1. Sənaye binasında bünövrə tirinin üst səthi döşəmə səviyyəsindən neçə sm aşağı götürülür?


Sütunların en kəsiyinin ölçüsü nəyə əsasən təyin olunur?



Yüklə 497,59 Kb.
səhifə3/4
tarix11.04.2018
ölçüsü497,59 Kb.
#36949
1   2   3   4

179. Sütunların en kəsiyinin ölçüsü nəyə əsasən təyin olunur?

A) klimatik zonaya görə

B) yalnız küləyin təsirinə görə

C) yalnız şaquli yükə görə

D) müvəqqəti yüklərə görə

E) şaquli və üfüqi yüklərin təsirinə görə



180. Karkas binalarda künc sütunların en kəsiyi düzbucaq və ya kvadrat olduqda xarici üz səthi həmin sütunun koordinasiya oxundan nə qədər xaricə çıxmalıdır?

A) tirin qalınlığı qədər

B) xarici divarın qalınlığı qədər

C) tirin eninin yarısı qədər

D) tirin eni qədər

E) sütununu en kəsiyinin yarısı qədər



181. Karkas binalarda tüstülənməyən pilləkən qəfəsi nə zaman istifadə olunur?

A) sütunlar dəmir-beton olduqda

B) mərtəbələrin sayı yeddi olduqda

C) mərtəbələrin sayı doqquz olduqda

D) doqquz mərtəbədən çox olduqda

E) mərtəbələrin sayı beş olduqda



182. Karkas binalarda pilləkən marşlarının pillələrinin sayı necə təyin olunur?

A) pilləkən marşının eninə əsasən

B) mərtəbə hündürlüyünə əsasən

C) mərtəbənin təmiz hündürlüyünə əsasən

D) aşırıma əsasən

E) meydançanın eninə əsasən



183. Karkas binalarda konsolsuz balkonların çıxıntısı tirlərin xarici səthindən maksimum neçə sm çıxa bilər?

A) 1000 mm

B) 1500 mm

C) 1200 mm

D) 1300 mm

E) 500 mm



184. Karkas binalarda aşırımlar nəyə əsasən təyin edilir?

A) sütunların en kəsiyinə görə

B) mərtəbənin hündürlüyünə görə

C) xarici divarların qalınlığına görə

D) sütunların addımına görə

E) binaların tipinə görə



185. Dəmir-beton karkas binalarda monolit dəmir-beton örtük tavasının qalınlığı nəyə əsasən təyin olunur?

A) arakəsmələrin qalınlığına əsasən

B) xarici divarın qalınlığına əsasən

C) aşırımın ölçüsünə əsasən

D) mərtəbə hündürlüyünə əsasən

E) örtük konstruksiyasının materialına əsasən



186. Karkas binaların səlt bünövrəsinin qalınlığı nəyə əsasən təyin olunur?

A) sütun üstü tirlərin en kəsiyinə görə

B) hesablamaya görə

C) arakəsmələrin qalınlığına görə

D) yerin donma xəttinə görə

E) sütunların en kəsiyinin formasına görə



187. Karkas binaların səlt bünövrələrinin qalınlığı hesablanarkən hansı yüklər nəzərə alınmalıdır?

A) daimi və müvəqqəti yüklər

B) qar yükü

C) arakəsmələrin yükü

D) müvəqqəti yüklər

E) külək yükü



188. Karkas binaların bir pilləkən marşında maksimim neçə pillə layihələndirmək olar?

A) 10 pillə

B) 12 pillə

C) 15 pillə

D) 16 pillə

E) 18 pillə



189. Karkas binalarda xarici divarın qalınlığı nəyə əsasən təyin olunmur?

A) divarın yanğına davamlılığına görə

B) yük götürmə qabiliyyətinə görə

C) istilik - texniki hesablamaya əsasən

D) hörgüdə işlənilən materialın çəkisinə görə

E) divar materialına görə



190. Karkas binalarda tirlərin en kəsiyinin ölçüsü nəyə əsasən təyin olunur?

A) daimi yüklərin təsirinə görə

B) müvəqqəti yüklərin təsirinə görə

C) döşəmənin qalınlığına görə

D) örtüyün monolit və ya yığma olmasına görə

E) aşırım və addımların ölçüsünə görə



191. Karkas binalarda işlədilən döşəmələr nəyə əsasən seçilir?

A) otağın istismarına görə

B) aşırımın ölçüsünə görə

C) addımın ölçüsünə görə

D) otağın işıqlanmasına görə

E) mərtəbə hündürlüyünə görə



192. Karkas binalarda işlədilən arakəsmələr hansı elementin üstünə oturdula bilər (isti döşəmələrdə) ?

A) qara döşəmə üstünə

B) örtük tavası üstünə

C) laqa üstünə

D) qoşa laqa üstünə

E) parketin üstünə



193. Karkas binalarda işlədilən arakəsmələr hansı elementin üstündə otura bilər (soyuq döşəmələrdə) ?

A) döşəmə tavası üstünə

B) tava altı məhlula

C) qum qatı üstünə

D) izolyasiya qatı üstünə

E) örtük tavası üstünə



194. Karkas binalarda balkon məhəccərinin hündürlüyü neçə sm qəbul edilir?

A) 80 sm


B) 110 sm

C) 90 sm


D) 95 sm

E) 60 sm


195. Karkas binalarda balkon örtüyünün üst səthi otaq döşəmələrinin üst səthindən maksimum neçə sm aşağı götürülə bilər?

A) bərabər olmalıdır

B) 7 sm – ola bilər

C) 10 sm


D) 12 sm

E) 5 sm



196. Karkas binalarda axırıncı mənzilin qapısı pilləkən meydançasına qədər maksimum neçə m-ə qədər götürülə bilər?

A) 35 m


B) 22 m

C) 30 m


D) ixtiyari məsafədə

E) 40 m


197. Kütləvi yaşayış binalarının mərtəbələrinin sayı 10 olduqda hər blokda neçə sərnişin və neçə yük qaldıran lift olmalıdır?

A) bir sərnişin və bir yük qaldıran lift;

B) bir yük qaldıran lift;

C) iki sərnişin lifti;

D) bir sərnişin lifti ;

E) iki yük qaldıran lift;



198. Tüstülənməyən pilləkən qəfəsi yaşayış binasının mərtəbələrinin sayı neçəyə bərabər olduqdan sonra işlədilir:

A) 8 mərtəbədən çox olduqda

B) 9 mərtəbədən çox olduqda

C) 10 mərtəbədən çox olduqda

D) 7 mərtəbədən çox olduqda

E) 6 mərtəbədən çox olduqda



199. Yamaclı və az yamaclı damlara görə fermalar neçə növdür?

A) 6 cür


B) 3 cür

C) 5 cür


D) 2 cür

E) 4 cür


200. İş xarakterinə görə hansı divarlar ancaq mühafizə edici rol oynayır, öz ağırlığını bünövrəyə oturan kürsülüyə və karkasın sütunlarına salır?

A) öz yükünü daşıyan divarlar

B) asma divarlar

C) yük daşıyan divarlar

D) blok divarlar

E) boşluqlu kərpicdən olan divarlar



201. İstismar keyfiyyətini saxlamaq qabiliyyəti binanın ... əks etdirir

A) uzun ömürlülüyünü

B) oda davamlılığını

C) sinfini

D) zəlzələyə davamlılığını

E) möhkəmliliyini


202. Ölçülərin uyğunluğu və yerləşgələrin binanın təyinatına uyğun yerləşdirilməsi hansı tələblərəcavab verir?

A) odadavamlılıq

B) texniki

C) funksional

D) iqtisadi

E) estetik


203. Əmək sərfinin, materiallarının azaldılması, tikinti müddətinin qısaldılması hansı tələblərə cavab verir?

A) yanğın təhlükəsizliyi

B) estetik

C) texniki

D) funksional

E) iqtisadi


204. Binanın xarici təsirlərdən qorunması və qüvvə təsirlərinin təhlükəsiz qəbul edilməsi hansı tələblərə cavab verir?

A) funksional

B) texniki

C) yanğın təhlükəsizliyi

D) estetik

E) iqtisadi


205. Yığma konstruksiya tiplərinin sayca azalmasına nə deyilir?

A) sənayələşdirmə

B) tipləşdirmə

C) standartlaşdırma

D) unifikasiya

E) mexaniklləşdirmə


206. Bir tipli detalların praktikada yoxlamadan keçməsinə və onların nümunələrinin qanuniləşdirilməsinə nə deyilir?

A) unifikasiya

B) sənayələşdirmə

C) standartlaşdırma

D) mexaniklləşdirmə

E) tipləşdirmə


207. Uzununa divarların və ya dayaqların koordinat oxları arasındakı masafəyə nə deyilir?

A) aşırım

B) addım

C) hündürlük

D) sütunlar toru

E) binanın eni


208. Eyni zamanda daşıyıcı və qoruyucu funksiyalarını yerinə yetirən konstruktiv elementlər hansıdır?

1. divar


2. bünövrə

3. örtük


4. riqel

5. sütun


6. arakəsmə

A) 2, 4


B) 2, 4, 6

C) 3, 4, 5

D) 1, 3, 6

E) 1, 2, 4, 5


209. Yalnız daşıyıcı funksiyasını yerinə yetirən konstruktiv elementlər hansıdır?

1. divar


2. arakəsmə

3. sütun


4. bünövrə

5. örtük


6. riqel

7. bünövrə tiri

A) 1, 3, 4, 6, 7

B) 1, 3, 5, 7

C) 1, 5

D) 3, 6, 7



E) 3, 4, 6, 7
210. Binanın daşıyıcı elementlərinin qarşılıqlı yerləşməsi nəyi müəyyənləşdirir?

A) planlaşdırma növünü

B) konstruktiv tipi

C) konstruktiv sxemi

D) həcmi-planlaşdırma sxemini

E) həcmifəza həllinin



211. Üfüqi yüklərə davam gətirmə qabiliyyəti binanın ... əks etdirir

A) möhkəmliyini

B) dayanıqlığını

C) həcmi sərtliyini

D) sinfini

E) uunömürlü olmasını



212. 12-m lik addım üzrə hansı ölçüdə dəmir-beton tavalardan istifadə olunur?

A) 1500 x 12000

B) 1500 x 6000

C) 6000 x 6000

D) 12000 x 12000

E) 3000 x 12000


213. Çökmə …

A) yükün təsirindən qruntun sıxlaşmasına gətirən deformasiyaya deyilir

B) donma və ərimədən qruntun həcminin deyişilməsinə deyilir

C) bir qrunt layının digər qrunt layı üzərində sürüşməsinə deyilir

D)qruntun tərkibinin deyişılməsinə gətirən deformasiya

E) qruntun sıxlaşma sürətinə deyilir


214. Qruntun həcminin fəsli donma və ərimədən deyişilməsinə nə deyilir?

A) sürüşmə

B) çökmə

C) şişmə

D) sıxlaşma

E) deformasiya


215. Bünövrənin yükü qəbul edib əsasa ötürmək qabiliyyəti hansı tələblərə cavab verir?

A) iqtisadi

B) şaxtaya davamlılıq

C) dayanıqlıq

D) uzunömürlülük

E) möhkəmlik


216. Bünövrə qrunt sularına, atmosfer təsirlərə və s. davam

A) uzunömürlülük

B) dayanıqlıq

C) şaxtaya davamlılıq

D) iqtisadi

E) möhkəmlik


217. Bünövrə dağılma qüvvələrinə davami gətirirsə hansı tələblərə cavab verir?

A) uzunömürlülük

B) dayanıqlıq

C) iqtisadi

D) şaxtaya davamlılıq

E) möhkəmlik


218. Yığma elementlərdən olan bünövrələr hansı tələblərə cavab veriri?

A) iqtisadi

B) sənayeləşmə

C) uzunömürlülük

D) dayanıqlıq

E) möhkəmlik


219. Əmək və material az sərf olunan bünövrələr hansı tələblərə cavab veriri?

A) funksional

B) sənayeləşmə

C) uzunömürlülük

D) dayanıqlıq

E) iqtisadi



220. Stəkan tipli yığma dəmirbeton bünövrələrdə yükü əsasa ötürən hissəyə nə deyirlər?

A) sütunaltı

B) tava

C) əsas


D) “stəkan”

E) daban


221. Stəkan tipli yığma dəmirbeton bünövrələrdə sütunla birləşən hissəyə nə deyirlər?

A) sütunaltı

B) əsas

C) sütunüstü



D) tava

E) bünövrə tiri



222. Sütunvari bünövrələrdə sütunun yerləşdirilməsi üçün nəzərdə tutulan dərinliyə nə deyilir?

A) “stəkan”

B) “fincan”

C) sütunaltı

D) əsas

E) “yastıq”


223. Əsasın şişməsi və çökməsindən əmələ gələ biləcək deformasiyadan qorunmaq üçün sütunvari bünövrələrin bünövrə tirlərinin altına nə qoyurlar?

A) dəmir-beton tava

B) sement məhlulundan hazırlıq qatı

C) qum qatı

D) kərpic

E) beton hazırlıq qatı


224. Bünövrələr hansı tələblərə cavab verməlidir?

1. möhkəm olmalı

2. qənaətli olmalı

3. odadavamlı olmalı

4. uzuömürlü olmalı

5. səskeçirdməyən olmalı

6. suyadavamlı olmalı

Səhv cavabları hansılardır?

A) 3, 6


B) 6

C) 5


D) 2, 4

E) 3, 5
225. Karkas tipli binalarda …

1. tirlər eninə yerləşir

2. eninə daşıyıcı divarlar tkilir

3. tirlər uzununa yerləşir

4. tirlər çarpaz şəkilli yerləşir

5. uzununa daşıyıcı divarlı

6. tirlər nəzərdə tutulmur



Səhv cavab hansıdır?

A) 3


B) 6

C) 5, 6


D) 4

E) 2, 5


226. Öz təbii halında yük saxlama qabiliyyəti olmayan və möhkəmləndirməyə ehtiyacı olan əsaslar necə adlanır?

A) sıxlaşdırılmış

B) təbii

C) müvəqqəti

D) süni

E) bərkidilmiş


227. Hansı bünövrələr bərabər çökməni yaxşı təmin edir?

A) lentvari

B) sütunvari

C) səlt

D) svay

E) trapes şəkilli


228. Hansı bünövrələr qrunt sularının təzyiqinə qarşı optimal müdafiəni təmin edir?

A) trapes şəkilli

B) sütunvari

C) lentvari

D) svay

E) səlt
229. “Başmaq” hansı konstruksiyanın elementidir?



A) örtüyün

B) damın


C) divarın

D) bünövrənin

E) pilləkanın
230. Pəncərə və qapı boşluqlarını örtən konstruksiya necə adlanır?

A) karniz

B) atma

C) ferma


D) tir

E) yatar
231. Çökmə tikişi hansı halda nəzərdə tutulmur?

A) bina hissələri müxtəlıf mərtəbəli olanda

B) mövcud binaya əlavə tikintı artıranda

C) əsasda müxtəlif qeoloji tərkibli qruntlar yatanda

D) divarların uzunluğu artanda

E) perpendikulyar aşırımların qovuşduğu yerdə
232.

1. bünövrə tiri

2. bünövrə

3. örtük


4. divar

Sadalanan konstruktiv elementlərin məntiqi ardıcıllığını tapın

A) 3, 4, 1, 2

B) 1, 2, 3, 4

C) 4, 3, 2, 1

D) 3, 4, 1, 2

E) 2, 4, 3, 1


233. Bünövrə tiri – bünövrə

Örtük tavası – çatı ferması

Çatı ferması – sütun

Sütun – ?

A) bünövrə tiri

B) kranaltı tir

C) bünövrə

D) çatı ferması

E) çatıaltı ferması


234. sütun – riqel

divar – örtük

bünövrə – bünövrə tiri

bünövrə – ?

A) riqel


B) sütun

C) dam


D) atma

E) çardaq örtüyü


235. Hansı divarlar yalnız qoruyucu funksiya daşıyır?

A) asma divarlar

B) öz yükünü daşıyan divarlar

C) daşıyıcı divarlar

D) yüngül divarlar

E) boşluqlu kərpicdən hörülmüş divarlar


236. Son karnizdən yuxarıya davam edən divar necə adlanır?

A) atma


B) kəmər karniz

C) parapet

D) pilyastr

E) üfüqi çıxıntı


237. Açırımlar arasındakı divar necə adlanır?

A) dayaq


B) pəncərəaltı

C) pılyastr

D) ara divar

E) atma
238. Riqel …

A) söykənən çatıların dayaq hissəsinə deyilir

B) baş tirə və mauerlata söykənən çatılara deyilir

C) söykənən çatıların çəp elementlərinə deyilir

D) yamaclı damların daşıyıcı fəza sisteminə deyilir

E) tutucu rolunu oynayan üfüqi elementə deyilir
239. Sənaye binasında ikitavr en kəsyi olan kranaltı tırlər sütunların neçə metrlik addımındaistifadə edilir?

A) 3 m


B) 6 m

C) 6 və18 m

D) 3 və 6 m

E) 12 m



240. Dəmir-beton sənaye binalarında şaquli rabitələr hansı materialdan nəzərdə tutulur?

A) ağacdan

B) poladdan

C) plastikdən

D) dəmir-betondan

E) aliminium


241. Kənar sütunların addımı 6 m, orta sütunların addımı 12 m olan dəmir-beton karkaslı sənaye binasında , orta sütunların konsolunun səviyyəsi (çıxıntısı) kənar sütunlarının konsolunun səviyyəsinə nisbətən neçə sm aşağıda verilir?

A) 40 sm


B) 30 sm

C) 50 sm


D) 20 sm

E) 60 sm
242. Kranaltı tir nəyin üstündə daynır?

A) faxverq sütununa

B) sütunun kəllə hissəsində

C) xüsusi dayağın

D) sütunun konsoluna

E) çatqıaltı fermanın alt kəmərinə
243. Binanın kəllə tərəfində quraşdırılan faxverq sütunları ...

A) bünövrə tirlərinin bərkidilməsi üçün nəzərdə tututlur

B) tirlərin bərkidilməsi üçün nəzərdə tututlur

C) fermaların bərkidilməsi üçün nəzərdə tututlur

D) darvazaların bərkidilməsi üçün nəzərdə tututlur

E) divarların bərkidilməsi üçün nəzərdə tutulur


244. 6-m lik addım üzrə hansı ölçüdə dəmir-beton tavalardan istifadə olunur?

A) 1500 x 6000

B) 3000 x 6000

C) 3000 x 12000

D) 1500 x1500

E) 3000 x 3000


245. 12-m lik addım üzrə hansı ölçüdə dəmir-beton tavalardan istifadə olunur?

A) 3000 x 12000

B) 1500 x 6000

C) 6000 x 6000

D) 12000 x 12000

E) 1500 x 12000


246. Stəkan tipli bünövrələr hansı binalarda istifadə olunur ?

A) Monolit d/b karkas

B) Yüksək mərtəbəli

C) Az mərtəbəli xırda elementli

D) İri aşırımlı bir mərtəbəli

E) Yığma metal karkas


247. Lentvari bünövrələr hansı bina tiplərində istifadə olunur ?

A) Xırda elementli az mərtəbəli

B) İri aşırımlı bir mərtəbəli

C) Monolit d/b karkas

D) İri həcmlərdən yığılan binalar

E) Ağac karkas binalar


248. Svay binalardan hansı hallarda istifadə olunur ?

A) Yığma dəmir-beton karkas binalarda

B) Hündür mərtəbəli binalarda

C) İri aşırımlı binalarda

D) Metal karkas binalarda

E) Nöqtəvi yük böyük olanda


249. Asma bünövrələrdən nə zaman istifadə olunur ?

A) Sərt bünövrələr zamanı

B) Yük daşıyıcı əsas çox dərin olduqda

C) Yüksək mərtəbəli binalarda

D) Az mərtəbəli binalarda

E) Yığma metal karkas binalarda


250. Kesonlu bünövrələrdən hansı məqsəd üçün istifadə olunur ?

A) Bünövrə yükünü azaltmaq və betona qənaət

B) Metala qənaət

C) Bünövrənin müqavimətini artırmaq

D) Bünövrə yastığının sahəsini kiçiltmək

E) Bünövrə yastığının sahəsini artırmaq


251. Tirli bünövrələrdən əsasən hansı hallarda istifadə olunur ?

A) Əsasın yük götürmə qabiliyyəti böyük olanda

B) Süni əsaslar zamanı

C) Gilli qruntlarda

D) Hündür mərtəbəli binalarda

E) Qruntun axıcılığı böyük olanda


252. Tirlər mərtəbə arası örtmələrin hansı elementidir ?

A) Səsdən izolyasiya elementi

B) Üzlük yaraşıq elementi

C) Örtmələrin doldurucu elementi

D) Yük daşıyıcı elementi

E) İstilikdən təcrid elementi


253. Tirlər arası doldurucu sərtlərə harada istifadə olunur ?

A) Pilləkən qəfəsində

B) Damlarda

C) Divarların üzərində

D) Eyvan çıxıntılarımda

E) Mərtəbə arası örtmədə


254. Mərtəbə arası örtmədə laqalar harada istifadə olunur ?

A) Döşəmə taxtasının üstündə

B) Tirlə döşəmə taxtaları arasında

C) Parketin altında

D) Tirlərin arasında

E) Tirlərin altında



255. Mərtəbə arası örtmədə yük daşıyıcı tirlər arası məsafə nəyə əsasən təyin olunur ?

A) Binanın yükünə görə

B) Mərtəbə arası yükə görə

C) Tirin en kəsiyi və aşırımın uzunluğuna görə

D) Müvəqqəti yükə görə

E) Divarın qalınlığına görə


256. Binalarda atma konstruksiyaları harada istifadə olunur ?

A) Sütunların üstündə

B) Binanın damında

C) Divarların üstündə

D) Pilləkən qəfəsində

E) Qapı və pəncərələrin üstündə


257. Gəc tir hansı materiallardan ola bilər ?

A) Dəmir-beton (ağac, metal)

B) Ancaq metaldan

C) Ancaq ağacdan

D) Daşdan

E) Ancaq dəmir-betondan



258. Mərtəbə arası örtmə tirlərin hansı konstruksiya üzərində oturur ?

A) Döşəmənin

B) Divar və tirlərin

C) Çardağın

D) Pilləkan qəfəsinin

E) Zirzəminin


259. Bünövrə tirləri hansı bünövrə növlərində istifadə olunur ?

A) Kessonlu bünövrələr

B) Sərt bünövrələr

C) Tirli bünövrələr

D) Stəkan tipli bünövrələrdən

E) Lentvari bünövrələrdə


260. Bünövrə tirlərinin hansı növləri var ?

A) 5000 və 6000 mm

B) 4000 və 8000 mm

C) 6000 və 1200 mm-lik aşırımlar üçün

D) 7000 və 8000 mm

E) 6000 və 8000 mm


261. Sənaye binalarında sütunların hansı növləri var ?

A) Düzbucaq en kəsikli budaqlanmış bütöv və budaqlanmış boşluqlu

B) Düzbucaq en kəsikli

C) Boşluqlu budaqlanmış

D) Farxverx

E) Yük daşıyan


262. Kranaltı tirlərin neçə növü var ?

A) 15 m və 17 m

B) 6 m və 9 m

C) 9 m və 12 m

D) 12 m və 15 m

E) 6 m və 12 m



263. Çatı tirləri sənaye binalarında hansı aşırımlarda istifadə olunur ?

A) 30, 36, 38

B) 18, 24, 30

C) 24, 30, 36

D) 12, 18, 24

E) 15, 24, 30


264. Çatı altı tirlərin aşırımları nə qədər olur ?

A) 12000, 24000

B) 6000, 12000

C) 6000, 18000

D) 12000, 20000

E) 12000, 18000


265. Çatı fermaları hansı konstruksiyanın üzərində oturur ?

A) Bünövrə üzərində

B) Divarların

C) Örtmə tava

D) Sütunların

E) Kranaltı tirlərin üzərində


266. Çatı fermaları yük daşıyıcı konstruksiyanın üzərində hansı ölçüdə oturur ?

A) 200 mm

B) 300 mm

C) 250 mm

D) 350 mm

E) 400 mm


267. Çatı altı fermalar hansı konstruksiyalar üzərində oturur ?

A) Sütunların

B) Divarların

C) Kranaltı tirin

D) Bünövrələrin

E) Fənərlərin


268. Divar tavalarının en və aşırım üzrə hansı ölçüdə növləri var ?

A) 1200-600, 1200-6000, 1800-6000

B) 1200-1200, 1200-12000, 1200-12000

C) 1200-1800, 1200-1900, 1200-1500

D) 1200-2000, 1600-6000, 1600-8000

E) 2000-2200, 2000-2400, 1800-2200


269. Örtmə tavalarının əsas hansı növü var ?

A) Boşluqlu, qabırğasız

B) Tirli, qabırğalı

C) Çox boşluqlu, qabırğalı, bütöv

D) Qabırğasız, tirli

E) Ancaq bütöv


270. Boşluqlu örtmə tavaların qalınlığı nə qədər olur ?

A) 350 ml

B) 250 ml

C) 320 ml

D) 220 ml

E) 450 ml



271. Qabırğalı örtmə tavaların qalınlığı nə qədər olur ?

A) 450 ml

B) 250 ml

C) 350 ml

D) 150 ml

E) 500 ml


272. Fənərlərin funksiyası nədir ?

A) Binanın hündürlüyünü artırmaq

B) Binanın küləklənməsini təyin etmək

C) Binanın həcmini artırmaq

D) Binanı yuxarıdan işıqlandırmaq

E) Kranın işlənməsi üçün şərait yaratmaq


273. Şaquli bərkitmə elementi nədir ?

A) Sütunlar arası əlaqə yaratmaq

B) Sütunlar arası şaquli diafraqmanı əvəz etmək

C) Sütunları qorumaq

D) Sütunları genişləndirmək

E) Sütunların boynunu artırmaq


274. Fermalar arası üfüqi və şaquli çarpaz bağlantılar nəyə xidmət edir ?

A) Fermaları kranaltı tirlərə bərkitmək

B) Fermaları sütuna bərkitmək

C) Fermaların üfüqi dayanaqlarını saxlamaq

D) Fermaları şaquli diafraqmalara bağlamaq

E) Fermaların yük daşıyıcı qabiliyyətini artırmaq


275. Yağış suları sənaye binalarında damlardan hansı yollarla kənarlaşdırılır ?

A) Birbaşa su vuran nasoslarla

B) Yalnız daxili su daşıyıcı borularla

C) Yalnız xarici su daşıyıcı borularla

D) Su tutumuna cəm edib su vuran nasoslarla kənarlaşdırmaqla

E) Daxili və xarici su daşıyıcı borularla


Yüklə 497,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə