1 Virus infeksiyasının sitolitik formaları səciyyəvidir: A. Latent infeksiya üçün B. Abortiv tip üçün C.İnteqrativ tip üçün D. Lizogeniya tip üçün E. Produktiv tip üçün 2



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix18.05.2018
ölçüsü0,8 Mb.
#44662
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

289

 Müəyyən ekosistemin daimi sakinləri olmaqla, orada həmişə 

rast gəlinən mikroorqanizmlər:

A. Alloxton

B. Zimogen

C.  Autoxton

D. Antaqonistlər

E. Parazitlər



290

 Neytralizm zamanı baş verir:

A. Bir mikroorqanizm digərindən qida mənbəyi kimi istifadə 

edir


B. Simbiozlar bir-birinə heç bir təsir göstərmir

C. Bir mikroorqanizm digərinin inkişafını dayandırır

D. Bir mikroorqanizm digərinin inkişafına şərait yaradır

E. Mikroorqanizmlərdən biri digərinin həyat fəaliyyəti 

məhsullarından istifadə edir

291

 Torpağın sanitar göstəricisini hansı mikroorqanizmlər təmsil 

edir:

A. E.coli, Cl.tetani



B. E.coli, Cl.perfringens

C.Cl.tetani, Cl.perfringens

D. St.aureus, Cl.perfringens

E. C.botulinum, E.coli



292

 Torpağın sanitar mikrobioloji müayinəsində təyin edilmir:

A. 1 q torpaqda olan bakteriyaların ümumi sayı

B. Sanitar göstərici mikroorqanizmlərin titri

C.1 q torpaqda olan termofil bakteriyalar

D. Epidemioloji göstəricilər zamanı patogen mikroorqanizmlər

E. 1 q torpaqda sulfatreduksiyaedici bakteriyaların sayı

293

 Aşağıdakı üsullardan hansı havanın mikrobioloji müayinəsi 

üçün istifadə edilir:

A. Sedimentasiya üsulu

B. Disk diffuziya üsulu

C. Sekvenləşdirmə üsulu

D. Molekulyar hibridləşdirmə üsulu

E. Mikroinyeksiya üsulu



294

. Bu mikroorqanizmlərin hansı bitkilərdə xəstəlik törətmir:

A. Claviceps purpurea

B. Pseudomonas fluorescens

C. Erwinia herbicola

D. Aspergillus 

E. B.meliteksis



295

 Aşağı tənəffüs yollarının normal mikroflorasının vəziyyəti:

A. Yalnız aeroblara rast gəlinir

B. Yalnız anaeroblara rast gəlinir

C. Göbələklərə rast gəlinir

D. Aktinomisetlərə rast gəlinir

E. Mikroorqanizmlərə rast gəlinmir

296

 Helicobacter pylori təsadüf edilir:

A. Mədənin mikrobiotasında

B. Dərinin mikrobiotasında

C. Gözün selikli qişasında

D. Aşağı tənəffüs yollarında

E. Cnsiyyət üzvlərində

297

 «Mukoz» mikrobiota adlanır:

A. bağırsağın möhtəviyyatının mikrobiotası

B. Ağız boşluğu selikli qişası mikrobiotası

C. Bağırsağın selikli qişası və onu əhatə edən seliyin 

mikrobiotası

D. Sidik-cinsiyyət üzvlərinin mikrobiotası

E. Dəri mikrobiotası



298

 Disbakterioz zamanı baş verir:

A. Normal mikrofloranın tərkibinə daxil olan bakteriyaların 

tərkibində davamlı kəmiyyət və keyfiyyət dəyişiklikləri; 

B. Normal mikrobiotanın tərkibindəki mikroorqanizmlərin 

arasındakı davamlı kəmiyyət və keyfiyyət dəyişikliyi;

C. Yalnız mukoz mikrobiotanın kəmiyyət və keyfiyyət 

dəyişikliyi;

D. Normal mikrobiotanın tərkibindəki göbələklərin kəmiyyət 

dəyişikliyi;

E. Normal mikrobiotanın tərkibindəki ibtidailərin kəmiyyət 

dəyişikliyi



299

 Eubiotiklər kimi istifadə edilmir:

A. Enterokoklar

B. Bifidobakteriyalar

C. Laktobakteriyalar

D. Bağırsaq çöpləri

E. Aktinomisetlər

300

 Azotlu üzvi birləşmələr mikroorqanizmlərin iştirakı ilə 

amonium birləşmələrinə və amonyaka çevrilir ki, bu proses 

adlanır:


A. Ammonifiksasiya

B. denitrifikasiya

C. Nitrifikasiya

D. Sterilizasiya

E. Seqmentasiya



301

 Mezofil mikroorqanizmlər üçün maksimal temperatur nə 

qədərdir:

A. 45C                                                                                                                             

B. 70C                                                                                              

C.10C                                                                                                                    

D. 6C                                                                                                  

E.34C


302

 Psixrofil mikroorqanizmlər üçün optimal temperatur nə 

qədərdir:

A. 6-20C                                                                                                 

B. 34-37C                                                                                                                                                                                                                               

C. 50-60C                                                                                                               

D. 0-6C                                                                                                                                

E. 70-75C



303

 Quru istiliklə sterilizasiya edilir:

A. Laboratoriya qabları

B. Vaksinlər

C. Zərdablar

D. Vitaminlər

E. Termolabil maye məhsulları

304

 İnsan orqanizminin müxtəlif nahiyələrindən, eləcə də 

yaralardan mikroorqanizmləri kənarlaşdırmaq üçün tətbiq 

edilən tədbirlər kompleksi:

A. Aseptika

B. antiseptika

C. Sterilizasiya

D. Kultivasiya

E. Dezinfeksiya

305

 Dezinfeksiyaedici kimi istifadə edilmir:

A. Fenol

B. Trikrezol

C. Xlor

D. Xloramin



E. İnterferon

306

 Boyaların mikrob hüceyrəsinə təsiri əsaslanır:

A. Mikrob zülalının koaqulyasiyasına səbəb olur

B. Oksidləşdirici təsir edir

C. Səthi gərilmə qüvvəsini zəiflədir

D. Fermentləri denaturasiya edir

E. Mikrob hüceyrəsinin strukturları ilə kompleks birləşmə 

əmələ gətirir və onların inkişafını dayandırır




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə