167
Gen «işləmir»:
A. Transkripsiya baş verdikdə
B Respressor zülalla gen birləşmiş halda olduqda
C. Respressor zülalla gen birləşmir
D. Transkripsiya blokada halında olduqda
E. RNT polimerazanın struktur genlə birləşməsinin təmir
edilməsi
168
Spontan mutasiya baş verir:
A. Heç bir mutagenin təsiri olmadan
B. Mutagenin təsirindən
C. Kimyəvi maddələrin təsirindən
D. Şüaların təsirindən
E. Alkilləşdirici amillərin təsirindən
169
Xromosom mutasiyaları baş vermir:
A. DNT zəncirinin ayrı-ayrı fraqmentlərində
B. Bir genin daxilində
C. Delesiya zamanı
D. İnversiya zamanı
E. Duplikasiya zamanı
170
DNT zəncirində nukleotid cütlərinin itirilməsi, yaxud əlavə
olunması kodonların ardıcıllığının dəyişilməsinə, bu da onların
transkripsiya ardıcıllığının dəyişilməsi adlanır:
A.Freymşift
B.Delesiya
C.İnversiya
D.Duplikasiya
E.Şərti-letal mutasiyalar
171
Rekombinasiya prosesində resipient hüceyrənin çevrilməsi
adlanır:
A. Rekombinant
B. Donor
C.İS elementi
D. Meroziqota
E. Aukostrat mutantlar
172
Abortiv transduksiyada baş vermir:
A. Faq-la gətirilmiş DNT fraqmenti resipient hüceyrənin
xromosomu ilə birləşmir
B. DNT fraqmenti resipient hüceyrənin sitoplazmasında
sərbəst qalır
C. Resipient hüceyrə bölünərkən DNT fraqmenti qız
hüceyrələrdən ancaq birində qalır
D. DNT fraqmenti hər iki qız hüceyrəsinə ötürülür
E. DNT fraqmenti öz irsi informasiyasını reallaşdıra bilər
173
Virusların genomunun xarakteristik xüsusiyyətinə aid deyil:
A. Neqativ genomlu (-RNT) virusların genomu infeksion
xassəyə malikdir
B. Pozitiv genomlu (+RNT) virusların genomu infeksion
xassəyə malikdir
C. RNT tərkibli virusların genomu seqmentləşmiş, yaxud
seqmentləşməmiş olur
D. Virusların genomu ancaq bir nuklein turşusundan – ya
DNT, ya da RNT-dən ibarətdir
E. Neqativ genomlu (-RNT) virusların genomu infeksion
xassəyə malik deyil
174
Yad DNT fraqmentini resipient hüceyrəyə keçirən agent:
A. Restuktaza
B. Vektor
C. Hibrid
D.Bakterosin
E. Liqaza
175
Virusların mutasiya vahidi:
A. Vektor
B. Muton
C. Restrikt
D. Kosmid
E. Bakteriosin
176
Restriktazaların təsirindən alınmış DNT molekulu
fraqmentləri:
A. Plazmidlər
B. Restriktlər
C. Faqlar
D. Liqazalar
E. Vektor
177
Operon ibarət deyil:
A. Plazmidi
B. Requlyator gen
C. Promator sahə
D. Operator nahiyə
E. Struktur gen
178
Requlyator genin funksiyasına aiddir:
A. Promator RNT polimerazanın tanıdığı nukleotid
ardıcıllığından ibarət olub, tərkibindəki «S» amil promotor
sahəyə spesifik birləşməni təmin edir;
B. Operator nahiyənin DNT-nə çox yüksək uyğunluğa malik
repressor zülalın sintezini kodlaşdırır;
C. Bakteriya xromosomunu mobilləşdirir, onun digər
hüceyrəyə keçməsini asanlaşdırır;
D. Konkret zülalın quruluşu haqqında məlumat daşıyır;
E. Dissosiya törədir
179
Plazmidilərin xüsusiyyətinə aid deyil:
A. Xromosomdan kənar kiçik DNT molekulu
B. Xromosomdan asılı olmayaraq çoxalır
C. Ancaq xromosomda çoxalırlar
D. Bir bakteriyadan digərinə ötürülür
E. Qapalı həlqə və xətti formada olur
180
Genotipin fenotipdə təzahürü adlanır:
A. Nonsens
B. İnversiya
C. Freymsift
D. Ekspresiya
E. Delesiya
181
DNT zəncirinin bir neçə nukleotid cütündən ibarət müəyyən
hissəsinin itirilməsi:
A. İnversiya
B. Duplikasiya
C. Misens
D. Nonsens
E. Delesiya
182
DNT zəncirinin bir neçə nukleotid cütündən ibarət müəyyən
hissəsinin 180 dönərək çevrilməsi:
A. İnversiya
B.Duplikasiya
C. Delesiya
D. Misens
E. Nonsens
183
Letal mutasiyalar baş verir:
A. Mikroorqanizmlərdə həyati əhəmiyyətə malik fermentin
sintezi qabiliyyətinin itirilməsi;
B. Mikroorqanizmlərdə həyati əhəmiyyətə malik amin
turşusunun sintez qabiliyyətinin itirilməsi;
C. DNT zəncirinin bir neçə nukleotid cütlüyünün müəyyən
hissəsinin 1800 dönərək çevrilməsi;
D. DNT zəncirinin nukleotid cütündən ibarət müəyyən
hissəsinin itirilməsi;
E. Mikroorqanizmlərdə boy amillərinin sintezinin itirilməsi
184
Genetik materialın bakteriofaqlar vasitəsilə donor hüceyrədən
resipientə ötürülməsi:
A. Transduksiya
B. Transformasiya
C. Konuqasiya
D. Şərti letal mutasiya
E. Nonsens
185
Donorun genetik materialın (DNT-nin) heç bir vasitə olmadan
birbaşa resipient hüceyrəyə ötürülməsi:
A. Transformasiya
B. Qeyri-spesifik transduksiya
C. Spesifik transduksiya
D. Konuqasiya
E. Abortiv transduksiya
186
Genetik materialın donordan resipientə bilavasitə təmas
vasitəsi ilə ötürülməsi:
A. Konuqasiya
B. Abortiv transduksiya
C. Transformasiya
D. Dissosiasiya
E. İnversiya
187
S koloniyaların xüsusiyyətinə aiddir:
A. Bulyonda çöküntü əmələ gəlir
B. Koloniyalar hamar, bulyonda bulanıqlıq əmələ gəlir
C. Flaqellalar olmaya bilər
D. Biokimyəvi xassələri zəifdir
E. Koloniyalar adətən xəstəliyin xroniki formalarında təcrid
olunurlar
188
İnfeksion prosesin baş verməsi üçün lazım olan şərt:
A. patogen mikroorqanizm
B. patogen mikroorqanizm, həssas makroorqanizm
C. həssas mikroorqanizm, ətraf mühit şəraiti
D. ətraf mühit şəraiti, patogen mikroorqanizm
E.patogen mikroorqanizm, həssas makroorqanizm, ətraf mühit
şəraiti
189
Şərti patogen mikroorqanizmlərin xüsusiyyətinə aid deyil:
A. ancaq müəyyən şəraitdə xəstəlik törədir
B. insanın normal mikroflorasının nümayəndələridir
C. xəstəlik törətmə xüsusiyyəti simbiont münasibətlərin
pozulmasıdır
D. şərti patogen mikroorqanizmlərin xəstəlik törətmə
qabiliyyəti sahib hüceyrənin vəziyyətindən asılıdır
E.insan və heyvan orqanizmində komensial kimi yaşayırlar
Dostları ilə paylaş: |