1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti



Yüklə 199,24 Kb.
səhifə1/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
  1   2   3   4   5   6   7   8   9   ...   58
Müasir cavablar [1 - 60].


1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti
Birinci Dünya müharibəsi bölünmüş dünyanı yenidən bö­lüş­dürmək uğrunda mübarizənin, ilk növbədə, Almaniya-İngil­tə­rə ziddiyyətlərinin kəskinləşməsi nəticəsində başladı. Məhz bu dövr­də tarixə «yeni demokratiya» carçısı kimi daxil olan ABŞ pre­zi­denti Vudro Vilson sülh təşəbbüsü ilə çıxış edərək 1918-ci il yanvarın 8-də müharibədən sonra dünyanın ədalətli böl­güsünü müəyyən edən «14 maddəlik sülh proqramını» elan etdi. Bu maddələr aşağıdakılar idi:

  1. Sülh müqavilələrinin açıq müzakirəsi. Bundan sonra heç bir gizli beynəlxalq saziş olmayacaq, diplomatiya isə həmişə açıq-aydın və hamının gözü qarşısında fəa­liyyət göstərəcək.

  2. Ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı gəmiçiliyin dənizlərdə mütləq sərbəstliyi.

  3. Mümkün qədər bütün iqtisadi maneələrin ləğvi.

  4. Dövlət təhlükəsizliyinə uyğun olaraq silahların mümkün qədər azaldılması üçün ədalətli zəmanətlər.

  5. Müstəmləkələr üzərində suverenliklə bağlı bütün mə­sə­lələrin həllində əhalinin maraqlarının hökumətlərin əda­lətli tələblərinə nisbətdə bərabər tutulması prinsi­pi­nə əsaslanaraq bütün müstəmləkə mübahisələrinin sər­bəst, səmimi və mütləq bitərəflik mövqeyindən həlli.

  6. Bütün rus torpaqlarının azad edilməsi; Rusiya öz ta­le­yini özü müəyyən etməli, istədiyi idarə formasını seç­məli və Millətlər Cəmiyyətinə qəbul edilməlidir.

  7. "Belçika….boşaldılmalı və bərpa edilməlidir."

  8. Fransa boşaldılmalı, işğala məruz qalmış əraziləri bərpa edilməli, Elzas və Lotaringiya Fransaya qaytarılmalıdır.

  9. İtaliyanın sərhədləri şəffaf görünən milli sərhədlərə gö­rə dəyişdirilməlidir.

  10. Avstriya-Macarıstan xalqları… geniş muxtar inkişaf im­kanları əldə etməlidirlər (sonralar muxtariyyət prinsipi tam müstəqilliklə əvəz edildi).

  11. Rumıniya, Serbiya və Qaradağ (Çernoqoriya) boşaldıl­malıdır.

  12. Osmanlı imperiyasının türk hissəsi… təminatlı və möh­kəm suverenlik almalıdır; tabe edilmiş millətlərə təh­lü­kəsizlik və "muxtar inkişafın mütləq pozulmaz şərtləri" təmin edilməlidir.

  13. Müstəqil Polşa dövləti yaradılmalıdır.

  14. Xüsusi müqavilələr əsasında ümumi millətlər birliyi (Millətlər Cəmiyyəti) yaradılmalıdır.

  15. 1918-ci ilin oktyabrında ABŞ dövlətlər departamentinin hazırladığı “14 maddə”nin şərhində çağırılacaq Paris sülh konfransının iş prinsipləri də göstərildi. Vilson prinsiplərindən ancaq o xalq istifadə edə bilərdi ki, o intellektual və mədəni-dini sərvətlərinə görə fərqlənsin, öz taleyini özü həll etməyə qadir olduğunu sübut etsin, iqtisadi, maliyyə və təbii sərvətlərə malik olsun, özünü tarixi təcavüzdən qorumağı bacarsın və tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəksin.




Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə