1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə2/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   2   3   4   5   6   7   8   9   ...   256

 

5

Giriş sözü 



 

2004- cü ilin İyununda NATO-nun İstanbul Sammitində Müdafiə  Təsisatlarının 

Qurulması ilə bağlı Tərəfdaşlıq Fəaliyyət Planının (Partnership Action Plan on Defence 

Institution Building,PAP-DIB)  başladılması,Qafgazlar və Orta Asiya ölkələrində hərbi 

təsisatların daxili ehtiyaclarını və beynəlxalq öhdəliklərini həyata keçirmək üçün apa-

rılmalı olan islahatlara yardım məqsədi güdürdü.  PAP-DIB Qafgazlar, Orta Asiya və 

Moldovadakı hökümətlərin NATO və tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparmasına 

xidmət edir və bu ölkələrin vətəndaşları və hökümətləri üçün Avro-Atlantik məkanın 

təsisatları ilə yaxın əlaqələr qurmağa imkanlar yaradır. 

Şəxsən mən bu bölgələr üçün xüsusi hazırlanmış tərəfdaşlığın inkişaf etdirilmə-

sinə çox sevinirəm və bu işdə maraqlı olan yeni Tərəfdaşlarla əməkdaşlıq etməyi 

səbirsizliklə gözləyirəm. Mən bu yeni başlanmış  təşəbbüsə çox inanıram və arzu 

edirəm ki, bu yeni təşəbbüs bu bölgələrə daha çox fayda gətirsin. 

Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə  Mərkəzini 

(DCAF)və Landesverteidigungsakademie(LVAK) Sülh Naminə  Tərəfdaşlıq proq-

ramı üzrə əvvəllər də çoxlu sayda bilikverici proqramlarda birgə çalışmışlar. Birgə 

çap olunan bu kitab ( bu kitabın bir neçə dillərə də tərcümə edilməsi nəzərdə tutu-

lur) yeni bir əməkdaşlığın nişanəsidir. 

General Raymond Şittenhelm, Komandan  

Milli Müdafiə Akademiyası, Vyana 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

6

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

7

Ön söz 



 

NATO-nun İstanbul Sammiti Avro- Atlantik Tərəfdaşlıq Şurası Üzv Ölkələrinin 

səmərəli və  məhsuldar dövlət müdafiə  təsisatlarının mülki və demokratik nəzarət 

və rəhbərlik altında olması fikrini bir daha təsdiq etmişdir. Müdafiə Təsisatlarının 

Qurulması ilə bağlı Tərəfdaşlıq Fəaliyyət Planı (PAP-DİB) Tərəfdaşlara islahatlar 

təşəbbüsləri irəli sürmək və həyata keçirmək və müdafiə təsisatlarında struktur də-

yişiklikləri aparmaq üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi və  Təhlükəsiz-

liyin Siyasi-Hərbi Aspektləri haqda ATƏT-in Davanış Kodeksi əsasında səylərini 

güçləndirmək üçün irəli sürülmüşdür. NATO –nun Qafgazlar, Orta Asiya və Mol-

dovaya yetirdiyi xüsusi diqqətə görə, bu tərəfdaşların PAP-DİB –lə bağlı məsələ-

lərlə  də əməkdaşlıq etmələri xüsusilə arzu olunur.  

PAP-DİB


1

- Sülh Naminə Tərəfdaşlığın bölünməz hissəsi kimi- müdafiə və təh-

lükəsizlik sahələrində demokratik təsisatlarin qurulmasının aşağıdakı aspektlərini 

həyata keçirməyə yönəlmişdir: 

•  Müdafiə tədbirləri üzərində səmərəli və şəffaf demokratik nəzarətin inkişaf 

etdirilməsi( o cümlədən, uyğun qanunvericilik); 

•  Müdafiə  və  təhükəsizlik siyasətinin inkişaf etdirilməsində  mülki iştirakın 

təşviq edilməsi üçün səmərəli və şəffaf demokratik prosedurların təkmilləşdirilmə-

si; 

•  Müdafiə sektoru üzərində səmərəli və şəffaf qanunveriçi və hüquqi nəzarə-



tin inkişaf etdirilmsi; 

•  Təhlükəsizlik risklərini və milli müdafiə tələblərini qiymətləndirmək üçün 

səmərəli və şəffaf tədbirlərin və prosedurların inkişaf etdirilməsi

•  Müdafiə nazirliklərini  və idarələrini və güc strukturlarının  idarə etmək 

üçün ,o cümlədən  idarələr- arası əməkdaşlığı optimallaşdırmaq üçün səmərəli və 

şəffaf tədbirlərin inkişaf etdirilməsi

•  Müdafiə sektorunda qəbul edilmiş beynəlxalq normalar və praktikalara ri-

ayət etmək üçün səmərəli və şəffaf tədbirlərin və praktikaların inkişaf etdirilməsi; 

•  Silahlı qüvvələrdə səmərəli və şəffaf kadr strukturlarının və insan ehtiyat-



larının idarəedilməsi praktikalarının inkişaf etdirilməsi; 

                                                            

1

 PAP-DİB-lə bağlı ətraflı izahat xanım Suzan Pondun Eden Cole və Filip Fluri ilə birgə 



DCAF-da nəşr olunan yazısında vardır, Müdafiə  TəsisatlarınınQurulması:“Müdafiə 

Təsisatlarıın Qurulması ilə bağlı  Tərəfdaşlıq Fəaliyyət Planı (PAP-DİB) Qafgazlar və 

Moldova” üzrə 25 Aprel 2005- ci ildə Tbilisidə keçirilən regional konfransda təqdim edilən 

çıxışlar, LVAK Vyana,2005. İnformasiya, həmçinin, DCAF-ın website-de də vardır: 

http://www.dcaf.ch/publications/defenceinstitution_conf_tbilisi.cfm?nav1=4&nav2=2 

 



 

8

•  Müdafiə sektorunda səmərəli və şəffaf maliyyə,planlaşdırma və ehtiyatlar 



ayrılması prosedurlarının inkişaf etdirilməsi; 

•  Müdafiə xərclərinin səmərəli, şəffaf və iqtisadi cəhətdən işlək idarə edilmə-

sinin inkişaf etdirilməsi; 

•  Müdafiə və təhlükəsizlik məsələlərində səmərəli beynəlxalq əməkdaşlıq və 

yaxşı qonşuluq münasibətlərini təmin etmək üçün səmərəli və şəffaf tədbirlərin in-

kişaf etdirilməsi;  

Demokratik Təhlükəsizlik Sektoru İdarəciliyi məsələləri üzrə 46 ölkədə ən yax-

şı təcrubələri həyata keçirən və təşviq edən beynəlxalq fond olaraq Silahlı Qüvvələr 



üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi İsveçrə qanunlarına uyğun  qu-

rulmuş və İsveçrə höküməti tərəfindən NATO Beynəlxalq İdarəsi, NATO üzvləri 

və tərəfdaş ölkələr və onların uyğun təşkilatları ilə Müdafiə  Təsisatlarının Qurul-

ması ilə bağlı  Tərəfdaşlıq Fəaliyyət Planının (PAP-DİB) yerinə yetirilməsi üzrə 

əməkdaşlıq etmək şərəfinə layiq görülmüşdür. Özünün beş illik mövcudluğu ərzin-

də bu Mərkəz faktiki olaraq  PAP-DİB –in bütün sahələri üzrə yüksək təcrübə qa-

zanmış və isbat etmiş və indi isə qazandığı öz təcrübəsini paylaşmağa və tərəfdaş 

təsisatların təcrübə və bacarıqlarını PAP-DİB prosesinə tətbiq etməyə hazırdır.    



 

Filip H. Fluri Ph.D  

DCAF-ın Direktor Müavini 

   

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə