575
dia,bütün peşəkarlar üçün daha mürəkkəb mühitə çevrilmişdir,həm ictimaiyyət-
lə,həm də çoxlu informasiya kanalları ilə işləmək baxımından. Bukur-Markunun bu
cür sıx təsvir etdiyi kimi, informasiya ilə köklənmiş indiki dünyada,
Ənənəvi olaraq adi hal kimi qəbul edilən müdafiə məsələlərinin indi artıq qa-
nunauyğunluğu,məhsuldarlığı və hətta mənəviyyata uyğun olub –olmaması sual
olunur. Yaşadığımız informasiya erasının ən yaxşı görünən ifadəçisi olan İnter-
net,gizli və həssas olmayan informasiyaları mürəkkəb formada təşkil olunmuş ar-
xivlərdə informasiya “qazma”-ğa üzun zaman və səy sərf etmədən geniş ictimaiy-
yətə çatdırmaq potensialı vardır.
Müdafiə məsələri üzrə informasiya siyasətini müəyyən edərkən,Bukur –Marku
media rəsmilərinin iki rəqabətli funksiyasını müqayisə edir: ictimai informasiya və
ictimai əlaqələr.Kiçik səhv riski ilə, birinci hal, informasiyanın dövlət adamları və
dövlət təsisatları təərfindən yayılmasıdır. İkinci isə,ictimaiyyəti xüsusi məqsəd və
vasitələrələ məlumatlandırmaqdır. İnformasiya siyasətinin aydın şəkildə ifadə olun-
ması, tez-tez narahat olan ictimaiyyət qarşısında məsul olan dövlət rəsmiləri üçün
ən mühüm tapşırıqlardan biri olaraq qalır. Buna geniş məna vermək üçün Bukur-
Marku onu əlaqələndirir,
“İctimai informasiyanın həm məqsədlərini,həm də vasitələrini bəyan etmək
üçün və müdafiə strukturları çərçivəsində ictimai informasiya və digər informasiya
fəaliyyətləri arasında sərhədləri aydın müəyyən etmək üçün informasiya siyasəti tə-
ləb olunur.Bu cür təşkilati roldan başqa,informasiya siyasəti,Müdafiə Nazirliyinin
yaydığı informasiyanın keyfiyyətinə və həqiqətcil olmasına olan ictimai inamın ar-
tması üçün güclü alət rolunu oynayır. Konsepsiya kimi, informasiya siyasətinə, in-
formasiya resurslarının,infrastrukturlarının və təsisatlarının inkişaf etdirilməsi və
idarə edilməsi üçün bir çərçivə kimi baxıla bilər”.
Praktiki olaraq,informasiya siyasəti vahid sənəd formatında və ya çoxsaylı sə-
nədlər şəklində ola bilər,lakin hər iki halda,o,başlıca prinsipləri bəyan etməlidir,o
cümlədən: açıqlanmalı və ya gizlədilməli informasiyanın növləri; informasiyaya çı-
xış;və bu müraciətlərə rəsmi cavablar.
• İctimai İnformasiyanın Strateji Əhəmiyyəti
İş dünyasında,hökümətdə,elmi və şəxsi istiqamətdə bütün yaxşı qərarlar, fun-
damental olaraq yaxşı informasiyaya arxalanır. Bukur Marku hesab edir ki, müdafi-
ə strukturları,özlərinin təsdiq etdikləri informasiyaların mühüm siyasi,iqtisadi və
sosial əhəmiyyətə malik strateji milli resurs olduğunun qəbul etməlidirlər. Bunun
qəbul edilməsi ilə bir neçə məsuliyyət də ortaya çıxır. Birincisi, müdafiə məsələləri
üzrə ictimai informasiyanın strateji əhəmiyyətinin rəsmi qəbul edilməsi siyasi öh-
dəlik olub, ictimaiyyət üçün müdafiə məlumatlarının istehsalı, toplanması,saxlan-
576
ması və yayılması sahəsinə səmimi yanaşmadır və bu proseslərdə təşkilati səylərə
və həmçinin,kadrlar və maliyyə resurslarına yatırım qoymaqdır. İkincisi, gəlir gəti-
rən biznesin məntiqinə görə, informasiyanın idarə olunmasına qoyulan xərclər baha
başa gəlsə də, iqtisadi baxımdan qazanc həmişə yüksək olmalıdır. Üçüncü, müdafiə
məsələlərinin demokratik ölkələrdə sosio-siyasi təbiətinə görə, daha yaxşı məlu-
matlı ictimaiyyət müdafiə siyasəti dəstəkləməyə daha hazır olacaq.Nəhayət,ictimai
informasiya strateji varlıq olduğundan,sağlam, yaxşı idarəçilikdə marağı olan bütün
dairələrin müdafiə məsələləri ilə bağlı müvafiq informasiyalara strateji çıxışları
olmalıdır.
• İnformasiya Siyasəti Modeli
Hər bir ölkəyə xidmət edən ayrıca model yoxdur.Əvəzində,informasiya siyasə-
ti, hüquqi məhdudiyyətlərdən,parlamentarlardan,yerli və beynəlxalq mülki cəmiy-
yət üzvlərindən və müdafiə strukturlarından gələn rəqabətli fikirləri bir yerə yığma-
lıdır. Bu baxımdan,ümid edilən ən yaxşı siyasət, bu rəqabətli tələbləri təmin etmək
üçün normativ dəyərlər və prinsiplər üzərində qurulmuşdur. Məsələn, informasiya
modeli siyasəti,həm informasiyanı yaradana (müxtəlif hərbi idarələr),həm də isteh-
lakçıya(ictimaiyyət) xidmət etməlidir.Digər tərəfdən.informasiya siyasəti,hərbi
strukturların,budcələr və fəaliyyətlərin başa düşmək üçün ictimaiyyətin biliklərini
elə artırmalıdır ki,onlar informasiya istəmək və informasiyaya giriş əldə etmək im-
kanında olsunlar. Toplam olaraq,ictimaiyyət,istədiyi informasiyanı almaq üçün nə
qədər bu bürokratik qarışıqlıqdan asan keçərsə, o zaman bu prinsip də demokratiya
ilə uyğun olar.
• Informasiya Siyasəti Quranda Şəffaflığın və Gizliliyin Tarazlaşdırılması
Şəffaflığın və gizliliyin tarazlaşdırılması tələbinin qiymətləndirilməsini təzələ-
yərək,Bukur Marku hesab edir ki, müdafiə strukturları ancaq həssas məsələlərin ic-
timai nəzarətdən kənar qalmasını təmin etməlidirlər. Əlbəttə, şəffaflığın ölkə təhlü-
kəsizliyini azaldan yox, gücləndirməsinə xidmət edən normativ dəyərlər üzərində
qurulmuş bir qurum müdafiə strukturların yaxşı işləməsinə kömək edərdi və bu za-
man maraqlı olan mülki cəmiyyət də öz töhvəsini verərdi.O hesab edir ki,” Müdafi-
ə və hərbi strategiyalar,doktrinalar,büdcələr və alqı-satqı,müdafiə sektorunun etir-
balılığını və inamını ölkənin və dünyanın gözündə artıran milli varlıq kimi sayıl-
malıdır” Başqa sözlərlə,Bukur-Marku o fikirdədir ki,müdafiə strukturları sonucda
ictimaiyyətin qarşısında məsuliyyət daşıdıqlarını qəbul etsə,o zaman bütün maraqlı
tərəflər qazanar.
577
• İnformasiya Siyasəti Peşəkarları
Pszczelin,informasiya siyasəti ilə peşəkar media kadrları məşğul olmalıdır ar-
qumentlərini əks etdirərək,Bukur-Marku, ictimai əlaqələrin bütün tərəfləri üzrə pe-
şəkar kadrların olması vacibliyi qənaətinə gəlir. Unikal qiymətləndirmə ilə, o,qeyd
edir ki, “bu cür peşəkar kadrların olması demokratik ölkənin sağlamlıq göstəricisi-
dir və həmçinin,informasiya siyasətinin yerinə yetirilməsinə,yaxşı praktikadan isti-
fadəyə və ictimaiyyətə hörmət və onunla hesablaşan kadrların hazırlanmasına rəs-
mi sadiqliyi göstərir”.Bu səbəblər kifayət etmirsə, o, informasiya peşəkarları hazır-
lamağın başqa səbəblərini də izah edir və bunlar ora daxildir:
Bir sıra önəmli sahələr var ki, orada peşəkar kadrların və zəruri təcrübə və ba-
carığı olan rəhbər işçilərin həvəskarlardan daha məhsuldar olduqları sübut olun-
muşdur,məsələn, informasiyanın strateji dəyərini və bu sahəni idarə edən prinsiplə-
ri və informasiya yayılması üçün qoyulan yatırımın gözlənilən yüksək faydasını
izah etmək və qorumaq baxımından daha əlverişli vəziyyətdə olduqlarına görə.
Media peşəkarları,ictimaiyyəti məlumatlandırmaq kimi strateji məqsədi sarsıt-
madan,həssas informasiyaları qorumaq üçün məhdudiyyətlərin tətbiq edilməsində
daha da təcrübəlidirlər.
Peşəkarlar,öz təşkilatlarının təsisat davranışı haqqında daha yaxşı anlama sa-
hibdirlər və onlar çatışmamazlıqları necə aradan qaldırmağı daha yaxşı bacarırlar
və müdafiə xarakterli məlumatların yayılması və saxlanması üçün uyğun qərarlar
qəbul etmək səlahiyyətlərinə malikdirlər.
Sonuncu, informasiya mütəxəssisləri həm də media və ictimaiyyət ilə işləmək üçün
hazırlıq keçmişlər və müvafiq mesajların çatdırılması üçün daha yaxşı işləyirlər.
• Nəticə
Bukur-Markunun ictimai informasiya siyasəti ilə bağlı yazdığı fəsil, peşəkar
hərbçilərə, öz işlərinin son məqsədini yadlarında saxlamağın əhəmiyyətini xatırlat-
maqdır: vətəndaşları qorumaq və müdafiə strukturlarını formalaşdıran demokrati-
yanı qorumaq. O bu fikirdədir ki,” İctimai informasiya siyasəti müdafiə siyasətinin
ayrılmaz hissəsi olmalıdır, xüsusən də,bu siyasət,müdafiə təsisatlarının aparıcı
prinsipləri əsasında aparıldığına görə”. Başa düşərək ki,bütün hərbi fəaliyyətlər və
sektorlar möhkəm ictimai dəstək və iştirak tələb edir,davamlıi ictimai informasiya
təmin edən siyasət bu dəstəyin möhkəm qalmasına kömək edəcək.
578
• Mülki Cəmiyyət və Müdafiəniin əlaqələndirilməsi
Velizar Şalamanovun “Müdafiə İdarəetməsi və Vətəndaş Cəmiyyəti arasında Qarşı-
lıqlı Münasibətlər və Əməkdaşlıq” yazısı,təhlükəsizlik xidmətlərinin geniş ölkədaxili və
beynəlxalq cəmiyyətlər daxilində rolu ilə bağlı bu kitaba yekun vurur. Müdafiə sektoru
ilə mülki cəmiyyətin tərkib hissələri arasındakı qarşılıqlı əlaqəyə köklənərək,Şalamanov,
mülki cəmiyyətlə müdafiə sektoru arasında potensial qarşılıqlı əlaqəni modelləşdirərək
təhlükəsizlik sektoru islahatı sahəsinə əhəmiyyətli töhvə verir. Bu kitabın oxucularının
çoxu inkişaf etmiş ölkələrdə müdafiə strukturlarının quruluşu ilə tanış olduqlarından,bu
yekun, mülki cəmiyyətlə bağlı Şalamanov konsepsiyasına və onun, müdafiə sektoru ilə
cəmiyyət arasındakı qarşılıqlı əlaqə modellərinə fokuslanır.
• Mülki Cəmiyyət və Müdafiə
Mülki cəmiyyət nəyi təmsil etməlidir anlayışı haqqında fikirləri əks etdirə-
rək,Şalamanov,demokratik prinsiplərə uyğun olan müdafiə təşəbbüslərini örtən və
gücləndirən şəbəkə variantına diqqəti yönəldir.Geniş baxsaq,bu şəbəkənin üzvləri
vətəndaşlar,QHT –lər(ölkədaxili və beynəlxalq),alimlər və iş adamlarıdır”. Bu top-
lu, Şalamanovun qiymətləndirməsinə görə, Təhlükəsizlik Sektoru İslahatı üçün cid-
di dayaq olaraq və TSİ mühitinin mühüm elementi olaraq böyük rol oynayır”.
Mülki cəmiyyətin yeni ideyalar ortaya qoyması və müdafiə sektorundan və
onun fəaliyyətindən maksimum şəffaflıq və hesabatlılıq və məsuliyyət tələb etməsi
prinsipindən çıxış edərək,Şalamanov hesab edir ki,müdafiə və mülki cəmiyyət sek-
torları arasında müxtəlif ümumi əməkdaşlıq modelləri vardır. Bu cütlüyün bir tərə-
fində tam mərkəzləşmiş model- cəmiyyət tərəfindən parlamentə-parlamentdən hö-
kümətə-hökümətdən hərbi ştaba və digər tərəfdə desentralizasiya olmuş model du-
rur və orada mülki cəmiyyətin hər bir elementi müdafiə strukturları ilə birbaşa
əməkdaşlıq edir. Hər hansı empirik model,bu ideyalardan fərqlidir,çünki orada
məhsuldarlıq və mülki nəzarət məqsədlərini əldə etmək üçün ölkəyə xas xüsusiy-
yətlər tarazlığı vardır, müdafiə təsisatlarında konkret yetginlik göstəricilərinin ol-
ması,mülki cəmiyyət elementləri və mövcud ola biləcək əməkdaşlıq mədəniyyətini
nəzərə alsaq. Bu kontekstdə, inkişaf etmiş ölkələrdə mövcud olan mülki cəmiyyət-
lər üçün uyğun olan bir neçə model vardır.
Elmi sektor,müdafiə təsisatları ilə bağlı elmi metodların və alternativlərin qərar
qəbul etmə proseslərinə tətbiq edilməsində və xüsusilə də,təhlükəsizlik sektoru is-
lahatı və müdafiə tranformasiyası məsələlərində səmərəli kömək edə bilər.
Biznes dairələr,resursların idarə olunmasında ən yaxşı təcrübələri müdafiə
strukturları ilə paylaşmaqla,qeyri-hərbi autsorsinq fəaliyyətləri istəməklə, moderni-
zasiya işlərində ofset əməliyyatları aparmaqla və döyüş əməliyyatları zonasında
579
münaqişədən sonrakı yenidən qurma işlərində tərəfdaş olmaqla müdafiə strukturları
ilə əməkdaşlıq edib öz təkliflərini verirlər.
Ölkə və beynəlxalq media postensial olaraq müdafiə strukturları ilə daha ma-
raqlı münasibətlərə malikdir,sadəcə onlara potensial imkanlar yaratmaq məqsədilə
yox,həm də onların fəaliyyətlərini yoxlamaqla xidmət edirlər. Geniş müdafiə struk-
turları və media sistemi olan ölkələrdə,media ilə müdafiə sektoru arasındakı istəni-
lən münasibətin daha çox sistemləşdirilməsinə və strukturlaşdırılmasına baxmaya-
raq,əksər kiçik ölkələrdə bu münasibətlər tam müəyyən deyil. Şalamanov qeyd edir
ki,”Media müdafiə təsisatları ilə əməkdaşlıq edib, önəmli məsələlər üzrə araşdır-
malar aparıb cəmiyyətə təqdim etmək və cəmiyyəti müdafiə sahəsində gedən pro-
seslərlə məlumatlandıra bilər”.
Sonuncu,ölkədaxili və beynəlxalq məsləhətçilər,şəffaflığı artıran və yeni alter-
nativlərin hazırlanmasına bacarıq və təcrübə mənbələri ilə təmin edən digər əmək-
daşlıq modelləri təmin edə bilər və həmçinin, rəsmi və qeyri rəsmi müdafiə sektor-
larını birləşdirən tərəfsiz təkliflər hazırlaya bilər.
Müdafiə strukturları ilə mülki cəmiyyət elementləri arasındakı potensial qarşı-
lıqlı əlaqə formalarını başa düşərək,mülki cəmiyyət,müdafiə xarakterli addımların
bütün mərhələlərində,o cümlədən, müdafiə siyasəti qurulması və həyata keçirilməsi
üçün ictimai dəstək verməklə və mülki təhlükəsizliyin milli məqsədlərə uyğun ola-
raq inkişafının təmin edilməsində öz qeydlərini edə bilər.
• Siyasətin Hazırlanması
Müdafiə siyasətini qurarkən dövlətin bir sıra sirlərinin olduğunu qəbul edə-
rək,mülki cəmiyyətin hələ də hökümətdən hesabatlılıq tələb etməsi üçün mühüm
funksiyaları vardır. Mülki cəmiyyət, milli dəyərləri,məqsədləri,maraqları və priori-
tetləri müəyyən etməli,risklərin və təhlükələrin qiymətləndirilməsini təmin etməli
və həmçinin,müxtəlif strategiyalar hazırlanması və təsisatlar qurulması ilə və təhlü-
kəsizlik proqramlarının yerinə yetirilməsinə tələb olunan resursların yayılması ilə
sona çatan fəaliyyətlə məşğul olmalıdır. Qısa olaraq,Şalamanov məsləhət görür ki,”
bütöv bir siyasət hazırlanması prosesi,əgər o, vətəndaşlar,cəmiyyət və dövlətin
təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdirsə,mülki cəmiyyətin iştirakı üçün
açıq olmalıdır”. Mülki cəmiyyət, təhlükəsizlik sektorunun geniş strateji icmalı üçün
aparıcı mühərrikin bir elementidir.
• Siyasətin Yerinə Yetirilməsi
İş dünyası və elmi dairələr müdafiə siyasəti siklinin bu mərhələsində xüsusən
vacibdirlər və burada onlar özlərinin qiymətləndirmə və monitorinq funksiyaları
580
vasitəsilə hədsiz fayda verirlər. Məsələn,elmi dairələr,əhaliyə təkcə universitet sə-
viyyəsində deyil,həm də orta məktəb səviyyəsində təlim və təhsil verməkdə əhə-
miyyətli rol oynayırlar.
• İctimai Dəstək və Resurslar
Şalamanovun dəqiq qeyd etdiyi kimi,” Ictimai dəstək olmadan,heç bir müda-
fiə/təhlükəsizlik siyasəti uzun müddət davam edə bilməz”. Siyasi elitanın xalqın
adından təhlükəsizlik təşəbbüsləri ilə çıxış etməsi adi normaya çevrilmişdir,baxma-
yaraq ki,elə təşəbbüslər olmuşdur ki,onlara xalqın dəstəyi olmamışdır. Bütün siyasi
liberallaşmış dövlətlərdə,ona görə də,ictimai dəstəyin qazanılması öz proqramları-
nın uzanmasında maraqlı olan bütün hökümətlərin arzusudur. Savadlı debatları və
müdafiə siyasətinin formalaşmasında və yerinə yetirilməsində hökümətə və parla-
mentə dəstək verən yeni ideyalar və vasitələrin hazırlanmasını əhatə edən güclü
proqram.
Son olaraq,mülki cəmiyyət, təhlükəsizlik sektoru inteqrasiyasında mühüm fun-
ksiya daşıyır,ondan ötrü ki,mülki təhlükəsizliyi əhatə edən daha çox cəhətlər milli
şəraitlərə uyğunlaşdırılsın. Təhlükəsizliyin digər iki dayağı ilə(əsasən,daxili işlər
nazirliyi tərəfindən təmin olunan)daxili təhlükəsizlik və ictimai asayiş və (əsasən
müdafiə nazirliyi tərəfindən təmin edilən) xarici təhlükəsizliklə eyni olan mülki
təhlükəsizlik ideyası əhalini və infrastrukturu insan və təbii təhlükələrin bütün for-
malarından qorunmasını əhatə edir. Vətəndaşların ağıllı fikirləri ilə,hökümət,daha
səmərəli və çevik mülki təhlükəsizlik konsepsiyası hazırlaya bilər.
581
Müəlliflərin Siyahısı
BORN, Hans, Dr., Tədqiqatçı, DCAF, İsveçrə.
BUCUR-MARCU, Hari, Dr., Müdafiə Strategiyaları Xidmətinin Müdi-
ri,Strateji Planlaşdırma Direktorluğu, Rumıniya Ordusunun Baş Qərargahı.
DERDZINSKI, Joseph L., Denver Universiteti, Denver, Colorado, ABŞ.
DUNAY, Pal, Dr., Kurs Direktoru, Təhlükəsizlik Siyasəti üzrə Beynəl-
xalq Təlim Kursu, Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi, Genevrə,
İsveçrə.
FLURI, Philipp H., Dr., Direktor Müavini, DCAF, Cenevrə, İsveçrə.
GHEBALI, Victor-Yves, Dr., Siyasi Elmlər üzrə Professor, Aspirantlar
üçün Beynəlxalq Tədqiqatlar İnstitutu, Cenevrə, İsveçrə.
MOLNAR, Ferenc, Dr ., Direktor Müavini, Strateji və Müdafiə Tədqiqat-
ları Mərkəzi, Milli Müdafiə Universiteti, Budapest, Macarıstan.
PSZCZEL, Robert, Mr., NATO Baş Qərargahında,İctimaiyyətlə Əlaqə-
lər Şöbəsində Mətbuat Katibi,Brüssel,Belçika.
SCHREIER, Fred, Albay, Tədqiqat üzrə Məsləhətçi, DCAF, Cenevrə,
İsveçrə.
SHALAMANOV, Velizar, Dr. , Sədr, Bolqarıstan Corc Marşal Assosiasi-
yası, Sofiya, Bolqarıstan.
TRAPANS, Jan Arveds, Dr., Keçmiş Müdafiə Naziri, Latviya Respubli-
kası.
VAN EEKELEN, Willem F., Dr., Keçmiş QAB Baş Katibi, keçmiş Mü-
dafiə Naziri, Niderlandiya.
ZAMBORI, Mihály, Mr., Nazirlər Kabineti Aparatı Rəhbəri, Dövlət Ka-
tibi Müavini, Budapest, Macarıstan.
582
Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə
Cenevrə Mərkəzi
(DCAF)
www.dcaf.ch
Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi, təhlükə-
sizlik sektoru islahatı (TSİ) və təhlükəsizlik sektoru idarəçiliyi sahələrində dünya-
nın aparıcı təşkilatlarından biridir.
DCAF ölkədaxili məsləhətlər və praktiki kömək proqramları təklif edir, bey-
nəlxalq və ölkədaxili səviyyələrdə uyğun demokratik normaları inkişaf etdirir və
təşviq edir, qabaqcıl praktikaları dəstəkləyir və təhlükəsizlik sektorunda səmərəli
demokrtaik idarəçiliyi təmin etmək üçün tövsiyələr verir.
DCAF hökümətlərlə, parlamentlərlə, vətəndaş cəmiyyətləri ilə, beynəlxalq təş-
kilatlarla və təhlükəsizlik sektorunun fiqurları olan polis,hüquq orqanları, kəşfiyyat
orqanları, sərhəd təhlükəsizliyi xidmətləri və ordu ilə tərəfdaşlıq edir.
583
Bütün hüquqlar qorunur. Bu kitabın heç bir hissəsi Silahlı Qüvvələr Üzərində
Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin öncədən icazəsi olmadan dərc edilə,
informasiya axtarış sistemində saxlanıla, və ya elektronik, mexanik, foto surəti çı-
xartma,yazma cihazları vasitəsilə və ya başqa yollarla ötürülə bilməz.
Bu kitabın yayılması o sərtlərlə ola bilər ki,əgər o sazişlə və başqa yollarla mü-
vəqqəti işlətmək üçün verilməyəcək, satılmayacaq, prokata verilməyəcək və nəşriy-
yatın ilkin icazəsi olmadan hər hansı yolla yayılmayacaq.Yuxarıdakı tələblərə ria-
yət etməklə bu kitabın yayılmasına o şərtlərlə icazə verilir ki, kitabın tərtibatı və üz
qabığı saxlanılır və analoji tələblər sonrakı nəşriyyatlar tərəfindən də qorunur.
Əsli: İngilis dilində, Cenevrə, 2006
Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi
www.dcaf.ch
P.O.Box 1360, CH-1211 Geneva 1, Switzerland
Azərbaycan dilindəki tərcüməni mülki-hərbi münasibətlər üzrə tədqiqatçı-alim
Elxan Mehdiyev redaktə etmişdir.
Bakı 2014
Tirajı 500
584
The publication of this book has been fun-
ded by the Directorate for Security Policy
(SIPOL) – Swiss Federal Department of De-
fense, Civil Protection and Sports.
ISBN 978-9952-494-18-1
Формат: 70x100.
1/16. Ф.ч.в 36.5
«OL» MMC
АЗ 1009, Бакы, Азярбайъан, М.Ибращимов 43.
Tel: 497-36-23
E-mail: olnpkt@gmail.com
Dostları ilə paylaş: |