1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
  1   2   3   4   5   6   7   8   9   ...   39


  

 
                           
VAQİF   ASLAN 
 
 
HƏR ŞEY ZAMAN İÇİNDƏ 
 
AKADEMİK   MƏCİD RƏSULOV 
 
G  Ö  R  K  Ə  M  L  İ     A  D  A  M  L  A  R  I  N     H  Ə  Y  A  T  I 
 
 


  

 
 
 
       
  
 
                                                                 
Vaqif Aslan                                          
 
           HƏR ŞEY ZAMAN İÇİNDƏ
 
                  AKADEMİK   MƏCİD RƏSULOV 
 
        G  Ö  R  K  Ə  M  L  İ     A  D  A  M  L  A  R  I  N     H  Ə  Y  A  T  I 
 
                                             (Elmi-populyar roman) 
 
 
 
 
 
                                   BAKI-2016 
 
 
 
 
 
 
 


  

 
Redaktoru: 
Yusif Əbülfət oğlu Məmmədov
 
Fizika-riyaziyyat elmləri doktoru, professor
 Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü. 
 
 
Elmi məsləhətçisi: 
Mahir Əbdüləli
 
oğlu Rəsulov
 
Fizika-riyaziyyat elmləri doktoru, professor. 
 
Nəşrinə məsul: 
Ələddin Əsədzadə 
 
 
 
 
 
 
 
 
 
Vaqif Aslan. Hər şey zaman içində - Akademik Məcid Rəsulov. Bakı, 2016 səh. ... 
“Görkəmli  adamların  həyatı”  seriyasından  olan  bu  kitab  dünya  şöhrətli  Azərbaycan  riyaziyyatçısı 
Məcid Lətif  oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  

 
 
6 iyul 1916-cı il
 

 
          6 iyul 1916-cı il idi.  
           Nuxa həmənki Nuxa, Şəki də həmənki Şəki idi.  
           Nuxa ona görə həmənki Nuxa idi ki,  Nuh əyyamından üzü bəri başını yaşıl yaxalı 
dağların  döşlərinə qoyaraq dayanmışdı və Nuhun gəmisinin bənd edildiyi qarmaqların 
izləri  Soyuqbulaqdan  yuxarıda  Kişə  dönən  yerdəki  bəndin  burnuna  ilişib  hələ  də 
qalmaqda idi. Dağ döşlərindəki evlərin də o vaxtdan tikildiklərini, qəbristanlıqların da 
o vaxtdan salındıqlarını deyirdilər.  
           Şəki də ona görə  həmənki Şəki idi ki, sakərlərin – saxalı kişilərin zövqünə uyğun 
olaraq dağların səkisində yerləşmişdi və Kiş çayının sellərinə dəfələrlə sinə gərmişdi.  
          Dağ döşləri neçə-neçə Nuh tufanından, dağ ətəklərindəki səkilər və düzlər isə Kiş 
çayının neçə-neçə daşqınlarından çıxmışdı.  
           Nuh  Tufanından əvvəlki tufanların, daşqınlardan əvvəlki daşqınların sayını isə 
bir kimsə deyə bilməzdi.  
          Elə  o  bir  kimsənin  bir  söz  deyə  bilmədiyi  vaxtlardan  1916-cı  ilə  qədər  səma 
dənizində fırlana-fırlana yol gələn Yer kürəsinin gah Nuxa, gah da Şəki deyilən yerində 
iyul ayının 6-sı idi. Səhər-səhər dan ulduzu doğhadoğda  dünyaya daha bir oğlan uşağı 
gəlmişdi.  Bu, Güllü xanımın Hacı Lətif  kişiyə  oğlu Əbdüləlidən, qızları Hüsniyyə və 
Kubradan sonra bəxş etdiyi dördüncü övlad idi.    
             Hacı Lətif kişini səhər tezdən muştuluqlamışdılar. Uşağının üzünü görməsə də, 
ona elə gəlmişdi ki, dünyaya gələn körpə növbəti Tanrı payıdır. Tarağını Qarlı dağlara 
söykəyib duran Şəki kimi özünü arxalı hiss edən Hacı Lətif kişi güvəndiyi Əbdüləli ilə 
yanaşı bu körpənin də sürətlə böyüdüyünü, əslinə və nəslinə dayaq olduğunu təsəvvür 
etmiş,  heç  özü  də  bilmədən:  -Uşağın  adını  Əbdülməcid  qoyacağam,  çünki  “məcid” 
“əzəmətli” və “görkəmli” deməkdir- demişdi.  
            Əlbəttə  ki  Hacı  Lətif  kişi  də  başqaları  kimi  1916-cı  il  iyul  ayının  6-na  qədər 
dünyaya neçə görkəmli və neçə əzəmətli adamın gəlib getdiyini, bundan sonra da neçə 
görkəmli və neçə əzəmətli adamın gəlib gedəcəyini bilmirdi. Amma nədənsə ona elə 
gəlmişdi ki, onun uşaqları görkəmli uşaqlar olacaqlar.  
            Hacı  Lətif  kişi  bu  ərəfədə  47  yaşın  içrisində  idi.  Artıq  6  il  idi  ki,  iri  bir  ipək 
fabrikinə sahibkarlıq edirdi. Onun indiki Şəkinin Bağbanlar deyilən ərazisi qədər torpaq 
sahəsi və bağ-bağat içində gözəl bir mülkü var idi. Bağının bağbanlığını da özü edirdi. 
             Hacı  Lətif  kişi  “əslini  danan  haramzadə  olar”    fikriylə  yaşayan  bir  adam 
olduğundan  atası  dəyirmançı  Rəsul  kişidən  qalan  dəyirmanı  da  qorumağı  yaddan 
çıxarmamışdı. O, dəyirmançı Rəsulun ikinci oğlu idi.  Buna görə də, böyük qardaşını 
atası gözündə görür, onun bir sözünü iki etmirdi. Onun bu davranışı ailə üzvlərinə də 
sirayət etmişdi. 
            Hacı Lətif  kişi dörd il bundan əvvəl  Həcc ziyarətində olmuş, bu ərəfədə çox 
şey  öyrənmişdi.  Məkkəyə  qədər  yol  boyu  gördüklərini  yaddaşına  köçürmüşdü.  Hər 
şeydən  əvvəl  xristian  hökumətləri  ilə  müsəlman  hökumətlərinin  fərqini  gördükcə 
təəccüb etmişdi. Hökumətlər öz yerində, adamların arasındakı fərqlər isə onu lap çaş-


  

 
baş  salmışdı.  “Dilənçidən  dilənçiyə  pay  olmaz”  deyə-deyə  dilənçidən  də  pay  uman 
seyidlər, böyrü kəşküllü dərvişlər, nohə oxuya-oxuya gəzən veysəlqaralar, yollar uzunu 
ələm uzadıb nəzir yığan ələmdarlar, daha nə bilim kimlər Hacı Lətif kişiyə çox qəribə 
və anlaşılmaz görünmüşdülər. Çünki Nuhdan qalmış Nuxada belə şeylərə çox az təsadüf 
olunurdu  və  ya  heç  təsadüf  olunmurdu.  Bir  də  ki,  Hacı  Lətif  kişi  heç  yerdə  açıb 
ağartmadığı  bir  sirri  deməyə  məqam  və  etibarlı  həmsöhbət  axtarırdı.  Məqam  və 
həmsöhbət  qıtlığı  üzündən  çox  vaxt  özü-özüylə  danışırdı.  Həcc  ziyarəti  ərəfəsində 
zəvvarların Şeytana atmaq üçün daş yığmaları onu heyrətə gətirmişdi. Əgər  Şeytana 
daş atmaqla hər şey düzələcəkdisə, o zaman Hacı Lətif kişi Kiş çayının daşını yığıb 
gətirməyə  də  razı  olardı.  Bəlkə  də,  insanlar  ona  görə  Şeytana  daş  atırdılar  ki,    heç 
olmasa,  dünyanın  ən  müqəddəs  yerlərindən  birində  -  Məkkədə  Şeytan  olmasın. 
Bəyənilsin!..  
         Amma Hacı Lətif kişinin düşüncəsinə görə bəyənilməyən şeylər də var idi. Bu da 
ondan  ibarət  idi  ki,  bəzi  zəvvarlar  içlərindəki  şeytanları  nə  edəcəkdilər?  Qəlbindəki 
Şeytanı qovmadan Həcc  namazına durmağa dəyərdimi? Özü Allaha səcdəyə getdiyi 
halda, içində dimdik durub Allaha baş əyməyən Şeytanla birlikdə namaz qılan insanlara 
nə deyəsən?  
          Özünü şeytani duyğulardan, pis fikirlərdən qoruyan  Hacı Lətif kişi söbqi-təbii 
olaraq Həccə gələn zəvvarlardan da özünü qorumağa çalışırdı. Axı, oradakı zəvvarların 
çoxunun dindarlıq  pərdəsi altında gizlənən dinbaz-oyunbaz olmasını görən Hacı Lətif  
kişinin, az qala,  üzü sıyrılıb yerə düşürdü.  Allah adından danışıb şeytani işlər görən, 
namaz vaxtı qarşısında  səcdədə olan din qardaşının qurşağını əlindəki  ülgüclə kəsib 
pulunu və əşyasını götürən zəvvarların da olduğunu eşidəndə Hacı Lətif  kişinin daha 
deməyə  sözü  qalmamışdı.    Allaha  layiq  bəndə  olmağın  nə  qədər  çətin  olduğunu 
düşündükcə  Hacı Lətif  kişinin canına üşütmə düşürdü. 
            Ona əziyyət verən başqa şeylər də var  idi... Onun baramasını İtaliyaya və başqa 
ölkələrə  aparıb  satan,  gətirib  pulunu  tam  halallıqla  özünə  çatdıran  Törə  Salamın 
danışdıqlarının təsiri ilə Hacı Lətif  kişinin təsəvvüründə  yaratdığı cənnət hər addımda 
uçulub tökülürdü. Ona elə gəlirdi ki, İranda, İraqda və  Ərəbistanda da Törə Salamın 
təsvir etdiyi İtaliyadakı Roma və Venetsiya, Fransadakı Lion və Marsel kimi şəhərlərə 
bənzər şəhərlər olacaqdır. Çox-çox təəssüflər olsun ki, buradakı qədimliyin kölgəsində  
müasirlik zorla gözə dəyir və ya da görünməz olaraq qalırdı. Bir çox məqamlarda isə ən 
möhtəşəm  qurğular  qədim  dövrlərdən  qalma  əzəmətli  binaların  uçuq  divarları  idi. 
Burada Törə Salamın Peterburq, Moskva xatirələrindən görünən  örtüsüz və çadrasız 
qadınlar da görünmürdü. Burada qadın da, qadın dünyası da, hətta, qadına qarşı kişi 
niyyətləri də örtük altında idi. Küçələr toz-torpaq, əhali cır-cındır içində itib batmışdı.  
        Nuxa ilə müqayisədə ərəb şəhərləri çox geridə qalmışdı. Müsəlman ərəblər buxar 
mühərriklərindən və elektrik enerjisindən tamamilə bixəbər idilər. Allaha açılan əl kimi 
səmaya tuşlanan minarələrdən ucalan azan səsləri də müsəlmanları qəflət yuxusundan 
oyada bilməmişdi. Necə olmuşdu ki, bu boyda  müsəlman dünyası birdən-birə ulquza 
getmişdi?    Hacı  Lətif  kişi  anadan    olmuşdu  ki,  fikirləşirdi,  fikirləşirdi,  elə  hey 
fikirləşirdi...  
         Hacı Lətif kişi arxadan gələn səsə çevrildi. Səs evin qulluqçusunun səsi idi. Onu 
səhər yeməyinə çağırırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə