1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə14/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   10   11   12   13   14   15   16   17   ...   256

 

36

zim bu mövzunu, yəni müdafiə və təhlükəsizlik sektorunda əmək bölgüsu aparmağı 



anlatmaq üçün biz müdafiə  və  təhlükəsizlik sektoruna ayrı-ayrı baxmaqda davam 

edəcəyik, lakin təhlükəsizlik sektorunun dörd  kateqoriyaya  müdafiə, polis, kəşfiy-

yat xidmətləri və sərhəd idarəciliyinə ayrılmasını da qəbul edəcəyik. 

Baxmayaraq ki, təhlükəsizlik və müdafiə sahələri tez-tez fərqli və ayrı sayılır, 

reallıqda isə onlar ya bir-birini örtür ya da birləşirlər. İnkişaf etməkdə olan və ya 

kasıb ölkələrdə və hətta dağılan və ya baş tutmamış ölkələrdə  şəxsı heyətin tapşı-

rıqları və kateqoriyaları qaranlıq qalır. Bu ölkələrdə dövlət yerli əhalinin təhlükə-

sizlik ehtiyaclarını ödəyə bilmədiyi halda statusu olmayan qüvvələr  meydana gə-

lir və onlar cəmiyyətin təhlükəsizlik maraqlarına uyğun olmayan və qanunverici-

likdə  əksini tapmayan rolları öz  əllərinə alırlar. Eynilə, partizan qüvvələri və 

özəl hərbi qüvvələr hərəkətə keçə bilər və dövlət hakimiyyətini təhdid edə bilər. 

Alternativ olaraq, dövlət təhlükəsizliyin təminini  özəl hərbi və təhlükəsizlik fir-

malarının ixtiyarına verə bilir və ya xarici özəl kontraktorlardan islahat köməyi 

ala bilər. Bütün bu hallarda, Təhlükəsizlik Sektoru İslahatı statusu olmayan təhlü-

kəsizlik qüvvələrini nəzərə almalıdır. Onların mövcudluğu, dövlətin güc işlətmə 

monopoliyasına və dövləti və onun vətəndaşlarını qorumaq imkanlarına maneələr 

yarada bilər və ya de fakto olaraq dövlətin təhlükəsizliyini təmin etmək məsuliy-

yətini öz üzərinə ala  bilər.  

 

Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü 

 

Əmək bölgüsünün tərifləri həddən artıqdır. Ümumilikdə, əmək bölgüsü son nə-

ticənin maksimum məhsuldarlığı üçün görüləcək işin spesifik, məhdud tapşırıqlara 

bölünməsidir, xüsusilə də istehsalat kontekstində baxıldıqda və ya hər hansi görülə-

cək işlərin və funksiyaların ixtisaslaşması fonunda. 

Hökümət və dövlət daxilində  əmək bölgüsu aparmağın çoxlu sayda səbəbləri 

vardır. Bunların arasında ən mühümü demokratiyanın tələbi olan dövlətin müxtəlif 

təsisatları arasında  hakimiyyətin optimal tarazlı bölünməsini təmin etməkdir, xüsu-

silə də müdafiə və təhlükəsizlik sahəsində, çünki hər ikisi dövlətin zora nəzarət et-

mək və zor işlətmək üçün əlində monopoliyada olan alətdir. Demokratk proseslərin 

getməsini təhlükədə qoya bilən başqa bir güclü və ya hakim mövqe tutan və nüfuz-

lu digər təşkilat ola bilməz. Hakimiyyətin daha yaxşı tarazlığını saxlamaq üçün iki 

ilkin  şərt zəruridir: görülən işlərdə  məsuliyyətin aydın surətdə bölünməsi və xid-

mətlərin təmin edilməsi və aydın müəyyən edilmiş hesabatlılıq öhdəlikləri. Bu hal-

da həyata keçiriləcək işlərin həm bir- birini örtməsi və həm də büdcələmədə, resurs 

ayrılmasında və fəaliyyətdə çatışmazlıqlar aradan qaldırılır. Bu baxımdan, məsuliy-

yətin və öhdəliklərin birqiymətli olaraq bölünməsi, görüləcək işlərin daha səmərəli 

və daha məhsuldar icra edilməsinə möhkəm təməl yaradır.Eyni zamanda, təsisatla-




 

37

rın fəaliyyətini və şəffaflığını artırır və təşkilatı peşəkarlılığa sövq edir və bu da öz 



növbəsində uzun zaman davam edən çatışmazlıqları aradan qaldırmağa kömək 

olur. 


Əmək bölgüsü faktiki olaraq “qaydalar yığnağıdır”: qaydalar demokratik ölkədə 

işlərin necə getdiyini və onlar necə planlaşdırıldığını,təşkil  olunduğunu və nəzarət 

edildiyini təsvir edir. Futbol oyunu da qaydalar yığnağıdır: xokkey də, beysbol da, 

basketbol və reqbi də onun kimi. Bu qaydalar bizə oyunda hesabı tutmağa imkan 

verir, hansı oyunun ədalətsiz olduğunu və hər kəsə həm sahədə və həm də kortda 

özünü necə aparmasını izah edir. Bu qaydalar yığnağı da fərqlidir:heş kim basket-

bol oyununu futbol qaydaları ilə başlaya bilməz və ya əksinə. Hər hansi qaydalar 

yığnağı ilə hərəkət etmək oyunun xaosa sürüklənməsinin qarşısını almaq deməkdir. 

Ona görə də hakim olur və o qaydaları tətbiq edir və hər kəs bu qaydalar əsasında, 

uğur üçün şans əldə edir. Daxildə və beynəlxalq  münasibətlərdə də müdafiə, təhlü-

kəsizlik, münaqişə və zorakılıqla baqlı qaydalar müəyyən edilmişdir, məsələn,bey-

nəlxalq humanitar qanunu və ya insan hüquqları qanunu. Milli təhlükəsizlik sahəsi 

eynilə başqa müəsisə kimi, qaydalarla doludur və fərqlidir və həm vertikal, həm də 

üfiqi istiqamətdə gedən əmək bölgüsünə tətbiq edilə bilir. 

Müdafiə  və  təhlükəsizlik sektorunda əmək bölgüsü ilə bağlı fikir formalaşdır-

maq üçün çoxlu sayda cəhətlər vardır.İrəlidə bunların dörd hal kontekstində necə 

həyata keçiriləcəyini görəcəyik: (1) dövlət təşkilatının strukturları içərisində; (2) 

dövlətin içərisində; (3) dəyişən vəziyyətdə; və (4) AB daxilində sərhəd təhlükəsizliyi 

üçün.  Əmək bölgüsü üçün fərqli imkanlar olduğundan, biz Avropa və Amerikda 

terrorizmə qarşı aparılan mübarizədə yanaşmaların fərqlərinə baxacağıq. 

 

Müdafiə  və  Təhlükəsizlik Sahəsində  Əmək Bölgüsü Dövlət Təşkilatının 



Strukturları İçərisində 

 

Demokratik ölkələrdə, bütün hökümət tədbirləri və bütün hökümət idarə və təş-

kilatlarının işləri, o cümlədən müdafiə və təhlükəsizlik sektorunun bütün orqanları 

və qüvvələri həm qanuni, həm də legitim olmalıdırlar. Bunu təmin etmək üçün yax-

şı idarəçiliyin prinsipi kimi demokratik hakimiyyət və nəzarət olmalıdır. Demokra-

tik hakimiyyət və nəzarət, müdafiə və təhlükəsizlik sektorunu çox-subyektli, çox- 

pilləli konsepsiya əsasında idarə edən sistemi özündə ehtiva edir. Buraya dövlətə 

nəzarət edən organlar, məsələn, icraedici, qanunverici, məhkəmə  və başqa nəzarət 

mexanizmləri daxildir. Və o müdafiə və təhlükəsizlik təşkilatlarında siyasi hesabat-

lılığı və şəffaflığı təmin etməyə niyyətlənmiş bir sıra səciyyəvi sənədlərdən faydala-

nır.Bu sənədlərə konstitusiya prinsipləri, qanuni qaydalar, institutlaşmış  qərar və 

qətnamələr və həmçinin, bir tərəfdən, müdafiə və təhlükəsizlik orqanlarının müxtə-

lif qolları arasında işgüzar münasibətləri aşılamaq üçün daha geniş tədbirlər və di-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə