1. Rəsmi sənədlər



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə1/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   26
az dili imtahan sualları (1)



1Əməli yazılar 
Əməli yazılarda fikrin konkret şəkildə izahı tələb olunur.
Əməli yazıların əsasını təşkil edən sənədlər üç növə ayrılır: 
1.Rəsmi sənədlər
2.İşgüzar sənədlər
3.Diplomatik sənədlər 
1.Rəsmi sənədlər 
Rəsmi sənədlər tarixi və hüquqi xarakter daşıyır, dövlət əhəmiyyətli sənədlər kimi qəbul olunur və 
uzun bir müddət üçün qorunub saxlanılır. Rəsmi sənədlərdə dilin yüksək mükəmməlliyi gözlənilir. 
Rəsmi sənədlərdə sonda imza və möhürlə təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyası 
(Əsas qanunu), ölkə prezidentinin fərmanları, əmr və sərəncamlar, rəsmi qərarlar və s. rəsmi sənədlərə 
daxildir. 
2.İşgüzar sənədlər 
İşgüzar sənədlər həcmcə kiçik olur, daha konkret, daha aydın xarakter daşıyır. İşgüzar sənədlərə 
ərizə, tərcümeyi-hal, elan, protokol, izahat, reklam, etiket və s. kimi sənədlər daxildir. 
3.Diplomatik sənədlər 
Diplomatik 
sənədlərin(dokument 
– 
latın 
dilindən 
tərcümədə 
«şahidlik», 
«sübut» 
deməkdir).Diplomatik sənədlər xarici işlər nazirliyi və dövlət hakimiyyətinin ali orqanlarının 
idarəetmə fəaliyyətinin nəticəsində əmələ gələn sənədlər aid edilir. Onları aşağıdakı qruplara bölürlər:
1) Qurumdaxili diplomatik sənədlər
2) Diplomatik yazışma
3) Beynəlxalq hüquqi aktlar 
Diplomatik sənədlərdə ilk növbədə faktın dəqiq və tutarlı olmasına diqqət yetirmək lazımdır. Ünvan 
sahibinin adı, soyadı və titulunu düzgün və dəqiq yazmaq da diplomatik yazışmanın önəmli 
tələblərinə aiddir 
Diplomatik senedlerin tertibi üçün esas sertler 
Ehtiyatlılıq, xüsusi termin və ifadələri bilmə ,Fikir, məlumat yığcam, lakonik, aydın və dəqiq ifadə 
edilməlidir. Əsas məsələ ətrafında söz «oyunları» da lazım deyil, əksinə, birmənalılıq təqdir edilir. 
2. Əməli yazılar üçün səciyyəvi cəhətlər 
Əməli yazılar üçün səciyyəvi cəhətlər bunlardır: 
1. hər bir məsələ aydın və qısa izah edilməlidir.
2. artıq və lüzumsuz sözlərə, təkrarlara, obrazlılığa, bədii təsvir və ifadə vasitələrindən istifdəyə yol 
verilməməlidir.
3. hər bir anlayış dəqiq terminlərlə ifadə edilməlidir.
4. ədəbi dilin qrammatik normalarına düzgün riayət olunmalıdır.
5.Ştamp xarakterli xüsusi tərkiblərdən, standart ifadələrdən istifadə edilməlidir. 

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə