seçilməsi və tətbiqi zamanı 

diqqətli  olmalıdırlar.  Ona  görə  də,  nəinki  qiymətləndirici  mütəxəssislər,  həm  də 

müəssisələrin  müvafiq  mütəxəssisləri  əmlakın  qiymətləndirilməsi  prosesindən 

məlumatlı olmalı, standartları bilməli və tətbiq etməyi bacarmalıdırlar.  

kinci  hissə  -  «Qiymətləndirmə  normaları»nda  qiymətləndirmə  sahəsində 

fəaliyyətin  vəzifələri,  əsas  məqsədləri  və  prinsipləri,  normativ  sənədlər  sisteminin 

tərkibi  və  strukturu,  normaların  hazırlanması,  təsdiqi,  onlara  yenidən  baxılması, 

dəyişikliklər  edilməsi,  ləğvi  və  riayət  olunmasına  nəzarətin  əsas  qaydaları 




138 

 

müəyyənləşdirilir. 

Qiymətləndirmə  normaları  mövcud  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq 

hazırlanmalı və aşağıdakıları əhatə etməlidir: 

  normativ sənədlər sisteminin anlayışları; 



  əlavə normativ sənədlər sisteminin tərkibi; 

  qiymətləndiricinin Peşə Etikası Məcəlləsi; 



  bazar dəyəri qiymətləndirmə normalarının istifadə bazası kimi; 

  bazar dəyərindən fərqli olan qiymətləndirmə bazalarının məqsədləri; 



  maliyyə hesabatları və əlaqəli sənədlərin qiymətləndirməsi; 

  ssuda təminatı, girov və borc öhdəlikləri təminatlarının qiymətləndirilməsi; 



  daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları; 

  istehsal vasitələri, maşın və avadanlığın qiymətləndirilməsi; 



  fəaliyyət göstərən müəssisənin qiymətləndirilməsi normaları; 

  əqli mülkiyyətin qiymətləndirilməsi normaları; 



  qeyri-maddi aktivlərin qiymətləndirilməsi; 

  mineral xammalın qiymətləndirilməsi; 



  meşə ehtiyatları və meşə torpaqlarının qiymətləndirilməsi; 

  ətraf mühitin qiymətləndirilməsi prosesinin uçota alınması; 



  gəmilərin və üzən qurğuların qiymətləndirilməsi. 

 

Üçüncü 

hissə 

«Peşəkar 



qiymətləndiricilərin 

hazırlanması»nda 

qiymətləndiricilərin  hazırlanması  məsələləri  nəzərdən  keçirilir,  bazarın  tələbi  nəzərə 

alınmaqla,  daha  çox  ehtiyac  olan  qiymətləndirici  ixtisaslarının  siyahısı  verilir.  Bu 

ixtisaslar aşağıdakılardır: 

  daşınmaz əmlakın qiymətləndirilməsi; 



  maşın və avadanlığın qiymətləndirilməsi; 

  əqli mülkiyyətin qiymətləndirilməsi; 



  zərgərlik məmulatlarının qiymətləndirilməsi; 

  biznesin qiymətləndirilməsi; 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə