1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə6/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   2   3   4   5   6   7   8   9   ...   147

16 

 

ə

mlakın  bazar  dəyərinin  öyrənilməsi  tələblərini  də  irəli  sürürdü.  Bank  fəaliyyətinin 



canlanması,  əmlak  girovu  ilə  kreditlərin  verilməsi  (ipoteka  prosesinin  hərəkətə 

gətirilməsi),  sığorta  şirkətlərinin  yaradılması,  əmlakın  sığorta  dəyəri  barədə  müvafiq 

qanunların  qəbul  edilməsi  və  xüsusilə  əmlakın  vergiyə  cəlb  edilməsi  zərurəti,  onun 

qanunvericilik  təminatı  bazar  iqtisadiyyatının  vacib  tələblərindən  biri  kimi 

qiymətləndirmə  fəaliyyətinin,  onunla  bağlı  peşəkar  qiymətləndiricilər  strukturunun 

meydana  gəlməsinə,  onun  beynəlxalq  tələblərə  uyğunlaşdırılmasına  səbəb  oldu. 

Qiymətləndirmə  fəaliyyətinin  tətbiqi  sahəsinin    genişlənməsi  bu  fəaliyyətə  böyük 

ehtiyac  yarandığını  göstərdi.  Müxtəlif  məqsədlər  üçün  nəzərdə  tutulan  (kredit 

götürərkən  girov  qoyulan  əmlakın  qiymətləndirilməsi,  vergiqoyma  məqsədləri  üçün 

ə

mlakın  qiymətləndirilməsi,  sığorta  olunan  əmlakın  qiymətləndirilməsi,  müəssisənin 



balansında olan əmlakın bazar dəyərinin müəyyən edilməsi, müsadirə edilmiş əmlakın 

qiymətləndirilməsi,  özəlləşdirilən  dövlət  əmlakının  qiymətləndirilməsi  və.s.)  və 

çoxçeşidli  əmlak  növlərinin  (daşınmaz  əmlakın,  daşınar  əmlakın,  zinət  əşyalarının, 

intellektual  mülkiyyətin,  biznesin  və  s.)  qiymətləndirilməsi  tələbatının  yaranması 

zəruriliyi onun qanunvericilik təminatının formalaşmasında böyük rol oynadı. Sonrakı 

illərdə  pul-kredit,  maliyyə,  vergi,  sığorta,  girov,  qiymətlərin  formalaşması,  eləcə  də 

iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına əsas verən hüquqi bazanın təmin edilməsi 

sahəsində ardıcıl addımlar atılmışdır.  

Hazırda  Azərbaycanın  əmlak  bazarı  daha  sivil  formaya  yönəlir,  onun  zəruri 

infrastrukturu  yaradılır.  Ona  görə  də,  konkret  əmlak  növünün  dəyərinin  düzgün 

müəyyənləşdirilməsi get-gedə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. 

Ə

mlakın  qiymətləndirilməsi  hazırda  respublika  iqtisadiyyatının  ən  mühüm 



problemlərindən  biri  olaraq  diqqəti  cəlb  edir.  Əmlakın  düzgün  qiymətləndirilməsi 

cəmiyyətdə normal bazar münasibətləri amillərindən biri olduğuna görə bu cəhət təbii 

bir  hal  kimi  qəbul  olunmaqdadır.  90-cı  illərin  ortalarından  etibarən  iqtisadi 

problemlərin həll edilməsi yönümünün dəyişməsi və qiymətin əmələ gəlməsi məsələləri 

üzrə  müvafiq  mütəxəssislərin  mövcudluğu  ölkədə  peşəkar  elmi  fəaliyyət  növlərindən 

biri olan qiymətləndirmə fəaliyyətinin inkişafına təkan vermiş, elmi potensial mərhələ-




17 

 

mərhələ formalaşmağa başlamışdır. Əlbəttə, qiymətləndirmə fəaliyyətinin təşəkkülü və 

inkişafı  sahəsində    müvafiq  qanunvericilik  bazasına  istinad  edərək  atılan ilk  addımlar 

cəmiyyətin  sosial-iqtisadi  inkişafında  əhəmiyyətli  rol  oynamışdır.  Bu  sahədə  sonrakı 

müvəffəqiyyətlərin o zaman qəbul edilən iqtisadi qərarların düzgünlüyündən, əmlakın 

qiymətləndirilməsinin  normativ  bazasının  inkişafı  və  təkmilləşdirilməsindən, 

qiymətləndirmə  fəaliyyətinin  məqsədyönlülüyündən,  bir  sıra  digər  iqtisadi  amil  və 

göstəricilərdən asılı olmasından xəbər verməyə bilməz.  



 

 


18 

 

Mövzu 2. Əmlak bazarının formalaşması amilləri və 

qiymətləndirmədə istifadə olunan yanaşmalar 

 

 

2.1. Qiymətləndirmədə zəruri olan mühit və bazar amilləri 

2.2. 

QIYMƏTLƏNDIRMƏ 

FƏALIYYƏTININ 

OBYEKTLƏRI VƏ SUBYEKTLƏRI  

2.3. 

Ə

MLAK 



BAZARI 

VƏ 

QIYMƏTLƏNDIRMƏ 

FƏALIYYƏTI  

2.4. Qiymətləndirmədə bazar riski və investisiya alətlərinin şərhi 

2.5. Qiymətləndirmə fəaliyyətində istifadə olunan yanaşmalar və metodlar 

 

Qiymətləndirmə fəaliyyətinin mahiyyətini dərindən başa düşmək üçün onu bazar 



iqtisadiyyatının  mühüm  elementləri  olan  sahibkarlıq  fəaliyyəti  və  konkret  bölgədə 

ə

mlakın  hərəkəti  dovriyyəsində  araşdırmaq  lazım  gəlir.  Sahibkarlıq  növü  və  əmlak 



bazarının  mühüm  ünsürü  kimi,  bu  fəaliyyətin  meydana  çıxması  və  inkişafı  mövcud 

ictimai-siyasi  və  sosial-iqtisadi    şəraitlə  bağlı  olmuşdur.  Həmin  şərait  yalnız 

qiymətləndirmənin  deyil,  həm  də  bazar  iqtisadiyyatının  doğurduğu  digər  fəaliyyət 

növlərinin  də  (audit,  birja  fəaliyyəti,  qiymətli  kağızlarla  əməliyyatlar  və  s.)  meydana 

çıxması və inkişafı üçün əlverişli mühit rolunu oynamışdır.  

stənilən  sahibkarlıq  fəaliyyəti  növünün  inkişafına  mövcud  şəraitin  təsirinin 

öyrənilməsi  mühüm  nəzəri  və  praktiki  əhəmiyyətə  malikdir.  Sahibkarlıq  mühiti 

dedikdə,  ətrafda  olan  və  sahibkarın  müştərilərlə  faydalı  əməkdaşlıq  münasibətləri 

qurması  imkanlarına  təsir  edən  amillər  nəzərdə  tutulur.  Sahibkarlıq  mühiti  makro-  və 

mikromühit  amillərindən  ibarətdir.  Qiymətləndirmə  fəaliyyəti  yeni  təşəkkül  tapmaqda 

olan  xidmət  sahibkarlığı  olaraq,  mühit  amillərinin  təsiri  ilə  əmlak  bazarında  özünə 

mühüm  yer  tutmaqdadır.  Bu  mühit  amillərini  ümumi  şəkildə  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə