STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
98
Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da, habelə digər ölkələrdə fəaliyyət
göstərən Diaspor təşkilatları ölkəmizin xarici siyasətini müvafiq ölkələrdə təbliğ
etmək üçün ictimaiyyətlə əlaqələr təcrübəsindən geniş istifadə edirlər.
Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdə ölkəmiz haqda icti-
mai və ədalətli fikir formalaşdırmaq üçün geniş tədbirlər görülür. Azərbaycanla
digər ölkələrin tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu mövzu-
sunda keçirilən ənənəvi konfranslar ölkəmizin xarici siyasətində ictimaiyyətlə
əlaqələrə nə qədər əhəmiyyət verildiyini açıq göstərir. Bu sırada 2008-ci ilin okt-
yabrında Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin
inkişafında diasporun rolu” mövzusunda keçirilən ikigünlük konfrans mühüm
mövzulara toxunmuşdur.
2007-ci il martın 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk
diaspor təşkilatları rəhbərlərinin I Forumu bütün türkdilli xalqların həyatında
mühüm hadisə olmuşdur. Forumda aparılan müzakirələrin nəticəsi olaraq
“Azərbaycan və türk diaspor təşkilatlarının
birgə fəaliyyət strategiyası”, “Bakı
Bəyannaməsi” və bir sıra digər mühüm
sənədlər qəbul edilmişdir. (6)
Azərbaycan Prezidentinin təşəbbüsü
ilə 2007-ci ilin noyabrında Bakıda Türk
Dövlət və Cəmiyyətlərinin XI dostluq, qar-
daşlıq və əməkdaşlıq qurultayı keçirilmiş-
dir. Qurultayda türkdilli xalqlar arasında
elm, texnika, mədəniyyət, təhsil, iqtisadiy-
yat, ticarət, turizm və maliyyə sahələrində
əməkdaşlıq, türk dünyasının mədəni
irsinin təbliği, türk gəncliyinin qarşısın-
da duran vəzifələr, müasir qloballaşma
proseslərinin xalqlarımızın həyatına təsiri
ilə bağlı məsələlər müzakirə edilmişdir. (7)
2008-ci il martın 27-də Almaniyanın Berlin şəhərində Azərbaycan və Türk
Diaspor Təşkilatlarını Əlaqələndirmə Şurasının illik iclası keçirilmişdir. İclas-
da Şuranın həmsədrləri seçilmiş, Azərbaycan və türk diasporları arasında
əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə
müzakirələr aparılmış, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul
edilmişdir. (8)
Əlaqələndirmə Şurasının həmin iclasında qloballaşan dünyada xalqlar arasın-
da gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq
siyasətdə artan roluna toxunan Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
ideologiyasını rəsmi dövlət ideyasına çevirməsi, bütün dünya azərbaycanlılarını
bu ideya ətrafında birləşdirməsi barədə danışıb. Əli Həsənovun sözlərinə görə,
Qloballaşan dünyamızın re-
allıqları diaspor quruculuğu
sahəsində Azərbaycanın qar-
şısında yeni vəzifələr qoymaq-
dadır. Xalqlar arasında gedən
sürətli inteqrasiya prosesləri,
diaspor və lobbi təşkilatlarının
beynəlxalq siyasətdə artan rolu
bu sahədə daha genişmiq-
yaslı fəaliyyət göstərilməsini
zərurətə çevirmişdir.