1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)


Nitq mədəniyyəti və onun anlayışı ilə bağlı



Yüklə 245 Kb.
səhifə3/42
tarix09.04.2022
ölçüsü245 Kb.
#85219
1   2   3   4   5   6   7   8   9   ...   42
nitq-medeniyyeti

Nitq mədəniyyəti və onun anlayışı ilə bağlı. . .
Nitq mədəniyyəti dilçiliyin praktik (təcrübi ) sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadənin ilkin qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik), leksik və qrammatik qayda-qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.

Dilçiliyin nəzəri fikirləri nitq mədəniyyətində əməli (praktik) şəkildə həyata keçirilir. Bu baxımdan nitq mədəniyyəti dilçiliyin nəzəri deyil, praktik sahəsi sayıldığından, nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələr deyil, dilçiliyin qayda-qanunlar sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.

Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik də şairlik, rəssamlıq kimi bir sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır.

Bir sıra Avropa xalqları bizim “ədəbi dil” dediyimiz anlayışı “mədəni dil”, “mədəniyyət dili” adlandırırlar. Yəni mədəni nitq özlüyündə dilin, danışığın gözəlliyi, bütövlükdə mili mədəniyyətinin tərkib hissəsidir.

“Mədəniyyət “sözü ərəb dilində “şəhər” anlamında olan “mədinə” sözündəndir.


Yüklə 245 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə