1. Təsis sənədlərin



Yüklə 482,02 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü482,02 Kb.
#66378
növüQaydalar


YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI 

Yerli şirkətin yaradılması mərkəzləşdirilmiş qaydada vergi orqanında həyata 

keçirilir. Prosedur qaydalar:  

 

1.



 

Təsis sənədlərin  

a.

 

Nizamnamə  



b.

 

Hüquqi  ünvan  haqqında  sənəd  –  mülkiyyət  hüququnu  təsdiq  edən 

sənədin surəti (kupça), sahibinin razılıq ərizəsi və  şəxsiyyətini təsdiq 

edən sənədin surəti notarial qaydada tədiq edilir;  



c.

 

İki  təsisçi  olduğu  halda  təsis  müqaviləsi  və  payların 

müəyyənləşdiriməsi;  

d.

 

Şirkətin yaradılması haqqında qərar;  



e.

 

Dövlət rüsumu – 11 (on bir) manat 

 

2.

 

Bütün sənədlər hazırlandıqdan sonra yoxlanış üçün vergilər idarəsinə təqdim 

edilir, ikinci mərhələdə qeydiyyatdan keçirilir. Qeydiyyat proseduru 3 (üç) iş 

günü davam edir. 



Qeydiyyatdan  sonra  müştərinin  secim  etdiyi  bankda  hesab  açmaq  üçün 

prosedura başlanılır: 

a.

 

Möhür hazırlanır  



b.

 

Şirkətin  bütün  təsis  sənədlərinin surəti  notariat  qaydada  təsdiq edilir,  eləcə 

də, direktorun əmri (əsli olmalıdı); 

c.

 

Bank  tərəfindən  təqdim  edilmiş  kartlarda  imza  və  möhür  nümunəsinin 

təsdiqi;  

d.

 

Vergi və DSMF-dan hesabların açılması üçün şəhadətnamə dublikat; 

Bütün  bu  sənədlər  hazır  olduqdan  sonra  banka  müştəri  üçün  hesabların  açılması 

təmin edilir. Bu prosedurlardan sonra şirkət yerli qanunvericiliyə uyğun olaraq tam 

fəaliyyətə başlaya bilər. 

 



XARİCİ ŞİRKƏTİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNİN VƏ YA 

FİLİALININ YARADILMASININ PROSEDUR QAYDALARI 

 

1.

 

Təsis sənədləri  

a.

 

Xarici Şirkətin Nizamnaməsi (surətinin notarial qaydada təsdiqi) 



b.

 

Şəhadətnamə (surətinin notarial qaydada təsdiqi) 



c.

 

Reyestrdən çıxarışı (əgər onlarda olursa surətinin notarial qaydada 

təsdiqi) 

d.

 

Azərbaycanda yerli nümayəndəliyin və ya filialın yaradılması 

haqqında Qərar 

e.

 

Yerli nümayəndənin və ya filial rəhbərinin etibarnaməsi  



f.

 

Hüquqi ünvan üçün sənədlər – mülkiyyət hüququnu təsdiq edən 

sənədin surəti (kupça), sahibinin razılıq ərizəsi, sahibinin şəxsiyyətini 

təsdiq edən sənədin surəti notarial qaydada tədiq edilir  



g.

 

220 manat dövlət rüsumu  



h.

 

Əsasnamə 2 nüsxədə  



i.

 

Səlahiyyətli şəxsin şəxsiyyətini təqdiq edən sənəd  



j.

 

ərizə - notarial təsdiq  



k.

 

təsisçinin hüquqi şəxs blankı  



2.

 

Xarici  hüquqi  şəxsin  –a,b,c,d  və  e  bəndləri  üzrə  təqdim  edilmiş  sənədlər 

qeydiyyatdan  keçdiyi  ölkədə  əgər  rəsmi  azərbaycan  dilinə  tərcümə  edilirsə 

orada  edilməlidir  (məsələn  İİR-da  Təbriz  şəhərində  Azərbaycanın 

konsulluğunda)  edilməlidir,  edilmirsə  bu  sənədlər  Azərbaycanda  tərcümə 

olunaraq notarial qaydada təsdiq edilməlidir. 



3.

 

g,h,i və j bəndləri üzrə sənədlər Azərbacanda hazırlanır. 

Bu sənədlər ilikn baxış üçün vergilər orqanına təqdim edilir və qəbul olunduqdan 

sonra 3 (üç) iş günü ərzində qeydiyyatdan keçirilir. 

 

 

 



Qeydiyyatdan  sonra  müştərinin  secim  etdiyi  bankda  hesab  açmaq  üçün 

prosedura başlanılır: 

a.

 

Möhür hazırlanır  



b.

 

Nümayəndəliyin (filialın) bütün təsis sənədlərinin, nümayəndənin 

adına verilmiş etibarnamənin surəti notariat qaydada təsdiq edilir, və 

direktorun əmri (əsli olmalıdı); 



c.

 

Bank tərəfindən təqdim edilmiş kartlarda imza və möhür nümunəsinin 

notarial qaydada təsdiqi;  

d.

 

Vergi və DSMF-dan hesabların açılması üçün şəhadətnamə dublikat; 

Bütün  bu  sənədlər  hazır  olduqdan  sonra  banka  müştəri  üçün  hesabların  açılması 

təmin edilir. Bu prosedurlardan sonra şirkət yerli qanunvericiliyə uyğun olaraq tam 

fəaliyyətə başlaya bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Nümayəndəlik olduğu halda 

 

E T İ B A R N A M Ə 

 

____________şəhəri 



 

 

           “___”________2014-cü il 



 

“___________”  şirkətinin  adından  Azərbaycan  Respublikasında 



açılacaq nümayəndəliyin fəaliyyəti ilə bağlı aşağıdakı səlahiyyətlər 

Nümayəndəliyin



 

rəhbəri təyin olunmuş_________________(____________) həvalə edilir:

 

 

 



 



Nümayəndəliyin  əsasnaməsini  təsdiq  etmək,  filialın  qeydiyyatı    ilə  bağlı  bütün  sənədləri 

imzalamaq və digər zəruri hərəkətlrəi etmək, bununla bağlı digər şəxslərə səlahiyyət vermək; 

 

Nümayəndəliyi idarə etmək



 

Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda yerləşən bütün idarə, müəssisə və 



təşkilatlarda Filialın fəaliyyəti ilə bağlı şirkətin mənafeyini təmsil etmək

 



bütün  digər  saziş  və  müqavilələri  yerinə  yetirmək,  etibarnamə  vermək  və  müvəkkil  banklarda 

Nümayəndəliyin hesabını açmaq; 

 

Nümayəndəliyin daxili vəzifə tələblərinin işlənib hazırlanmasına cavab vermək və onları şirkətin 



təsdiqinə vermək, həmçinin bu təminatların icrasını təmin edilməsi; 

 



Nümayəndəliyin  daxili  menecmentinə  aid  olan  əməliyyat  məsələləri  üzrə  qərarlar  qəbul  etmək, 

sərəncam və əmrlər vermək; 

 

Nümayəndəliyi  əməkdaşlarının  təhsili  ilə  əlaqədar  plan  və  tədbirlər  üzrə  təkliflər  hazırlamaq, 



eləcə də bu təklif və planları Şirkətin təsdiqinə vermək; 

 



şirkət tərəfindən baxılmaq üçün digər zəruri sənədləri və təklifləri hazırlamaq; 

 



şirkət tərəfindən qəbul edilmiş qərarların icrasını təmin etmək; 

 



Nümayəndəliyin əməkdaşlarını işə qəbul və işdən azad etmək;

 



 

Nümayəndəliyin adından etibranamələr vermək;

 



 



Nümayəndəliyin fəaliyyəti ilə bağlı digər işləri görmək.

  

 



Etibar edən ____________________ “_______________-” şirkətinin  

 

Notariusun qeydi:________nun______olan____nin____nin adından çıxış etmək və 

yuxarıda göstərilən məsələlərə dair etibarnamə vermək səlahiyyətini təsdiq edirəm. 

 

 



 


Nümayəndəlik olduğu halda 

 

 



baş ofisin adı

” Şirkətinin 

Təsisçilərinin 

QƏRARI 


şəhəri öz ölkəsi                                                                    2014-cü il 

     



Qərara alındı: 

 

1.   



__________şirkətinin  Azərbaycan  Respublikasında  nümayəndəliyi 

yaradılsın 

və əsasnaməsi təsdiq edilsin. 

 

2. ____________nümayəndəliyin rəhbəri təyin edilsin.  



 

3.  Şirkətin  rəhbəri  _________tərəfindən  nümayəndəliyin  rəhbəri________ 

nümayəndəliyin  əsasnaməsinin  təsdiqi  və  dövlət  qeydiyyatına  alınması, 

nümayəndəliyin idarə edilməsi ilə bağlı etibarnamə verilsin.

 

 

 



 

 

 



 

 


 

 

 

 

 

 

Nizamnamə nümunə forması nümayəndəli üçün   

 

«DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR» 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi 

Bakı şəhəri Vergilər Departamenti  Kommersiya 

Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi 

tərəfindən 

QEYDİYYAT №___________________ 



            “___” ___________________ 2013-cü  il 

Rəis: 

       

  Nigar Alimova_________________   

 

 

 

«TƏSDİQ EDİLMİŞDİR» 

“________” MMC-NİN adından 

 

_______________________  



 

_______________________ 



 

 

 



 

 

 

 

 

 

 

“______________” MMC-NİN 

 

 AZƏRBAYCAN RESPUBLIKASINDAKI  



 

 

NÜMAYƏNDƏLIYININ   

 

 

Ə S A S N A M Ə S İ 

 

 

 


1. ÜMUMİ MÜDDƏALAR 

 

1.1. “______________” Ltd-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (bundan 



sonra  -  Filial)  fəaliyyətini  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  qüvvədə  olan  digər 

qanunvericilik aktları və bu Əsasnamə əsasında həyata keçirir. 

1.2.  Nümayəndəliyin  təsisçisi  təsisçisi  ___________________________________nömrə 

ilə qeydə alınmış “________________” Məhdud Məsuliyyətli Cəmiyyətdir  

1.3. Nümayəndəliyin hüquqi ünvanı: Bakı şəhəri, ______________________ 

 

2. NÜMAYƏNDƏLİYIN FƏALİYYƏTİNİN PREDMETİ VƏ MƏQSƏDİ 

2.1. Nümayəndəlik şirkətin mənafelərini Azərbaycan Respublikasında təmsil və müdafiə edir. 

2.2. Şirkət   nümayəndəliyin təsərrüfat fəaliyyətini məhdudlaşdıra və genişləndirə bilər. 

2.3.  Nümayəndəlik  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qadağan  olunmayan  bütün 

fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə 

yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər 

 

3. NÜMAYƏNDƏLİYIN  HÜQUQİ STATUSU 

3.1. Nümayəndəlik hüquqi şəxs deyil. Nümayəndəliyin ilkın balansı, dəyirmi möhürü və ştampı, 

üzərində adı yazılmış blankları, firma nişanı və nümayəndəliyə məxsus digər atributları vardır. 

3.2.  Nümayəndəlik  Azərbaycan  Respublikasının  müvəkkil  banklarında  və  digər  maliyyə-kredit 

təşkilatlarında hesablaşma hesabı açmaq hüququna malikdir. 

3.3. Nümayəndəlik Azərbaycan Respublikasının quvvədə olan qanunvericiliyinə əsasən vergiləri, 

rusumları və digər tədiyyələri ödəməlidir. 



 

4. NÜMAYƏNDƏLİYİN İDARƏ EDİLMƏSİ 

4.1.  Nümayəndəliyin  idarə  edilməsini  Şirkət  tərəfindən  təyin  edilən  direktor  həyata  keçirir. 

Direktor Nümayəndəliyın bütün fəaliyyətinə görə məsuliyyət daşıyır. 

4.2.  Nümayəndəliyin  direktoru  şirkət  tərəfindən  ona  verilmiş  etibarnamədə  göstərilən 

səlahiyyətlər  çərçivəsində  fəaliyyət  göstərir.  Şirkət  Nümayəndəliyın  direktorunun  aşağıdakı 

səlahiyyətlərini dəyişdirə və ya onlara əlavələr edə bilər: 

 

Nümayəndəliyi idarə etmək; 



 

Azərbaycan Respublikasında və  onun hüdudlarından kənarda  yerləşən bütün  idarə, müəssisə 



və təşkilatlarda Nümayəndəliyin fəaliyyəti ilə bağlı Şirkətin mənafeyini təmsil etmək; 

 



etibarnamə vermək və müvəkkil banklarda Nümayəndəliyın hesabını açmaq; 

 



Nümayəndəliyin  daxili  vəzifə  təminatlarının  işlənib  hazırlanmasına  cavab  vermək  və  onları 

Şirkətin təsdiqinə vermək, həmçinin bu təminatların icrasını təmin edilməsi; 

 

Nümayəndəlyin daxili menecmentinə aid olan əməliyyat məsələləri üzrə qərarlar qəbul etmək, 



sərəncam və əmrlər vermək; 

 



Nümayəndəlik  əməkdaşlarının  təhsili  ilə  əlaqədar plan və tədbirlər üzrə  təkliflər hazırlamaq, 

eləcə də bu təklif və planları şirkətin təsdiqinə vermək

 

Şirkət tərəfindən baxılmaq üçün digər zəruri sənədləri və təklifləri hazırlamaq 




 

Şirkət tərəfindən qəbul edilmiş qərarların icrasını təmin etmək; 



 

Nümayəndəliyin əməkdaşlarını işə qəbul və işdən azad etmək. 



 

4.3.  Nümayəndəliyin  maliyyə-təsərrüfat  fəaliyyətinə  nəzarəti  və  onun  təftişi  şirkət  tərəfindən 

təyin olunan müfəttiş və ya maliyyə-təftiş komissiyası həyata keçirir. 

4.4.  Nümayəndəliyin  rəhbərinin  və  maliyyə-təftiş  komissiyasının  vəzifələri,  funksiyaları  və 

səlahiyyətləri  şirkət  tərəfindən  onlara  verilən  daimi  və  ya  birdəfəlik  etibarnamələrlə  müəyyən 

olunur. 


4.5. Şirkət Nümayəndəliyin öhdəliklərinə görə tam məsuliyyət daşıyır.  

 

5. NÜMAYƏNDƏLİYİN ƏMLAKI  

5.1.  Nümayəndəliyın  əmlakı  Şirkət  tərəfindən  verilir.  Nümayəndəlik  yarananda  ona  verilən 

əmlakın  ilkin  miqdarı  Şirkət  tərəfindən  müəyyən  edilir.  Nümayəndəlik  şirkətin  tabeçiliyndə 

fəaliyyət göstərir. 

5.2. Şirkət istədiyi vaxt və heç bir məhdudiyyət qoymadan Nümayəndəliyə əlavə əmlak vermək 

və  ya  nümayəndəliyın  sərəncamında  olan  hər  bir  növ  əmlakı  bütövlüklə  və  ya  qismən  geri 

götürmək hüququ vardır. Nümayəndəliyın bütün əmlakı Şirkətin xüsusi mülkiyyətidir.  

5.3.  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyi  ilə  bütün  vergilər  ödəndikdən 

sonra Nümayəndəliyın əldə etdiyi xalis mənfəət Şirkətin göstərişi ilə istifadə olunur. 

 

 



6. NÜMAYƏNDƏLİYİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞVİ 

6.1.  Nümayəndəliyin  fəaliyyətinin  dayandırılması,  yaxud  onun  ləğvi  təsisçi  Şirkətin  müvafiq 

qərarı əsasında və ya məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

qaydada həyata keçirilir. 

 

7. DİGƏR MÜDDƏALAR 

7.1.  Nümayəndəliyin  fəaliyyəti  ilə  bağlı,  lakin  bilavasitə  bu  əsasnamə  ilə  həlli  müəyyən 

edilməyən  bütün  məsələlər  Şirkət  tərəfindən  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun qaydada həll edilir. 

7.2.  Gələcəkdə  bu  Əsasnamənin  hər  hansı  müddəası  qanunvericiliklə  ziddiyyət  təşkil  edərsə, 

qanunvericiliyin müddəası tətbiq edilir.   



 

 

 

 



 


 

 

 



 

 

Yüklə 482,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə