1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)


Nitq mədəniyyəti milli mədəniyyətin



Yüklə 245 Kb.
səhifə4/42
tarix09.04.2022
ölçüsü245 Kb.
#85219
1   2   3   4   5   6   7   8   9   ...   42
nitq-medeniyyeti

Nitq mədəniyyəti milli mədəniyyətin

tərkib hissəsi kimi
Gözəl nitq hər xalqın milli mədəniyyətinin göstəricilərindən biri və birincisidir.

Gözəl nitqin iki şərti vardır:

1. Dilin ifadə imkanlarının genişliyi, yəni hər hansı fikri ifadə etmək imkanının olması;

2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün istifadə etməsi.

Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş, zəngin dillərindəndir.

Bu dil özünəməxsus, musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Hələ qədim zamanlarda mövcud olmuş şifahi xalq ədəbiyyatı nümunələrimiz yazılı ədəbiyyatın yaranması ilə təşəkkülünü tapmışdır.

“DƏDƏ QORQUD” kimi dünya mədəniyyətinin nadir incisi məhz bu dildə yaranmışdır.

Türk dünyasının böyük alimi Fuad Köprülü “Dədə Qorqud kitabı “nı türk xalqlarının ən sanballı əsəri adlandırıb.

İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.

Milli mədəniyyətin, o cümlədən nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqın özüdür. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyələnməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirən, yayan söz ustalarının danılmaz xidməti tarixi yaddaşımızın bir parçasıdır.

Nitq mədəniyyətinin ən mühüm şərti ədəbi dil normalarına əməl etməkdən ibarətdir.


Yüklə 245 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə