1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə4/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   2   3   4   5   6   7   8   9   ...   256

 

14

Müdafiə və Təhlükəsizlik,NATO-AB zonasının nisbi sabit olan bölgələrində də 



müxtəlif konsepsiyalar kimi izah edilir. Bu bölgələrdə hələ də hərbinin əsas funksi-

yası ölkəni qonşulardan qorumaqdır. Şimali Afrika və Yaxın Şərqin çoxlu ölkələ-

rində ordu və  təhlükəsizlik qüvvələri mövcud rejimləri dəstəkləmək üçün alətdir. 

Bu cür şəraitlərdə demokratik nəzarətin miqyası da və eynilə müdafiə nazirliyinin 

strukturu da  çox fərqli olur. İrəlidəki səhifələrdə müasir müdafiə nazirliklərinin 

hansi tələbləri yerinə yetirmələri analiz olunacaq, ancaq əvvəcədən boynumuza 

almalıyıq ki, onlar arasında da az eynilik vardır. Müxtəlif hökümətlər sistemi mü-

dafiə nazirliyi və silahlı qüvvələr üzərində  də  əks olunur. Eyni dərəcədə, silahlı 

qüvvələrin əsasən çağırışçılardan ibarət olması və ya uzun müddətli müqavilə əsa-

sında pesəkar əsgərlərdən yaradıması da mühüm fərq yaradır. Həmən fərq ictimaiy-

yətin müdafiə qüvvələrini necə qavramasına da təsir edir. Çağırışçılardan ibarət 

ordu, müxtəlif bölgələrdən, müxtəlif səviyyəli gənçlərdən təşkil olunduğundan,on-

lara məsuliyyət hissi və intizam aşılamaq kimi sosioloji üstünlüklərə malikdir. O 

biri tərəfdən, onların çoxu xidmətdə keçirdikləri vaxtın onların mülki mənsəblərinə 

zərər vurduğuna görə  əsəbiləşirlər. Futbol modelindən istifadə etsək, çağırışçılar-

dan təşkil olunan ordunu, məşqçisinin futbolçuların seçilməsində rolu olmayan fut-

bol komandası ilə müqayisə etmək olar, yəni burada çox hallarda  bir-birinə qarşı 

oynaya biləcək rəqib olmur və əsasən oyunçuların bir qismi futbol belə oynamaq 

istəmir. Biz heç də peşəkar ordunun cəmiyyətin bütün hissələrini təmsil etmədiyini 

və onun təkcə izolyasiyada olmaq riski ilə yox, aşağı səviyyəli təhsili ilə müşaiyət 

olunan  əlverişsiz durumda olmaq riskini də inkar etmiriz. 

Çağırışçılardan təşkil olunan ordu, sayları təminatlı olan kütləvi təlim maşınları 

kimi hərəkət edir. Peşəkar ordu üçün təlim tələbləri daha az həcmlidir və  silahlı 

qüvvələr qazandıqları  təcrübələrdən uzun müddət faydalanırlar, lakin çağırış tam 

məşğulluq dönəmində  problem yarada bilər. Hər iki halda son nəticə əsgərlərin nə 

dərəcədə ağıllı və intizamlı olmaları ilə  və yeni və keçmiş hərbi missiyaları üçün 

necə təlim keçmələri və necə silahlandıqları ilə ölçülür. 

 

Hərbi Tapşırıq 



 

Dövlətin maraqlarını geniş şəkildə ifadə etməkdən savayı, müdafiə sektorunun 

digər nazirliklərdən fərqli cəhətləri də vardır. Onun fəaliyyətini məhdudlaşdıran az 

sayda qanunverici (mühasirə və müharibə vəziyyəti,kadr siyasəti və cinayət hüququ 

ilə bağlı qanunlardan başqa) sənədlərin olması, müdafiə sektorunda ümumi siyasə-

tin aparılmasina  və tapşırıqların yerinə yetirilməsinə diqqətin aşağı olması,onu 

digər nazirliklərdən fərqləndirən cəhətlərdir. Müdafiə, silahlı qüvvələrin operativ 

tətbiqinə yönəlir və bu zaman biznes idarəetməsinin prinsipləri ilə idarə olunur və 

sonuc son nəticə ilə ölçülür. Müdafiə nazirliyinin hökümət daxilində rolu, onun 



 

15

dövlət başçısi, baş nazir, kabinet və parlament ilə münasibətləri başqa fəsillərdə  



müzakirə olunacaq.  Burada sadəcə müdafiə nazirliyinin  və silahlı qüvvələrin təş-

kilatı strkturu analiz olunacaqdır. 

Müdafiə Nazirliyi üçün nəticə dedikdə qısa zaman ərzində yeridilə bilən və çox-

millətli əməliyyatlarda iştirak etmək iqtidarında olan yüksək dərəcəli birliklər başa 

düşülür. Bu baxımdan silahlı qüvvələrə bir müəsisənin işçi birlikləri kimi baxmaq 

olar. Müasir idarəetmənin prinsiplərinin tətbiqi siyasi istiqamətlər ilə, onların icra 

ediməsi və nəzarət funksiyaları arasında və həmçinin onların bir -biri ilə bağlılığı 

arasında ayrılma məsələsini ortaya çıxarır.Əməliyyatlar zamanı  əldə olunan 

təcrübə, prioritetlerin və tələblərin dəyişməsi kontekstində siyasətin təkmilləşdiril-

məsinə aparır və nəzarət mexanizmlərinin əldə etdiyi nəticələr həm siyasətə, həm 

də onun icra edilməsinə təsir göstərir. 

Siyasət müdafiə nazirliyinə konstitusiya və ya qanunverici aktların çərçivəsində 

verilmiş tapşırıqların əsasında formalaşdırılır. Onlar aşağıdakılar olur: 

•  Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq  və mümkün kollek-

tiv müdafiə öhdəliklərini yerinə yetirmək; 

•  Beynəlxalq qayda və sabitliyi təşviq etmək; 

•  Qayda və qanunları təmin etmək üçün, həm ölkə daxili, həm də beynəlxalq 

miqyasda mülki fövqaladə  vəziyyət yarandıqda və humanitar yardım ehtiyacı 

duyulduqda mülki hakimiyyətə lazim olan dəstəyi vermək. 

Zaman-zaman bu kateqoriyaların sərhədləri bir- birini örtür, xüsusilə də kollek-

tiv müdafiə öz prioritetini itirdiyi zaman bu hallar baş verir. Digər tərəfdən, hərbi 

dəstəyə ehtiyac duyulan halların sayi daha da artmışdır və bu hallar gözlənilməyən 

halların artması və müxtəlif dərəcəli zorakılıq və zor işlətmə ilə xarakterizə olunur. 

1989 cu ildən başlayaraq biz aşağı  səviyyədə çoxmillətli  əməliyyatların sayının 

artmasının şahidi oluruq. Ölkə səviyyəsində, briqada standart manevr birliyinə çev-

rilmişdir və çox- millətli əməliyyatlara göndərilən qüvvələr adətən batalyon səviy-

yəsini aşmır. Meydana gələ bilən siyasi və hərbi risklərin paylanmasi baxımından 

və əməiyyatlarda ortaya çıxan yükün daşınması baxımından çox- millətli qüvvələ-

rin istifadəsi açıq- aydın üstünlüyə malikdir. Bir çox hallarda bu qüvvələr lazımi 

hərbi gücü saxlamaq üçün yeganə vasitə olmuşdur. Çox -millətli qüvvələr strateji 

istiqamət və hərbi komandanlıq üçün fərqli tələblər ortaya çıxarır. O, həmçinin, çox 

millətli qüvvələrin miqyası ilə bağlı suallar da doğurur:  əsil  döyüş zamanı milli 

qüvvələr daha yaxşı vuruşar amma siyasi təsiri az olar. 

Çox- millətli qüvvələrin olduğu  əməliyyatlarda iştirak artıq  əvvəlcədən dəqiq 

müəyyən edilmiş komanda strukturlarında baş vermir. Son zamanlarda gedən pro-

seslər daha çox konkret hadisə ilə bagliı yaradılmış  dəyişən tərəfdaşlardan ibarət 

olan koalisiyalar və ştablar ( bu ştabların indi təmasda olduqları qüvvələrlə əvvələr 

əlaqələri olmur) istiqamətində gedir. Ona görə də, bu ştablar onlara təlim keçmədi-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə