1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə50/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   46   47   48   49   50   51   52   53   ...   147

142 

 

17  “Azərsu”Açıq Səhmdar Cəmiyyəti 

18  Azərbaycan Respublikasının Rabitə və  nformasiya Texnologiyaları 

Nazirliyinin “Aztelekom”  stehsalat Birliyi 

19  “Azərkimya” Dövlət Şirkəti 

20  “Azərkimya” Dövlət Şirkətinin “Etilen-Propilen” zavodu 



 

 

Etiraf  etmək  lazımdır  ki,  həmin  siyahının  tətbiqi  “Qiymətləndirmə  fəaliyyəti 

haqqında”  və  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikası  Qanunlarının 

tələblərindən irəli gəlmişdir. 

 

Ölkə rəhbərliyi tərəfindən müəyyən olunan bu kimi mütərəqqi addımları, əmlak 



bazarının  formalaşması  və  beynəlxalq  standartlara  müraciət  edilməsi  üzrə  qarşıya 

qoyulan  vəzifələr  silsiləsində  görmək  olar.  Həmin  meyllər  hələ  1990-cı  illərin 

ortalarından  özünü  göstərməyə  başlamışdır.  1998-ci  ildə  “Qiymətləndirmə  fəaliyyəti 

haqqında”  qanunun tətbiqi  ilə  əlaqədar olaraq ölkə  rəhbərliyi  tərəfindən  aidiyyatı  icra 

hakimiyyəti  orqanlarına  müvafiq  tapşırıqlar  verildi.  Yuxarıda  qeyd  edildiyi  kimi, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  20  aprel  2000-ci  il,  90s  nömrəli 

sərəncamı  ilə  qiymətləndirmə  standartları  və  normalarının  işlənib  hazırlanması 

tədbirləri  müəyyən  edildi.  27  iyun  2000-ci  il  tarixli  107  saylı  qərarı  ilə  Azərbaycan 

hökuməti qiymətləndirmə standartları və normaları, habelə peşəkar qiymətləndiricilərin 

hazırlanması qaydalarını təsdiqlədi. 

 

Mühasibat  uçotu  sistemində  islahatlar  apararkən  yadda  saxlamaq  lazımdır  ki, 



beynəlxalq standartlar tövsiyyə xarakteri daşıyır və onların kor-koranə təqlid edilməsi 

ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər. Azərbaycan belə riskləri nəzərə alaraq, həm 

uçot  və  həm  də,  qiymətləndirmə  sisteminin  təkmilləşdirilməsini  müvafiq  qaydaların 

işlənib  hazırlanması  və  tətbiqi  yolu  ilə  həyata  keçirir.  Milli  Qiymətləndirmə 

Standartlarının  (MQS)  hazırlanması  istiqamətində  Azərbaycan  hökumətinin  diqqət  və 

qayğıları bunu bir daha sübut edir. 

 

BMHS-nin  və  BQS-nin  tətbiqi  ilə  tərtib  olunan  maliyyə  hesabatı  xüsusi 



prinsiplər üzərində qurulur və müəyyən məqsədlər üçün nəzərdə tutulur.  qtisadiyyatın 

dinamik  inkişafı  uzun  illərdən  bəri  sınaqdan  çıxmış  beynəlxalq  standartlara  düzgün 

ə

məl  olunmasını  tələb  edir.  Beynəlxalq  ölçülərə  nəzərən  aparılan  qiymətləndirmə  və 




143 

 

uçot  siyasətinin  təşkili  həmin  sahələrin  bir  sıra  aparıcı  prinsiplərinə  əsaslanmalıdır. 

Bunlara  misal  olaraq  dolğunluq,  düzgünlük,  ehtiyatlılıq,  məzmunun  formadan 

üstünlüyü,  ziddiyyətsizlik  və  səmərəlilik  kimi  prinsipləri  göstərmək  olar.  Onların  hər 

birinin özünəməxsus tətbiqi xüsusiyyətləri vardır.  

 

Qərb  uçot  standartlarına  əsaslanan  uçot  siyasəti  və  maliyyə  hesabatı 



standartlarının  əməli  surətdə  həyata  keçirilməsinə  mühasibat  uçotunun  təşkilinin 

aşağıdakı prinsipləri də kömək edir. 

Mühasibat  uçotu  həm  də,  təsərrüfat  fəaliyyətinin  nəticələrinin  pul  ifadəsində 

təsvir  edilməsi  metodunu  da  müəyyənləşdirir.  Həmin  metod  maliyyə  hesabatlarının 

sanballı, asan anlaşılan və tərəfmüqabillərin hesabatları və ya müəssisənin özünün ötən 

illərə  aid  hesabatları  ilə  müqayisə  olunmasına  imkan  verən  müəyyən  standartlara  və 

qaydalara  əsaslanır.  Maliyyə  informasiyası  da  dəqiq,  müqayisə  edilə  bilən,  vaxtında, 

rəhbərlərə  təsərrüfat  qərarları  qəbul  etmək  imkanı  verən  şəkildə  olmalıdır.  Müvafiq 

prinsiplərdən  təkcə  BMHS-də  deyil,  həm  də  BQS-də,  yəni,  onun  milli  iqtisadiyyatda 

tətbiqi  prosesində  istifadə  edərkən  ehtiyatlılıq  ön  plana  çəkilməlidir.  Bu  baxımdan 

BQS-nın daha çox tətbiq edildiyi qiymətləndirmə fəaliyyəti istiqamətində uçot sistemi 

ilə bağlı olan bir sıra prinsiplərin nəzərdən keçirilməsi lazım gəlir. 

Məlum olduğu kimi, mühasibat uçotunda əsas vəsait kimi uçota alınan hər bir şey 

həm də, ayrı-ayrı mülkiyyət sahiblərinin (dövlətin, bələdiyyənin, sahibkarın) əmlakıdır. 

Eyni zamanda əsas vəsaitlər müəssisədə uzun müddət saxlanılan və uçota alınan maddi 

dəyərlər kimi də qəbul olunur. Onlardan məhsulların istehsalı, saxlanılması, satışı və ya 

ş

irkətin  məşğul  olduğu  əməliyyatlarda  xidmətlərin  göstərilməsi  üçün  istifadə  edilir. 



Ə

sas vəsaitlərin tərkibinə torpaq, binalar, və nəqliyyat vasitələri və s. daxildir.  

Klassik  bazar  ölkələrinin  təcrübəsi  sübut  edir  ki,  əmlak  bazarı  bazar 

iqtisadiyyatının  lokomotivi,  sözün  əsl  mənasında,  onun  qan  damarıdır.  Onu  da  qeyd 

etmək olar ki, əmlak həmin funksiyanı yalnız onun düzgün dəyərləndirilməsi şəraitində 

yerinə  yetirə  bilir.  Bu  da  aydındır  ki,  respublikamızın  bütün  müəssisələrində  əsas 

fondların uçotu onun ilkin balans dəyəri üzrə aparılır.  llər ötdükcə, əsas fondların fiziki 

və mənəvi cəhətdən köhnəlməsi də təbii hesab edilir. Digər tərəfdən, mövcud normativ-




144 

 

hüquqi  sənədlərə  istinad  edən  maliyyə  və  uçot  institutlarında,  cəmiyyətin  müxtəlif 

təbəqələrində əmlakın uçotu aparılarkən müxtəlif dəyər növlərindən istifadə olunduğu 

da 


inkar 

edilməyən 

həqiqətlərdəndir. 

Bu 


dəyər 

müxtəlifliyi 

ə

mlakın 


özəlləşdirilməsində,  vergitutma  və  sığorta  olunmasında,  girov  qoyuluşunda,  onların 

birləşdirilməsində,  bölünməsində,  məhkəmə  icraatlarının  yerinə  yetirilməsində  özünü 

göstərir.  Dünya  təcrübəsində  obyektin  dəyərinin  müəyyən  edilməsi  məqsədindən  və 

təyinatından asılı olmayaraq, onun qiymətləndirilməsində bazar dəyəri tətbiq edilir. Bir 

sıra MDB ölkələrində, o cümlədən, Qazaxıstanda, Belorusda, Rusiyada və s. əmlakın, 

eləcə  də  əsas  fondların  qiymətləndirilməsi  bütün  əməliyyatlar  üzrə  bazar  dəyəri 

yanaşmaları əsasında aparılır ki, bu da hökumətin xüsusi qərarları ilə tənzimlənir. 

Məlum  olduğu  kimi,  heç  bir  şəraitdə  və  heç  bir  ölkədə  inflyasiyanın  səviyyəsi 

daim sabit qala bilməz. Xatırlatmaq olar ki, ölkəmizdə 1992-1994-cü illərdə inflyasiya 

1800  %-ə  qədər  yüksəlmişdir.  Şübhəsiz  ki,  bu,  həmin  illərdə  quraşdırılan  və  ya  əldə 

olunan  əsas  fondların  dəyərinə  təsir  göstərməyə  bilməzdi.  Deməli,  həmin  illərdə 

yaradılan  əmlakın  (əsas  fondların)  dəyəri  indiki  real  bazar  dəyərindən  qat-qat 

fərqləndiyi  kimi,  hazırda  onlara  hesablanan  və  məhsulun  maya  dəyərinə  daxil  edilən 

amortizasiya  ayırmaları  da  müasir  bazar  gerçəkliklərindən  əsaslı  surətdə 

kənarlaşacaqdır. 

Digər tərəfdən, belə bir vəziyyət inflyasiya nəticəsində amortizasiya ayırmalarının 

real  vəziyyətdən  kənarlaşmasına  və  bu  da,  öz  növbəsində  xidmət  müddətinin 

dəyişməsinə  (artmasına  və  ya  azalmasına),  daha  sonra  isə  qalıq  dəyərinin  real  bazar 

dəyərindən fərqlənməsinə gətirib çıxarır. Əmlakın (əsas vəsaitin) qalıq dəyəri yoxdursa, 

ə

mlak vergisi də hesablanmır. Bütün bunlar ümumi maliyyə təsisatlarının fəaliyyətinə 



öz mənfi təsirini göstərir.  

Ə

sas vəsaitlərin gözlə görünməyən aktivlər kimi tanınan başqa bir növü də vardır. 



Məsələn,  firmanın  yaxşı  adı  (firmanın  qudvilli  və  ya  qiyməti).  Hər  bir  firmanın 

qudvilli,  onun  istehsal  etdiyi  malları  və  ya  göstərdiyi  xidmətləri  ilə  müştərilərin 

tələbatının  təmin  edilməsi  dərəcəsinə  nəzərən  xarakterizə  olunur.  Müştərilərin  həmin 

firma  ilə  işgüzar  münasibətləri  davam  etdirmək  istəyi  də  bu  amillərdən  irəli  gəlir. 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə