1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə5/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   2   3   4   5   6   7   8   9   ...   147

13 

 

proses rolunu oynayır. Bu prosesdə qiymət amili müxtəlif əşyaların dəyəri formasında 

özünü biruzə edir. 

Bütün  bazar  iqtisadiyyatı  ölkələrində  qiymətəmələgəlmə  prosesləri  idarə  olunur. 

nflyasiya  prosesinin  cilovlanması,  əhalinin  rifahının  yaxşılaşdırılması,  gəlirlərin 

bölüşdürülməsi  sahəsində  sosial  ədalət  prinsipinin  təmin  olunması  qiymətlərin 

tənzimlənməsinin əsas məqsədidir.  

Beynəlxalq  təcrübədə  sübuta  yetirilmişdir  ki, qiymətlərin tənzimlənməsi  məhdud 

zaman  və  məkan  çərçivəsinə  yerləşdirilə  bilməz.  Əks  təqdirdə,  qiymətlərin 

“hərəkəti”ndə  dalğavari  mənzərə  yarana  bilər  ki,  bu  da  ölkənin  iqtisadi  inkişafına  və 

ə

halinin  güzəranına  mənfi  təsir  göstərə  bilər.  Bu  fakt  bir  daha  sübut  edir  ki,  qiymət 



siyasəti, yəni dövlətin qiymət və qiymətəmələgəlmə prosesinə tənzimləyici təsiri bütün 

sahələrin marağı nəzərə alınmaqla həyata keçirilməlidir. Qiymət siyasəti həm də, ölkə 

iqtisadiyyatının inkişaf dərəcəsi ilə bağlıdır. Yəni, dövlət özünün inkişaf səviyyəsindən 

asılı olaraq qiymətlərə tənzimləyici təsirini azalda və ya artıra bilər. Bazar iqtisadiyyatı 

inkişaf  etmiş  dövlətlərdə  qiymətlərin  idarə  edilməsi,  tənzimlənməsi  əsasən  birbaşa 

deyil,  istehsal,  istehlak,  maliyyə-kredit,  bank  əməliyyatları,  vergi  və  gömrük  siyasəti, 

daxili  bazarın  qorunması,  cəmiyyətdə  sosial  rifahın  yaxşılaşdırılması  amilləri  ilə 

qarşılıqlı  və  əlaqəli  şəkildə  həyata  keçirilir.  Beləliklə,  qiymətləndirmə  fəaliyyəti  də 

ə

mlak  bazarının  tənzimlənməsinə,  insanların  sosial  və  iqtisadi  həyatının  ahəngdar 



inkişafına təsir göstərir. 

 

1.4. Qiymətləndirmə fəaliyyətinin zəruri ilkin şərtləri, 



onu doğuran mühit və amillər 

 

Ötən əsrin 80-ci illərindən başlayaraq sosialist sistemli dövlətləri böhranlar, milli 



zəmində  münaqişələr  bürüməyə  başladı.  Nəticədə  sosialist  ideologiyasının 

hərəkətverici qüvvəsi olan Sovetlər  ttifaqı və bu sistemə aid digər dövlətlərin süqutu 

prosesi  gerçəkliyə  çevrildi.  Belə  bir  tarixi  şəraitdə  ölkəmiz  müstəqilliyini  elan  etdi, 

demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğunu  hüquqi  sənədlər  və  normativ 




14 

 

aktlarla təsbit etdi. Azad sahibkarlıq, mülkiyyətin müxtəlif növlərinin formalaşması və 

inkişafına  bərabər  şəraitin  yaradılması,  onların  eyni  səviyyədə  müdafiəsinə  təminat 

verilməsi,  əmlak  bazarının  inkişafı  və  genişlənməsi  –  bütün  bunlar  dövlətin  iqtisadi 

strategiyasının əsas xəttini təşkil etməyə başladı.  

1993-cü  ilin  ikinci  yarısından  1995-ci  ilin  sonuna  qədər  bütün  qüvvələr  ölkənin 

ictimai-siyasi  və  sosial-iqtisadi  həyatındakı  əyintilərin  aradan  qaldırılmasına  səfərbər 

edildi.  Respublikada  ictimai-siyasi  sabitlik  təmin  edildikdən  sonra  1995-ci  ilin 

ə

vvəllərində  bazar  iqtisadiyyatına  keçid  istiqamətində  əsaslı  islahatlar  kursu 



müəyyənləşdirildi  və  sabit  dinamik  inkişaf  proqramı  həyata  keçirilməyə  başlandı. 

Respublikamızın malik olduğu bütün imkanlar və mövcud potensial hərəkətə gətirildi, 

iqtisadi  sistemin  vacib  ünsürləri  üzvi  əlaqələndirildi,  iqtisadiyyatın  canlanması  üçün 

ə

lverişli şərait yarandı. Azərbaycanın zənginliyi dünyanın hər yerindən görünməyə və 



xarici investorların diqqətini cəlb etməyə başladı.  ctimai-siyasi sabitliyi təmin etdikdən 

sonra  sivil  ənənələrə  uyğun  olan  daha  önəmli  iqtisadi  islahatları  həyata  keçirmək 

mümkün oldu. 

Qeyd etmək lazımdır ki, müstəqilliyin əldə edilməsindən ötən ilk 5 il ərzində bazar 

iqtisadiyyatının  formalaşması  və  tənzimlənməsinin  normativ  bazasının  yaradılması 

üçün  əhəmiyyətli  işlərin  görülməsi  dünyanın  diqqətini  cəlb  etməyə  başladı.  Həmin 

illərdə  ölkədə  sahibkarlığın  və  əmlak  bazarının  inkişafı  məqsədilə  qəbul  edilən 

“Mülkiyyət  haqqında”,  “Mənzil  fondunun  özəlləşdirilməsi  haqqında”,  “ nvestisiya 

fəaliyyəti  haqqında”,  “Sahibkarlıq  fəaliyyəti  haqqında”,  “Xarici  investisiyaların 

qorunması haqqında”, “ carə haqqında”, “Lizinq haqqında”, “Torpaq bazarı haqqında” 

Azərbaycan  Respublikasının  qanunları,  ölkə  başçısının  müvafiq  fərman  və 

sərəncamları,  habelə  hökumətin  qərarları  və  sərəncamları  ilə  Azərbaycanda  əmlak 

bazarının  inkişafının  təməli  qoyuldu.  “Mülkiyyət  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  iqtisadiyyatın  dövlətsizləşdirilməsi  və  azad  sahibkarlığın 

inkişafı  üçün  tədbirlərin  həyata  keçirilməsinə  hüquqi  təminat  verdi.  Qanunla  əmlak 

üzərində  xüsusi  mülkiyyət  hüququ  tanındı.  Dövlətlə  təsərrüfat  subyektlərinin 

münasibətlərində dövlətsizləşdirmə siyasətinin həyata keçirilməsi sivil dünya ənənələri 



15 

 

ə

sasında  formalaşmağa  və  inkişaf  etməyə  başladı.  qtisadi  islahatlara  rəvac  vermək, 



dövlət mülkiyyətinin transformasiyasının hüquqi, təşkilati-struktur və iqtisadi əsaslarını 

təmin  etmək,  çoxukladlı  iqtisadiyyatın  formalaşması  prosesində  kortəbiiliyin  qarşısını 

almaq  məqsədi  ilə  1993-cü  ildə  “Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haqqında” 

qanun qəbul edildi. 1995-ci ilin sentyabrında “Azərbaycan Respublikasında 1995-1998-

ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edildi.  

1995-ci il  noyabr ayının 12 -də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul 

edilən  müstəqil  Azərbaycan  Respublikasının  Konstitusiyasında  dövlətin  əsas  strateji 

xəttinə  müvafiq  olaraq  bazar  iqtisadiyyatının  bərqərar  olması  istiqamətində  bir  sıra 

müddəalar  (sahibkarlıq  fəaliyyətinin  inkişafı,  əmlak  üzərində  müxtəlif  mülkiyyət 

münasibətləri, mülkiyyətin toxunulmazlığı və s.) təsbit olundu. Konstitusiya ilə ölkədə 

dövlət,  bələdiyyə  və  xüsusi  mülkiyyətin  mövcudluğu  elan  edildi.  Bazar  münasibətləri 

ə

sasında  iqtisadiyyatın  inkişafına  şərait  yaradılması,  azad  sahibkarlığa  təminat 



verilməsi,  iqtisadi  münasibətlərdə  inhisarçılığa  və  haqsız  rəqabətə  yol  verilməməsi 

Azərbaycan dövlətinin müstəsna vəzifələrindən birinə çevrildi.  

1995-ci  ildə  iqtisadiyyatda  bir  tərəfdən  sabitliyin  təmin  edilməsi  və  ümumi  daxili 

məhsulun  artımına  nail  olunması,  digər  tərəfdən  isə  Konstitusiyanın,  digər 

qanunvericilik  aktlarının  qəbulu  ölkəmizdə  azad  sahibkarlığın,  əmlak  bazarının 

formalaşması,  xüsusi  mülkiyyətin  inkişafı  və  qorunmasına  xidmət  edən  tövsiyyə 

xarakterli  normativ  hüquqi  sənədlərin  qəbulu  üçün  möhkəm  iqisadi  və  sosial  əsaslar 

yaratdı.  

Ötən  illər  ərzində  dövlətimiz  ümumbəşəri  dəyərlərə,  səmərəli  iqtisadi 

inteqrasiyaya üstünlük verərək mərhələ-mərhələ və həm də, özünəməxsus inkişaf yolu 

keçirdi.  Ölkəmizdə  sivil  və  səmərəli  bazar  iqtisadiyyatı  sisteminin  formalaşdırılması 

məqsədi ilə ardıcıl olaraq zəruri iqtisadi islahatlar, bu islahatların əsas istiqamətlərindən 

biri  olan  əmlak  bazarı  və  onun  ahəngdar  inkişafını  təmin  edən  tədbirlər  həyata 

keçirilmişdir. 

ctimai  şüurda  mülkiyyət  münasibətlərinin  tədricən  yetişməsi,  sahibkarlığın 

inkişafı  yönümündə  atılan  addımlar,  eyni  zamanda  əmlak  bazarının  formalaşması, 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə