1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə60/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   56   57   58   59   60   61   62   63   ...   147

172 

 

  Soyuq su təchizatı; 



  Kanalizasiya; 

  Elektrikləşdirmə; 



  Qaz təchizatı. 

Qiymətləndirilən  obyektin  bərpa  dəyəri  analoji  binanın  qiymətləndirilmə 

tarixindəki  qiymətlərlə  inşa  olunmasının  dəyəri  kimi  müəyyənləşdirilir.  Analoji  bina 

qismində  funksional  təyinatına,  həcm-planlaşdırıma  və  konstruksiya  həllinə  görə 

qiymətləndirilən obyektə bənzəyən tipik bina nəzərdən keçirilir. 

  Ümumi halda qiymətləndirmənin ardıcıllığı aşağıdakı kimidir: 

  normativ  məlumatlar  bazasından  (BD G  toplularından)  analoji  obyektin 



seçilməsi; 

  qiymətləndirilən  obyektdən  fərqləri  nəzərə  alınmaqla,  analoji  obyektin  dəyər 



vahidi göstəricisinin təshih olunması; 

  qiymətləndirilən  obyektin    dəyərinin  istifadə  olunan  normativ  bazanın  bazis 



qiymətləri səviyyəsində müəyyənləşdirilməsi; 

  dəyərin  istifadə  olunan  məlumatlar  bazasının  bazis  qiymətləri  səviyyəsindən 



qiymətləndirmə tarixindəki qiymətlərə çevrilməsi; 

Analoji  binanın  inşasının  bərpa  dəyərinin  1970-1972-ci  illərdə  əsas  fondların 

yenıdən  qiymətləndirilməsi  məqsədləri  üçün  hazırlanmış  bina  və  qurğuların  bərpa 

dəyərinin  iriləşdirilmiş  göstəricilərinin  (BD G)  məlumatları  əsasında  hesablanması 

qəbul edilmişdir. 

Dəyər  göstəriciləri  BD G-nin  tətbiqi  üzrə  göstərişlərə  və  izahatlara  uyğun  olaraq 

təshih olunmuşdur. 

Qiymətləndirilmə  tarixindəki  qiymətlərə  keçid  bina  və  qurğuların  səciyyəvi 

konstruksiya  sistemləri  üzrə  tikinti-quraşdırma  işlərinin  qiymət  indeksindən  istifadə 

olunmaqla, bölgələr nəzərə alınmaqla yerinə yetirilir. 

Müvafiq hesablamalar üçün məlumat mənbələri aşağıdakılardır: 

1.  Büdcədən  maliyyələşdirilən  idarə  və  təşkilatların,  bina  və  qurğularının    bərpa 

dəyərinin iriləşdirilmiş göstəriciləri toplularının ümumi hissəsi. 



173 

 

2.  Əsas  fondların  yenidən  qiymətləndirilməsi  üçün  bina  və  qurğuların  bərpa 

dəyərinin iriləşdirilmiş göstəricilərinin 28 saylı toplusu  (BD G N 28). 

3.  “Tikintilərin  icmal  smeta  hesablamalarının  yenidən  hesablanması  üçün  tikinti-

quraşdırma  işlərinin  və  ərazi  əmsallarının  dəyişmə  indekslərinin  təsdiq  olunması 

haqqında” SSR  Tikinti Komitəsinin  11.05.1983-cü il tarixli, 94 saylı Qərarı. 

4.  Yaşayış  binası  üzrə  əsas  vəsaitlərin  (bina  və  qurğuların)  uçotu  üçün  1991-cı 

ildən,  yəni  respublikamızın  müstəqilliyinin  elan  olunduğu  tarixdən  etibarən  tərtib 

olunan inventar vərəqəsi (Texniki Pasport) .  

5.  Obyektə texniki baxış keçirilməsi barədə sənədlərin məlumatları. 

  Ümumi  metodikaya  uyğun  olaraq,  əvvəlcə  analoji  obyekt  seçilir.  Bu  məqsədlə 

də,  qiymətləndirilən  bina  üçün  analoji  obyekt  qismində,  konstruksiya  elementləri 

baxımından ona daha yaxın olan aşağıda göstərilən tərkibdə tipik bina seçilmişdir. 

 

Bina 



1 mərtəbəli, kərpicdən 

Kapitallıq qrupu 

Özüllər 


Lentvari beton, dəmir-beton 

(monolit) 

Divarların əsas tipi 

Kərpicdən 

Arakəsmələr 

Kərpicdən 

Aşırmalar 

Taxtadan, (suvaqlanmamış) 

Daxili tərtibat 

Sadə 


Dam 

Taxtadan 

Döşəmələrin əsas tipi 

Taxta 


Oyuqlar 

Taxta 


Xarici tərtibat 

Suvaqlanmış 

 

2-ci  ərazi  qurşağında,  4-cü  iqlim  rayonunda  yerləşən,  seysmikliyi  9  bal, 



hesablanma  həcmi  500  m

3

-dək  olan  binanın  1m



3

-nin  1969-cu  il  qiymətləri  ilə  dəyəri 

25,1 manatdır. (BD G,  28 saylı toplu, cədvəl 1, variant 1). 

BD G-nin  müvafiq  cədvəlinin  məlumatlarına  görə,  konstruksiya  elementlərinin 

xüsusi çəkiləri aşağıdakı kimidir: 

 

Qiymətləndirilən binanın (qurğunun) seçilmiş analoji obyektdən bir sıra fərqləri 



vardır və bu, dəyər göstəricisinin təshih olunması yolu ilə nəzərə alınmalıdır. 

 



174 

 

 

Analoji obyektin dəyər göstəricisinin qiymətləndirilən obyektin xüsusiyyətləri ilə 



müqayisədə  ayrı-ayrı  tikinti  elementlərinin  fərqlənməsinə görə  təshih  olunması  BD G 

toplusundan  götürülən  ilkin  dəyər  göstəricisinin  təshihin  ümumi  əmsalına  vurulması 

yolu ilə yerinə yetirilir. 

 

Ümumi  təshih  əmsalı  bütün  təshih  əmsallarının  bir-birinə  hasil  olunması 



vasitəsilə müəyyənləşdirilir. 

 

Analoji  obyektlə  qiymətləndirilən  obyektin  xüsusiyyətlərinin  müqayisəsi  və 



təshihedici əmsalların kəmiyyətləri  aşağıdakı cədvəldə göstərilmişdir: 

 

Ayrı-ayrı  tikinti  elementlərinin  mövcudluğuna  yaxud  yoxluğuna  görə  dəyər 



göstəricisinin ümumi təshih əmsalı 0,73 –dür. 

 

1969-cu  ilin  qiymətləri  ilə  1  m



3

  dəyərinin  təshih  olunmuş  göstəricisinin 

kəmiyyəti 18,33 manatdır. 

Binanın  ayrı-ayrı  elementlərinin  mövcudluğuna,  yaxud  yoxluğuna  görə  təshih 

qiymətləndirilən 

binanın 


konstruksiya 

elementləri 

toplusundan, 

mühəndis 

sistemlərindən  və  abadlaşdırmalarından  asılı  olaraq  aparılır.  Təshihedici  əmsal 

qiymətləndirilən  binada  konstruksiya  elementlərinin,  mühəndis  sistemlərinin  və 

abadlaşdırmaların  xüsusi  çəkilərinin  cəminin  100%-ə  (yəni  analoji  binanın 

elementlərinin xüsusi çəkilərinin cəminə) nisbətilə müəyyənləşdirilir. 

  Qiymətləndirilən  obyektin  konstruksiya  elementlərinin,  mühəndis  sistemlərinin 

və  abadlaşdırmanın xüsusi çəkilərinin  cəmi  analoji  obyektlə  müqayisədə  94,9%  təşkil 

edir.  Bu  baxımdan,  binanın  1m

3

-  nin  təshih  edilmiş  (dəqiqləşdirilmiş)  bərpa  dəyəri 



müvafiq olaraq, 17,39 manat olacaqdır.(18,33x0,949)  (8.3.) 

 

Qiymətləndirilən obyektin həcminin 320,069 m



olduğunu nəzərə alaraq, analoji 

binanın 1969-cu ilin qiymətləri ilə dəyəri aşağıdakı düsturla hesablanır: 

 

 



S = C x V = 17,39x320,069=5566 manat                                       (8.3.) 

burada:  C  –  analoji  obyektin  1  kub  metrinin  təshih  olunmuş  (dəqiqləşdirilmiş)  dəyəri 

(17,39 manat); 

 

  V – qiymətləndirilən obyektin hesablanmış həcmidir (320,069 m



3

). 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə